Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    SEVINDIRƏN, DÜŞÜNDÜRƏN VƏ KÖVRƏLDƏN "QARABAĞ HƏSRƏTLI "SEGAH"
    Əsrarəngiz gözəlliyi, füsunkar iqlimi ilə Qafqazın bəzəyi olan, böyük alimlər tərəfindən  Azərbaycan adlı təbii muzeyin ən unikal mərkəzi adlandırılan Qarabağ, qədim və mənalı muğam musiqimizin Óca Tanrının bizə bəxş etdiyi beşiyidir. Hər kəsə məlumdur ki, bu torpaq dünya mədəniyyətinə çox nadir incilər bəxş etmiş bir diyardır. Dünya korifeyləri siyahısına adını qızıl hərflərlə yazmış dahi Üzeyir Hacıbəyli, Cabbar Qaryağdıoğlu, Bülbül, Niyazi, Rəşid Behbudov və daha neçə-neçə böyük sənət adamları məhz Qarabağlı idilər.

    Doğma yurd-yuvalarından didərgin düşmüş, qaçqın, köçkün həyatını yaşayan qarabağlılar bu tarixi ənənəni bu gün də qoruyub saxlamağa çalışırlar. Milli musiqimizə yeni səslər, avazlar bəxş etməkdə davam edirlər. Qarabağ dağlarından, təpələrindən, bulaqlarından, ətirli çiçəklərindən  məhrum olmuş   "Qarabağ bülbülləri"miz  bu gün də yetişməkdədirlər... 
    Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının söylədiyi kimi:  "Qarabağın payına da muğam düşüb... Əslində bu bölgü ayrı-seçkililik deyil, hərənin nəyi daha yaxşı bacarmasına işarədir..." Bu misraları təsadüfi xatırlamadım. ×ünki yazının mövzusu   muğamlarımızı, xalq və bəstəkar mahnılarımızı məhz  çox yaxşı ifa etməyi bacaran Qarabağlı xanım haqqındadır.  Bu xanım - zamanında Qarabağın büllur çeşməli bulaqlarından, təmiz havasından qidalanan, qanadlanıb üzü aydın səmaya doğru qanadlanan "Qarabağ bülbülləri"ndən biri, müasir dövrümüzün peşəkar ifaçısı, böyük  muğam ustadların layiqli davamçılarından olan  Respublikanın xalq artisti Aygün Bayramovadır.
    Bu ilin fevralında xanım xanəndəyə həsr edilmiş "Qarabağ həsrətli Segah" adlı kitab  işıq üzü görüb.  "Apastrof" çap evində nəfis tərtibatla nəşr edilmiş  və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın müəllifləri əməkdar jurnalist, professor Vasif Səmədov və Səbinə Sadıxqızıdır. "Qarabağ həsrətli Segah"  sevimli sənətkarımız Aygün Bayramovanın bir xanəndə, opera solisti, Asəf  Zeynallı adına Musiqi Kollecinin müəllimi, Milli Konservatoriyanın dosenti kimi inkişaf yolundan, onun həyat və yaradıcılığından, pedaqoji fəaliyyətindən bəhs edir.  
    Eyni zamanda  bu kitab bir xanəndənin şəxsində bütünlüklə Qarabağ  faciəsini, xalqımızın yaşadığı məşəqqətli günlərini, milli mədəniyyətimizin məruz qaldığı itkilərin miqyasını xatırladıb, göstərməklə  oxucuların, xüsusilə də yetişməkdə olan gəncliyimizin vətənpərvərlik ruhunun  yüksəlməsinə xidmət edir. Eləcə də, milli-mənəvi, mədəni sərvətimizi, ədəbiyyatımızı, incəsənətimizi və qəhrəmanlıq nümunələrilə zəngin tarixi keçmişimizi, müstəqilliyimizi, istiqlaliyyətimizi, dövlətçiliyimizi qoruyub saxlamaq istəyi və mübarizliyi  kimi  müqəddəs  hisslər aşılayır.  
    Kitabın "Proloq"u  və "Son söz  əvəzi"  buna bariz nümunədir.  Vasif  Səmədovun  təbirincə  desək:  "...Qoy oxucularımız bilsinlər ki, xalq artisti, hamımızın sevimlisi Aygün Bayramovanın həyat və fəaliyyətindən bəhs edən bu kitabda, proloqda qeyd etdiyimiz kimi, müharibə mövzusuna toxunmağımız heç də  təsadüfü deyildir.  Qarabağlı  xanəndə xanımın  sənət fəaliyyətindən  danışırıqsa, onun böyüdüb boya-başa çatdığı  müqəddəs  bir  torpağın faciələrindən bəhs  etməmək olarmı? Bunu nə o torpaq, nə də ki, o torpağın insanları bizə bağışlamaz? Hər bir azərbaycanlının  harada doğulmasından,  yaşamasından asılı olmayaraq,  ürəyi  daima doğma Qarabağla döyünür, Qarabağla nəfəs alır. Biz hamımız, Qarabağlıyıq, Qarabağsa bizim hamımızındır!"
    Qeyd edək ki, "Proloq"da müəlliflər muğamdan, musiqidən, sənətkardan yazarkən, keçmişimizi xatırlayıb, mövcud zaman kəsiyindəki fərqləri araşdırır, indiki durumumuzu qiymətləndirir, gələcəyimizi düşünür və xəyallara dalır.  Xəyalları isə yazarları Qarabağlı, Şuşalı günlərə qaytarır...  Şuşada  "Xarı bülbül" Ümumittifaq muğam festivalı ilə bağlı xatirələri, Vətən naminə, xalqın haqq işi uğrunda canından keçən, şəhidlik zirvəsinə ucalan igidlərimiz haqqında məlumatları  kifayət qədər əhatəli şəkildə oxuculara təqdim edilir.   Elə bu səpkidə də davam edən, bir növ "Proloq"un ardı olaraq,  "Son söz əvəzi"ndə isə müəlliflər dahi Üzeyir bəyin 1918-1920-ci illərdə böyük uzaqgörənliklə yazdığı məqalələrinin bu gün üçün də  böyük əhəmiyyət kəsb etməsindən bəhs edir. Fitri istedada malik böyük mütəfəkkirin müdrik kəlamlarından misallar çəkilir, sitatlar verilir. Eləcə də, Ümummilli liderimiz Heydər Əliyevin Üzeyir bəy yaradıcılığı və fəaliyyəti haqqında söylədiyi dəyərli fikirlərin yer alması xüsusi maraq doğuran məqamlardan biridir.   
    Vasif Səmədovun yaradıcılığına yaxşı bələd olan və onun  bir neçə kitablarını ("Müdaxilə", "Təki vətən sağ olsun...", "Vətən üçün lazım gəlsə...", "Bakılı neft karolu") mütaliə etmiş oxucusu  kimi,  qeyd etməliyəm ki, müəllif,  yazdığı bir sıra ictimai-siyasi publisistik əsərlərindən sonra "Qarabağ həsrətli "Segah" kitabında da diqqətini mövcud problemlərə və onların həlli yollarına cəlb  etməsilə qəlbində  daima yaşatdığı  böyük Vətən eşqi və  millət təəssübkeşliyini tərənnüm edən hisslərini oxucularına bir daha məharətlə çatdıra bilmişdir. 1988-ci ildən başlayan xalq hərəkatı zamanında və müstəqilliyimizin ilk illərində o, öz qələminin gücünə sığınaraq, bütün maneə və çətinliklərə sinə gələrək, informasiya blokadasında olan Azərbaycanımızın haqq səsini dünyanın aparıcı kütləvi-informasiya vasitələrinə çatdırmaqla əsl fədakarlıq nümunəsi göstərmişdir. Bu gün həmmüəllif olduğu  "Qarabağ həsrətli "Segah" kitabını da ərsəyə gətirməklə Vasif Səmədov həmkarı Səbinə Sadıxqızı ilə birgə daha bir  xeyirxahlıq  nümunəsi göstərmişdir. Belə ki, kitabın redaktoru, "Kaspian İzvestiya" Beynəlxalq İnformasiya Agentliyinin prezidenti İradə Məmmədovanın qeyd etdiyi kimi, müəlliflər heç bir şəxsdən və ya təşkilatdan  maliyyə dəstəyi, göstəriş, sifariş almadan, yalnız öz şəxsi istəkləri, əməkləri və vəsaitləri hesabına bu kitabı yazıb, nəşr etdirmişlər. Və bununla da tarixin yaddaşına, milli-mədəni  xəzinəmizin zənginləşməsinə, əcdadlarımızın bizə miras qoyduqları dəyərlərimizi xatırlayaraq, qorunmasına xidmət edən xeyirxah  iş, yaxşı əməl sahibi olmuşlar.    
    Müəlliflər muğam dünyası kimi İlahi bir mövzuda kitab yazmağı yaradıcılıq fəaliyyətində ilk "sınaq imtahanı" kimi dəyərləndirir və buna görə də narahatçılıq keçirdiyini söyləyirlər. Ancaq hesab edirəm ki, əgər müəlliflər bir sənətkarla pərəstişkarları arasında mehriban ünsiyyət, tanışlıq yaradaraq, onun nəinki  yüksək ifaçılıq məharətini, eləcə də ağıl və təfəkkürünü, mənəvi-estetik zövqünü, dünyagörüşünü, insani və əxlaqi  dəyərlərini  birgə apardıqları  maraqlı və məzmunlu söhbətlərinin nəticəsində oxuculara təqdim edə biliblərsə, deməli, nigarançılıq üçün də heç bir əsas qalmayıb. Şəxsən mən bu kitabı mütaliə etdikdən sonra Aygün Bayramova sənətinə vurğun olduğum qədər də onun şəxsiyyətini sevdim. Müəlliflər xanım xanəndənin Vətən həsrətini, yurd itkisindən doğan qəmini, kədərini qələmlərinin hikmət və sehri ilə yazılmış mənalı və təsirli  ifadələrlə vəsf ediblər: "Qarabağ Şikəstəsi" artıq qəlbimin Vətən nəğməsinə  çevrilib. Lakin bir zamanlar "Qarabağ Şikəstəsi"ni oxumayacağıma söz vermişdim. Düşünürdüm ki, Qarabağsız nə şikəstə? Susmuş, parçalanmış ürəyimdən neçə gəlsin o nəfəs, o "zil"? Ótanıram, dilənçiyə bənzəyirəm, elə bil lap yalvarıram deyincə: "Könlüm keçir Qarabağdan, gah o dağdan, gah bu dağdan!"  
    Kitabı vərəqlədikcə məlum olur ki, Aygün xanımla aparılan söhbətlərin hər birisi hansı dönəmlərdən keçsə də, onun fikirləri, düşüncələri hər zaman doğma Qarabağdadır: "Torpaqlarımızın itkisinə, əzizlərimin düşmən tapdaqları altında qalmış məzarlarının qəribliklərinə çox sarsılıram. Bəzən qazandığım bütün uğurlara belə ürəkdolusu sevinə bilmir, ruhən rahatlıq tapa bilmirəm." 
    Aygün Bayramovanın yüksək vətənpərvərlik hissləri onun ifa etdiyi hər bir muğamda, xalq və bəstəkar mahnısında, opera səhnəsində yaratdığı Leyli obrazında da tərənnüm edilir. Müəlliflərin təbirincə desək: "O, bu obrazı yaradarkən, özündən ayrılıb, öz dünyasından qopub, ikinci bir insan ömrünü yaşayırdı. Aygün öz torpağının, Leyli isə sevgisinin həsrətində idi... Bu rolda o, Leylinin qəmini, kədərini öz şəxsi müsibətilə necə də məharətlə birləşdirə bilmişdi."  
    Kitabın oxucuları  nəşrə əlavə olunmuş  2 diskin (Aygün Bayramovanın ifalarından ibarət videoyazılar və baş rolda oynadığı  "Leyli və Məcnun" operası) vasitəsilə bütün bu söylənilənlərin şahidi ola bilərlər. Eləcə də Şuşadan Bakıya gətirilmiş sənət korifeylərimiz Üzeyir Hacıbəylinin, Bülbülün və Natəvanın  erməni işğalçıları tərəfindən güllələnmiş abidələrinin təsviri kitabda açıqca verilmişdir. Nəşrin son səhifələrinə isə  Xocalı faciəsi, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizlə bağlı məlumatlar salınıb.
    Ümumilikdə kitab Aygün Bayramovanın həyat və yaradıcılığının timsalında, onun doğulduğu, boya-başa çatdığı torpağın qısa tarixini, uzun illərdir ki, "qəfəsə" düçar olmuş məşhur "Qarabağ bülbülləri" ansamblının bugünkü çətin durumunu, efirlərimizdə səslənən bayağı musiqilərin çoxluğu kimi mövcud həqiqətləri də özündə əks etdirir.     
    Kitabda xüsusi diqqəti çəkən məqamlardan biri də Aygün Bayramova sənəti və şəxsiyyəti haqqında Azərbaycanın görkəmli ziyalılarının, musiqi bilicilərinin  söylədikləri dəyərli mülahizələridir. 
    İlahiyyatçı və şərqşünas, akademik Vasim Məmmədəliyev kitaba yazdığı "Ön söz"də Aygün Bayramova  sənətini belə dəyərləndirmişdir: "Hər şeydən əvvəl onu qeyd etmək istərdik ki, Aygünün gənc yaşlarından bir müğənni kimi geniş şöhrət qazanmasının üç əsas səbəbi vardır. Bu səbəblər onun böyük istedadı, zəhmətsevərliyi və yaxşı ustadlardan dərs almasıdır. Onun ustadlarından söz açarkən ilk növbədə əfsanəvi sənətkarımız Şövkət Ələkbərovanı, məşhur müğənnimiz İslam Rzayevi və muğam, təsnif, mahnılarımızın mahir ifaçısı, təkrarolunmaz gözəl səs sahibi Respublikanın Xalq artisti, bir çox mötəbər hökumət mükafatları laureatı Arif Babayevi qeyd etmək lazımdır.  Aygün füsunkar, cazibəli səsi ilə ifa etdiyi hər bir muğama, mahnıya, musiqi əsərinə yeni bir çalar, yeni bir ahəng, rövnəq verir."
    "...Aygün gözəl sənətkar olduğu kimi, gözəl insandır. O hər cür sünilikdən, boyadan uzaq, göründüyü kimi olan, olduğu kimi görünən gözəl bir Azərbaycan xanımıdır."
    Sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, professor İlham Rəhimlinin  "Aygün xanımın ifası tamaşaçını buludlar üzərində də rahatca, ruh dincliyi ilə gəzdirə bilir. Onun səsi və sözü qoşa qanad kimi gərilir. Gərilib ürəklərə şığıyır. Ürəklərə şığıyıb ruhlarda çırpınır. Ruhlarda xəfif-xəfif çırpınan bu məlahətin sehri sənətə və sənətkara qüdrət, əzəmət, möhtəşəmlik və əlçatmazlıq gətirir" - kimi gözəl ifadələri kitabı oxuyarkən insanı incə və romantik hisslərə, dərin düşüncələrə dalmağa vadar edir.
    Görkəmli bəstəkarımız, əməkdar incəsənət xadimi, xalq artisti, professor Ramiz Mirişli  Aygün Bayramova  yaradıcılığını  gözəl bir  rəsm əsərinə bənzədərək, onun səsinin hansı rəngə "boyandığını" bu cür təsvir edir:   "Aygün Bayramovanın səs palitrası incəliyi, təmizliyi, bəyazlığı ilə seçilir. Onu dinləyincə həyatın sanki ən dolğun və şəffaf rənglərə boyandığını görüb,  qəlbində sözün əsl mənasında bir dinclik tapırsan. Aygünün ifası, oxu üslubu, yalnız geniş səs imkanları ilə deyil, həm də şirin, kövrək, qulaqlara yox, məhz duyğulara nüfuzediciliyi ilə səciyyəvidir. Aygün böyük ürək sahibidir, elə oxuyan da onun böyük ürəyidir."
    Xalq şairi Nəriman Həsənzadə müasir xanım xanəndələr arasında məhz Aygün Bayramova sənətinin pərəstişkarı olduğunu söyləyir.  Onu fitri istedada və ustad məktəbini məharətlə mənimsəmiş bir sənətkar kimi səciyyələndirir: "Ónudulmaz Şövkət xanım sənətinin varisidir o, bu gün! Arif Babayev zəhmətinin bəhrəsidir o, bu gün!" - deyə qeyd edir.
    Kitabda Aygün Bayramovanın sənətinə müxtəlif təbəqələrdən olan insanlar, o cümlədən sənət dostları, bəstəkarlar, hərbçilər, dövlət qulluqçuları  və digər peşə sahibləri tərəfindən verilən bütün  rəylər, mülahizələr və fikirlər şübhəsiz ki, onun sənətinə, xanəndəlik məharətinə böyük hörmətin və sevginin təzahürüdür. Eləcə də müəlliflər Aygün xanıma ünvanlanmış məktubların bir neçəsindən ayrı-ayrı sətirləri oxuculara təqdim ediblər. Daha sonra xanım xanəndənin dünyanın bir çox ölkələrində Azərbaycanın milli musiqisini, muğamını layiqincə təmsil etməsindən, qastrol səfərlərilə bağlı maraqlı və yaddaqalan xatirələrindən bəhs edilir.   
    Belə bir nəticəyə gəlmək olar ki,  "Qarabağ həsrətli "Segah" adlı kitab müəlliflərin Azərbaycan mədəniyyətinə, incəsənətinə və geniş oxucu auditoriyasına bəxş etdikləri dəyərli  bir  töhfədir.  Xalq artisti Aygün Bayramovanı  özünə ustad bilən tələbələr, gənc muğam ifaçıları da bu kitabda  müəllimlərinin keçdiyi şərəfli sənət yolundan  xəbərdar olub, ondan məharətlə bəhrələnə bilərlər.
    Sənətkar haqqında maraqlı və sanballı kitab yazmaq, onun sənətinə  verilən yüksək dəyərin və sevginin bir təzahürüdür. Gözəl sənətkarın sənətini layiqincə vəsf etmək isə böyük zəhmət, gərgin əmək tələb edən işlərdən biridir. Hesab edirik ki,  "Qarabağ həsrətli "Segah"ı oxuyan hər bir oxucu bizimlə razılaşar ki, Aygün Bayramova  yaradıcılığı  yüksək səviyyədə qələmə alıb, nəfis şəkildə nəşr edilərək oxuculara təqdim olunub.  
     Kitabda maraqlı və böyük siyasi əhəmiyyət kəsb edən cəhətlərindən biri də “Yadda saxla, Vətən övladı”, başlığı altında verilmiş materiallar, erməni işğalçı ordusunun törətdiyi vandalizmi əyani şəkildə nümayiş etdirən rəngli əlavəsində Üzeyir Hacıbəylinin, Xurşudbanu Natavanın və Bülbülün “Güllələnmiş heykəllər” başlığı altında oxuculara təqdim edilir. Həmin əlavənin arxa tərəfində isə “Ermənistanın təcavüzünün nəticələri”, başlığı altında coğrafi xəritədə Azərbaycanın işğıl edilmiş əraziləri, əhalinin milli tərkibi işğal olunmuş ərazilərin işğal edildyi tarixlər oxucuların diqqətinə təqdim edilir. Eyni zamanda Dağlıq Qarabağın ətrafındakı işğal edilmiş rayonlar, işağal olunma tarixi və bunun nəticəsində köçkün düşmüş insanların sayı təcavüzün qurbanları əlillər və itkin düşmüş vətəndaşlarımızın sayı dağıdılanlar və dəymiş zərərlər göstərilir. Bəli bədii publisistika və siyasi publisistikanın imkanlarından məharətlə istifadə etmiş müəlliflər Məmməd Araz demişkən “Vətən daşları və ölkəmizin dəyərli vətəndaş yaradıcı ziyalıları olduqlarını sözün həqiqi mənasında təsdiqləyir.
    Biz də  öz növbəmizdə  məhz belə bir uğurla imza atmış kitabın müəlliflərinə eləcə də "Kaspian-İzvestiya" Beynəlxalq İnformasiya Agentliyinin bütün yaradıcı kollektivinə "Milli-mədəni sərvətimiz" silsiləsindən görkəmli sənətkarlar haqqında  bir-birindən maraqlı  kitabların yazılıb nəşr etdirmələri üçün ilk öncə cansaqlığı və müvəffəqiyyətlər arzulayırıq.
    Eyni zamanda, sevimli sənətkarımız Aygün Bayramovanı "Qarabağ həsrətli "Segah"ın  qəhrəmanı olması  münasibətilə  təbrik edirik. O gün olsun ki, Aygün xanım həsrətində olduğu "Segah"ı  boya-başa çatdığı, doğma Qarabağ torpağında oxusun! 
    Müəlliflərdən - Vasif  müəllim Səmədovun  necə deyərlər, sözünə qüvvət: "...Bu yurdun camaatı isə xanəndə qızına dünyanın nadir incisi - Qarabağ torpağının baş tacı qədim Şuşanın gözəllik simvolu olan xarıbülbül çiçəklərindən təqdim edib, sənətkarı yaşadan, ona ruh verən tamaşaçı alqışları ilə salamlasınlar."

    P.S. Kitabı mütailə etdikdən sonra qəlbimdən keçən hissləri müəllif – Əməkdar jurnalist, professor Vasif Səmədov və əsərin qəhrəmanı Xalq artisti Aygün Bayramovaya poeziya dili ilə izhar etdim. Həmin şeirləri jurnalın poeziya səhifəsində dəyərli oxuculara təqdim edirik. 

    Qazı Hacı Mirəziz SEYİDZADƏ


         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 658
    +  -  Çap 

    08.05.14
    Təcnislər
    08.05.14
    Müstəzadlar
    08.05.14
    Saqinamə
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30