Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Gənc şair Zahid Sadıxovun yeni şeirləri
    TOY MƏRASİMİ

    Yenə toy-büsatdır məhəlləmizdə
    Gözün aydın olsun, Mirəziz Ağa!
    Ürəkdən təbrikə gəlmişik biz də,
    Gözün aydın olsun, Mirəziz Ağa!


    Seyyid ocağında toydayıq bu gün,
    Allahın iznilə olubdur mümkün.
    Seyidyar qızına edir toy-düyün,
    Gözün aydın olsun, Mirəziz Ağa!

    Xidmət eyləyirsən xalqa, millətə,
    ×atmısan hər cürə ada, izzətə,
    Rəhmət o usdadın Şeyx Qüdrətə,
    Gözün aydın olsun Mirəziz Ağa!

    Seyd ocağının başındasan sən,
    Kamillil, müdriklik yaşındasan sən,
    Nəsil üzüyünün qaşındasan sən,
    Gözün aydın olsun, Mirəziz Ağa!

    El-oba hər zaman marağındadır,
    Bu toyun, nişanın sorağındadır,

    Dost, qohum, əqraba sol-sağındadır,
    Gözün aydın olsun, Mirəziz Ağa!

    Hacı Mirvəlinin şirin kəlamı,
    Hacı Mirsəlimin arzusu, kamı,
    Bu gözəl məclisi mədh edir hamı,
    Gözün aydın olsun, Mirəziz Ağa!

    Miryaqub,Mirhəbib bükülməz qolun,
    Mirbaba, Ayazın yoludur yolun,
    ×əkir qeyrətini Mirsəid oğlun,
    Gözün aydın olsun, Mirəziz Ağa!

    Sevinən görürəm Hac Səxavəti,
    Xeyirxah işlərdən çəkinməz qəti,
    Nə gözəl adətdi bu toy adəti,
    Gözün aydın olsun, Mirəziz Ağa!

    Mirismayıl baban yaşasın deyə,
    Adını hörmətlə qoydun nəvəyə,
    Adıyla  böyüsün, ucalsın göyə,
    Gözün aydın olsun, Mirəziz Ağa!

    Yaşyır Mirsadıx, Mirbaba adı,
    Mirkərim, Mirəhməd unudulmadı,
    Ayaz, Mirəbdül də bu gün toydadı,
    Gözün aydın olsun, Mirəziz Ağa!

    Deyim Ağəddinin təbrikini mən,
    O da Mirziyatək sevinir qəlbən,
    Murad, Miramid də deyir ürəkdən,
    Gözün aydın olsun, Mirəziz Ağa!

    Həm böyük usdadsan, həm din xadimi,
    Həm dünya alimi, həm din alimi,
    Şerində sözlərin mirvarid kimi,
    Gözün aydın olsun, Mirəziz Ağa!

    Mehriban atasan, qayğıkeş dayı,
    Tanrı bacılara vermiş bu payı,
    Yaxşı əməlinin sonsuzdur sayı,
    Gözün aydın olsun, Mirəziz Ağa!

    Haqqım var, haqqında nə qədər desən, 
    Halal çörəyini halal yemisən,
    Kimsənin önündə baş əyməmisən,
    Gözün aydın olsun, Mirəziz Ağa!

    Coşdu Ağa Zahid danışdı, dindi,
    Fatimə toyunda qəlbən sevindi,
    Bir də təkrar edib deyirəm indi,
    Gözün aydın olsun, Mirəziz Ağa!
     
    TOY, GÖZƏL

    Yazın yaz yeri var, payızın payız,
    Qışda qış gözəldir, yayda yay gözəl,
    Təbiət binadan gözəl yaranmış,
    Günəş gündüz gözəl, gecə ay gözəl.

    Hər şey taleyinin hökmü, qisməti,
    Sevinc keçərgidi, qəm müvəqqəti,
    Sevənlər çəkməsin acı həsrəti,
    Birləşib olsunlar qoşa, tay, gözəl.

    Sevgi ömrümüzə sönməz bir işıq,
    Həm ömrə bəzəkdir, həm də yaraşıq,
    Hamının sevincə başı qarışıq.
    Xoş gündən hamıya çata pay, gözəl.

    Zahid, min arzuyla qəlbin döyündü,
    Bu gün bir ocaqda toydu, düyündü,
    Ata fərəhləndi, ana öyündü,
    Elimdə həmişə ola toy gözəl.


    NECƏ QIYDIN ƏZİZİM

    Açılmamış tər qonçədir sevgimiz,
    Güldən, çiçəkdən incədir sevgimiz,
    Bəs deyirdin ölüncədir sevgimiz,
    Bu sevgiyə necə qiydın əzizim.

    Vüsalına çatmamışdım bu eşqin,
    Bal dadını dadmamışdım bu eşqin,
    Qüssəsindən yatmamışdım bu eşqin,
    Bu sevgiyə necə qiydın əzizim.

    Gecə-gündüz varlığımla andığım,
    Hicranına gizli-gizli yandığım,
    Öz həyatım, öz taleyim sandığım,
    Bu sevgiyə necə qiydın əzizim.

    Zahidəm mən tutmamışam bir qərar,
    Gül açmadı qönçə olan arzular,
    Ürəyimdə bir ağlayan sevgi var,
    Bu sevgiyə necə qiydın əzizim.

    QƏDRİNİ BİLMƏDİM

    Ömrümə işıq tək yandın, sönmədin,
    Yüz yol əzab verdim, bir yol dinmədin,
    Sakit küsüb getdin geri dönmədin,
    Qədrini bilmədim, bilmədim sənin.

    Bəxtimə göylərdən enən mələkdin,
    Sevgi bağımızda neçə gül əkdin,
    Bilmədim ömrümə belə gərəkdin,
    Qədrini bilmədim, bilmədim sənin.

    Sən çıxıb gedəli qəlbim sınıqdı,
    Kimə nə qıymadın bəxtimə çıxdı,
    Mən səni, sən məni sevən o vaxtı,
    Qədrini bilmədim, bilmədim sənin.

    Tənhalıq qapımı döyəndə bildim,
    Ayrılıq qəddimi əyəndə bildim,
    Başım daşdan-daşa dəyəndə bildim,
    Qədrini bilmədim, bilmədim sənin.

    Dolaşdı illərim keçdi beləcə,
    Dərdim ürəyimə axdı gizlicə,
    Qınadım özümü hər gün, hər gecə,
    Qədrini bilmədim, bilmədim sənin.

    Şerimin kədərli sətri sən odun,
    Sevgimin qoxusu, ətri sən oldun,
    Hər şeyin qiyməti-qədri sən oldun,
    Qədrini bilmədim, bilmədim sənin.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 999
    +  -  Çap 

    19.07.13
    "Quran"
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30