Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Allaşükür Paşazadə: "Suriyayada muzdla döyüşənlər şəhid hesab oluna bilməzlər"
    "Azərbaycanda qarşıdurma yaratmaq istəyən qüvvələr var. Bu qüvvələr özbaşına deyil, xaricdən yönəlir. Bəzi qüvvələr də xaricdən maliyyələşərək burada təxribat törətməyə çalışırlar". Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxulislam Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının bu gün keçirilən iclasında bildirib.
    A.Paşazadə bildirib ki, başqa dini məzhəbi aşağılamaq, bu cür işlər görmək həm qanunda yolverilməzdir, həm də vicdan azadlığına ziddir: "Belə halları törədənlər qanun çərçivəsində cəzalanmalıdırlar. Çünki qanunvericilikdə var ki, dini qarşıdurma yaradanlar cəzalanmalıdırlar.

     Şimal bölgəsində baş verənlər göstərir ki, onlar xaricdən maliyyələşirlər. O maliyyənin qarşısını almaq da çox çətindir". Onun sözlərinə görə, bununla məşğul olan xüsusi qurumlar var: "Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsi də istər Bakıda, istərsə də regionlarda mühüm işlər görür. Amma bu, təkcə onların işi deyil. Biz vətəndaş kimi buna öz töhfəmizi verməliyik. Hər birimiz öz Vətənimizin qorunmasında cavabdehlik daşıyırıq. Biz din xadimlərimizi hazırlamalıyıq. Burada təbliğat aparan şəxslərin çoxu xaricdə oxuyub sonra başqalarını zərərli təbliğatla zəhərləyən insanlardır. Kimin ixtiyarı var ki, cənnət vəd etsin. Bunu yalnız Allah-təala edə bilər. Amma bəziləri bir sıra gənclərin başını aldadıb onlara cənnət vəd edərək onları ailələrindən ayrırırlar".
    QMİ sədri qeyd edib ki, ulu öndər Heydər Əliyevin siyasəti bu gün də davam etdirilir. Yeni məscidlər tikilir, köhnələri bərpa edilir, yenidən qurulur: "Sovet dövründə bizim cəmi 17 məscidimiz var idi, indi isə onların sayı 200-ə çatır. Bunlar dövlətin dinə olan münasibətindən xəbər verir. Azərbaycan dünyada öz tolerantlığı ilə tanınır. Azərbaycanda bəlkə də indiyədək məzhəblər arasında hər hansı ciddi münaqişə olmayıb. Azərbaycan inkişaf etdiyinə görə, bəzi ölkələr bunu qəbul etmir. Məsələn, Ermənistan".
    A.Paşazadə deyib ki, bəziləri Suriyaya gedirlər, özü də bunu pulla edirlər: "Onlar öləndə də bunu şəhadət kimi qələmə verirlər. Peyğəmbərimizin də hədisi var ki, muzdla döyüşənlər şəhid hesab oluna bilməzlər".
    QMİ sədri bildirib ki, burada günah müəyyən qədər ziyalı və məmur təbəqəsində də var: "Bir məmur deyil, bir neçə məmurlar var ki, dövlətdən maaş alırlar, amma onların oğulları başqa təriqətdə dövlətə qarşı iş aparırlar. O, burada əmirlik yaratmaq istəyir. Atan həmin dövlətin məmuru olacaqmı? Onu qəbul edəcəkmi? Biz bu məsələdə dövlətə yaxından kömək etməliyik".

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 708
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30