Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Bütün Qafqazın Şeyxi: Ramazan orucuna əməl edən insanların sayı il-ildən artır
    Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Azərbaycanda tolerantlıq, dinlərarası dialoq mövzularında konfranslar təşkil olunur. Azərbaycan bu mövzuda digər ölkələrə artıq bir nümunə kimi göstərilir. Növbəti belə toplantı yaxın vaxtlarda gözlənilirmi?

    Bismillahir-rəhmanir-rəhim! Əlhəmdülillah, Azərbaycan həqiqətən bütün sahələrdə olduğu kimi, tolerantlıq, müxtəlif dinlərin ardıcılları arasında səmimi, gözəl münasibətlərin hökm sürdüyü bir məkan olaraq da bütün dünya üçün uğurlu bir nümunədir. Bu bizim qürur verən gerçəkliyimizdir. Bunun həm tarixi səbəbləri var, həm də müasir dövrümüzdə tolerantlığın dövlət siyasəti qismində dəstəklənməsi öz bəhrəsini verir. 

    Önəmli məqamlardan biri isə təbii ki İslam dininin mahiyyətindən irəli gəlir. Və bölgənin tarixi İslam dini mərkəzi olaraq Qafqaz Müsəlmanları İdarəsi öz işini bu təməl üzərində qurur. Bütün bunlar bizə dünya çapında öz təcrübəmizi örnək olaraq təqdim etməyə haqq verir. Və biz bu haqqımızdan çıxış edərək dinlərarası dialoq və əməkdaşlıq məsələlərinə həsr olunmuş mötəbər beynəlxalq konfranslar təşkil edir, Azərbaycanın bu sahədə sahib olduğu təcrübə ilə bölüşürük. Nəinki, dinlərarası, ümumən, mədəniyyətlərarası, sivilizasiyalararası əməkdaşlıq sahəsində Azərbaycanın dünyaya təqdim olunmaga layiq dəyərləri mövcuddur və mən şadam ki, dövlətimiz, dövlət rəhbərimiz səviyyəsində, habelə Heydər Əliyev Fondu tərəfindən bu dəyərlər yüksək səviyyədə təbliğ və təşviq olunur.
    Ümumən, mən Azərbaycanın ardıcıl olaraq dinlərarası beynəlxalq tədbirlərə ev sahibliyi etməsini olduqca vacib əhəmiyyətli hadisə kimi dəyərləndirirəm. Bizim 2010-cu ildə Bakıda Dini liderlərin Ümumdünya Sammitini keçirməyimiz, təbii ki, adi bir hadisə deyildi. Bunadək biz uzun bir yol keçmişdik. Azərbaycan dövlətinin dünya çapında qazandığı iqtisadi, siyasi uğurlar bizə belə bir tədbiri keçirmək üçün şərait bəxş etdi. Təşkilati baxımdan isə Azərbaycanın, Qafqazın dini mərkəzi olaraq Qafqaz Müsəlmanları İdarəsi böyük əmək sərf etmişdir. Bizim onilliklər ərzində ardıcıl səylərimiz sayəsində dünyanın tanınmış, nüfuzlu dini mərkəzləri ilə mövcud dini əməkdaşlıq əlaqələrimizin təməlinin qoyulması, heç şübhəsiz ki, bu işdə böyük rol oynadı. Bakı Sammitinin keçirilməsi təşəbbüsünə gəlincə, bu, mənim həmsədri olduğum MDB Dinlərarası Şurası tərəfindən irəli sürülmüşdü. Bu təşəbbüsə illərdir yüksək səviyyədə münasibətlər qurmağa nail olduğumuz Rus Pravoslav kilsəsi dəstək verdi. Dünyanın 33 ölkəsindən 200-dən artıq dini lider Azərbaycana təşrif buyurdu. Bakı Sammitində Rus Pravoslav Kilsəsi, Vatikan, dünyanın digər tanınmış dini mərkəzləri yüksək səviyyəli nümayəndə heyəti ilə iştirak etdi. Patriarx Kirillin dəvət təşəbbüsü ilə MDB Dinlərarası Şurasının üzvü olaraq erməni katolikosu Bakıya gəldi. Münaqişənin davam etdiyi dövrdə erməni dini liderinin Azərbaycana gəlməsi, uğurlarımıza bilavasitə şahidlik etməsi beynəlxalq aləmdə nüfuz və üstünlüyümüzün təsdiqi və qəbul olunması demək idi. Bakı Sammitinin daha bir əhəmiyyətli məqamı YUNESKO yanında din xadimlərinin yüksək səviyyəli məşvərət qrupunun işçi iclasının məhz bu Sammit çərçivəsində baş tutması oldu. Təsisçilərindən biri olduğum bu qurum dünya çapında qərarlar verilərkən din xadimlərinin tövsiyyələrinin nəzərə alınmasını təmin etmək yönündə iş aparır.
    Bakıda bu yaxınlarda — 16-17 aprel 2013-cü il tarixdə MDB Müsəlmanları Məşvərət Şurasının beynəlxalq konfransı keçirildi. Bu bizim postsovet məkanında mövcud olmuş tarixi-dini-mənəvi əlaqələrimizin yeni siyasi reallıqlar şəraitində qorunub saxlanılması və xalqlarımızın mənafeyi naminə inkişaf etdirilməsi məramına xidmət edir. Bu, həm də Azərbaycanın MDB məkanında mənəvi liderliyinin qəbul olunmasıdır. Mənim bu Şuraya sədr seçilməyim bu sahədə təşəbbüslərin ünvanı olaraq çıxış etməyimizə rəvac verən haldır. Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyevin Konfrans iştirakçılarını – postsovet məkanının müsəlman dini liderlərini şəxsən qəbul etməsi bu quruma verilən önəmin göstəricisi idi. Həmin görüşdə dövlət başçımız gördüyümüz işləri yüksək dəyərləndirdi və bu istiqamətdə nəzərdə tutduğumuz fəaliyyəti bundan sonra da dəstəkləyəcəyini bildirdi.
    Təbii ki, biz bu sahədə işlərimizi davam etdiririk və gələcəkdə də irimiqyaslı beynəlxalq tədbirlər keçirmək əzmindəyik. Bu istiqamətdə danışıqlar gedir. Dövlətimizin dəstəyi ilə Bakı yaxın illərdə növbəti Dinlərarası Sammitin keçiriləcəyi məkan olar, inşallah. Biz, din xadimləri olaraq, bunun üçün bütün mümkün səyləri göstəririk.


    Dağlıq Qaraağ münaqişəsi ilə bağlı Rusiya, Ermənistan liderləri ilə görüş nəzərdə tutulurmu? Dini liderlər münaqişənin həllində hansı rolu oynaya bilər?


    - Uca Yaradanın buyurduğu yolla gedən biz, din xadimləri hər zaman müqəddəs dəyər olan insan həyatının qorunmasını vacib sayırıq. Bu baxımdan, sülhyaratma, sülhə təşviq bizim üçün mühüm fəaliyyət istiqamətidir. Bizim dinimiz İslam bir günahsız insanın xilasını bütün bəşəriyyətin xilasına bərabər sayır. Bu baxımdan, Azərbaycanın əzəli ərazilərinin erməni ekstremistləri tərəfindən işğalının davam etdiyi bir dövrdə bu dövlətlərin din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. Biz Dağlıq Qarabağ münaqişəsinin başlandığı zamandan bu missiyamızı dərk edərək bir masa ətrafında bir araya gəldik. 1988-ci ildən, yəni münaqişənin ilk ilindən etibarən, əvvəlcə Rostovda, sonra Moskvada, Montredə görüşlərimiz oldu. Bu görüşlərin, Montredən başqa hamısı Rus Pravoslav Kilsəsinin başçısı məhrum Patriarx II Aleksinin vasitəçiliyi ilə baş tutmuşdur. Montre görüşünün əsas təşkilatçısı Ümumdünya Kilsələr Şurası olmuşdur. Bu görüşlərin əsas məramı etnik, ərazi münaqişəsinin heç bir vəchlə dini müstəviyə keçməsinə imkan verməmək olmuşdur. Bu baxımdan, dini liderlərin görüşləri, əldə etdiyimiz razılaşmalar, imzaladığımız birgə sənədlər məhz bu mərama xidmət etdi və tarixi əhəmiyyət kəsb etdi. Bir anlıq belə təsəvvür etmək istəməzdim ki, Qarabağ münaqişəsi bədxahların ssenarisinə uyğun olaraq dini məcraya yönəldilə bilsəydi, yəni münaqişə dini qarşıdurma, xristian-müsəlman toqquşması səciyyəsi kəsb etsəydi bizi hansı qarşısıalınmaz fəlakətlər gözləyə bilərdi. Şükürlər olsun ki, mənim Patriarx II Aleksinin vasitəçiliyi ilə I Vazgen, I Qareginlə görüşlərim, apardığımız danışıqlar bu acınacaqlı ssenarilərin həyata keçməsinə imkan vermədi.
    Hal-hazırda dövlətimizin sülh danışıqlarına sadiqlik nümayiş etdirdiyi, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllində israr etdiyi bir zamanda da biz, din xadimləri, öz səylərimizi davam etdiririk. O Bir Olan Yaradanımızın əbədi ideallarına sadiq olaraq dini-mənəvi abidələrin qarşılıqlı qorunması, əsirlərin qaytarılması və digər məsələlər üzrə razılığa gələrək xalqlar arasında qarşılıqlı etimad mühitinin yaranması işinə öz töhfəmizi veririk. Məhz bu məramla 2010-cu ildə Bakı Sammiti çərçivəsində katolikos II Qareginlə Patriarx Kirilin vasitəçiliyi ilə görüşümüz baş tutdu. Həmçinin, İrəvanda MDB Dinlərarası Şurasının Rəyasət Heyətinin toplantısı çərçivəsində daha bir görüşümüz oldu. İstər İrəvanda etdiyim çıxışımda, istərsə Katolikosla görüşlərimdə mən israrla həqiqətləri diqqətə çatdırdım, bildirdim ki, Äàüëûã Ãàðàáàü ìöíàãèøÿñèíèí àüûð íÿòèúÿ âÿ ôÿñàäëàðû ùÿì Àçÿðáàéúàí, ùÿì äÿ åðìÿíè õàëãûíûí öçÿðèíäÿ àüûð éöê îëàðàã ãàëìàãäàäûð. Bu münaqişə gec-tez ədalətli həllini tapacaq, odur ki, Ermənistan zamanı uzatmamalı, ÁÌÒ Òÿùëöêÿñèçëèê Øóðàñûíûí ìÿëóì ãÿòíàìÿëÿðè éåðèíÿ éåòèðìÿli,əzəli Azərbaycan torpaqlarının işğalına son qoymalı, bu ərazilərdən çıxmalıdır.
    Əlbəttə, dini liderlər olaraq bütün bu davamlı danışıqlarımızda niyyətimiz münaqişənin sülh yolu ilə həllinə yardımçı olmaqdır. Əgər bu danışıqlar, görüşlər az da olsa bu prosesə müsbət təsir etmək iqtidarındadırsa, biz onu davam etdirməliyik. Bu, bizim Uca Yaradanımız, Vətənimiz, xalqımız qarşısında müqəddəs borcumuzdur.


    Şuşa məscidinin, eləcə də işğal olunmuş ərazilərdəki digər mədəni, dini, tarixi abidələrin dağıdılması ilə bağlı dəfələrlə etiraz bildirmisiniz. Ermənilərin bu addımlarının birdəfəlik qarşısını almaq üçün hansı tədbirləri vacib sayırsınız?


    - Bəli, bizim görüşlərimiz zamanı bu məsələ tərəfimdən dəfələrlə qabardılmışdır. Bilirsiniz, artıq baş vermişləri geri qaytarmaq mümkün deyil. Hədəfimiz, belə halların təkrarlanmaması və ən əsası, işğala son qoyulduqdan sonra, inşallah, dövlətimiz tərəfindən bütün tarixi, dini, mədəni abidələrimizə yeni həyat bəxş olunmasıdır. Ermənilərin dini lideri ilə vasitəşiliklə baş tutan görüşlərimizin nəticələrinə dair birgə bəyanatlarımızın mətnlərinə mən zəbt olunmuş ərazilərimizdə mənəvi irs abidələri– məscid, qəbirstanlıq, terrora məruz qalmış digər dini-mədəni abidələrlə bağlı məsələnin salınmasına xüsusilə israr edərək nail olmuşam. Və mən bütün beynəlxalq tədbirlərdə etdiyim çıxışlarda, ən yüksək xitabət kürsülərindən bu məsələni səsləndirir, dünya ictimaiyyətinin diqqətini bu kimi hallara yönəldirəm.


    Hər il insanlar ağır və eyni zamanda fəzilətli "Ramazan" ayına qadəm qoyurlar. Bu "Ramazan" İslam dünyası üçün rahat, asan anlara təsadüf etmir. Çünki müsəlman dünyasının bir çox bölgələri qeyri-sabitliyə qərq olub. Mübarək "Ramazan" belə şəraitdə müsəlmanlardan nəyi tələb edir?


    - Ramazan bəşəri əhəmiyyət kəsb edən məqamlardandır. 14 əsrdir ki, bu ayın fəzilətləri və nuru milyardlarla insanı öz təsir dairəsinə alır. Hər il mübarək Ramazan ayını qarşılayarkən niyyət və dualarımız məmləkətimiz, İslam ümməti, bütün dünya üçün sülh, əmniyyət, rifah və səadət olur.
    Təəssüflər olsun ki, dünyamızın heç də bütün bölgələrində sabitlik hökm sürmür. Lakin bu bizim ümidlərimizi sarsıtmamalıdır. Ramazanın aləmlərə örnək olan ilahi fəlsəfəsinə uyğun olaraq, biz Allah rizası üçün ibadətlərimizi yüksək şəkildə həyata keçirməli, dünyamızın daha xoş günləri üçün dualarımızı etməli, ümmətimiz, Vətənimiz, millətlərimizin maraq və mənafeləri naminə səyləri birləşdirməliyik. Müsəlman həmrəyliyi, digər səmavi din ardıcıllarına ehtiram, mənəvi dəyərlərə sadiqlik — budur müsəlmanlardan hər zaman, xüsusən, Ramazanda tələb olunan. Ümidvaram ki, İslam dünyası bu Ramazandan daha güclü, əmin və xoşbəxt olaraq çıxacaqdır, inşallah. Bunun üçün müsəlmanların daxili iman gücü və ruhi iradəsi mövcuddur.


    Azərbaycanda getdikcə cavan nəslə mənsub adamlar islama, onun tələblərinə böyük niyyətlə pənah gətirirlər. Belə bir fikir var ki, bunu edənlərin bir qismi dəb xatirinə İslama qayıdır. Bu fikirlə razısınızmı?


    - Mən bu fikirlə razı deyiləm. Çünki, bu Allahın Lütfündəndir ki, müasir gənclər müstəqillik dövründə yaşayırlar və dini-mənəvi dəyərlərinə azad şəkildə, heç bir maneə olmadan sahib çıxmaq imkanına malikdirlər. Ateizm hökm sürdüyü cəmiyyətdə böyük imanla dininə ibadət edənlər, Allah yoluna sədaqət nümayiş etdirən və bu həyat tərzini müstəqillik dövrünədək davam etdirən şəxslərlə müqayisədə gənc nəslin taleyi daha parlaqdır bu baxımdan. Dinimizdə əsas olan niyyətdir. Niyyət isə dəblə olmur. O, ürəkdən gəlir, qəlbin diqtəsi ilə edilir. Yalnız zahiri məsələlərdə dəb amili ola bilər, iman, inanc isə daxili, ruhi məsələdir. Allah-Təala Azərbaycan xalqının imanını kamil qərar versin, inşallah!


    "Ramazan"la bağlı İslam dininə aid müxtəlif məzhəblərdə fikir ayrılıqları var. Azərbaycanda bunun olmaması üçün nə etmək lazımdır? Məsələn, niyə insanlar "Ramazan"a fərqli günlərdə başlayır, bayramı da fərqli günlərdə edir?


    - Əslində bu fikir ayrılığı ilə deyil, müsəlmanların istinad etdiyi Ay təqviminin özəlliyindən irəli gələn məsələdir. Belə ki, hicri-qəməri təqvim müsəlman ilinin hicri-şəms təqvimindən qısa olmasını, hər il bayramların 11 gün civarında fərqli məqamlara təsadüf etməsini şərtləndirir. Digər tərəfdən, müsəlman ayları yeni Ayın doğuluşu ilə əlaqədardır. Ayın görünməsi isə onun doğuluş anı ilə eyni məqamda olmur. Ramazana gəlincə, hədislər buyurur ki, Ramazan Ayını gözlə gördün, orucu tutmağa başla, yeni Ayı, yəni Şəvval ayının Ayını gördün Bayram et.
    Hər ölkənin yerləşdiyi coğrafi en dairəsinə uyğun olaraq Ayın görünməsi zamanları da fərqli olur. Beləliklə, astronomik, coğrafi məsələ kimi gündəmə gələn bu məsələni məzhəb fərqi ilə əlaqələndirməyə ehtiyac yoxdur. Məzhəb fərqi məsələyə yanaşma fərqində özünü biruzə verir. Azərbaycanda bu sahədə hər hansı problem yaşanmasın deyə, dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsi Şamaxı rəsədxanası ilə əməkdaşlıqda Ramazan təqvimini hazırlayaraq insanlara paylayır. Bu təqvimdə Azərbaycan şəraitinə və dinimizin buyurduğuna uygun göstəricilər əksini tapır. Yəni bu təqvim həm dini, həm də elmi cəhətdən ən məqbul təqvimdir. Bayramlara gəlincə, Qafqaz Müsəlmanları İdarəsinin təklif və tövsiyəsi ilə Azərbaycan hökuməti həm Ramazan, həm də Qurban bayramlarının 2 gün qeyd olunması barədə qərar qəbul etmişdir. Bu, həm İslam qaydalarına uyğundur, həm də bu məsələdə məzhəb ayrıseçkiliyi yaranmasının qarşısını alır.


    Dünya mərkəzləri son vaxtlar İslam dininin sürətlə parçalanmasını iddia edirlər. Bəlli olduğu kimi, bütün dinlərdə parçalanma və buna bənzər cərəyanlar yaşanır. Niyə məhz İslam dini ilə bağlı bu kimi fikir və şaiyələr insanların beyninə daha təkidlə yeridilir?


    - Mübarək ayeyi-şərifdə buyurulur ki, "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizlə tanış olasınız deyə sizi xalqlar və qəbilələr etdik" (Hücurat, 13). Yəni bəşəriyyətin müxtəlif xalqlara, millətlərə bölünməsi İlahi hikmətdir. Səmavi dinlərin hər biri insan qövmlərinə həyatın müxtəlif sahələrini nizamlamaq məramı ilə lütf edilmişdir. Sonuncu din ola İslam, onun Kitabı Quran isə bütün bəşərə hidayət yolunu göstərmək üçün göndərilmişdir.
    İnsanların müxtəlif cür düşünmək xüsusiyyəti də Uca Yaradanımızın Lütfündəndir. Lakin bu müxtəliflik bizim parçalanmağımıza deyil, bir-birimizi daha yaxşı tanımağımıza, dərk etməyimizə və O Bir Olan Yaradanımıza həmd-səna etməyimizə xidmət etməlidir. Bəli, bütün dinlərin daxilində müxtəlif cərəyanlar mövcuddur. Bunların sayı da müxtəlifdir. Məzhəblər eyni hədəfə aparan müxtəlif yollardır. Bu cərəyanlar dünən, bu gün yaranmamışdır. Onların yüzilliklərlə tarixi vardır. Sadəcə indi müasir texnologiyalar sayəsində ünsiyyət imkanlarının hədsiz artması bu fikirlərin daha qabarıq nəzərə çarpmasına gətirib çıxarıb.
    Əsrlər boyunca dindən siyasi məqsədlər üçün istifadə edilmişdir. Dini, məzhəbi fərqlərdən bu və ya digər siyasi məqsədə çatmaq üçün istifadə edilmişdir. Tarix göstərir ki, dini zəmində müharibələr ən qanlı savaşlar olmuşdur. Elə xristian dünyasının öz daxilində belə savaşlar az olmamışdır. Yəni, bu gün baş verənlər də yeni bir məsələ deyildir. Dinlər daxilində baş verənlər, yəni eyni din ardıcılları arasında baş verənlər də istisna deyil. Sadəcə burada tək daxili qüvvələr deyil, kənardan bədxahların da müdaxiləsi öz mənfur rolunu oynayır. Bütün bu məsələlərin, toqquşmaların arxasında müəyyən dairələrin, güclərin siyasi, iqtisadi maraqları dayanır. Əlbəttə, əsas münaqişə ocaqlarının, müharibə meydanlarının müsəlmanlar yaşayan məkanları əhatə etməsindən belə bir nəticə hasil olur ki, İslam dünyasını qarışdırmaq, müsəlmanların kütləvi məhvi niyyəti üstünlük təşkil edir. Bu məqsədlə müsəlmanların özlərindən də istifadə olunur. Məzhəb fərqləri bilərəkdən qabardılır, qarşı-qarşıya qoyulmaq üçün sui-istifadə olunur.
    Hər il müsəlmanlar Ramazan ayında, Həcc ziyarəti zamanında yüksək mütəşəkkillik nümayiş etdirir, ibadətlərini kütləvi şəkildə Allaha xatir həyata keçirirlər. Bu möhtəşəmlik, mütəşəkkillik bəzilərini narahat edir. İslam mükəmməl dindir, onun Aləmlərə hidayət olaraq göndərilmiş Peyğəmbəri, Kitabı vardır. Nicat da onlardadır. Biz müsəlmanlar, məzhəbindən asılı olmayaraq, heç vaxt unutmamalıyıq ki, bizim dinimiz, Peyğəmbərimiz, Kitabımız birdir. Bizi birləşdirən məqamlar, bizi fərqləndirən, ayıran məqamlardan daha artıq və üstündür. Onda yer üzündə heç bir qüvvə bizə xətər toxundura bilməz.


    Şəxsən siz, rəhbəri olduğunuz dini təsisatın üzvləri dözümlülük, tolerantlıq nümayiş etdirir və bu qaydaları cəmiyyətdə otuşdurursunuz. Bununla bağlı cəmiyyətə sözünüz...


    - Bəli, rəhbərlik etdiyim Qafqaz Müsəlmanları İdarəsi hər zaman öz fəaliyyətində bütün səmavi dünya dinlərinin ardıcıllarına ehtiram və etimad mühitinin bərqərar edilməsini və qorunmasını vacib sayır. Biz Azərbaycanda yaşayan müxtəlif millət və din mənsubları ilə bir ailə kimi yaşanması üçün dini mərkəz olaraq əlimizdən gələni edirik. Azərbaycanda tarixən mövcud olmuş həm şiə, həm sünni icmasının maraq və mənafeləri eyni dərəcədə təmin olunur.
    Bizim məramımız Azərbaycanda öz milli, dini, mənəvi dəyərlərinə sadiq, yüksək səviyyədə tolerant cəmiyyət formalaşdırılmasıdır ki, əlhəmdülillah, biz, dövlətimizin də dəstəyi ilə bu mərama yetmişik. Ulu öndər Heydər Əliyevin bünövrəsini qoyduğu müdrik dövlət-din münasibətlərinin, dini-mənəvi irsə sahib çıxmaq yönündə siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycan bu gün də Prezident İlham Əliyevin ardıcıl səyləri sayəsində milli, dini-mənəvi dəyərlərini ən yüksək səviyyədə qoruyur, inkişaf etdirir. Tolerant Azərbaycanda tarixən mövcud olmuş bütün dinlərin nümayəndələrinə eyni dərəcədə dövlət qayğısı göstərilir. İslam dini mərkəzi olaraq Azərbaycanda yaşayan xristian və yəhudi dini icmaları ilə qarşılıqlı ehtiram və etimad şəraitində əməkdaşlıq edirik. Bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik, inşallah.


    Sonda Ramazan ayı ilə bağlı müsəlmanlara ürək sözlərinizi eşitmək istərdik.


    - Ramazani-Şərif məqamını yaşayırıq. Şükürlər olsun ki, Ramazan orucuna əməl edən insanların sayı il-ildən artır. Allah-Təala bütün oruc tutanların ibadətlərini qəbul etsin inşallah! Allah bu mübarək ayda əlini Allah dərgahına açaraq dualar edən insanların dualarını müctəcab etsin, inşallah! Qoy Uca Allah millətimizin gələcəyini daha xoş, daha firavan qərar versin, dövlətimizin möhkəmliyinə, nüfüz və qüdrətinin daha da artmasına rəvac versin, inşallah. Allah-Təala dövlət rəhbərimizin Xalq, Vətən naminə fəaliyyətinə qüvvət versin, inşallah. Ən böyük ümummilli arzumuza qovuşmağı — Qarabağda dövlət bayrağımızı ucaltmağı, şəhid məscidlərimizdə Azan verməyi Allah bizlərə tezliklə qismət etsin, inşallah! Bu gözəl günlərdə şəhidlərimizin müqəddəs ruhları şad olsun! Allah Azərbaycanımızı hifz etsin, inşallah!

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 963
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30