Prezident seçkilərinə 23 gün qalmış rəsmi təbliğata başlanılacaq
Azərbaycanda keçiriləcək prezident seçkilərinə 23 gün qalmış rəsmi təbliğata başlanılacaq.
AZADİNFORM xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının avqustun 2-də keçirilmiş iclasında təsdiq edilmiş Təqvim Planında qeyd olunub. Qeyd edək ki, səsverməyə 24 saat qalmış təbliğat-təşviqat dayandırılacaq.