Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İranın yeni prezidenti - Həsən Ruhani kimdir?

    İranda keçirilən prezident seçkilərinin nəticələri artıq açıqlandı. İslahatçıların namizədi sayılan Həsən Ruhani rəqiblərini qabaqlayaraq səslərin əhəmiyyətli hissəsini qazana bildi. O artıq İranın yeni prezidenti oldu.  


    İranın yeni prezidenti    

    İranın iki keçmiş prezideni - Haşimi Rəfsəncani və Məhəmməd Xatəmi də 14 iyun prezident seçkilərində Həsən Ruhaniyə dəstək veriblər. Seçkilərə bir neçə gün qalmış islahat cəbhəsinin əsas simaları M.Xatəmi, H.Rəfsəncani, o cümlədən 4 islahatçı təşkilat bəyanat verərək, iranlıları seçkilərdə H.Ruhaniyə səs verməyə çağırdılar. Eyni zamanda, gözlənildiyinin əksinə olaraq, mühafizəkar qanadı daxilində bilrik olmadı və səslər parçalandı. Həsən Ruhaninin prezident seçilməsinin daha bir səbəbi mühafizəkar qanadın son illərdə müəyyən qədər nüfuzdan düşməsi ilə əlaqədardır. Qərblə dərin qarşıdurma, eləcə də dalbadal qəbul olunan embarqo qərarları nəticəsində İranda infiliyasiya sürətlə dərinləşir. Bu isə hakimiyyəti əlində cəmləşdirmiş mühafizəkar qanadın reytinqinə ciddi təsir göstərdi. Digər tərəfdən, bundan əvvəlki seçkilərdə Əhmədinejadı dəstəkləməsi səbəbilə qınaqlara tuş gələn və seçkiyə müdaxilədə günahlandırılan ali dini lider bu dəfə tərəfsiz qalmağa çalışdı.
    İranda islahatçı şəxsin prezident seçilməsi ilk ehtimallara əsasən bu ölkənin Qərblə düşmən münasibətlərinin dəyişməsinə səbəb ola bilər. Çünki daha əvvəl prezident olmuş M.Xatəmi Qərb ölkələri ilə dialoq qurmağa çalışırdı və müəyyən mənada İslam Respublikası ilə Qərb arasında anlaşmalar (bəzi məsələlərdə) əldə olunurdu. İslahatçı prezidentin seçilməsi Qərblə İran arasında danışıqları yenidən canlandıra, o cümlədən müəyyən kompromislərin tapılmasına yardım edə bilər. Ancaq aydın məsələdir ki, İranın dövlət kursunu prezident deyil, ali dini lider müəyyən edir və əsas xətlər çox güman ki dəyişməyəcək. Eyni zamanda, islahatçı prezidentin seçilməsi İsrailin İrana müdaxilə planlarını ən azı bir neçəı il geri atacaq. Çünki danışıqların bərpa olunması, ən azından, yeni prezidentin seçilməsi ABŞ-ın İsrailin təzyiqi ilə İranla savaşa qoşulması riskini xeyli dərəcədə azaldır. Danışıqların yenidən bərpa olunması hərbi müdaxilə variantlarını arxa plana çəkə bilər.

    Dünyəvi təhsili olan dini lider

    Həsən Ruhani 1948-ci il noyabrən 12-də İranın Səmnan yaxınlığıdakı Sorhəh şəhərində şah əleyhdarı ailəsində anadan olub. Dini təhsilə 1960-cı ildə Səmnan mədrəsəsində başlayıb. 1961-ci ildən isə Qum şəhərindəki mədrəsədə təhsilini davam etdirib. Onun müəllimləri dövrünün məşhur ilahiyyatçıları olan Seyid Mohaqqiq Damad, Şeyx Murtuz Hayəri, Fazil Lənkərani, Şeyx Məhəmməd Şahabadi və Seyid Məhəmməd Rza Qolpəyəgani olub.
    Bundan əlavə o, dünyəvi təhsil də alıb. 1969-cu ildə Tehran Universitetinə daxil olan Ruhani 1972-ci ildə bu universiteti məhkəmə hüququ üzrə bakalavr dərəcəsi ilə bitirib. Bundan sonra təhsilini Avropada davam etdirərək 1995-ci ildə Qlazqo Universitetini magistr dərəcəsini alıb. Dissertasiyası “İran təcrübəsinə əsasən İslamda qanunverici hakimiyyət” mövzusunda olub. 1999-cu ildə isə elmlər namizədi adını alır.
    Ruhani gənc yaşlarından ayətullah Xomeyninin ideyalarını dəstəkləyərək şah əleyhinə təbliğat aparmağa başlayır. Buna görə şah hakimiyyəti tərəfindən dəfələrlə həbs olunur. Ona ictimai yerlərdə çıxış etmək qadağan edilir. 1977-ci ilin noyabrında Mustafa Xomeyninin anım tədbirində Həsən Ruhani ilk dəfə Ayətullah Xomeyninin ünvanına “İmam” sözünü işlədir. Buna görə təqiblərə məruz qalacağına görə Ayətullah Məhəmməd Behiçtinin məsləhəti ilə ölkəni tərk edir. Parisə gələn Ruhani burada təhsil alan iranlı tələbələr qarşısında çıxışlar edir.   

    Müharibə strateqi

    İranda inqilabın qələbəsindən sonra 20 il şah hakimiyyətinə qarşı mübarizə aparan Ruhani ordunu və hərbi bazaları qaydaya salmağa başlayır. 1980-ci ildə İran İslam Şura Məclisinə üzv seçilir. 20 il (1980-2000) məclis üzvü olduğu müddətdə müxtəlif vəzifələri icra edir. O cümlədən məclisin vitse-spikeri, müdafiə komitəsinin sədri və xarici əlaqələr üzrə komitənin sədri vəzifələrində çalışıb.
    İran-İraq müharibəsi dövründə 1982-ci ildən 1988-ci ilə qədər Ali Müdafiə Şurasının üzvü, Müharibəyə Dəstək komissiyasının üzvü, həm də onun icra komitəsinin sədri (1986-1988), İran Ordu komandanının müavini (1983-1985), İran Hərbi Hava Qüvvələrinin komandanı (1986-1991) və s. vəzifələrini icra edib.
    Müharibədəki xidmətlərinə görə Fəth (Qələbə) medalı ilə mükafatlandırılıb.
    İranın Ali Dini lideri Ayətullah Xomeyninin Məclisdəki nümayəndəsi təyin edilən Həsən Ruhani 1989-cu ildən 2005-ci ilə qədər 16 il müddətində Təhlükəsizlik Şurasının katibi olub. O həmçinin sabiq İran prezidenti Hatəminin 2000-2005-ci illərdə Təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini tutub.

    Diplomatiyanın şeyxi

    Ruhani məsul vəzifələrlə yanaşı, elmi fəaliyyətini də davam etdirib. 1995-1999-cu illərdə Tehran Universitetinin hamilər Şurasının üzvü olub. 1991-ci ildən Strateji Araşdırmalar Mərkəzində çalışan Həsən Ruhani araşdırmaçı-professor adı alıb və fars, ərəb və ingilis dillərində çoxlu elmi kitab və məqalələrin müəllifidir.
    İranın Qərblə nüvə proqramı ilə bağlı danışıqlarda iştirak edən əsas sima Həsən Ruhani olub. O, Təhlükəsizlik Şurasının katibi və Məclisin vise-spikeri kimi xarici nümayəndələrlə nüvə proqramı barədə diplomatik müzakirələrdə, o cümlədən MAQATE-ilə danışıqlarda iştirak edib. Buna görə ölkəsində ona “Diplomatiyanın şeyxi” adı da verilib.  

    Azərbaycanlılar nə gözləyə bilər?

    Prezidentliyə namizədlər arasında yalnız Həsən Ruhani təbliğat kampaniyası zamanı azərbaycanlılara müəyyən vədlər verib. Məsələn Ruhani hazırladığı 10 maddədən ibarət planında azərbaycanlılar da daxil olmaqla, başqa etnik azlıqların ana dilində təhsilinə imkan verəcəyini vəd edib. Həsən Ruhaninin planında Urmiyə gölündəki ekoloji vəziyyətin düzəldilməsi də var. Ruhani prezident seçkisindən iki gün öncə Təbrizdə çıxış edərək bu şəhərdə “Azəri mədəniyyət evi” təsis ediləcəyini də bildirib. 

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 701
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30