Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    YAP Binəqədi rayon təşkilatının Milli Aerokosmik Agentlikdə görüşü olub
    Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində YAP Binəqədi rayon təşkilatı ərazi ilk partiya təşkilatının yığıncağı keçirilib.  YAP Binəqədi Rayon Təşkilatının mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Milli AeroKosmik Agentlik Ərazi İlk Partiya təşkilatının sədri Tofiq Süleymanov MAKA-nın fəaliyyətindən danışıb və qeyd edib ki, ərazi ilk partiya təşkilatı fəaliyyətə başladığı ilk gündən onun cəmi 6 üzvü olub. İllər keçdikcə təşkilat gündən-günə mükəmməlləşib, ərazi ilk partiya təşkilatının sıraları daha da genişlənib və mütərəqqi ideyaların həyata keçirilməsi üçün mühüm addımlar atılıb. O bildirib ki, 2007-ci ildən bəri partiyaya üzv olmaq istəyən şəxslərin sayı dəfələrlə artıb. 

    Hazırda müəssisədə çalışan YAP üzvlərinin 9-nun elmlər doktoru və ya texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malik alimlər olduğunu bildirən T.Süleymanov qeyd edib ki, müəssisənin əməkdaşları respublikanın ictimai-siyasi həyatında aktiv iştirak edirlər. Ölkədə aparılan quruculuq işlərindən danışan T.Süleymanov qeyd edib ki, 8 fevral tarixində Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması hələ 40 il öncə ümummilli lider tərəfindən əsası qoyulmuş kosmik sənaye infrastrukturunun təntənəsi kimi yaddaşlara həkk olunub. 
    Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, Milli Aerokosmik Agentlik böyük bir təşkilatdır və bu təşkilatın inkişaf etməsində agentliyin rəhbərliyi mühüm işlər görür. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi yaranandan sonra Milli Aerokosmik Agentliyin onun tabeliyinə keçməsi böyük inkişafa yol açıb və bu gün MAKA sıralarında peşəkar şəxsləri birləşdirən və kosmik sənayenin inkişafına töhfə verən bir agentliyə çevrilib: “Təqdirəlayiq haldır ki, bütün sahələrdə davam edən uğurlu inkişaf müdafiə sənayesi və onun bir hissəsi olan kosmik sənayedə də his olunmaqdadır. Azərbaycanın ilk süni peykinin orbitə buraxılması və bundan sonra artıq ikinci süni peykin planlaşdırılması bunun sübutudur. Bu gün peykin orbitə çıxmasından sonra ölkəmiz dünya miqyasında  18 dövlətdən birinə çevrilib. Artıq Azərbaycan iqtisadiyyatın bütün sahələrində uğurlu inkişaf yolu keçir. Neft sahəsindən əldə olunan gəlirlər qeyri-neft sektoruna yatırılır. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvlərindən birinə çevrilib. İqtisadiyyatın diversifikasiyası üçün ardıcıl işlər görülür. Bu gün ölkəmiz üçün həyati vacib olan müdafiə sahəsinin inkişafı, Azərbaycanın müdafiə potensialının artırılması üçün praqmatik siyasət aparılır və ölkəmiz mütəmadi olaraq müxtəlif sərgilərdə iştirak edir”.
    Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə toxunan Ramiz Göyüşov qeyd edib ki, hazırda partiyanın üzvlərinin sayı 600 mindən çoxdur və 2013-cü il prezident seçkilərində partiyanın namizədi İlham Əliyevdir. R.Göyüşov partiya üzvlərini qarşıdan gələn 9 oktyabr  prezident seçkilərində aktiv olmağa çağırdı.  
    Tədbirdə çıxış edən müəssisənin əməkdaşları Fəxrəddin Ağayev, Rəsmiyyə Canməmmədova, Yeganə Süleymanova və İftixar Hüseynov müəssisənin fəaliyyəti və ümumrespublika miqyasında görülmüş işləri qeyd etdilər.  
    Sonda çıxış edən Milli Aerokosmik Agentliyin Baş direktoru Alçın Şirin-zadə bildirib ki, MAKA-nın fəaliyyəti bu gün daha da inkişaf edir və bu müəssisədə YAP-ın üzvləri və bütün kollektiv ümumi işin irəli getməsi üçün öz töhfələrini verir. Öz çıxışında Azərbaycanın bugünkü rəqabətədavamlı inkişaf yoluna heç də asanlıqla gəlib çıxmadığını bildirən Alçın Şirin-zadə qeyd edib ki, bu inkişafın davamlı olması üçün hər bir vətəndaş öz imkanlarından istifadə etməli və ümumi işə töhfə verməlidir. 
    Görüşdə həmçinin Yeni Azərbaycan Partiyasının sıralarına üzv olmaq istəyən şəxslərin məsələsinə baxılıb. 

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 925
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30