Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Elman Nəsirli: "Çıxış yolumuz son dərəcə güclənməkdədir"

    Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirlinin Nəzər Media.az sayıtına müsahibəsi

     

    - Moskvada olan Son olaylardan sonra Azərbaycan Rusiya münasibətlərinin gələcəyini necə görurüsüz ?
     
    -Moskvada baş verən son hadisələr, heç şübhəsiz, ikitərəfli münasibətlərdə müəyyən anlaşılmazlıqların yaranmasına səbəb oldu. Azərbaycan vətəndaşına münasibətdə qeyri-adekvat davranış tərzi çoxsaylı suallar doğurdu və onlara axtarılan cavablar birmənalı olmadı. Əksər cavablar isə belə idi ki, bu hadisə ətrafında xüsusi ajiotaj yaratmaqla müəyyən qüvvələr öz çirkin niyyətlərini həyata keçirmək istəyiblər. Burada Azərbaycana məlum layihələrə qoşulmaqla bağlı təzyiqlərdən tutmuş ta daxili auditoriyanı sakitləşdirməyə dair müxtəlif variantlar kontekstində qiymətləndirmələr yer almışdır. Zənnimizcə, baş vermiş hadisəyə sağlam və soyuq başla qiymət vermək lazımdır.Rusiya-Azərbaycan münasibətlərinin normal səviyyədə olması hər iki tərəfin marağında olan məsələdir. Hesab edirik ki, Bakıda keçirilən III beynəlxalq Humanitar Forum həm də bu qəbildən olan məsələlərin sivil qaydada həlli üçün münbit şəraiti təmin edəcəkdir.
     
    - Hətta bu gün Rusiya Mətbuatı və İctimayəti bildirir ki Rusiya öz Ben Ladenini yaradib. Məhz bu Ben Ladeninin Azərbaycanlı olması Rusiyanının umumi Qafqaza təziq etməsi üçün əvvəlcədən planlaşdırılmışdı.Yəni onlar bununla demək istəyirdiki biz regionunun ən güclü dövlətinə qarşı təzyiq edə bilərik? Yoxsa bu sadəcə bir qafqazlı idi ?
     
    - İstənilən halda Rusiyanın bu şəkildə “əcinnə ovuna” çıxması və ya “yeni Ben Laden” icad etməsi ilk növbədə bu çoxmillətli dövlətin özü üçün təhlükəlidir. Belə davranış tərzi ksenofobiya və isalamofobiya kimi qorxulu təsirlərin inkişafı üçün münbit şəraiti yaradır, multikulturalizmi iflic edir, tolerantlığı məhvə sürükləyir. Bu halda uduzan tərəf sivil dünya olur. Cinayətin triumfu başlanır. O daha da şirniklənir. Bu halda gerçəkdən “tarixin sonu” reallaşa bilər. Rusiyada bu yolla geopolitik üstünlük qazanacaqlarını düşünən tərəflər “bumeranq effekti”ni heç zaman unutmamalıdırlar.
     
    - Bu gün bir çoxları İlham Əliyevin Minskə səfərini Azerbaycanın Gömrük İtiffaqina addımı kimi dəyərləndirir. Sizin buna münasibətiniz necədir?
     
    - Azərbaycan dövlətini atdığı bütün addımlar milli maraqların qorunmasına xidmət göstərir. Məsələyə bu kontekstdə yanaşdıqda Prezident İlham Əliyevin Minskə səfərinin arxasında hansısa xalqdan gizlin mətləblərin dayandığını düşünənlər sadəcə reallıqdan uzaq adamlardırlar. Azərbaycan prinsip etibarilə inteqrasiya proseslərinə loyal münasibət bəsləyən dövlətdir. Təki bu inteqrasiya milli maraqlara heç bir kölgə salımasın. Deməli, dövlətimizin milli maraqlarının tam qorunduğu istənilən layihə ilə bağlı Azərbaycan müstəqil şəkildə qiymətləndirmə aparmaq və qərar vermək hüququnu özündə saxlayır.
     
    - Çox zaman ATƏT-in minsk qrupunun tərkibinin dəyişdirilməsi barəsində söhbətlər gedir. Bu tərkibin deyişiklik bizə nə verər problemin həllində hansı məcralara yonəldə bilər?
     
    - Zənnimizcə, problemi tərkibin dəyişdirilməsi həll etməyəcək. Məsələ ondadır ki, bu 3 həmsədr dövlət münaqişəni həll etmir, lakin paradoks da ondadır ki, bu dövlətlərin iştirakı olmadığı təqdirdə də münaqişənin həlli mümkünsüz görünür. Deməli, çıxış yolumuz son dərəcə güclənməkdədir. Bu halda həmsədrlər də Azərbaycanın böyük qüdrəti qarşısında vahiməyə düşüb, Ermənistanı sülhə məcbur edəcəklər.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 927
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30