Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    "Quran"
    Ağamalı Ədil oğlunun nəsil şəcərəsinin taleyi çox keşməkeşli, əziyyətli məhrumiyyətlə dolu onilliklərdən keçib. Qərbi Azərbaycanın isveçrəsi sayılan Dərələyəz mahalında yaşayan ata-babası 20 yüzillikdə 5 dəfə qaçqın, məcburi köçkün həyatı yaşayıb, yurd-yuvası yağmalanıb. Onlar Naxçıvanda, Qarabağda, Yevlaxda yaşamalı olublar. Ağaməlı ailəsi 50 ildən çox, Salyan rayonunun Xalac kəndində yaşayıb. O, kiçik yaşlarından poeziya, şeir yazmağa başlayıb. "Kürün töhfəsidir nəğmələrimiz" almanaxında iki dəfə şeirləri çap olub. 2004-cü ildə "Vicudnamə", 2006-cı ildə "Heydər zirvəsi", 2010-cu ildə "İbrətnamə" şeirləri kitabı çapdan çıxıb. 2010-cu ildən müəyyən səbəblərdən Ağamalı Ədil oğlu ailəsi ilə birlikdə Xırdalan şəhərində yaşayır. Ailəlidir, 3 uşağı var. Şairin bəzi şeirlərini diqqətinizə çatdırırıq.


    "Quran"

    Xilqəti aləmin ülvi zatında,
    Kainat üzünə rəhmətdi "Quran". 
    Mənəvi aləmin sirli qatında,
    Parlayan günəşdi, nemətdi "Quran". 

    Yüz on dörd surədi cənnət ətirli,
    Altı min altı yüz altmış çətirli.
    Üstə gəl bir altı ərəb sətirli,
    Oxusaq görərik hikmətdi "Quran". 

    Buyurur qəflətdə yatma, oyanın,
    Təcavüz edənə qarşı dayanın.
    Çalimin zülmünə boyun əyənin,
    Haqqında şiddətli təhmətdi "Quran". 

    Çatsa da ömürün səksənə, yüzə,
    Namaz qıl, Oruc tut, əmrdir bizə.
    Kimsənin eybini vurmasan üzə,
    Axirət günündə hörmətdi "Quran". 

    İyirmi üç ilə gəldi növrağa,
    Həzrəti saldılar eldən fərağa.
    Əbdəvüd atanda əlin yarağa,
    Mürtəza susduran zərbətdi "Quran". 

    Deyir ki, güvənmə ulu zatına,
    Atanı qaldırır göyün qatına.
    Cənnəti ananın ayaq altına,
    Yendirən məqamda ismətdi "Quran". 

    Gəlini "Ərrəhman", ürəyi "Yasin",
    Bizlərə ərz etdi ayələri "Sin".
    Beşikdən məzara gedən hər kəsin,
    Etdiyi əmələ kəsmətdi "Quran". 

    Fatimə (ə) olubdu hicab mələyin,
    Həsəni Müctəba (ə) təqva diləyin.
    Qanıyla cihadda yazdı Hüseyn,
    Allahdı, Əlidi (ə), Əhməddi (ə) "Quran". 

    Muhəmməd (s), Fatimə (ə), on iki imam,
    Yaratdı bəşərdə Allaha inam.
    Deyir Ədil oğlu bunu hər zaman,
    Onlardan bizlərə qismətdi"Quran". 

    On iki imam

    Oxuyub "Quran"ı düzgün bilməli,
    Sünnü, şiə sözün tamam silməli.
    Birinci umamım şah Mərdan Əli,
    İkinci imamı qulaq as, deyim.

    İmamət nurunun biri də sənsən,
    Ciyəri zəhridən parə-parəsən.
    İkinci imamım imam Həsən,
    Üçüncü imamı  qulaq as deyim.

    Qiyamət günündə odur köməyin,
    Sidq ilə çağırsan yetər diləyin.
    Üçüncü imamım qərib Hüseyn,
    Haqqında birində qulaq as deyim.

    Kərbəla elində susdu ürəyin,
    Kəsildi, qırıldı bütün köməyin.
    Üçüncü imamım məzlum Hüseyn, 
    Haqqında birində qulaq as deyim
     
    Başını bədəndən ayırdı ləin,
    Yezidə, Şimirə min lənət deyin.
    Üçüncü imamim şəhid Hüseyn.
    Nə olar birində qulaq as deyim.

    Meydanda tək-tənha qaldı çün Hüseyn,
    Qanıyla dəstəmaz aldı ol Hüseyn.
    Üçüncü imamım imam Hüseyn,
    Dördüncü imamı qulaq as deyim.

    Kərbəla çölündə səndə var idin,
    Şiddətli qızmadan ahı-zar idin.
    Dördüncü imamım Çeynül-abidin,
    Beşinci imamı qulaq as deyim.

    Sənində işgəncən olubdu ağır,
    Nə edə bilərəm mən yazıq, fağır.
    Beşinci imamım Muhəmməd Baqir,
    Altıncı imamı qulaq as deyim.

    İlahi elmini sizlərdən aldıq,
    Sizdəki xislətə biz heyran qaldıq.
    Altıncı imamım Cəfəri-Sadiq,
    Yeddinci imamı qulaq as deyim.

    Tilavət etməyə xoşdur avazım,
    Allahın nurudan, mən necə yazım.
    Yeddinci imamım Museyi-Kazım,
    Səkkizinci imamı qulaq as deyim.

    Şükürlər etmisiz həmişə aza,
    Sənə də zəhərlə veriblər cəza.
    Səkkizinci imamım imam Rza,
    Doqquzuncu imamı qulaq as deyim.

    Çəkiblər sinənə sağalmaz dağı,
    Olacaq yeriniz cənnətin bağı.
    Doqquzuncu imam Muhəmməd Təqi,
    Onuncu imamı qulaq as deyim.

    Dinimiz İslamın sizsiz dayağı,
    Bürüyüb nurunuz ana torpağı.
    Onuncu imamım Əliyyən-Nəqi,
    On birincisini qulaq as deyim.

    Hər iki dünyanın tale ülkəri, 
    Durmadan fırlanır çərxin təkəri.
    On birinci imam Həsən Əsğəri,
    On ikincisini qulaq as deyim.

    Ədil oğlu, ona qalıbdır güman,
    Adını hər zaman salavatla an.
    On ikinci imamım Sahibəzaman,
    On üçüncü olmaz, qulaq as deyim.

    Mehdidi qeyibdə əmr gözləyir,
    Bəndənin əməlin Allah izləyir.
    Günahkar kəsləri torpaq gizləyir,
    Sahibəz-zamana salavat deyim.


    Hüseyn (Ə) ağlasın

    Bir ahu qıyaraq öz balasına,
    Qılmadı rəva ki,  Hüseyn (ə) ağlasın.
    Kərbəla düzündə zor bahasına,
    Etdilər dava ki, Hüseyn (ə) ağlasın.

    Yezid tək imansız, zayın üstündə,
    Qoşunlar cəm oldu çayın üstündə.
    Köklənmiş kamanlar, yayın üstündə,
    Çaldılar hava ki,  Hüseyn (ə) ağlasın.

    Tasua gecəsi ən ağır anlar,
    Yaşadı imama sadiq olanlar.
    Xeyrini düşünüb gələn insanlar,
    Döndülər evə ki, Hüseyn (ə) ağlasın.

    Yetmiş iki nəfər olsada İmam,
    Yüz min kafir qoşun olmuşdu tamam.
    Yezid də çoxuna vəd edib ənam,
    Göndərdi qüvvə ki, Hüseyn (ə) ağlasın.

    Guruhi dəstələr acgöz bittəkin,
    Ədil oğlu, Şümür ayğır attəkin.
    Ömərsəd Hərmələ quduz ittəkin,
    Çıxdılar ova ki, Hüseyn (ə) ağlasın.


    Ya İmam Əli (Ə)

    İyirmi beş ili sükut içində,
    Sordum necə dözdün ya imam Əli (ə).
    Gözlərində torpaq, boğazda tikan,
    Qalanlar tək yazdın ya imam Əli (ə).

    Səqifədə durub kama yetdilər,
    Azıb cəhalətə doğru getdilər.
    Peyğəmbər balasın təhqir etdilər,
    Bilməm necə dözdün ya imam Əli (ə).

    Bağışla ya mövla, mən yazarını,
    Alım ömrüm boyu qoy azarını.
    Peyəmbər qızının öz məzarını,
    Pünhan edib qazdın ya imam Əli (ə).

    Dolaşır başımda suallar bir-bir,
    İstər Ədil oğlu açılsın bu sirr.
    Bütlərin məkanı sayılanda pir,
    Neçə başlar üzdün ya imam Əli (ə).


    Alqış

    Əlinin (ə) haqqını danan insana,
    Yazıqlar halına deyənə alqış.
    Saili rukuda anan insana,
    Xəyanət edənə söyənə alqış.

    Əlinin (ə) döyüşdə şücayətini,
    Şücaət içində hidayətini.
    Sidqilə Allaha itaətini,
    Anaraq hər yerdə öyənə alqış.

    Deyir Ədil oğlu düşünün dərin,
    Hər sətri üstünə gül-çiçək sərin.
    Əlinin (ə) dünyaya gəldiyi yerin,
    Önündə qəddini əyənə alqış.


    Fatimə (ə)

    Nübüvvət çeşmindən təcalla edib,
    Çülmətə nurunu saçdı Fatimə (ə).
    Mələklərdən üstün məqamə yetib,
    Cənnətin qapısın açdı Fatimə (ə).

    Həzrəti Əliyə (ə) yanası oldu,
    Behişt gənclərinin anası oldu.
    "Kövsər" surəsinin mənası oldu,
    Təqvadan libasın biçdi Fatimə (ə).

    Imanla, isməti aldı o "Sindən",
    Sanki cana gəldi zikri "Yasindən".
    Həzrət Muhəmmədin (s) təkbir səsindən,
    Hidayət yolunu seçdi Fatimə (ə).

    Qızlar gömülərkən sağkən torpağa,
    Çəhra (ə) səbəb oldu böyük marağa.
    Diniylə son qoyub belə fərağa,
    Səadət şərbətin içdi Fatimə (ə).

    Doğuldu anadan sanki bir inci,
    Siddiqlər içində oldu birinci.
    Oldun şiyələrin böyük sevinci,
    Sənsiz dünya bizə heçdi Fatimə (ə).

    Mövludun bayramdı bəşəriyyətə,
    Sizlər son qoydunuz cahiliyyətə.
    Deyir Ədil oğlu şükür, həyata,
    Sənin arzuların keçdi Fatimə (ə).

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 892
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30