Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Elşad İskəndərov: “Milli kimliyimizi formalaşdıran milli-mənəvi dəyərlərimizin tədqiqatı böyük əhəmiyyət kəsb edir”
    Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov Dövlət Komitəsinin dəstəyi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin iştirakı və “Müasir inkişaf” ictimai birliyinin təkilatçılığı ilə həyata keçirilən “Milli Mənəvi dəyərlər və Milli Kimlik layihəsi” çərçivəsində nəşr olunması planlaşdırılan eyniadlı kitabında məqalə ilə çıxış edəcək alim  və tədqiqatçılarla görüş keçirib. 

    Komitənin Mətbuat xidmətindən  verilən məlumata görə, görüşdə çıxış edən Elşad İskəndərov bu sahədə ilk dəfə olaraq, aparıcı mütəxəssislərini cəlb edilərək belə bir kitabın ərsəyə gətirilməsinin olduqca vacib bir hal olduğunu vurğulayıb. Komitə sədri onu da bildirib ki, kitabdakı məqalələr Azərbaycan milli kimliyində milli-mənəvi dəyərlərin rolu barədə əsas konturlarını müəyyən etməyə yönəlib. “Bu çox əhəmiyyətli bir məsələdir. Çünki qeyd olunan sahədə təəssüf ki, mütəxəssislərin öz aralarında belə tam bir konsensusun olmadığını görürük. Bəzən bizə yaxın və qonşu olsalar da başqa xalqların milli kimliklərinin ünsürləri bizim kimliyimizin bir hissəsi kimi təqdim olunur. Bəzən də, əksinə kimliyimizin ayrılmaz hissələrinin mənimsənilmədiyinin və yad ünsürlər kimi göstərildiyinin şahidi oluruq. Bu baxımdan milli kimliyimizi formalaşdıran və onun ayrılmaz hissələri olan milli-mənəvi dəyərlərin tədqiq edilib, geniş icitimayyətə çatdırılması böyük əhəmiyyət kəsb edir.”
    Görüşdə iştirak edən AMEA və aparıcı təhsil mərkəzlərinin nümayəndələri və sözügedən sahənin mütəxəssisləri yazacaqları məqalələrin əsas tezisləri haqqında məlumat verdilər. Onlar Dövlət Komitəsinin simasında dövlətin bu sahəyə diqqət yetirməsinin həm elmə, həm də millətimizin  tarixinə və mədəniyyətinə verilən bir dəyər kimi qiymətləndirdilər.
    Qeyd edək ki, kitabda Azərbaycan milli kimliyinin müxtəlif ünsürləri haqqında 20-dən çox məqalə yer alacaq.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 708
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30