Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Zəlalət yolçuları
    II  HİSSƏ Din məşğuliyyətdir, yoxsa inanc mənbəyi, əqidə simvolu... Əlbəttə bu sual son illər Azərbaycanda ibadətlə məşğul olan insanların sayının sürətlə artmasından sonra beyinləri daha çox düşündürür. Söhbət konkret olaraq dini-mənəvi-psixioloji problemlərdən gedir. O, problemlər ki, onu bizə özümüz vasitəsi ilə yaşadırlar. 

    Bu gün dindarların sayının getdikcə artmasında bəzi xoş olmayan məqəmlarla bağlı ictimai fikirdə narahatlıq yaranır. Bu narahatlıqlar da ibadətlə məşğul olmaq istəyən insanların xaricdən ixrac olunan təriqətlərin təsiri altına düşmələri ilə izah edilir. Amma gəlin qəbul edək ki, bu gün dinə gələn insanların heç də hamısı yad təriqətlərin “xeyir-duası”nı almır. Onların böyük əksəriyyətinin hidayət olunmalarının başlıca səbəbi qəlblərinin səsini dinləmələridir.
    Qəbul edirik ki, gənclərin bir çoxu İslamdakı bəzi təriqətlərin təsiri altındadır. Ən çox da vəhhabilik (sələfi-salehlər), nurçuluq... Və təbii ki, vaxtsız qapımızı döyüb mətbəximizə qədər ayaq açan missonerlik. Bu gün artıq İslam təriqətləri fonunda missionerlik arxa plana keçib. Onların fəaliyyəti müstəqilliymizin ilk illərindən fərqli olaraq indi açıq-aşkar hiss olunmur. Bəlkə də bu bir taktikadır, amma reallıqdır. Bəlkə də bilərəkdən Qərb imperalistləri İslam təriqətlərini açığa verərək MİLLİ MİSSİONERLİYİ inkişaf etdirir, özləri isə gizli fəaliyyət göstərirlər. Məqsəd birdir: İslamı parçalamaq. Hər halda bunu heç də hamı görə bilmir. Elə qorxulusu da budur. Sənin parçalanmağın və zəifliyin fonunda özü güclənir...
    Radikal təriqətlər gənclərin bir çoxunda aqressiya və mənəm-mənəmlik iddiası formalaşdırır. Bu gənclərin heç də hamısını həqiqət yolçuları hesab etmək absurddur. Onların dinə gəlişində xoş niyyət olsa da, necə və hansı yolla gəlmələrində xoş olmayan məqamlar var. Dini maarifləndirmə yüksək səviyyədə olmadığı üçün onların dinə gəlişi çox vaxt neqativ formada baş verir. Onlar məscidlərdə radikal İslam təriqətlərinin moizələrinin təsiri altına düşürlər...
    Hazırda Azərbaycanda təriqətçilik, cəryançılıq meyillərinin gücləndirilməsi məzhəb problemini unutdurub. Kiminin şiə, kiminin isə sünnü olması daha az adamı maraqlandırır. Təbii ki, bu xoş məqam gələcəkdə məzhəblərin daha da yaxınlaşmasına stimul verə bilər. 
    …İmamların qəbirlərini ziyarət etmək və onlardan nə isə istəmək Allaha şərik qoşmaq kimi dəyərləndirilir. Şiə əqidəsi də onlara cavab olaraq Allah-Təalanın tək və şəriksiz olduğunu bəyan edir. Xüsusi vurğulayır ki, ibadətə layiq təkcə Odur. Ondan kənarda və izni olmadan heç nə baş verməz. Qəbirlərin ziyarəti məsələsi isə sevgidən, istəkdən doğan əməldir. İnsanlar sevdiklərinin qəbirlərini ziyarət etməkdə sərbəsdirlər. Xüsusən də imamların. Hər hansı bir imamın qəbrini ziyarət edərək namaz qılmaqda da qəbahətli bir şey yoxdur. Orada qılınan namazı da Allaha ibadət üçün qılır, savabını isə ziyarətində bulunduğumuz mərhuma hədiyyə edirik.
    İbn Teymiyyə və ardıcılları qəbirlərə təbərrük etməyi, qəbrə sürtünməyi, onu öpməyi haram hesab edir və müsəlmanları Allaha şərik qoşmaqda, kafirlikdə ittiham edirlər. Onlar, müsəlmanları “qəbrə ibadət edənlər” adlandırır və onların bu kimi əməllərini cahiliyyət dövründə yaşayan insanların bütə sitayişi ilə müqayisə edirlər. Onların ittihamlarını rədd edərək bildiririk:
    Birincisi, qəbirlərə təbərrük etmək, onları öpmək haqqında açıq-aşkar dəlil (ayə və rəvayət) olmasa belə bu əməl şəri (dini) baxımdan böyük əhəmiyyətə malikdir. Çünki bu, bir növ ilahi nişanələri, əlamət və abidələri yaşatmaq, onlara hörmət bəsləməkdir. Peyğəmbərlər böyük hörmət və yüksək məqama malikdirlər. Təbii ki, bu hörmət və məqam onların vəfatı ilə öz əhəmiyyətini itirmir. İmam Malik Mənsura deyir: “Peyğəmbərlər (s) dünyadan köçdükdən sonra onlara göstərilən hörmət, hələ dünyada ikən göstərilən hörmət kimidir”. Deməli, Peyğəmbərin (s) və əməlisalehlərin hörməti, onların dünyadan köçməsi ilə öz əhəmiyyətini itirmir və daim vacibdir.
    İkincisi, əgər dini nişanələrə, abidələrə hörmətlə yanaşmaq və ya qəbirləri öpmək ibadət və ya şirk hesab olunursa, o zaman Kəbəyə hörmət göstərmək, onun ətrafında təvaf etmək də şirk hesab edilməlidir. Bundan başqa, “Həcərül-əsvəd”ə hörmətlə yanaşmaq, onu öpmək, (Həzrət İsmayıl və anası Hacərin) evinə, Peyğəmbər (s) məscidinə, “Səfa” və “Mərvə”yə sayğı duymaq, valideynlərə hörmət bəsləmək, mələklərin Həzrət Adəmə (ə) səcdəsi, qardaşlarının və atasının Həzrət Yusifin (ə) qarşısında səcdə etmələri, əsgərlərin öz komandirlərinə, səhabələrə, xəlifələrin peyğəmbərlərə, hətta vəhabilərin öz məsul işçilərinə göstərdikləri hörmət belə bütünlüklə şirk hesab edilməlidir. Halbuki, heç bir vəhabi yuxarıda qeyd olunanları şirk hesab etmir.
    Üçüncüsü, səhabə və əməlisaleh insanların əməlləri, həyat şəraiti və yaşama tərzi vəhabilərin irəli sürdükləri iddiaların tam əksini göstərir. Onlar (səhabə və əməlisaleh insanlar), qəbirləri ləms etmiş, öpmüş, özlərini ona sürtmüş və torpağına təbərrük etmişlər. Bir neçə nümunəyə diqqət yetirək:
    1. Həzrət Fatimənin (ə), atası Peyğəmbərin (s) məzarına təbərrük etməsi faktı;
    Həzrət Əlidən (ə) nəql olunan bir rəvayətdə deyilir: Peyğəmbər (s) dəfn olunduqdan sonra Fatimə onun qəbrinin yanında dayandı. Qəbrin torpağından azca götürüb üzünə sürtdü və göz yaşı tökərək aşağıdakı məzmunda iki beyt şer oxudu:
    “Əhməd qəbrinin torpağını iyləyərək diri olduğu müddətcə bahalı müşkləri iyləməyə ehtiyacı olmayan şəxsə nə ola bilər?
    Başıma gələn müsibətlər işıqlı günün başına gəlsəydi, qaranlıq gecəyə dönərdi”.
    2. İbn Əyyub Ənsarinin Peyğəmbərin (s) məzarına təbərrük etməsi faktı;
    Davud ibn Əbu Saleh deyir: “Bir gün Mərvan ibn Həkəm məscidə daxil olub bir nəfərin üzünü Peyğəmbərin (s) qəbrinə qoyduğunu müşahidə etdi. Mərvan onun boynundan yapışaraq: “Nə etdiyini bilirsənmi?” - deyə səsləndi. Məlum şəxs üzünü Mərvana çevirib dedi (yalnız bu zaman onun Əbu Əyyub Ənsari olduğu məlum oldu): “Bəli, mən daşın yanına yox, Peyğəmbərin (s) yanına gəlmişəm. Peyğəmbərdən (s) eşitmişəm ki: “Dinə din əhli rəhbərlik etdiyi zaman onun üçün ağlamayın. Dinə din əhli olmayanlar rəhbərlik etdiyi zaman ağlayın” (Müstədrəki-Hakim. C.4, səh 506).
    Bu hədisi Hakim (“Müstədrək” əsərində) və Zəhəbi "səhih" hesab etmişlər. Sübki deyir: “Bu məzmunlu hədis düzgün olarsa, artıq qəbri ləms etmək məkruh olmaz” (Əl-Vəfaül-vəfa, c 4. səh 1404).
    Əllamə Əmini yazır: “Bu hədisdən aydın olur ki, əməlisalehlərin qəbirlərinə təvəssül edilməsinə qadağa qoyulması əməvilərin bidətlərindəndir” (Əl-Qədir, c 5, səh 149).
    3. Bilalın Peyğəmbərin (s) məzarına təbərrük etməsi faktı;
    Bir gecə Bilal Peyğəmbəri (s) yuxuda gördü. Həzrət (s) buyurdu: “Ey Bilal! Bu nə cəfadır? Məni ziyarət etməyin vaxtı çatmayıbmı?” Bilal narahat vəziyyətdə yuxudan durdu və Mədinəyə yollandı. Peyğəmbərin (s) məzarı üstünə gəlib ağladı və özünü qəbrə sürtdü (Siyəru Əlamin nübəla. c. 1, səh 358, Şifaus-siqam səh. 39)
    4. İbn Ömərin təbərrük etməsi faktı;
    İbn Həmlə deyir: “Abdullah ibn Ömər sağ əlini Peyğəmbərin (s) qəbri üzərinə qoyur, Bilal isə qəbrə sürtürdü? (Kəşfül-İrtiyab, səh 436, Vəfaül-vəfa, c. 4, səh 1405)
    5. Ətanın təbərrük etməsi faktı;
    Müsəb Zübeyri deyir: “Əbu Zübeyrin oğlunun belə dediyini eşitdim: “Malik mənə dedi: “Əta ibn Riyahın məscidə daxil olduğunu gördüm. O, minbərdən tutub qibləyə tərəf döndü” (Siyəru Əlamin  nübəla. C 8 səh 54).
    Ümumiyyətlə, söhbət imamların qəbrini ziyarət etməkdə hər hansı bir bidətə yol verməkdən getmir. Söhbət bu kimi mərasimlərdə şiələr, Əhli-Beyt aşiqləri tərəfindən Müaviyəyə, Yezidə və əhli-sünnə və cəmaətin digər “nümunəvi səhabələri”nə oxunan lənətlərin qarşısını almaqdan gedir. Bunları narahat edən bu məqamdır. Yoxsa onlar özləri də bilirlər ki, şiənin İmam Hüseynə (ə) ağlamasında və yaxud da onu sevməsində heç bir bidət yoxdur. Bunlar “qəbirlərin üstünə getməyin, bidətdir”,-deməklə bu kimi hadisələri unutdurmaq, insanların yaddaşından silmək istəyirlər. Çox təəssüf ki, onların dərketmə qabiliyyəti zəif olduğundan reallıqla barışmaq istəmirlər. Bu barədə bir az sonra daha geniş bəhs edəcəyik. 
    İmam Əlinin (ə) məqamı...
    İmam Əliyə (ə) məhəbbət vacibat olmasa da haqlı olaraq ona bərabər səviyyədə tutulur. Çünki Əbu Talibin oğlu Həzrət Peyğəmbərdən sonra İslam tarixində ağlı, elmi, imanı, ədəbi, Allah-Təalaya itaət və ibadəti, gücü, insanlığı ilə bütün səhabələrdən üstün idi. Əli İslam ümməti üçün gözəl bir insanlıq nümunəsi idi. Bu nuru da o Həzrət Peyğəmbərdən (s) almışdı.
    Həzrət Mühəmməd (s) təsadüfən buyurmamışdı: “Bu bayrağı Allahın və Onun elçisinin sevdiyi bir insana verəcəyəm” (Səhihi-Buxari, 787, 3702-ci hədis)
    Deməli, Allah və Onun Peyğəmbərinin sevdiyi şəxs biz insanlar tərəfindən müzakirəsiz sevilməli, hörməti uca tutulmalıdır. Kiməsə hörmət şirk və bidət deyil. Bu açıq-aşkar dəlildir. Bunu əsaslandırmaq üçün Quran ayəsi də gətirə bilərik: “(Ya Peyğəmbər! Oğlun Qasim, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, nəsli kəsilmiş deyən) deyən düşməninin (As ibn Vailin) özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır!)” (əl-Kövsər surəsi, 3-cü ayə) Təbii ki, ayədə Allahın buyurduğu “sənin nəslin qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır” kəlamları Həzrət Muhəmmədin qızı Fatimə və nəvələri İmam Həsən (ə), İmam Hüseynə (ə) ünvanlanır. İmam Həsən və İmam Hüseyn isə Həzrət Əlinin qanını daşıyırdılar.  
    Bəzi din qardaşlarımız ingilis casusu Mister Hemfel qədər də deyil: “Mənim gəldiyim qənaətə görə, Əli, Həsən və Hüseynin xilafəti barədə şiələr haqlıdırlar. İslam tarixindən əldə etdiyim məlumatlara əsasən deyə bilərəm ki, Əli xəlifə olmaq üçün tələb olunan yüksək sifətlərə malik bir dahi şəxsiyyət idi. Həsən və Hüseyni də bu işə layiq bilirəm.”
    Mister Hemfel İraqın Bəsrə şəhərində olarkən Məhəmməd Nəcdi adlı sünni alimlə orada qonaq olan Şeyx Cavad adlı qumlu bir şiə aliminin arasında mübahisənin şahidi olur. Mübahisənin mövzusu da Peyğəmbərin (s) vəsiyyət məsələsində hansı sözləri deməsi olur. İki fərqli məzhəbə qulluq edən İslam aliminin hansının haqlı olduğu məsələsində bir çox müsəlman ölkələrində təlim keçən Mister Hemfelin maraqlı baxışı var: “Bu mübahisə mənim çox xoşuma gəldi. Məhəmməd Nəcdi Şeyx Cavadın qarşısında aciz qalaraq susdu. Mən axtardığımı Məhəmməd Nəjdidə tapmışdım. Həqiqətən onun alimlərə hörmətsizliyi, dörd xəlifəyə əhəmiyyət verməməsi, Quranı və sünnəni anlamaq barədə müstəqil baxışa sahib olması, onu ovlayıb əldə saxlamaq üçün ən zəif nöqtələr idi...” Göründüyü kimi dinmizdə təxribat yayan missionerlər belə əhli-sünnənin zəif nöqtələrindən istifadə edərək öz mənfur niyyətlərini həyata keçirirlər...
    Cabir ibn Əbdüllah Ənasridən belə nəql olunub: “Biz Peyğəmbərin (s) yanında idik. Əli (ə) gəldi. Həzrət Peyğəmbər (s) buyurdu: And olsun Allaha “xeyrülbəriyyə” sənsən və sənin şiələrindir. Onlar Qiyamət günü nicat tapacaqlar.” (“Dürrül-Mənsur”, 6-cı cild, səh. 379)
    Bəzi nifaqçılar şiələr tərəfindən İmam Əlini (ə) Peyğəmbərdən (s) üstün tutulduğunu vurğulayırlar. Əslində bu belə deyil. Şiələr ibadəti ilk olaraq Allaha edirlər. Peyğəmbər (s) isə Yaradının Rəsulu kimi könüllərdə taxt qurub. Onun yeri dəyişməzdi. İmamət səhabələrdən ayrı və fərqli şəkildə qəbul edilir. Şiəlikdə İmamət Nübüvvətlə paralel tutulmur, onun davamı kimi qəbul edilir. Nübüvvət - Peyğəmbərlik vəzifəsi Allah-Təala tərəfindən gələn vəhyləri xalqa çatdırmaq və onlara doğru-düzgün yol göstərməkdir. İmamət isə bu qanunları şəraitə uyğun olaraq insanları tərbiyə etmək, kamillik məqamına çatdırmaqdır. Həmçinin dövlət və hökumət qurmaqla bu qanunları ictimai şəkildə icra etməkdir. İmamət  bəlkə də Nübüvvətdən də ağır bir vəzifədir.
    Mövla Əli (ə) isə imamət barəsində buyurur: “İmam xalqın içərisində həlqələri bir-birinə bağlayan bir ipə bənzəyir. Əgər o ip qırılsa, həlqələr dağılar və heç vaxt nizamlanmaz. Əgər İmam xalqın arasında olmasa, cəmiyyətin bəndləri dağılar və heç vaxt düzəlməz.” (Nəhcül-Bəlağə, 46-cı xütbə.)
    İslamda İmam Əlinin (ə) məqamı bütün xəlifə və səhabələrdən əfzəldir. Bu faktı Peyğəmbər (s) əfəndimiz dəfələrlə bəyan etmişdir. Onlardan birinə diqqət edək: “Əliyə əziyyət verən mənə əziyyət vermiş kimidir” (Səhih hədislər silsiləsi, 5373, 2295-ci hədis). Amma İslam tarixinə diqqət yetirdikdə Həzrət Əliyə (ə), o böyük İslam aliminə əziyyət verildiyini müşahidə edirik. Misal üçün bu gün əhli-sünnə tərəfindən “möminlərin anası” kimi sığortaladıqları Aişənin Mövla Əli (ə) ilə savaşa girməklə Peyğəmbərə əziyyət verdiyini xatırlaya bilərik. Bunu sələfi-vəhabi cərəyanının üyələri anamızın xətası kimi sığortalamağa çalışırlar. Amma unudurlar ki, anamız Aişə bu xəta ilə Allah Rəsuluna necə də böyük əziyyət vermiş oldu.
    Buxari “Şürut” kitabının  “Mə ca’i fi buyuti əzvacin – nəbi” babında yazır: “Peyğəmbər (s) danışmaq üçün ayağa qalxdı və Ayişənin evinə tərəf işarə edərək buyurdu: “Bura fitnə mərkəzidir, şeytanın buynuzu buradan çıxır”. (Səhihi-Buxari, c.2, s.126) 
    Peyğəmbər (s) buyurmuşdu: “Əli məndən sonra hər bir möminin dostu, sevimlisidir.” (Səhih hədislər silsiləsi, 5263) Bunu hər bir ümmətdən, səhabədən əvvəl Aişə bilirdi. Çünki bir gün Ayişə Peyğəmbərin (s) yanına gəldikdə o Həzrət buyurdu: “Seyyidil-Ərəbi mənim yanıma çağır. Ayişə dedi: “Ey Rəsulullah! Seyyidil-Ərəb sən deyilsənmi?” Həzrət buyurdu: “Mən Adəm övladlarının seyyidiyəm, Əli isə ərəblərin seyyididir.” Bu hədis “Mustədrək”də (3-cü cild, səh. 124) çoxlu rəvayətlərdə qeyd olunmuşdur. Digər tərəfdən Peyğəmbərin doqquz arvadı olub. Bu gün vəhabilərdən onların kimlər olduğunu soruşsaq heç birinin adını bilməzlər. Amma Aişənin adını dillər əzbəri ediblər. Sizcə, Aişə Peyğəmbərin xanımı olduğu üçünmü onların yaddaşına həkk olunub? Əsla belə deyil. Aişə əhli-sünnənin qəlbində Peyğəmbərin xanımı olmaqdan daha çox xəlifə Əbu Bəkrin qızı olduğu üçün taxt qurub. Əgər belə deyilsə, niyə bəs Həzrət Fatimə (ə) kimi xanımı dünyaya gətirən Xədicəni ən azı Aişə qədər xatırlamırlar. Hansı ki, Xədicə Həzrət Mühəmmədin (s) ilk xanımı olmaqla bərabər, malını-pulunu onun yolunda xərcləməkdən də heç vaxt narahat olmamışdı. Aişə isə evində oturmaq əvəzinə, ona-buna qoşulub, at belində özünə it hürdürmüşdür. Hansı ki, O itin, O yerdə hürəcəyini Həzrət Mühəmməd (s) məhz Aişəyə sağlığında demişdir. Budurmu sizin ədalətiniz? 
    Təbii ki, İslam tarixində, xüsusəndə Peyğəmbərin (s) ölmündən sonra cərəyan edən hadisələr heç də ürəkaçan deyil. Peyğəmbərin (ə) ömrünün sonunda yataqda ikən başına toplaşan səhabələrdən vəsiyyət yazmaq üçün kağız-qələm gətirmələrini istəməsi məsələsini qardaşlarımız nədənsə qəbul etmək istəmir. Və yaxud da tarixdir, deyib keçirlər. Hadisənin təfsilatını vəhabilərin və əhli-sünnənin çox böyük hörmət qoyduğu, gətirdikləri hədislərin müəlliflərinin dili ilə diqqətə çatdıraq: “İbni-Abbas deyir ki, cümə axşamı günü idi. Peyğəmbərin ağrısı şiddətlənmişdi. Səhabəsinə belə buyurdu: Gəlin sizə elə bir kitab (vəsiyyətnamə) yazdırım ki, artıq əyri yola düşməyəsiniz.  Ömər Allahın peyğəmbərinə, “xəstəliyi qələbə çalmış, əlmizdə Allahın kitabı var və bu kitab bizim üçün kifayətdir”,-dedi. Bu zaman evdə olan səhabələrin arasında ixtilaf qopdu. Bəziləri dedilər ki, peyğəmbərin istədiklərini hazır edin, sizlərə bir yazı yazdirsın ki, o Həzrətdən sonra əsla sapqınlığa düşməyəsiniz. Bəziləri isə Ömərin sözünü təkrar etdi.
    Peyğəmbərin hüzurunda səs-küy çoxalınca o Həztət “qalxın mənim yanımdan gedin”,- deyə buyurdu. İbni-Abbas daima “Ah nə böyük müsibətdir o günün müsibəti ki, Peyğəmbər (s) ilə yazmaq istədiyi vəsiyyətnaməsi arasında maneə oldu deyərdi.” (Səhihi-Buxari c. 3 “Qalxın mənim yanımdan gedin” babında, Səhihi-Müslim c.3, c.193, İbni-Əsir tarixi c.2, s.302)
    Onu da xüsusi olaraq vurqulayaq ki, bu hədis səhih bir hədisdir. Çünki həm şiə, həm də sünni alim və tarixçilər bu hədisi kitablarında qeyd etmişlər.
    Əhli sünnə və cəmaətin qondarma hədislərindən biri də Aişənin dili ilə belə nəql olunur: Peyğəmbər (s) xəstələndiyi zaman mənə dedi: "Əbu Bəkri və qardaşını mənim yanıma çağır ki, bir yazı yazım. Mən qorxuram ki, kimsə iştahalı biri desin ki, mən daha layiqəm, lakin Allah və möminlər Əbu Bəkri istəyəcəklər".
    Əgər belə idisə, həqiqətən də Peyğəmbər (ə) Əbu Bəkri layiqli varis bilirdisə, niyə Ömər onun yataqda ikən kağız-qələm istəməsinə mane oldu. Deməli, hədis qondarmadır. Əvvəla, belə bir iş olsaydı Aişə bu barədə Əbu Bəkrə və Ömərə dərhal əvvəlcədən (onları çağıracağı zaman) məlumat verər və Peyğəmbərin vəsiyyət yazdırmaq istəməsinin qarşısını alanları layiqli cavabını verərdi.    
    Peyğəmbərin vəfatı zamanı bəzi səhabələrin hərəkətləri nəinki müsəlmanlar, ümumiyyətlə İslam tarixi üçün utancdan başqa bir şey deyil. Peyğəmbər vəfat edəndən sonra Abbas İbn Əbdül Müttalib, Əli İbn Əbu Talib və əl-Fədl İbn Abbas onu yuyub, kəfənlədilər, cənazə namazı qılıb, dəfn etdilər. Bunların ən mühüm işi bu idi. Onlar digərləri kimi xəlifə seçilmək üçün canfəşanlıq etmirdilər, onlar müsəlmanların Peyğəmbərini, Allahın elçisini yola sılırdılar. Necə ki, onlar Həzrət Mühəmmədi İslamın ilk illərində Peyğəmbər kimi qəbul etmişlər. Çünki Abbas (Allah ondan razı olsun!) onun əmisi, Əli və Fədl əmisi oğlanları idilər. Peyğəmbəri yuyub, kəfənləmək işlərini görməyə onlar daha layiq idilər. Nəinki, bu işdən daha vacibi olduğunu düşünən və onu əldə etmək üçün Bənu Səqifəyə toplaşan başqaları... Onların məntiqinə görə, Peyğəmbərin cənazəsi gözləyə bilərdi, amma xəlifəlik, taxt-tac yox. Bəli, bizi müsəlman olaraq, İslam-Mühəmməd ümməti olaraq utandıran bu məqamdır...
    Peyğəmbərin (s) fəvatından sonra onun ailəsi Raşidi xəlifələri tərəfindən haqsızlıqlara məruz qalıb. Peyğəmbərin (s) qəlbinin bir parçası saydığı qızı Fatıməyə olmazın əziyyət və işgəncə olunub. Halbuki Həzrət Peyğəmbər (s)  gözünün nuru, canının parçası Fatimə haqqında buyurmuşdu: “Fatimə mənim bir qismimdir. Hər kim onu qəzəbləndirirsə, məni qəzəbləndirmiş olar”. (Səhihi-Buxari, c.2, s.206)
    Buxari bu hədisin ardınca “Xeybər qəzvəsi” babında Ayişədən belə nəql edir: “Peyğəmbərin qızı Fatimə (ə) Əbubəkirin yanına adam göndərərək atasından ona yetişən mirası istədi. Lakin Əbubəkir o mirasdan heç bir şey Fatiməyə vermədi. Bundan sonra Fatimə Əbubəkirə qəzəbləndi və vəfat edənə kimi onunla danışmadı”. (Səhihi-Buxari, c.3, s.39)
    Amma Həzrət Əli (ə) bütün bunlarla barışdı, Raşidi xəlifələri dövründə onlara bu və ya digər məsələlərdə yardımçı oldu. Bu həmrəylik deyilmi?
    Həzrət Mühəmmədin (s) İmam Əliyə (s) verdiyi çox yüksək qiyməti əhli-sünnə alimləri bütün kitablarında vurğulayıblar. Təkcə, son illərin alimlərindən başqa... Ki, onlar da alim deyil, fitnəkardırlar. Məsələn, hədislərin birində Peyğəmbər (s) belə buyurdu: “Ey Əli, Sənin mənə görə məqamın, Həzrət Harunun Musaya görə məqamı kimidir. Amma məndən sonra peyğəmbər gəlməyəcək”. (Səhihi-Buxari c.2, s.305. Səhihi-Muslim c.2, s.360, Müstədriki-Hakim, c.3, s.109) 
    “Ey  Əli, sən məbdənsən, mən də səndənəm”.(Səhihi-Buxari c.2, s.76. Səhihi-Tirmizi c.5, s.300. Sünnəni ibni-Məca c.1, s.44)
    “Əlini sevmək imandandır, onunla düşmənçilik etmək isə nifaqdandır”. (Səhihi-Muslim c.1, s. 61. Sünnəni Tirmizi c.8, s.306)
    “Mən elmin şəhəri, Əli onun qapısıdır”.(Sünnəni Tirmizi, c.5, s.201. Müstədriki-Hakim, c.3, s.126)
    “Mən hər kimin mövlasıyam, Əli də onun mövlasıdır.” (Müsnədi-İmam Əhməd, c.5, s. 25. Müstədiriki-Hakim c.3, s.134. Səhihi-Tirmizi c.5, s.296)
    “Allahım, onu sevəni sev, ona düşmən olana düşmən ol”. (Səhihi-Muslim c.2,  s.362. Müstədiriki-Hakim  c.3, s.109,  Müsnədi-Əhməd c.4, s.281)
    “Ey Əli, məndən ayrılan Allah-Təaladan ayrılmış, səndən ayrılan məndən ayrılmış kimidir.” Bu hədis Riyadun Nazrada (Dəməşq tarixi, səh. 268, hədis-788) ardıcıl olaraq Rəsulullahın (s) belə buyurduğu qeyd etmişdir. Hakim də bunu öz “Mustədrək”ində (səh.146) və “Zəxairul-Üqba”da xüsusi vurğulayır. Amma Peyğəmbərdən sonra İslam tarixində baş verən faktlar heç də bu gün bəzi cərəyan üzvlərinin iddia və xüsusi əda ilə danışmalarına imkan vermir.
    Rəsulullah (s) buyurmuşdur: “Sənin lənətin mənim lənətimdir.” Bu həmçinin Zeyd ibn Əlinin “Musnəd”ində (973-cü hədis) qeyd olunmuşdur.
    Camaat “artiq əmisi oğlu ilə gizli duaları çoxaldı”,-dedikdə Peyğəmbər (s) buyurdu: “Ona mən əmr etməmişəm. Ona Allah-Təala əmr edib.” Bu hədis Səhih Tirmizidə Həsənə nisbət verilərək “Kitabul-Mənaqib”də (3810-cı hədis, 50-ci kitab, 21-ci bab) qeyd olunmuşdur.
    Allahın Rəsulu (s) buyurmuşdur: “Allah-Təala Peyğəmbərləri müxtəlif ağaclardan yaratmışdır. Məni və Əlini isə bir ağacdan yaratmışdır. Mən o ağacın köküyəm, Əli budaqları, Fatimə mayası Həsən və Hüseyn meyvələridir...” Təbəri bunu öz əsərində və iki hərəmin rəisi Mühəmməd ibn Yusif “Kifayətut-Talib”də rəvayət etmişdir.
    Rəsulullah (s) buyurmuşdur: “Mən qorxudanam, Əli hidayət edəndir. Ey Əli! Məndən sonra hidayət olanlar, sənin əlinlə hidayət olacaqlar.” Bu həmçinin “Fusulul-Muhimmə”də İbn Sabbağdan “Tarixi-Dəməşq”də İbn Əsakirdən “Əli ibn Əbu Talibin həyatı”  (2-ci cild, 916-cı hədis, səh. 417) Həskaninin “Şəvahidut-Tənzil” (1-ci cild, 398-402-ci hədis, səh. 293) Şafinin “Kifayətut-Talib”ində qeyd olunmuşdur.
    Başqa bir yerdə isə Həzrət Peyğəmbər (s) buyurur: “Müsəlmanların  seyyidinə, müttəqilərin imamına salam olsun.” Bu faktı Əbu Nəim “Hilyətul-Övliya”da, İbn Əbil Hədid isə “Şərhi Nəhcul-Bəlağə”də eyni ilə qeyd etmişdir.
    Bu gün özlərini əhli-sünnə və cəmaət adlandıranlar “əfzəl səhabə” ovuna çıxıb. Sən demə, Həzrət Əli (ə) Əbu Bəkr, Ömər, Osmandan sonra xəlifə sıralamasında olduğu kimi əfzəl səhabəlikdə də dördüncü imiş. Sanki “Əli olmasaydı Osman həlak olardı”,-deyənlər bunlar deyilmiş, onların adaşlarıymış.Əhli sünnə və camaat bu məsələni də “malalamağa” çalışır. Deyirlər ki, bu məsələ fiqhi məsələdir. Belə məsələlərdə ictihada yer olduğu üçün Osman da ictihad edərək səhv etmişdir. Əgər Osman həqiqətən də səhv edibsə nə olsun?
    Bu gün olduğu kimi keçmiş zamanlarda, xüsusən də İslam tarixində döyüşləri yarımçıq tərk edən, döyüşdən qaçan səhabələr ümmət arasında yaxşı qarşılanmırdılar. Amma Əhli sünnə və camaatın İmam Əlidən (ə) əfzəl bildiyi Osman Uhud və Bədr döyüşlərindən qaçmışdı. Bu faktı əhli-sünnənin etibar etdiyi bütün hədislər və onlara əsaslanaraq yazılmış kitablarda təsdiq edir. Amma Əhli sünnə və camaat bu barədə deyir ki, hə, nə olsun?
    Fəzilət sahiblərinə baxın ki, Xeybər müharibəsindən sonra Əbubəkir və Ömər məğlub olub qayıtdıqdan sonra Həzrət Peyğəmbər (s) buyurdu: “Bayrağı sabah elə adama verəcəyəm ki, Allah və peyğəmbərini sevir, Allah və peyğəmbər də onu sevirlər. O, elə bir qəhramandır ki, heç vaxt qaçmaz və Allah onun qəlbini iman ilə sınamışdır”. (Səhihi-Müslim,  “Əlinin fəziləti” babında) 
    Əbubəkir açıq şəkildə bir neçə yerdə demişdi: “Allah məni Əlinin olmadığı yerdə bir məsələ ilə qarşılaşdırmasın”.
    İbni Abbas da demişdir: “Mənim və o biri səhabələrin elmi Əlinin qarşısında yeddi dənizin suyu qarşısında bir damla kimidir”.  
    Yezidsevər müsəlmanlar...
    Dəhşətdir, həm Yezidi sev, həm də müsəlman olduğunu iddia et. Bu günlərdə mənə Osman Xəmiş adlı əhli-sünnə və cəmaət qruplaşmasını mədh edən anormal bir müəllifin “Tarixdən bir an” adlı kitabını verdilər. Kitab əvvəli ilə axırı bir-birini təkzib edirdi. Orada qeyd olunan nağıllar və cəfəng fikirləri oxuyanda bunların iç üzünü gördüm. İftira ilə dolu olan bu kitabda Müaviyə ən yaxşı vali kimi təqdim olunur. Qeyd edək ki, bu vəzifəyə onu Ömər ibn əl-Xəttab təyin etmişdi. Osman da olduğu vəzifədə saxlamış və bir neçə vilayəti onun səlahiyyətinə vermişdi.
    Kitabın Müaviyə və Yezidə aid bölümlərin oxuduqca milli zəlalət yolçularımızın “Biz əhli-beyti şiələr kimi deyil, sünnə ilə sevirik” iddialarının sadəcə gözdən pərdə asmaq üçün olduğunu yəqinləşdirdim.
    Həzrət Əli (ə) ilə Müaviyənin qarşılaşdığı döyüşdə İslam ordusu (Əli xəlifə idi) qoşunundan Ammar ibn Yasir adlı səhabə vəfat edir. Ammar ibn Yasirin vəfatı ilə Peyğəmbərin (s) onun ölümü haqqında dediyi sözlər müsəlmanların yaddaşını təzələyir: "Ey Ammar, səni zalım tayfa öldürəcəkdir". (Buxari: Kitabus Salət, Bab ət-təavun fi binaəl məscid, ¹ 447. Müslim: Kitabul Fitnə: ¹ 2915.)
    Əhməd ibn Hənbəl "Səni zalım tayfa öldürəcəkdir" hədisi haqda soruşulduqda demişdir: "Mən bu haqda danışmaq istəmirəm, susmaq daha yaxşıdır. Peyğəmbər (s) onun zalım tayfa tərəfindən öldürüldüyünü qeyd etmişdir, deyərək Əhm`1;rdə iki rükət qılırdı. Sonra namazları olduğu kimi, tam qıldı.
    Əhli sünnə və camaat bu məsələni də “malalamağa” çalışır. Deyirlər ki, bu məsələ fiqhi məsələdir. Belə məsələlərdə ictihada yer olduğu üçün Osman da ictihad edərək səhv etmişdir. Əgər Osman həqiqətən də səhv edibsə nə olsun?
    Bu gün olduğu kimi keçmiş zamanlarda, xüsusən də İslam tarixində döyüşləri yarımçıq tərk edən, döyüşdən qaçan səhabələr ümmət arasında yaxşı qarşılanmırdılar. Amma Əhli sünnə və camaatın İmam Əlidən (ə) əfzəl bildiyi Osman Uhud və Bədr döyüşlərindən qaçmışdı. Bu faktı əhli-sünnənin etibar etdiyi bütün hədislər və onlara əsaslanaraq yazılmış kitablarda təsdiq edir. Amma Əhli sünnə və camaat bu barədə deyir ki, hə, nə olsun?
    Fəzilət sahiblərinə baxın ki, Xeybər müharibəsindən sonra Əbubəkir və Ömər məğlub olub qayıtdıqdan sonra Həzrət Peyğəmbər (s) buyurdu: “Bayrağı sabah elə adama verəcəyəm ki, Allah və peyğəmbərini sevir, Allah və peyğəmbər də onu sevirlər. O, elə bir qəhramandır ki, heç vaxt qaçmaz və Allah onun qəlbini iman ilə sınamışdır”. (Səhihi-Müslim,  “Əlinin fəziləti” babında) 
    Əbubəkir açıq şəkildə bir neçə yerdə demişdi: “Allah məni Əlinin olmadığı yerdə bir məsələ ilə qarşılaşdırmasın”.
    İbni Abbas da demişdir: “Mənim və o biri səhabələrin elmi Əlinin qarşısında yeddi dənizin suyu qarşısında bir damla kimidir”.  
    Yezidsevər müsəlmanlar...
    Dəhşətdir, həm Yezidi sev, həm də müsəlman olduğunu iddia et. Bu günlərdə mənə Osman Xəmiş adlı əhli-sünnə və cəmaət qruplaşmasını mədh edən anormal bir müəllifin “Tarixdən bir an” adlı kitabını verdilər. Kitab əvvəli ilə axırı bir-birini təkzib edirdi. Orada qeyd olunan nağıllar və cəfəng fikirləri oxuyanda bunların iç üzünü gördüm. İftira ilə dolu olan bu kitabda Müaviyə ən yaxşı vali kimi təqdim olunur. Qeyd edək ki, bu vəzifəyə onu Ömər ibn əl-Xəttab təyin etmişdi. Osman da olduğu vəzifədə saxlamış və bir neçə vilayəti onun səlahiyyətinə vermişdi.
    Kitabın Müaviyə və Yezidə aid bölümlərin oxuduqca milli zəlalət yolçularımızın “Biz əhli-beyti şiələr kimi deyil, sünnə ilə sevirik” iddialarının sadəcə gözdən pərdə asmaq üçün olduğunu yəqinləşdirdim.
    Həzrət Əli (ə) ilə Müaviyənin qarşılaşdığı döyüşdə İslam ordusu (Əli xəlifə idi) qoşunundan Ammar ibn Yasir adlı səhabə vəfat edir. Ammar ibn Yasirin vəfatı ilə Peyğəmbərin (s) onun ölümü haqqında dediyi sözlər müsəlmanların yaddaşını təzələyir: "Ey Ammar, səni zalım tayfa öldürəcəkdir". (Buxari: Kitabus Salət, Bab ət-təavun fi binaəl məscid, ¹ 447. Müslim: Kitabul Fitnə: ¹ 2915.)
    Əhməd ibn Hənbəl "Səni zalım tayfa öldürəcəkdir" hədisi haqda soruşulduqda demişdir: "Mən bu haqda danışmaq istəmirəm, susmaq daha yaxşıdır. Peyğəmbər (s) onun zalım tayfa tərəfindən öldürüldüyünü qeyd etmişdir, deyərək Əhməd susdu. (əs-Sünnə, Xəllal: səh 463, ¹ 722.)
    Ey Əhli sünnə və cəmaət! Sizcə, Əhməd ibn Hənbəl niyə susurdu. Niyə Peyğəmbərin Ammar kimi səhabənin ölümü haqqında söylədiklərini bəyan edib İslam düşmənlərini göstərmirdi. Niyə? Bu suallara kim və nə vaxt normal cavab verəcək? 
    Bir olan Allah-Təala şahiddir ki, səhabələr arasında baş verən hadisələrdə haqq hər zaman Həzrət Əlinin (ə) tərəfində olub.
    Başqa bir hədisdə Peyğəmbərin (s) Ammar haqqında fikirləri belə verilir: "Onu həddini aşmış tayfa öldürəcəkdir". Həmçinin xəvariclər haqda demişdir: "Onlar insanların parçalandığı zamanda meydana çıxacaq. Haqqa daha yaxın olan iki tayfadan biri onlara qarşı döyüşəcək". Bu iki hədis açıq-aşkar göstərir ki, haqq Əliyə (ə) daha yaxın idi.
    Hədislərin birində "Haqqa daha yaxın olan iki tayfadan biri...", digərində isə "Haqqa daha layiq olan iki tayfadan biri...". Bu hədislərə əsasən demək olar ki, Əli, Cəməl və Siffeyn döyüşlərində iştirak edənlərdən tam mənada haqlı idi. Lakin bununla belə əhli-sünnə və cəmaat iddia edir ki, Əli haqqa tam nail ola bilməmişdi. Onlara görə, Peyğəmbər (s) hədisdə "haqqa daha yaxın olan" sözlərini işlədir.
    Əhli sünnə və camaatın Yezid ibn Müaviyəyə edilən beyətə münasibəti də anormaldır. Əhli Sünnə və Camaat bu beyəti məqbul sayır. Lakin iki şeyə bu beyətdə irad tutublar: Birinci, bu yolla xəlifə təyin etməsi, yəni, rəhbərliyi oğluna verməsi YENİ BİDƏTİDİR. Rəhbərliyin ötürülməsi ilk vaxtlarda məşvərətlə qeyri-qohumları rəhbər təyin etməklə həyata keçirildiyi halda o, rəhbərliyi özündən sonra oğluna verməklə rəhbərliyi varisliyə çevirdi. Belə vəziyyətdən sonra bu hərəkəti kim qəbul edərdi. Şəxsiyyətindən asılı olmayaraq bu üsulla rəhbər seçmək bəyənilən deyildir. Ona görə alimlər rəhbərliyin varisliyə çevrilməsini qəbul etmirlər.
    İkinci, o vaxt Yeziddən başqa, Həsən, İbn Ömər və İbn əz-Zubeyr kimi rəhbərliyə daha layiq olan digər insanlar var idi.
    İbn əl-Ərəbi deyir: Rəhbər seçimini şuranın öhdəliyinə buraxmayan, qohumlarını bu işə qatan Müaviyə artıq xeyirli üslubu tərk etmişdi. Qaldı ki, oğlunu rəhbər təyin eyməsi bəyənilən əməl olsun. Lakin o oğlu üçün hamıdan beyət aldı və insanlar ona beyət etdilər və şəriətə görə onun xilafəti məqbul sayıldı. (əl-Əvasim Minəl Qəvasim: səh 228.)
    Bu zəlalət yolçuları Kərbəla hadisəsini və xüsusən də İmam Hüseynin (ə) şəhadətini əhəmiyyətsiz bir hadisə kimi qiymətləndirirlər. Onların ən radikal qrupları hesab edir ki, İmam Hüseyn (ə) haqlı yerə öldürülmüşdür. Çünki o, vahid rəhbərə qarşı çıxmış və müsəlmanların birliyini pozmağa çalışmışdır. Hətta buna dəlil olaraq Peyğəmbərdən (s) hədis də gətirirlər: "Sizin vahid rəhbəriniz olduğu halda kimsə gəlib sizi parçalamaq istəsə kimliyindən asılı olmayaraq onu öldürün". (Səhih Müslim, Kitab əl-İmarə, ¹ 1852.)
    Yaxşı, əgər belədirsə, əhli-sünnənin nümunəvi səhabə kimi İslama dürtüştürməyə çalışdığı Müaviyə niyə Həzrət Əliyə (ə) beyət etmədi. Budurmu sizin vəhşət saçan ədalətiniz?
    Cənnət cavanlarının ağasını susuz bir çöldə qətlə yetirən xəlifə vəhabilərin gözündə nümunəvi səhabəyə çevrilir. Axı, Peyğəmbər (s) buyurub: "Həsən və Hüseyn cənnət cavanlarının ağasıdır". (Tirmizi, Kitab əl-Mənaqib, Bab Mənaqib əl-Həsən vəl Hüseyn, ¹ 3768.) Budurmu, sizlərin əhli-beytə sünnə nöqteyi-nəzərdən sevginiz...
    İmam Hüseynin (s) öldürülməsində Yezidin əli olmadığını bildirirlər. Bəs, Ubeydullah ibn Ziyadı İmamın üzərinə göndərən kim idi?
    Zəlalət yolçularının baş biləni İbn Teymiyyə yazır: “Bütün rəvayətçi alimlər (kimlər, qeyri-müəyyəndir. Müəllif) deyirlər ki, Yezid ibn Müaviyə, Hüseynin öldürülməsini əmr etməmişdir. Sadəcə olaraq Yezid, İbn Ziyada məktub yazıb bildirmişdi ki, Hüseynin İraqa rəhbərlik etməsinə imkan vermə. Yezid, Hüseynin qətlini eşitdikdə kədərləndi və onun evində ağlaşma səsləri yüksəldi. Yezid Hüseynin ailəsindən olan qadınların heç birini köləliyə almadı. Əksinə Hüseynin ailəsinə yaxşı baxıb onları yaşadıqları yerə göndərdi.”
    İmam Zəhəbi isə demişdir: “Biz Yezidi nə söyür nə də sevirik!”
    “Əhli-sunnət və camaat” istilahının yaranma tarixi də oxucular üçün maraqlı olar. Bildiymiz kimi, tərəfdarları Müaviyənin hakimiyəti qəsb etdiyi ili Amül-camaat - Camaat ili olaraq adlandırılmasını qərara almışdılar. Xəlifə Osman dünyasını dəyişəndən sonra müsəlmanlar Həzrət Əlinin (ə) şiələri və Müaviyənin tərəfdarları olaraq iki yerə bölundülər. Həzrət Əli (ə) şəhid olduqdan sonra Müaviyə İmam Həsənlə (s) bağladıqı müqavilədən sonra bütün müsəlmanlara hakim oldu. Buna görə həmin il - Camaat ili deyə adlandırıldı. Demək, Əhli-sunnət və camaat isdilahı da Müaviənin sünnətinə (ərəb dilində “sünnət” sözü “ənənə” deməkdir) tabe olub onun hakimiyyətində toplananlar mənasındadır. Güman olunduğu kimi peyğəmbərin sunnətinə (ənənəsinə) tabe olanlar anlamında deyil.
    Göründüyü kimi, vəhabilər və əhli-sünnənin radikal qanadı Peyğəmbərin (s) övladı olan “on iki imamı” qoyub onların düşmənlərindən yapışıb. Axı Həzrət Peyğəmbər (s) buyurmuşdu: “Xəlifələr on ikidir və hammısı da Qureyişdəndir. Onlara bir şey öyrətməyin ki, onlar sizlərdən daha biliklidirlər”.
    Bunlar müaviyələrin, yezidlərin törəmələridir. Həyasızcasına şərəbxor, zinakar Yezidin əməllərinə haqq qazandırırlar. Bu müsibətə əcnəbilər belə göz yaşı axıtdıqları halda öz içimizdəkilər... az qala çəpik çalıb oynasınlar.
    Onlar bu cəsarəti haradan, kimdən alırlar? Niyə Özbəkistanda olduğu kimi bunları gəldikləri yerlərə göndərmirlər. DEMƏDİ, DEMƏYİN: Dövlətin tolerant münasibəti belə davam edərsə Azərbaycan cəmiyyəti təriqətlər məngənəsində boğulacaq.
    Bütöv bir ümmətdən danışmaq mümkün deyil...
    Son 25 ildə müsəlmanlarn sayı düz 3 dəfə artaraq, tarixdə ilk dəfə xristianlar sayca geridə qoydu. 1973-cü ildə müsəlmanlarn sayı 500 milyon idisə, bu gün bu rəqəm 1,5 milyarda yaxınlaşmaqdadır. Başqa sözlə, Yer kürəsinin hər dörd nəfər sakinindən biri müsəlmandır. Bu elə başgicəlləndirici bir inkişafdır ki, təkcə onun sürəti tərəddüdlü şəxsləri öz təsiri altına alaraq, onlarn İslamı qəbul etməsinə səbəb olur.
    Təəssüf ki, müsəlmanların sayının durmadan artmasına baxmayaraq, hələ əsil mənada yekdil, bütöv bir ümmətdən danışmaq mümkün deyil. Bir tərəfdə radikal İslamın hakim olduğu Əfqanıstan, Əlcəzair kimi ölkələr, digər tərəfdə Afrikanın yoxsul ölkələri ilə neft milyarderi olan monarxiyalar arasındakı dərin iqtisadi uçurum, öz daxilində güclü bir geosiyasi potensial gizlətmiş İran, Türkiyə, İraq, əndrabazi cərəyanlar “doğan” və bir neçəsinə də Amerikadan “hamilə” qalan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər kimi ölkələr, feodal tayfalar krossvorduna çevrilmiş Pakistan, milliyyətçi ittihamlarn ağır təzyiqi altında qalan Fələstin, Bosniya və nəhayət, üstünə NATO bombalar yağdırlan Kosovo...
    İslamın sürətlə yayıldığı ölkələrə, yaxud bölgələrə nəzər saldıqda çox aydın sezilən ictimai bənzərliklər müşahidə etmək olar. Quranın çağırşına qulaq asmağın başlıca səbələri ya yoxsulluq, ya da təklikdir. Kimisi Afrikanın ucsuz-bucaqsız səhralarından durub Abicana gəlmiş, kimisi Anadolunun ucqar kəndindən köçüb daşı-torpağı qızıl İstanbulda məskunlaşmış, yurdundan, valideynlərindən ayrlmşdır. Hətta bəziləri – Almaniyadakı misirlilər, əlcəzairlilər kimi - öz ölkəsini, yaşadığı qitəni tərk etmişlər. Qısaca desək, "modernləşmiş" bir insan olmuşlar, ənənələri, dilləri, tarixi-coğrafi bağlılıqlar dağıdan modernizmin bərabər üzvünə çevrilmişlər. Belə bir şəraitdə İslam bütün bu insanlar əhatə edərək onlara mənəvi dayaq, əmin-amanlıq, sığınacaq vəd edən, hətta bir gün intiqam alacaqlarna zəmanət verən bir inanc sistemi kimi səhnədə görünməkdədir.
    Bu gün Qərbin regionda, xüsusən də Azərbaycanda ikili standartlarla işləməsi heç kimə sirr deyil. Artıq Azərbaycan insanı Qərb sözünü eşidəndə dodaq büzür, üzünü yana çevirir. Təkcə bir-iki dövlətin fonunda bütün Avropaya iqtisadi maraqların güdükçüsü kimi baxır və nicat yolunu Şərqdə axtarır. Şərqdə isə İslam, din qardaşlığı, əqidə birliyi yalnız sözdə var, əməldə isə yoxdur. Bütün bunlar faktdır.
    Səudiyyə Ərəbistanı, Qətər, Kuveyt müsəlman ölkələrinə vəhhabi ixrac etməklə məşğuldur. Onlar müsəlman ölkələrində baş verən müharibələrə, acılığa, zəlalətə heç vaxt hay verməyiblər. Fələstində baş verənlər heç də uzaq keçmişə aid deyil. Bu məsələdə yuxarıda bəhs etdiymiz neftli müsəlman dövlətlərinin mövqeyi hamıya bəllidir. Onlar yalnız Amerika imperalistlərinin regiondakı çör-çöpüdür. Bu dövlətlərin xarici siyasət prioritetlərini Ağ Evdən gələn tezislər müəyyənləşdirir. Onlar və yandaşları ABŞ-ın diqtəsi ilə şiəliyin mərkəzi hesab olunan İranı yer üzündən silmək istəyirlər. Bu həm Amerika imperalistlərinə, həm də onların müsəlman ölkələrindəki milli missonerlərinə sərf edir. Hələlik ABŞ bunu zor gücü ilə etmir. Səudiyyə Ərəbistanı və digər dini-ideoloji baxışları bəlli olmayan Şeyxlərin vasitəsi ilə edirlər. Yuxarıda bəhs etdiymiz kimi, din pərdəsi adı altında Əbu Xaliqlər buradakı əqidəsi zəif Əbu Qulaməlilərə daha tez təsir edə bilir. Nəticədə müxtəlif təriqətlər altında birləşərək İslamın parçalanması fonunda şiəliyi yox etmək istəyirlər. Amma nə yaxşı ki, bacarmırlar. Onlar dərk etmək istəmirlər ki, bütün bunlar səmərəsiz cəhtdən başqa bir şey deyil. Çünki, ŞİƏLİK BU MİLLƏTİN QANIDIR, CANIDIR, GÜNDƏLİK HƏYATIDIR...     

    Niyaz NİFTİYEV

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1108
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30