Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Mehriban Əliyeva “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013” mükafatına layiq görülüb
    Pakistanın Sind əyalətinin Larkana şəhərində “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013” mükafatlarının təqdimolunma mərasimi keçirilib. Mərasimdə Pakistanın sabiq Prezidenti Asif Əli Zərdari, Sind əyalətinin Baş naziri Kaim Əli Şah, əyalət kabinetində təmsil olunan nazirlər, Milli Assambleyanın üzvləri, senatorlar iştirak ediblər. Asif Əli Zardari Pakistanın böyük qızı Bənazir Bhuttonun Pakistanın həyatında oynadığı əvəzsiz roldan danışıb, bütün mənalı ömrünü demokratiyanın bərqərar olunmasına həsr etdiyini, habelə Pakistanda qadın və uşaqların problemlərinə xüsusi diqqət yetirdiyini vurğulayıb. Sonra sabiq Prezident Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013” mükafatı ilə təltif olunduğu elan edib.

    Tədbirdə çıxış edən Sind əyalətinin ailə və qadın məsələləri üzrə naziri Rubina Kaimxani Bənazir Bhuttonun Pakistanda elm, təhsil və mədəniyyətin inkişafına, habelə qadınların cəmiyyətdə mühüm rol oynamasına xüsusi töhfə verdiyindən danışıb. O, Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın əyalətlərində təhsil, səhiyyə və humanitar sahələrdə irimiqyaslı layihələrin həyata keçirildiyini, bu tədbirlər çərçivəsində 2007-ci ildə zəlzələdən zərər çəkən Müzəffərabad şəhərindəki qızlar məktəbinin inşa edildiyini diqqətə çatdırıb. Nazir deyib ki, 2012-ci ildən başlayaraq Heydər Əliyev Fondu Pakistanda yeni layihələr həyata keçirir. Bu layihələrdən biri çərçivəsində sel və daşqınlardan zərər çəkmiş məktəb Fond tərəfindən əsaslı təmir edilib. Digər layihəyə əsasən Xeybər-Paxtunxva və Pəncab əyalətlərində hepatit B virusuna qarşı peyvəndləmə aparılıb, Peşəvər şəhərində “Akbar Care” Serebral İflic İnstitutunda pulsuz müayinə təşkil edilmiş, Kulsum xəstəxanasında açıq ürəkdə əməliyyatlar aparılıb. Qeyd olunub ki, Peşəvərdəki Hamza Fondu üçün müasir qanköçürmə avadanlıq və laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım maşını və minlərlə qanköçürmə paketi alınıb, Xeybər Göz Fondunun yeni binasının inşasına və Saif Fonduna maddi yardımlar edilib. İndi isə Dera İsmail Xan bölgəsində su təchizatı sistemi inşa edilməkdədir. Eyni zamanda, 2012-ci və 2013-cü illərdə Fond tərəfindən Pakistanın bütün əyalətlərində Ramazan ayında kimsəsiz uşaqlar üçün iftar süfrələri açılmış, Qurban bayramında isə Pəncab əyalətinin İslamabad, Fəyzabad, Xeybər-Paxtunxva əyalətinin Lakki Marvat şəhərində, həmçinin Bəlucistan əyalətinin zəlzələdən zərər çəkmiş bölgəsində qurbanlıqlar kəsilərək əhalinin imkansız təbəqələrinə paylanmışdır. Bildirilmişdir ki, Fondun təşəbbüsü ilə Pakistanın 12 aparıcı universitetinin 36 tələbəsi və Rara məktəbinin 5 şagirdinə aylıq təqaüd verilir.
    Nazir bu ilin mart ayında Bakıya səfəri zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşdüyünü bildirmiş, təəssüratlarını danışıb.
    “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013” mükafatı Türkiyənin birinci xanımı Hayrünnisə Gülə də verilib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 810
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30