Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Qərb İslam dünyasında nə etmək fikrindədir?!
    Tiran gedir, ondan daha betəri hakimiyyətə gətirilir 



    2011-ci ilin 11 sentyabrından sonra butun müsəlman aləmi içi biz qarışıq şikayətlənməyə başladı: müsəlmanlar terrorçu deyillər, İslam terroru və qətlləri pisləyir, terror əslində elə Qərbin məhsuludur, gedin Hollivudda çəkdiyiniz filmlərə baxın, siyasi terror ilk dəfə Rusiyada Rasputinə qarşı olub, ötən əsrin 70-80-ci illərinə nəzər yetirməyiniz kifayətdir – Yunanıstanda “Qara polkovniklər”, İtaliyada “Qırmızı briqadalar”, Britaniyada İRA, İspaniyada ETA, ermənilərin ASALA-sı... Di gəl ki, heç kim bizə fikir vermir, düz on ildir elə hey müsəlman ölkələrində nüvə silahi, kimyəvi bomba “axtarılır” yüzminlərlə insan qətlə yetirilir, yaxşı halda “təəssüflə” bildirilir ki, kəşfiyyat orqanlarında yanlış məlumat olub, İraqı və Əfqanıstanı tərk edirik, qoy xalqlar özləri demokratiyalarını qursunlar. 
    Son iki ildə “Ərəb baharı” adlı yeni geosiyasi oyun daha yüzminlərlə günahsız insanın həyatdan vaxtsız köçməsinə səbəb olub. Qurbanların hamısı da məlum məsələdir ki, müsəlmanlardır. Qərb strateji məqsədlərinə varmaq üçün taktiki gedişlərdə bəlkə də tarixi bir çevrilişə nail olub: artiq Amerika və ya NATO əsgərini hansısa ərəb ölkəsinə daxil etmir, qurbanlar vermir, sonra oradakı “bataqlıq”da qalıb çabalamır. Bu yenilik iqtisadi baxımdan da sərfəlidir: hərbi kampaniyalara xərclənən böyük vəsaitlər büdcədə qalır, məsələn, İraqdakı müharibəyə xərclənmiş pulların onda biri qədərini tam qanuni şəkildə, parlament ratifikasiyası ilə müxalif qüvvələrə ayırırlar, həmin pula özlərinin anbarlarda qalmış silahlarını satırlar ki, gedin bir-birinizi nə qədər istəyirsiniz qırın.
    Bütöv müsəlman dünyasının reputasiyasını bədnam etmiş “Əl-Qaidə” və onun kimi qruplaşmaların Amerikada və Avropada törətdiklərini qoyaq bir kənara – Suriyada sünni müxalifətçinin (hərçənd onun həqiqətən də Suriya müxalifətini təmsil etməsi boyuk bir mübahisə mövzusudur) şiə qardaşının evinə bomba yönəldib oradakı müsəlmanları öldürməsini kameraya çəkməsi və bir rahatlıqla “Allahu əkbər” deməsindən sonra Qərbdəki “obıvatel” biz müsəlmanlar haqqında nə düşünəcək? Ən azı deməyəcəkmi ki, əgər bu vəhşi özününküləri belə edirsə, bizim başımıza nə oyunlar aça bilər? Eyni fəlakəti Livandan gəlmiş “Hizbullah”ın döyüşçüsünün də sünni qardaşının başına gətirdiyini unutmamaq şərtilə. 

    ***
    Türk mətbuatının duayenlərindən biri – Can Dündar deyir ki, Türkiyədə 67 min təhsil ocağı, 1200 xəstəxana olduğu halda, 85 min məscid var. Hər 60 min nəfərə bir xəstəxana düşdüyü halda, hər 350 nəfərə bir məscid düşür. Türkiyədə 77 min həkim var, 90 min din adamı. Statistikaya görə, Fransa, Almaniya, İngiltərə kimi ölkələrdə dini məbəd-xəstəxana-təhsil obyektləri nisbəti ilə Türkiyədəki durum arasında tərs mütənasiblik var. Türkiyədə 1435 kitabxana var, Almaniyada 11 min. Bütün Türkiyə boyunca 11 dövlət teatrı var, ancaq 81 şəhərdə din kursları mövcuddur ki, ümumi sayları 3852-dir. Diyanət Nazirliyinin büdcəsi 8 nazirlik, 22 universitet büdcəsi qədərdir. Xatırlatmağa xüsusi ehtiyac yoxdur ki, Türkiyə hazırda müsəlman dünyasının ən öndə gedən dövlətidir. Baxmayaraq ki, dünyadakı ən məşhur universitetlərin ilk “yüzlüyü”nə qardaş ölkədən heç bir ali məktəb daxil deyil. Bütün bunlardan belə nəticəyə gəlmək olarmı ki, məsələn, ABŞ-da dini və Allahı az sevirlər, nəinki Qətərdə və ya İordaniyada? Əksinə, orta hesablamalara görə, ən çox dindarı olan ölkələrdən biri ABŞ-dır, burada “mən ateistəm” demək heç də hər oğulun işi deyil. Di gəl ki, nə Amerikada, nə İsraildə, nə də hər hansı bir Avropa ölkəsində təhsilə dair islahatlar paketini Türkiyədəki kimi dini təmayüllü məktəblərdə hazırlamırlar. Yaxud, yaponlar hələ də bütlərə inanırlar, ancaq kreativliyə görə dünyada hamıdan qabaqdadırlar. Yaponiya tarixində xüsusi bir devrimçi rol oynamış siyasət və iqtisadiyyat adamları hər hansı bir “Budda məktəbi”ni deyil, Çikaqo universitetini bitirmiş və yaddaşlarda da “çikaqolular” kimi qalmışlar.
    Müdriklərdən birinin dediyinə görə, inanmaq oxumaqdan, öyrənməkdən asandır, elə buna görə də inananlar, oxuyanlardan daha çoxdur. Biz müsəlmanların problemi ondadır ki, inamı kənarda tutub təhsilin hesabına irəliyə getməyi bacarmırıq, bir çox hallarda isə bunu günah sayırıq. Bu boyda Türkiyədə 2-3 il bundan əvvələdək “Qız uşaqlarınızı məktəbə buraxın” çağırışlı reklam çarxlarını görmək olardı, Sezen Aksu kliplərindən birini bu problemə həsr etmişdi, qoca yaşlarında yüzlərlə qız uşağını təhsilə cəlb etmiş bir qeyri-hökumət fəalı, xərçəng xəstəsi olan xanım (Türkan Saylan) isə “dövlət çevirilişi” suçlaması ilə məhbəsə atılmaq təhlükəsi ilə üzləşmişdi...

    ***
    Ehtimallardan birinə görə, İranda İslam inqilabını maliyyələşdirən və həyata keçməsinə yardım etmiş ölkələr arasında Fars körfəzinin ərəb monarxiyaları da olub. Konkret olaraq Səudiyyə Ərəbistanı. Məntiq bundan ibarət idi ki, İran neft hasilatı sahəsində ciddi rəqib idi və burada teokratik aqressiv bir rejimli dövlət qurmaqla onu dünyadan təcrid edib sıradan çıxarmaq olar. Pərdə arxasında İranın şiə dövləti olmasının bu planda hansı dərəcəli amil olduğuna təbii ki, toxunmuruq. Soruşula bilər ki, axı bu qədər vaxt keçib. Cavab ondan ibarətdir ki, siyasətdə, xüsusilə də geosiyasətdə atılan addımlar 1-2 illik olmur. Heç bir ciddi siyasət adamı deyə bilməz ki, bu gün Suriyada olanlar spontan planın məhsuludur, yaxud Obamanın ağlına qolf oynayanda gəlib. Əyani sübüt: Əsədin devrilməsi ssenarisini Qərbdə yazırlar, Səudiyyə ilə Qətər pul verir, Türkiyə terrorçulara ərazisini təqdim edir, müsəlman dünyasının “düşmən”i İsrail isə lojistik dəstəyini göstərir. Qəddafini devirmək üçün təyyarələr Qətərdəki aerodromlardan qalxir, “inqilab”ı Əl-Cəzirə kanalı işıqlandırır və s. 
    Bu gün bu reallıqdan hər kəs öz xeyirini götürür: Qərb və İsrail Şərqə doğru addım-addım irəliləyir, Səudiyyə və Qətər 15 əsrdir davam edən sünni-şiə qarşıdurmasında tərəzinin gözünü özlərinə tərəf əyməyə çalışırlar, Türkiyənin baş naziri “İslam dünyasının lider”liyinə iddia edir və daxildə ard-arda seçkiləri qazanır. 
    Qəddafi küçənin ortasında “demokratik şəkildə” qətlə yetirilir, onun yerinə kimlərin gəldiyi hələ də məlum deyil, ancaq “inqilab”dan az sonra himayədarları olan Amerika səfirini parça-parça edirlər.
    Misirdə bir tiran gedir, yerinə daha qəddarı, ideoloji cəhətdən təminatlısı gəlir və belə görünür ki, 3-5 günlük gəlməyib.
    Suriyada iki ildir Əsədi aşırmaq əməlliyatı bir nəticə vermir, ərəb dünyası üçün olduqca qabaqcıl və mütərəqqi bir ölkə yerlə yeksan edilir, 93 min nəfər qətlə yetirilir, bütün bunların məzhəb müharibəsinə yol açdığını “teatr səhnəsi”nə heç də yad olmayan bir şəxs – Ərdoğan da boynuna alır, ancaq onu da əlavə edir ki, “bizi bu oyuna çəkmək istəyirlər”. “Kim çəkir, niyə çəkir, sizin orada nə işiniz var idi, bəs bu gunu hesablamamışdınızmı, elə isə niyə?” kimi suallara cavab verən yoxdur. 
    Sirr deyil ki, Mübarək, Qəddafi, Əsəd, Səddam kimi diktatorları bu gün onları tək siyasət səhnəsindən deyil, həyatdan da silən və silməkdə olanlar özləri yetişdirib, bəsləmişdilər. Vaxt var idi Səddamı silahlandırmaq uğruna ABŞ-la SSRİ arasında qızğın bir rəqabət yaşanırdı, İraq diktatoru isə onlar üçün vazkeçilməz biri olduğunu düşünməkdən qeyzlənib ağlına gələni edirdi. Təbii ki, göz yumurdular. Və indi lazım olanda hamısına diktator damğası vuraraq uzaqlaşdırıb, yeni düzən və tələblərə cavab verən yeni diktatorları gətirirlər. Dağılmış Suriya fonunda Qərbdən səslənən “Suriya xalqı demokratiya istəyir” tipli bəyanatlar gülünc doğurur. Bu diktatorlardan hər birinin ömrünə digərinin yardımı ilə son verilir. Deyilənə görə, Qəddafinin harada gizləndiyini Bəşər Əsəd Fransa kəşfiyyatına bildirib ki, “mənimlə işiniz olmasın”. O Qəddafinin ki, Fransanın sabiq prezidenti Sarkozinin onun pulları ilə seçildiyi iddiaları dolaşır. İndi Bəşər Əsəd Səudiyyə, Qətər və Türkiyə liderlərinin əli ilə “boğulur”, halbuki heç kim niyə bu ölkələrin özlərində demokratiya yoxdur deyə soruşmur. 
    Türkiyədəki Gəzi parkı olaylarında Ərdoğan dərhal “xarici qüvvələri” suçladı, heç kimin onun dövlətinin daxili işlərinə qarışmağa ixtiyarının olmadığını dedi, ancaq heç yadına düşmədi ki, dünənədək bunu özü Misir, Liviya və Suriyaya qarşı edib. Hələ İranla bağlı oynayacağı rol da səhnəyə qoyulmayıb.

    ***

    Güman ki, müsəlman aləminin ən əsas problemi demokratiya ilə bağlıdır. Bu gün sayı 50-ə qədər olan ərəb dovlətlərində bir normal demokratiya, qanunun aliliyi, ədalət yoxdur. Halbuki müsəlmanın kitabındakı qədər heç bir dində ədalət və tarazlıq qorunmur. Hakimiyyətə gələn onu tərk etmək istəmir, Qəddafi, Mübarək, Əsədin gününə düşür. Ancaq hörmətlə iki dövr seçilib, pis yaxşı xalqına xidmət edib adını tarixə yazdıra bilər. Siz inanırsızmı ki, Misirdə Mursi vaxtı çatanda özü gedəcək? Yaxud Ərdoğan nəyin bahasına olur olsun konstitusiyanı dəyişib Turkiyəni prezidentli sistemə keçirib özü də prezident olmayacaq? Deyə bilərsizmi ki, axı xalq belə istəyir, hər şey onun razılığı ilədir? Bu suala mən cavab verə bilməyib, sizinlə razılaşacam...
    Müsəlman dünyasından İranda bir demokratiyaya bənzər sistem mövcuddur, o da sərt çəkilmiş çərçivələr daxilində. Seçkiyə buraxılmışa nə qədər istəyirsiniz səs verin, heç bir saxtalaşdırma olmayacaq. Bu da artıq demokratiya deyil. Ancaq məhkəmələrindəki ədalət, iqtisadiyyatdakı liberallıq yetərincədir. 
    Türkiyədə mövcud olan model dəyişikliyə uğrayır və təəssüf ki, neqativ elemenləri ilə. İnzibati resurslar görünməyən miqyasda seçkilərə sərf olunur, rəqibi sıradan çıxarmağa yönəldilir, KİV yaxşı halda alınır, rəqiblər qorxudulur və s. 
    Türk generalları nə qədər olur olsun dövləti cinayətlərdə suçlana bilər, ancaq onların bir nəzarətçi balanslaşdırıcı qüvvə olduqlarını zaman keçdikcə aydın görəcəyik. Ordu bir neçə dəfə çevriliş etsə də, heç vaxt siyasi hakimiyyəti əlində cəmləşdirib xunta yaratmamışdı və vəziyyəti sabitləşdirib kənara çəkilmişdi. 
    Bəlkə müsəlman dünyasının siyasi problemlərini elə onun öz içində, öz mental xüsusiyyətlərində, psixologiyasında axtarmaq lazımdır?
    Masonlardan, Vatikandan, Avropa Birliyindən, Obamadan, Atatürkdən, “Ergenekon”dan şikayətlənmək artıq primitiv təsir bağışlamırmı?

    Rüstəm Qaraxanlı
    Fikir Fabriki İnstitutu

        Âęîíňŕęňĺ Ěîé Ěčđ ß.đó Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 780
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30