Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Ayə və hədislərin işığında müsəlman portreti
    Təktanrılı dinlərin sonuncusu olan İslam ilahi bir sistemin adıdır. Hz.Muhəmmədin təbliğ etdiyi bu dinin prinsipləri Tanrının mələklərindən olan Cəbrailin vasitəsi ilə nazil edilən müqəddəs kitab Qurani-Kərimdə öz əksini tapmışdır. Təməlində sülh və barışın dayandığı İslam bəşəriyyətə haqq və ədaləti gətirmişdir. İslam sözünün etimoloji mənası “qurtuluşa çatmaq, boyun əymək, tabe olmaq; sülh bağlamaq”dır. “İslam”, “müslim”, yaxud “müsəlman” kəlmələri arasında sıx bir əlaqə vardır. Buna görə də “iman-islam”, yaxud “mömin-müsəlman” sözləri arasında, nəticə etibarilə, bir fərq yoxdur. 


    Xalqımız İslamı sülh və əmin-amanlıq dini kimi anlamış və yaşatmışdır. Bizə sülh və dinclik vəd edən bir peyğəmbərimiz vardır. Peyğəmbər sevgisi, insan sevgisi və əmin-aman bir cəmiyyət idealı birlikdə mövcud olmuşdur. Bizim peyğəmbərimiz barış və sevgi peyğəmbəridir. Dinimizin ümumbəşəri mesajı barış, sevgi və dözümlülükdür. Ən kiçik anlaşılmazlıqların qovğaya çevrildiyi, insanların sülh və əmin-amanlıq axtardığı bir dünyada yaşayırıq. Kin-küdurət və nifrət toxumlarının cücərdiyi dünyada tolerantlığa, qarşılıqlı sevgi və sayğıya ehtiyacımız vardır. Bu ehtiyaca məhz barış və sevgi peyğəmbəri motivi ilə cavab verməliyik. 
    Bu gün dünyada formalaşdırılan müsəlman obrazı sevgi və barış peyğəmbərinin obrazına uyğun deyildir. Beynəlxalq kütləvi informasiya vasitələri nədənsə həqiqəti təhrif edərək terrorla iç-içə bir müsəlman obrazı yaratmağa çalışır. Halbuki Həzrət Muhəmməd (s) bütün bəşəriyyətin ehtiyac duyduğu dinc yanaşı yaşamaq prinsipini təsis etmək üçün gəlmişdir. İslam əxlaqında insan kainatın ən üstün varlığı kimi səciyyələndirilir. İnsanların həyat haqlarına, yaxud can toxunulmazlığına qarşı tətbiq olunan amansızlıq qətiyyətlə pislənilir. Mənəvi olaraq bir insanın həyatda yaşamasına yardımçı olan şəxsin bütün insanlığa həyat vermiş qəbul ediləcəyi, əksinə, bir cana haqsız yerə qıyan şəxsin isə bütün insanları öldürmüş kimi qəbul olunacağı ifadə edilmişdir: 
     “... Hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur...” (Qurani-Kərim; əl-Maidə, 5/32).
    Ayrıca, bir mömini haqsız yerə öldürən kimsənin əbədi olaraq cəhənnəmdə qalacağı bildirilmişdir:
    “Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!” (Qurani-Kərim; ən-Nisa, 4/93). 
    İnsanlarla mərhəmətli davranmaq müslmanlığın təməl prinsiplərindəndir. İslam peyğəmbəri daim mərhəmət etməyi, insanlara şəfqət göstərməyi tövsiyə etmişdir: “İnsanlara mərhəmət etməyənə Allah mərhəmət etməz” (Buxari, Tövhid, 3; Tirmizi, Birr, 16); “Yer üzündəkilərə mərhəmət edin ki, Allah da sizə mərhəmət etsin...” (Əbu Davud, Ədəb, 58; İbn Macə, Zühd, 13; Darimi Fəraiz, 6). Sevgi, mərhəmət, şəfqət və qarşılıqlı yardımlaşma yaxşı müsəlman olmanın əlamətlərindəndir. Bütün insanlara qarşı anlayışlı və bütün məxluqata qarşı mərhəmətli olmaq İslamın insana çatdırmaq istədiyi kamilliyin əsasıdır. Bu isə əvvəlcə möminlərin öz aralarında başlayıb, sonra bəşəriyyəti və bütün yaradılmışları əhatə edir. Savaş zamanı İslam ordularına amansızlıqdan uzaq durmaları əmr edilmiş, qadınların, yaşlıların, uşaqların öldürülməmələri əmr edilmişdir. İslamda işgəncə verərək öldürmə yasaqlanmışdır. Həzrət Peyğəmbərin (s) iştirak etdiyi  bütün savaşlarda öldürülən düşmənin sayına nəzər yetirsək, onun nə dərəcədə qan tökməkdən uzaq bir peyğəmbər olduğunu görərik.
    Müsəlman işgəncə, amansızlıq və terrora “yox” deyən kəsdir. İnsanlıq tarixi araşdırıldıqda müxtəlif inanc, mədəniyyət və düşüncələrə sahib insanların bir arada yaşadığını görürük. Peyğəmbərimizin həyatına nəzər saldıqda aydın olur ki, o, Məkkə dönəmində on üç il boyunca müşriklərlə bərabər yaşamışdır. Peyğəmbərə qarşı edilən işgəncələrə baxmayaraq o, müşriklərlə amansız davranmağa izn verməmişdir.
    Rəsuli-Əkrəm ona hər cür işgəncə edənləri Məkkənin fəthindən sonra əfv etmişdir. Məhz bu dözümlülük sayəsində İslam insanların könüllərini fəth edə bilmiş və dünyaya yayılmışdır.
    Bu gün İslamın yayılmasının qarşısını almaq, müsəlmanlara ifratçı donu geyindirən Qərb medyası mənfi obraz yaratmağa, müsəlmanları amansız, mərhəmətsiz və terrorçu qruplar kimi göstərməyə çalışır.
    Məsələn, Amerika Birləşmiş Ştatlarında ərəblərlə eyniləşdirilən İslam çox mənfi şəkildə səciyyələndirilir. ABŞ-da əksəriyyət İslam dünyasını İsraili yer üzündən silmək üçün cidd-cəhd göstərən ərəblər, yaxud farslar, Münih olimpiya oyunlarını qana bulayan fələstinli “Black September” təşkilatının rəhbərləri, sərnişin təyyarələrini bombalayan suriyalı və liviyalılar, Küveyti İraqa birləşdirmək istəyən hitlersayağı Səddam Hüseynlər kimi xatırlayırlar. Qərb dünyasının önəmli simalarından, ABŞ-ın sabiq prezidentlərindən olan  Riçard Nikson 1992-ci ildə nəşr edib yaydığı bir əsərində İslam dünyası üçün eynilə bu şeyləri söyləyir: “...Amerikalıların əksəriyyəti müsəlmanları mədəni olmayan, barbar, irrasional bir toplum kimi görmək meylindədirlər”.
    Müsəlmanlar haqqında bu “stereotip” basmaqəlib görüşlərin formalaşdırılması bütün dünya üçün faciədir. Dünyaya yeni bir sivilizasiya bəxş edərək insana yüksək mövqe qazandıran və bəşəriyyətin həmişəyaşarlığı üçün mühüm vasitə olan İslam və müsəlmanlar barəsində neqativ obrazlar yaratmaq tendensiyasına son qoymaq vaxtıdır. Çünki hər bir gerçək müsəlman məhz müsəlman olduğu üçün bütün millətlərə, dinlərə və dini dəyərlərə hörmətlə yanaşır.  Bunun əksini düşünənlər isə bəşəriyyəti fəlakətlə üz-üzə qoymaq istəyənlərdir.
    Çətin günlər yaşayan dünyamız sevgi, təbəssüm, sülh və əmin-amanlığa möhtacdır. Cəmiyyət üçün dil, din və irq ayrı-seçkiliyi olmamalıdır.
    Xüsusilə, azəri-türk-müsəlman cəmiyyətimiz üçün dini zəmində məzhəb ayrı-seçkiliyinə, bölücü təriqətlərin ayaq tutub yeriməsinə fürsət verməməliyik. Çünki aramızdakı birlik və bərabərlik olmadan İslamın həqiqi mahiyyətini və müsəlmanın doğru portretini dünyaya tanıtmağımız o qədər də real görünmür. Fikrimi Qurani-Kərimdən gətirilən bir ayə ilə bitirmək istəyirəm: “Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə gəlin! Şeytanın   yolu ilə getməyin, çünki o sizin açıq-aşkar düşməninizdir!” (əl-Bəqərə, 2/208)
     
    İdris Abbasov 
    filologiya üzrə fəlsəfə doktoru 

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 676
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30