Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Tibbi hədislər TOPLUSU
    "Kəlam" oxucularına müjdə. Jurnalımızın bu sayından başlayaraq Ayətullah Reyşəhri cənablarının tibbi hədislər kitabından parçalar veririk.


    Birinci fəsil

    İslam nəzərində təbabət

    1.1. Tibb elminin əhəmiyyəti

    1. Peyğəmbər (s) : Elm iki qismdir: dini elm və tibb elmi.
    2. Peyğəmbər (s) : Dörd elm vardır: dinlər üçün fiqh, insanın sağlamlığın üçün tibb, dil üçün nəhv (qrammatika), zamanı bilmək üçün astronomiya.
    3. İmam Əli (ə) : Üç elm vardır: dinlər üçün  fiqh, insanın sağlamlığı üçün tibb və dil üçün nəhv.
    4. İmam Baqir (ə) - Cabir Cuyfiyə vəsiyyətində :Bil ki, sağlamlıq (elmi) axtarmaq kimi elm, qəlb sağlamlığı kimi sağlamlıq yoxdur.
    5. İmam Sadiq (ə) : Bütün insanların üç qrup şəxsə ehtiyacı var və dünya və axirət işlərində onlara müraciət edirlər. Onlar olmasa camaat rəzil olar: pəhrizkar fəqih alim, xeyirxah və itaət olunan rəhbər, savadlı və etimad olunan təbib.
                                                        
    1.2. Peyğəmbər və imamların tibb elmindən xəbərdarlığı 

    6. "Fərəcul - məhmum": Əbu İshaq Tərsusinin Əbdullah ibn Mələkə yazdığı məktubun "Elmin kökünü tanımaq" hissəsində bu sözləri oxudum: "Allah-Təala Adəmi cənnətdən endirdi və ona hər şeyi öyrətdi. Öyrətdiklərinin içində astronomiya və tibb elmi də vardı.
    7. "İləluş-Şəraye" - Mənsurun xadimi olan Rəbidən: Bir gün İmam Sadiq (ə) Mənsurun məclisinə gəldi. Mənsurun yanında Hindistandan bir kişi var idi ki, tibb kitablarını oxuyurdu. İmam Sadiq (ə) onun kitab oxumasına görə sakit əyləşmişdi. Hindli oxumağını bitirəndən sonra İmam Sadiqə (ə) dedi:
    - Òibbə aid bildiklərimdən nəyisə bilmək istəyirsənmi?
    - Həzrət dedi:
    - Yox. Mənim bildiklərim sənin bildiklərindən daha yaxşıdır.
    - Nədir bildiklərin?
    - İstini soyuqla, soyuğu isti ilə, yaşı quru vasitəsilə, qurunu da yaş vasitəsilə sağaldıram. İşlərinin hamısını Allaha qaytarıb, Peyğəmbərin (s) dediklərini həyata keçirdirəm. Mədəni xəstəliklər evi, pəhrizin isə dərman olduğunu bilirəm. Bədən üçün lazım olan vasitələri ona vərdiş etdirirəm.
    - Tibb bunlardan ibarətdir?
    - Düşünürsən ki, mən bunları tibb kitablarından götürmüşəm?
    -Bəli.
    - And olsun Allaha ki, yox. Yalnız Allahdan öyrənmişəm.
    - De görüm, mən tibbi daha yaxşı bilirəm, yoxsa sən?
    - Yox, mən yaxşı bilirəm.
    - Səndən bir şey soruşummu?
    - Soruş.
    - Başdakı lay və yarıqlar nə üçündür?
    - Bilmirəm.
    - Nə üçün tük başın üst hissəsindən çıxır?
    - Bilmirəm.
    - Alında niyə tük bitmir?
    - Bilmirəm.
    - Alındakı xətlər və qırışlar nə üçündür?
    - Bilmirəm.
    - Niyə qaşlar gözlərin üstündə yerləşdirilib?
    - Bilmirəm.
    - Nə üçün gözlər badamvari formadadır?
    - Bilmirəm.
    - Nə üçün burun gözlərin arasında yerləşdirilib?
    - Bilmirəm.
    - Nə üçün burunun deşikləri onun aşağı tərəfində yerləşdirilib?
    - Bilmirəm.
    - Niyə dodaq və bığ ağızın üst tərəfindədir?
    - Bilmirəm.
    - Niyə qabaqdakı dişlər iti, dəyirmi dişləri enli, azı dişlər isə uzun yaradılıb?
    - Bilmirəm.
    - Əllərin içi niyə tüksüzdür?
    - Bilmirəm.
    - Dırnaq və tükdə niyə ruh yoxdur?
    - Bilmirəm.
    - Nə üçün ürək sənubər toxumu kimidir?
    - Bilmirəm.
    - Niyə ağ ciyər iki hissədən ibarətdir və o, öz yerində hərəkət edir?
    - Bilmirəm.
    -Niyə qara ciyər qövsvaridir?
    - Bilmirəm.
    - Nə üçün böyrəklər lobya danəsi kimidir?
    - Bilmirəm.
    - Niyə diz qapağı arxaya qatlanır?
    - Bilmirəm.
    - Niyə ayağın içi yerə dəymir (yalnız qabaq və arxa tərəfi yerə oturur)?
    - Bilmirəm.
    - Amma mən bilirəm.
    - Onda de!
    Başın bir neçə lay və yarıqlar təşkil olunmasının səbəbi budur ki, içi boş olan hər bir hissədən təşkil olunsa, daha tez sınar və sıradan çıxar. Bir neçə möhkəm hissədən təşkil olunması onu zərbəyə davamlı edər.
    Tükün başın üst hissəsində çıxmasının səbəbi budur ki, tükə yetişən yağlar onun köküylə beyninə axa bilsin. Tükün içi boş olduğundan beyindəki buxar onun vasitəsilə xaricə çıxır. Həmçinin tük başı soyuq və istidən qoruyur.
    Alnın tüksüz olmasının səbəbi budur ki, işıq alın vasitəsilə gözə yetişdiyinə görə, gərək o tüksüz olsun ki, bu prosesə mane olmasın.
    Allah-Təala alında xətt və qırış yaradıb ki, başın yuxarı tərəfindən axan tər dənəciklərini özündə saxlasınlar və onları gözə axıtmasınlar. Necə ki, qayalar dünyanın sularını özündə toplayıb ətrafa daşlanmasının qarşısını alırlar.
    Qaşlar ona görə gözlərin üstündə yerləşdirilib ki, gözə izafi işığın yetişməsinin qarşısını alsınlar. Bu sözümün şahidi budur ki, gözə artıq işıq yetişəndə və insan bundan əziyyət çəkəndə, əli ilə gözünün üstündə kölgə yaradır ki, gözünə lazım olan miqdardan artıq işıq düşməsin.
    Burun ona görə iki gözün ortasında yerləşdirilib ki, gələn işığı iki bərabər hissəyə bölsün və hər iki göz bərabər miqdarda işıq qəbul etsin.
    Gözün badamvari yaradılmasının səbəbi budur ki, ona tökülən dərman özü üçün axın tapa bilsin və rahat hərəkət edib gözün hər bir tərəfinə yetişsin, xəstəlikləri oradan çıxartsın. əgər kvadrat və ya dairəvi yaradılsaydı, dərman özünə axın tapıb hərəkət edə bilməz və nəticədə göz heç vaxt sağalmazdı.
    Burun deşikləri burunun aşağı tərəfində yerləşdirilib ki, beynindəki lazımsız maddələr rahat axıb bayıra tökülsün. Həmçinin burun deşiklərinin vasitəsilə iylər yuxarı qalxıb iybilmə orqanına yetişə bilsinlər. Bu deşiklər burunun yuxarı tərəfində yerləşdirilmiş olsaydı, nə bir lazımsız maddə axıb bayıra tökülə bilərdi, nə də iylər iybilmə orqanına yetişərdi.
    Allah-Təala bığ və dodaqları ağzın üstündə yerləşdirib ki, beynindən tökülən maddələr insanın ağzına axıb onun yediyini və içdiyini korlamasın: insan onu özündən uzaqlaşdıra bilsin.
    Kişilər üçün saqqal yaradılıb ki, qadınlardan seçilsinlər və bir insanın qadın və ya kişi olması ilk baxışdan seçilsin.
    İnsanın qabaq dişləri ona görə iti yaradılıb ki, qidanı rahat parçalaya bilsin. Arxa dişləri isə enli yaradılıb ki, qida onların vasitəsilə çeynənsin və tam əzilsin. Ağızdakı iti dişlərin uzun olmasının səbəbi budur ki, bu dişlər o biri dişlərə dayaq olsunlar. Necə ki, evin sütunları onun dayağıdır.
    Əşyalara toxunma (onların bərk və ya yumşaq olmalarını bilmək) əllərin vasitəsilə həyata keçirildiyi üçün onların içi tüksüz yaradılıb ki, bu prosesə mane olmasın.
    Dırnaq və tükdə ruhun olmamasının səbəbi budur ki, onlar tez-tez uzandıqlarından onları məcbur olub kəsirlər, əgər onlarda ruh olsaydı, bu zaman çox böyük ağrı hiss olunardı.
    Ürək sənubər toxumu şəklindədir. Çünki o, çevrilmiş formadadır. Ürəyin bir tərəfi soyuqdur ki, ağ  ciyərə daxil  olub onu sərinləşdirsin, beyin onun ( ağ ciyərin ) istiliyi ilə yanmasın.
    Ağ ciyər ona görə iki hissədən ibarətdir ki, ürək onun təzyiqlərinin altında sərinləşsin.
    Qara ciyər qövsvari yaradılıb ki, mədəyə ağırlıq edib onu tamamilə əhatə etsin və ona təzyiq göstərməklə içindəki buxarı çıxartsın.
    İnsan qabaq tərəfə hərəkət etdiyinə və hərəkətləri bərabər şəkildə olduğuna görə diz qapaqları geri qatlanır. Əgər belə olmasaydı, hərəkət etdiyi zaman yerə yıxılardı.
    Ayağın içi çuxur yaradılıb. Çünki bir şeyin altı tamam yerə otursa, dəyirman daşı kimi ağır olar, əgər bir tərəfi yerə oturarsa, uşaq da onu tərpədə bilər. Yerə üzü üstə sərilmiş bir şeyi isə kişilər də çətin qaldırar.
    Bu məqamda hindli kişi soruşdu:
    -Belə elm səninçün haradandır?
    Həzrət dedi:
    - Bu elm atalarım olan imamlardan, onlar da Allahın Rəsulundan, o, Cəbrayıldan (ə), o da bədən və ruhları yaradandan - aləmlərin Rəbbindən öyrəndi.
    - Düz deyirsən. Mən şəhadət verirəm ki, Allahdan başqa sitayiş edilən yoxdur və Mühəmməd (s) onun elçisi, onun bəndəsidir. Həmçinin sən öz zəmanənin ən bilikli şəxsisən.

    1.3 Hər bir dərdin dərmanı var

    8. Peyğəmbər (s): hər bir dərdin dərmanı var. Dərdin dərmanı tapılsa, Allahın iznilə sağalar.
    9. Peyğəmbər (s): Allah göndərdiyi hər bir dərd üçün dərman da yaradıb.
    10. Peyğəmbər (s): Müalicə olunun. Allah göndərdiyi hər bir dərd üçün dərman da göndərib.
    11. İmam Sadiq (ə) - babalarından: Allahın Rəsulu (s) buyurdu: "Müalicə olunun. Allah hər bir dərd üçün dərman da göndərib, yalnız ölümdən savayı. Onun dərmanı yoxdur".
    12. "Əl-müstədrək ələs-səhiheyn" kitabında - Əbu Səid Xidri Peyğəmbərdən (s): Allah hər bir dərd üçün dərman da göndərib və ya yaradıb. O dərmanı bilən bilib, bilməyən də bilməyib. Yalnız "Sam"dan başqa.
    Camaat soruşdu:
    -Sam nədir?
    -Ölüm
    13. "Bağdadın tarixi" kitabında - Cabirdən : Peyğəmbər (s) bir xəstəni yoxlamağa getdi. Mən də onunla idim. Peyğəmbər (s) dedi:
    - Həkim çağıraq?
    Xəstə: - Ey Allahın Rəsulu, sən kimi şəxs həkim çağırmağı  əmr edirsən?!
    - Bəli. Allahın göndərdiyi hər bir dərd üçün dərman da göndərib.
    14."Əl-Müsənnəf" -  Hilal ibn Yasəfdən: Peyğəmbərin (s) zamanında bir nəfər yaralandı. Peyğəmbər (s) həkim çağırmağı əmr etdi. Xəstə dedi:
    -Ey Allahın Rəsulu! Məgər həkim onu sağalda bilər?
    -Bəli. Allahın göndərdiyi hər bir xəstəlik üçün şəfa da göndərib.
    15.İmam Əli (ə): Hər bir canlının xəstəliyi var, hər xəstəliyin də dərmanı.
    16.İmam Rza (ə): Allah bəndəni düçar etdiyi hər bir dərd üçün onu sağaldacaq dərman  da göndərib. Hər bir növ dərd üçün bir növ dərman və tədbir vardır.

    1.4. Dərman və müalicə Allahın qəzavü-qədərindəndir

    17.Peyğəmbər (s): Dərman qədərdəndir. O, Allahın izni ilə bəzən fayda verir.
    18. Peyğəmbər (s): Dərman qədərindəndir. Î, istədiyi adama istədiyi miqdarda fayda verir.
    19. "Sunənu ibn Macə" - Əbu Xuzamədən: Peyğəmbərdən (s) soruşdular:
    - Müalicə olunduğumuz dərmanları, istifadə etdiyimiz dua və tilsimləri, pəhriz yollarını qəbul edirsinizmi? Onlar Allahın qəzavü-qədərini dəyişə bilərmi?
    - Bəli. Onların özü də Allahın qəzavü-qədərindəndirlər.
    20. İmam Sadiq (ə): Peyğəmbərlərdən biri xəstələndi. O dedi: "Dərman qəbul etməyəcəm. Məni xəstələndirən qüvvə məni sağaltsın".
    Allahdan ona vəhy gəldi: "Dərman qəbul etməsən, sənə şəfa vermərəm. Şəfa mənim tərəfimdəndir".
    21. "İhyau-ulumid-din" kitabından: Alimlər biri İsrailiyyat hədislərin (qondarma hədislər) içində aşağıdakı hədisi qeyd edir:
    "Həzrət Musa (ə) bir gün xəstəliyə tutuldu. Bəni-İsrail onun yanına gəlib xəstəliyinin nədən ibarət olduğunu biləndən sonra dedi:
    -Filan dərmanı qəbul etsən sağalarsan.
    Musa dedi:
    -Dərman qəbul etməyəcəyəm, Allah dərmansız məni sağaltsın.
    Musanın xəstəliyi uzandı. Bəni-İsrail ona dedi:
    Musa (ə) camaata dedi:
    -Dediyiniz dərmanla məni müalicə edin!
    Musanı (ə) müalicə etdilər və o sağaldı. Amma onun qəlbi bu hadisədən narahat oldu. Allah-Òəaladan ona vəhy gəldi:
    "Sən mənim hikmətimi mənə təvəkkül etməklə batil etmək istəyirdin?! Məndən başqa kimsə o dərmanlarda fayda vermə qabiliyyəti yaradıbmı?!

    1.5. Şəfa Allah tərəfindəndir

    Quran:
    "Xəstələndiyim zaman o, mənə şəfa verir".
    Hədis:
    22."Tibbi nəbəvi": İbrahim - Xəlil (ə) dedi:
    -Ey Rəbbim! Dərd və xəstəlik kim tərəfindəndir?
    Allah-Təala buyurdu:
    -Mənim tərəfimdən.
    -Bəs dərman və sağaltmaq kimin tərəfindəndir?
    -Mənim.
    -Elə isə həkimin rolu nədir?
    -Həkim o şəxsdir ki, onun əli ilə müalicə aparılır.
    23. İmam Sadiq (ə): Həkimə "Müalic" (müalicə edən) deyərdilər. Musa ibn İmran (ə) Allaha dedi:
    -Ey Rəbbim! Xəstəlik kimin tərəfindəndir?
    -Mənim.
    - Bəs dərmanı?
    -  O da mənim.
    - Onda insanların müaliclərlə nə işi?
    - İnsanlar onların vasitəsilə özlərini xəstəliyin qəm-qüssəsindən xilas edirlər. Buna görə də həkimlərə "təbib" (ürək açan) deyirlər.
    24."İbn Hənbəlin Müsnədi" - Əbu Rəməsədən: Atamla birlikdə Peyğəmbərin (s) yanına gəldik. Atam Peyğəmbərin (s) belindəki yaranı görüb ona dedi:
    -Səni müalicə edimmi?
    Peyğəmbər (s) dedi:
    -Sən yoldaşımızsan, təbib isə Allahdır. (Yəni əslində sağaldan Allahdır.)
    25. "Dəaimul-islam": Cəfər ibn Məhəmməddən (ə) soruşdular ki, birini yəhudi və ya xristian müalicə edir, buna icazə verilirmi?
    Həzrət dedi:
    -Eyb etməz, şəfa Allahın əlindədir.
    26. Peyğəmbər  (s):  Allahım! Tərif sənə layiqdir ki, sən yaratmısan, sürət vermiş və hökm etmisən. Yoldan çıxartmış, hidayət etmisən. Güldürmüş və ağlatmısan. Öldürmüş və diriltmisən. Xəstələndirmiş və şəfa vermisən. Yedirtmiş və icirtmisən.
    27. Peyğəmbər (s) - "Couşən-kəbir" duasında: Ey yol göstərənimiz və köməkçimiz. Ey dostumuz və təbibimiz. Ey təbibi olmayanların təbibi.
    28.İmam Zeynul-Abidin (ə): Allahim! Tərif sənə layiqdir ki, yaratmış, nizamlamış və hökm etmisən. Öldürmüş və diriltmiş, xəstələndirib və şəfa vermiş, sağaltmış və xəstələndirmisən.
    29. İmam Əskəri (ə) - səhər duasında: Ey o böyük qüdret ki, istədiyin şeydə şəfa qoyursan. Ey o böyük qüdret ki, kiçik bir dermanla böyük derdi aradan qaldırırsan.
    30. "İhyau ulumud-din": Həzrət Musadan (ə)  rəvayet olunur ki,
    Allaha dedi:
    -Ey Rəbbim! Dərd və onun dərmanı kimin tərəfindədir?
    Allah-Təala buyurdu:
    -Mənim tərəfimdən.
    -Bəs təbiblər nə edirlər?
    -Öz ruzilərini qazanıb bəndələrimi (qəm-qüsseden) qurtarirlar, indi ya şəfam gələr(şəfa verərəm), ya da qəzam(öldürərəm).

    (Ardı var)
    Hacı Mirəziz

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 2365
    +  -  Çap 

    08.05.14
    Təcnislər
    08.05.14
    Müstəzadlar
    08.05.14
    Saqinamə
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30