Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Xalqın daha 5 il üçün prezidentliyə namizədi

    İyunun 7-də Yeni Azərbaycan Partiyasının 5-ci qurultayı keçirilib. Qurultayda İlham Heydər oğlu Əliyev 2013-cü ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi elan olunub. Qurultay iştirakçıları Prezident İlham Əliyevi yenidən Yeni Azərbaycan Partiyasının sədri seçiliblər.


    İlham Əliyevi yenidən Yeni Azərbaycan Partiyasının 
    sədri seçildi

    YAP-ın 5-ci qurultayı dövlət himninin səslənməsi ilə başlayıb. Yeni Azərbaycan Partiyasının 5-cu qurultayında çıxış edən Prezident İlham Əliyev ölkəmizin ictimai-siyasi həyatında həlledici rol oynayan partiyanın qərarlarının Azərbaycanın inkişafına tövhə verdiyini bildirib. Cənubi Qafqazın ən böyük partiyasının son 20 ildə ölkədə keçirilən bütün seçkilərdə böyük üstünlüklə qələbə qazandığını deyən dövlət başçısı qeyd edib ki, xalq partiyası olan YAP bütün təbəqələri birləşir və ötən qurltaydan sonra partiya üzvlərinin sayı artaraq 600 mini keçib. 1992-ci ildə YAP-ın yaradılmasını tarixi hadisə adlandıran Prezident İlham Əliyev o illərdə ulu öndər Heydər Əliyevin ətrafında birləşən xalqımızın onu dəstəklədiyini vurğulayıb. Qeyd edib ki, Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi xalqda böyük ümidlər yaradıb. Bununla yanaşı, Azərbaycanda çox ciddi siyasi qüvvənin meydana gəlməsi ilə müasir siyasi sistemin də əsası qoyulub. YAP-ın müstəqilliyimizlə yaşıd olduğunu deyən Prezident İlham Əliyev 1993-cü ildən ölkədə aparılan işlərin, görülən tədbirlərin bugünkü reallıqları təmin etdiyini diqqətə çatdırıb: “Keçən qurultaydan ötən dövr ərzində partiyamız daha da güclənmişdir. Partiyamıza böyük axın vardır. Artıq partiya sıralarında 600 mindən artıq üzv vardır. Bu, özlüyündə bir göstəricidir. Onu göstərir ki, partiyanın məramı, ideyaları, çox cəlbedicidir. Xüsusilə, gənclərin partiyaya üzv olması çox sevindirici haldır və onu göstərir ki, partiyanın fəaliyyəti də, ideyaları da, cəmiyyətdəki rolu da vətəndaşlar üçün çox cəlbedicidir və partiyanın fəaliyyəti çox böyük dəstəyə malikdir.
    1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisə idi. Çünki hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir. O vaxtkı iqtidar ölkəni uçuruma aparırdı. Səriştəsiz, bacarıqsız, biliksiz insanlar demək olar ki, Azərbaycanın dövlət müstəqilliyinə böyük zərbə vurmuşlar. Ona görə Heydər Əliyevin ətrafında birləşən insanlar, ilk növbədə, çox böyük cəsarət göstərmişlər. Çünki o vaxtkı iqtidar imkan vermədi ki, hətta partiyanın təsis qurultayı Bakıda keçirilsin. Digər tərəfdən, onlarda olan vətən sevgisi onların bu hərəkətlərini şərtləndirdi”.
    Əsas ideolojoi dayaqları müstəqillik, azərbaycançılıq, sosial inkişaf, siyasi və iqtisadi islahatlar olan YAP-ın mövcud olduğu dövrdə ölkəmizin sürətli inkişafa nail olduğunu, Azərbaycanın xarici siyasətində bir çox uğurlara imza atdığını deyən Prezident İlham Əliyev indi ölkəmizin dünyada etibarlı imic qazandığını bildirib. Bu prosesdə YAP-ın böyük rolunun olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, YAP-ın mütəşəkkil fəaliyyəti, öz liderinə sədaqəti nəticəsində ölkəmiz bütün sahələrdə daha böyük naliyyətlər qazanır. Bunu son 10 ilin göstəriciləri də təsdiqləyir:  â€ś2003-cü ildən sonra Azərbaycanın uğurlu inkişafı davam etmişdir. Bu inkişafın təmin edilməsində bir daha demək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının çox böyük rolu vardır. Çünki 2003-cü il bir sınaq ili idi. Həm dövlətçiliyimizin əsaslarının nə qədər güclü olduğunu elə bil ki, tarix sınayırdı, eyni zamanda, Yeni Azərbaycan Partiyasının öz liderinə, dövlətçiliyə nə qədər sadiq olduğunu tarix sınaqdan keçirirdi. Bütün bu sınaqlardan bizim partiyamız üzüağ çıxdı. Bütün bu sınaqlardan biz daha da güclənmiş şəkildə çıxa bildik.  2003-cü ildə demək olar ki, Azərbaycanın gələcək uğurlu inkişafı müəyyən edilirdi: ya inkişaf yolu ilə gedəcəyik, ya da yenə tənəzzülə uğrayacağıq. Yenə də mənfur qüvvələr Azərbaycanın iqtidarını zəbt edəcəkdilər, necə ki, 1992-ci ilin may ayında onu zəbt etmişdilər. Yəni, bu iki istiqamət arasında seçim, necə deyərlər, ortada idi. Yeni Azərbaycan Partiyasının mütəşəkkil fəaliyyəti, öz liderinə sədaqəti, Azərbaycan xalqının bu siyasətə verdiyi dəstək hesabına Azərbaycan inkişaf yolunu seçdi və son on il ərzində bu inkişaf yolu ilə uğurla irəliyə gedir. 

    Son 10 ildə Azərbaycan beynəlxalq aləmdə 
    ən böyük zirvələrə çata bilib

    Son on il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf etmişdir. İkinci belə ölkə dünya xəritəsində tapılmaz ki, Azərbaycan qədər uğurlar əldə edə bilsin. Bu uğurlar çoxşaxəlidir, bütün sahələri əhatə edir. Həm beynəlxalq, həm daxili siyasətlə, iqtisadi islahatlarla, siyasi islahatlarla bağlı hara baxsan Azərbaycan uğurla, inamla, sürətlə inkişaf edir. Bu inkişaf artıq bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən qeyd edilir, qiymətləndirilir. Azərbaycanın təcrübəsi artıq ən müsbət təcrübə kimi öyrənilir. Sirr deyildir ki, bizim keçdiyimiz yol inkişafda olan, yaxud da ki, çətinliklər içində yaşayan bəzi ölkələr üçün bir işıq yoludur, bir istiqamətdir. Bu, öz növbəsində, bizim üzərimizə daha da böyük məsuliyyət qoyur. 2003-2013-cü illərdə - son 10 il ərzində Azərbaycan beynəlxalq aləmdə ən böyük zirvələrə çata bilmişdir, dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu, bizim diplomatiyamızın, siyasətimizin, dövlətçiliyimizin qələbəsidir, təntənəsidir. Dünyada bu qurumdan ali qurum yoxdur. Keçən ilin mayında Azərbaycan bu mötəbər quruma sədrlik etmişdir.”
    Son illərdə Azərbaycan beynəlxalq aləmdə yüksək zirvələri fəth edib, ölkəmiz BMT TŞ-nin üzvü olub. Bu gün Azərbaycan qlobal problemlərin həllində mühüm rol oynayır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin həllində mühüm faktordur. “Xarici siyasətdə qazanılan uğurlar daxildə də uğurlu siyasətin aparılmasına imkan verir”  - deyən Prezident İlham Əliyev iqtisadi sahədə qazanılan naliyyətlərin ölkənin parlaq  gələcəyinin planlaşdırılmasına imkan verdiyini bildirib. Qeyd edib ki, hazırda əsas məqsəd iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın azaldılması və sənayeləşmə prosesinə nail olunmasıdır.  Gələn ildən regionların inkişafı ilə bağlı növbəti 5 illik proqramın icrasına başlanacağını deyən dövlət başçısı ölkədə yeni, müasir infrastrukturun qurulması ilə bağlı işlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib. “Bizim naliyyətlərimizin təməlində Heydər Əliyev siyasəti dayanır” deyən Prezident İlham Əliyev vurğulayıb ki, dövlətimizin yürütdüyü siyasətin mərkəzində duran əsas qüvvə Azərbaycan vətəndaşıdır. Dövlət başçısı onu da bildirib ki, dövlətimizin siyasi sisteminin sütunu olan YAP ölkəmizdə siyasi islahatların aparılmasında mühüm rol oynayır. Buna görə də YAP-ın siyasi səhnədə ciddi rəqibi yoxdur: “Görülən bütün bu işlər əlbəttə ki, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki nüfuzunu da artırır. Yeni Azərbaycan Partiyasının siyasi səhnədə ciddi rəqibi yoxdur. Bu, reallıqdır. Ona görə yox ki, biz kiməsə problem yaradırıq, yaxud da hansısa xüsusi imtiyazlara malikik. Hər bir siyasi qüvvə hansı çərçivədə fəaliyyət göstərirsə, biz də eyni çərçivədə fəaliyyət göstəririk. Sadəcə ona görə ki, görülən işlər, islahatlar, insanların yaşayış səviyyəsinin qalxması, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi bizə olan inamı daha da artırır. Ancaq əlbəttə ki, siyasi mübarizə aparılır və aparılmalıdır. Mən bir daha demək istəyirəm ki, Yeni Azərbaycan Partiyası siyasi davranış qaydalarını da müəyyən etmişdir və çox şadam ki, siyasi fəaliyyətlə məşğul olan əksər siyasi partiyalar bu sivil siyasi davranış qaydalarına əməl edirlər. Amma elələri vardır ki, onlar islah oluna bilməz. Bu, onlara şamil edilə bilməz. Bu, antimilli qüvvələrdir. 

    Müstəqillik bizim üçün ən böyük sərvətdir, 
    ən böyük dəyərdir

    Vaxtilə iqtidarda olmuş və bu gün də iqtidar arzusu ilə heç bir əsası olmadan yaşayan antimilli xəyanətkar, satqın qruplaşmalardır ki, onlar öz fəaliyyətlərini tamamilə başqa istiqamətdə görürlər. Onların siyasi fəaliyyəti, - əgər buna siyasi fəaliyyət demək mümkündürsə, - tamamilə başqa istiqamətdə gedir. Onların siyasi mübarizə üsulu söz deyil, fikir deyil, “Molotov kokteyli”dir. Onların dayaqları xalq deyil, xalqın iradəsi deyil, xaricdən verilən qrantlardır, pullardır. Onların söz azadlığı donos yazmaqdır, Azərbaycanı ləkələməkdir, beynəlxalq təşkilatlara uydurmalar, iftiralar göndərməkdir, yaymaqdır. Onların davranış qaydaları ermənilərlə birləşib Azərbaycanı ləkələmək və Azərbaycan haqqında mənfi rəy formalaşdırmaqdır. Əlbəttə, belə qruplaşmaların Azərbaycanın siyasi həyatında yeri yoxdur və ola da bilməz. Son 20 ilin tarixi bunu bir daha təsdiq edir ki, Azərbaycanın gələcəyini, müstəqilliyini düşünməyən qüvvəyə Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Biz müstəqil dövlət qurmuşuq. Ulu Öndər canı hesabına müstəqil dövlət qurmuşdur. Biz müstəqilliyi qoruyuruq, saxlayırıq. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Müstəqillik sadəcə olaraq dövlət atributlarına malik olmaq deyildir. Müstəqillik müstəqil siyasət aparmaq, öz maraqlarını müdafiə etmək, öz milli maraqlarını hər şeydən üstün tutmaqdır. Bu gün Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən sözün əsl mənasında müstəqil dövlətdir. Biz bu müstəqilliyi möhkəmləndirməliyik.
    Bir daha demək istəyirəm ki, biz hər bir tərəfdaşla bərabərhüquqlu münasibətlər qurmuşuq. Biz ancaq bu münasibətləri qəbul edirik. Başqa cür ola da bilməz. Bizə rəqib olmaq istəyənlər isə xarici dairələrin təlimatı ilə fəaliyyət göstərirlər. Onlar üçün xaricdən verilən vəsait, oradan verilən təlimatlar əsasdır. Onlar hakimiyyətə gəlmək üçün istənilən güzəştə getməyə hazırdırlar. Biz bunu bilirik. Biz bilirik Azərbaycanda nələr baş verir, hansı proseslər gedir. Hətta bizim üçün ən vacib olan məsələdə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində də hakimiyyətə gəlmək üçün böyük güzəştlərə getməyə hazırdırlar. Bunu gizlətmirlər. Söz verirlər ki, əgər onlara böyük dəstək verilərsə, Qarabağı da ermənilərə bağışlamağa hazırdırlar.  Mən bunu ona görə deyirəm ki, bu, artıq, necə deyərlər, siyasi səhnədə bir reallıqdır. Ona görə yox ki, bu, bizi narahat edir. Tamamilə yox. Yenə də deyirəm, mən bizim qarşımızda rəqabət aparmaq qabiliyyətində olan heç bir qüvvə görmürəm. Ona görə ki, bax son illər ərzində görülmüş işlər bu inamı artırır.  Sadəcə olaraq çox istərdim ki, Azərbaycanda siyasi mübarizə dövlətçilik əsasında qurulsun. Əlbəttə, siyasi mübarizə olmalıdır. İqtidar-müxalifət münasibətləri də olmalıdır. Yəni, bizdə dövləti düşünən müxalifət nümayəndələri vardır və onların fikirləri ayrıdır, ölkənin inkişaf strategiyası, iqtisadi-siyasi sahə ilə bağlı öz fikirləri ola bilər. Bu, təbiidir. Ancaq əsas odur ki, dövlətçiliyə, müstəqilliyə bütün siyasi qüvvələr sadiq olsunlar. O qüvvələr ki, buna sadiq deyil, o qurumlarda yeniləşmə getməlidir. Yeni insanlar gəlməlidir rəhbərliyə və naftalin qoxusu verən köhnəlmiş “liderlər” tarixin arxivinə getməlidir. Əslində, onlar çoxdan tarixin arxivindədir, sadəcə olaraq, bunu hələ ki, axıra qədər dərk etməmişlər.”

    Azərbaycan Qarabağın 
    işğalı ilə heç vaxt barışmayacaq

    “Müstəqillik bizim üçün ən böyük sərvətdir” deyən dövlət başçısı bu gün tam müstəqil siyasət yürüdən ölkəmizdə mövcud olan siyasi qüvvələrin dövlətçiliyə sadiq qalmasının vacibliyinə diqqət çəkib. Hamımızın amalının qüdrətli Azərbaycan yaratmaq olduğunu bildirib. Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində toxunan dövlət başçısı bu məsələ ilə bağlı dövlət siyasətinin YAP-ın da həyata keçirdiyi siyasətin təməlində dayandığını bildirib. Qeyd edib ki, əzəli Azərbayan torpağı olan Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq və Azərbaycan Qarabağın işğalı ilə heç vaxt barışmayacaq: “Biz uğurla inkişaf edirik. Biz seçkilərə də uğurla gedəcəyik. Çünki bizim amalımız qüdrətli Azərbaycandır, müstəqillikdir, inkişafdır, sosial rifahdır. Ölkə qarşısında duran vəzifələr də məhz Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə bundan sonra da uğurla icra edilə bilər. Bu vəzifələrin arasında əlbəttə ki, ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dayanır. Bizim mövqeyimiz prinsipialdır. Mən bunu dəfələrlə bəyan etmişəm.  Azərbaycan xalqı və Yeni Azərbaycan Partiyası bu mövqeyi birmənalı şəkildə dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaqdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu gün də belədir, sabah da belə olacaqdır. Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəkdir. Bu münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında öz həllini tapa bilər. Heç bir başqa variant nəzərdən keçirilmir. Heç bir başqa variant qəbul edilə bilməz. Mən inanıram və əminəm ki, biz bu məsələni həll edəcəyik. Çünki bizim artan xarici və daxili gücümüz, artan ordu potensialımız və iqtisadi inkişaf qələbəmizi şərtləndirəcəkdir. Ermənistan isə demək olar ki, tamamilə iflasa uğrayıb. Ermənistanda hakimiyyəti zəbt etmiş kriminal korrupsioner diktatura rejimi o ölkəni uçuruma aparır. Ölkədə kütləvi qaydada miqrasiya baş verir. Hər il 100 minə qədər vətəndaş o ölkəni həmişəlik tərk edir. Birinci növbədə, ona görə ki, ümidləri yoxdur. İqtisadiyyat demək olar ki, iflic vəziyyətdədir. Digər tərəfdən, o ölkəni idarə edən qaniçən, gözü doymayan kriminal quldur rejim insanlara divan tutur. Bütün seçkilər Ermənistanda kütləvi şəkildə saxtalaşdırılır, siyasi mübarizə orada qanlı faciələrə gətirib çıxarır. Bu ölkə terrorçu ölkəsidir və terrorçu, quldur üsul-idarəsi ilə idarə edilir. Belə olan halda nə qədər ki, indiki kriminal iqtidar orada rəhbərlikdədir, o qədər də tez Ermənistan tamamilə çökəcəkdir. Mən tam əminəm, məhz buna görə və digər tərəfdən, artan gücümüz də bunu diktə edir ki, biz mütləq ərazi bütövlüyümüzü bərpa edəcəyik. Sadəcə olaraq buna vaxt və güclü siyasət lazımdır. Güzəştsiz, kompromissiz, milli maraqlara söykənmiş siyasət ki, bu gün bizim iqtidar və yalnız bizim iqtidar bunu təmin edə bilər. Yalnız bizim iqtidar bütün təzyiqlərə, təhdidlərə, təxribatlara dözə bilər. Bizə qarşı aparılan kampaniyanın təməlində bir çox hallarda məhz bu münaqişə dayanır: Azərbaycanı zəiflətmək, ləkələmək, imicinə zərbə vurmaq ki, Qarabağ məsələsində bizdən güzəştlər qoparsınlar. Bu, keçməyəcəkdir. Çünki bizim işimiz haqq işidir və xalq da bizim siyasətimizi dəstəkləyir.”

    Partiya İlham Əliyevin namizədliyi 
    təşəbbüsünü dəstəklədi

    YAP Səbael rayon təşkilatının sədri Zahid Qaralov partiyanın yarandığı ictimai-siyasi dövrü xarakterizə edərək ulu öndər Heydər Əliyevin rəhbərliyi altında 90-cı illərin əvvlində ölkədə dövlət quruculuğu istiqamətində görülən tədbirlərdən danışıb. 2003-cü ildən başlayaraq ölkədə həyata keçirilən inkişaf modelinin YAP-ın həyatında da mühüm mərhələ təşkil etdiyini vurğulayıb. Bildirib ki, YAP-ın bütün yerli təşkilatları ölkə prezidetliyinə partiyanın sədri İlham Əliyevin namizədliyi təşəbbüsünü dəstəkləyir.
    YAP Naxçıvan MR Heydər Əliyev adına Gənclər Birliyinin üzvü Aytən İsmayılova ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının mühüm hissəsi olan YAP-ın ölkəmizin inkişafındakı rolundan danışıb. Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə həyata keçirilən genişmiqyaslı tədbirlərin Azərbaycanın tərəqqisinə xidmət etdiyini bildirib. Qeyd edib ki, Naxçıvan əhalisi və YAP Naxçıvan MR təşkilatlarının üzvləri növbəti prezident seşkisində İlham Əliyevin namizdəliyini dəstəkləyir.
    Laçın rayon Ağsaqqallar Şurasının sədr müavini Əmirxan Zeynalov ulu öndər Heydər Əliyevin məcburi köçkünlərlə hər zaman maraqlandığını, tez-tez onlara baş çəkdiyini bildirib. Qeyd edib ki, sözün əsil mənasında dövlət qayğısı ilə əhatə olunan məcburi köçkünlərə diqqət və qayğı bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, onların sosial vəziyyətinin, həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görülür. Əmirxan Zeynalov məcburi köçkünlərin İlham Əliyevin prezidentliyə namizədliyini dəstəklədiklərini bildirib.
    Bakı Dövlət Universitetinin tələbəsi Yavər Məmmədova ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Azərbaycan gənclərinin də növbəti 5 il üçün İlham Əliyevin prezidentliyə namizədliyini dəstəklədiyini diqqətə çatdırıb.
    Milli Məclisin deputatı Yevda Abramov isə bildirib ki, Prezident İlham Əliyevin son 10 ildəki fəaliyyəti nəticəsində güclü Azərbaycan qurulub. Ölkənin yəhudi icması, o cümlədən onun millət vəkili seçildiyi şimal bölgəsinin əhalisi də İlham Əliyevin prezidentliyə namizədliyinə dəstək verir.
    Masallı şəhərindən müəllimə Mehparə Məmmədova Prezident İlham Əliyevin rəhbərliyi altında regionların inkişafı, o cümlədən təhsil sektorunda həyata keçirlən islahatların və tədbirlərin əhəmiyyətindən danışıb, Masallı əhalisinin də İlham Əliyevin prezidentliyə namizədliyini dəstəklədiyini diqqətə çatdırıb.
    YAP-ın sədr müavini Əli Əhmədov partiyanın sədri İlham Əliyevin 2013-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsi barədə YAP-ın 5-cu qurultayının qərar layihəsini təqdim edib. Bildirib ki, xalqımızın özünə layiqli rəhbər seçmək haqqı demokratiyanın göstəricisi olmaqla yanaşı, müstəqil dövlətçilik məfkurəsinin təntənəsidir. Bu, həm də xalqın öz iradəsinin sahibi olduğunu göstərir. Bu gün yenidən xalqımızın İlham Əliyevin namizədliyini dəstəkləməsi insanların öz prezidentinə inamının və ehtiramının nəticəsidir. Bunu şərtləndirən ən mühüm amillər isə son 10 ildə əldə olunan uğurlardır. Bununla da YAP-ın 5-ci qurultayı 600 minlik üzvlərin və xalqımızın iradəsini ifadə edərək son 10 ildəki fəaliyyəti dövründə ölkəmizin inkişafı ilə bağlı əldə etdiyi misilsiz uğurlara əsaslanaraq və bu inkişafın növbəti 5 ildə də davam edəcəyinə inanaraq İlham Heydər oğlu Əliyevin 2013-cü ildə keçiriləcək prezident seçkilərində YAP tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizəd irəli sürüb. Qərar yekdilliklə qəbul olunub. Bununla yanaşı, İlham Əliyevin yenidən YAP-ın sədrliyinə namizədliyi irəli sürülüb. YAP Siyasi Şurasının üzvü Kərim Kərimov partiya üzvlərinin bu namizədliyi dəstəklədiyini diqqətə çatdırıb. YAP-ın icra katibi Əli Əhmədov 5-cu qurultayın qərarına əsasən İlham Heydər oğlu Əliyevin yenidən YAP-ın sədri seçildiyini bəyan edib.
    Sonra 90 nəfərdən ibarət YAP Siyasi Şurasının üzvləri seçildi. Siyasi Şuranın üzvləri daha sonra YAP İdarə Heyətinin 21 nəfərlik üzvlərini seçibər. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, YAP-nın icra katibi Əli Əhmədov, AMEA-nın prezidenti Akif Əlizadə, baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov YAP sədrinin müavinləri seçildilər. Əli Əhmədov yenidən YAP-ın icra katibi, Siyavuş Novruzov və Mübariz Qurbanlı isə icra katibinin müavinləri seçilib. Sonra 15 nəfərlik YAP mərkəzi nəzarət-təftiş komissiyasının tərkibi seçilib. Sonda Prezident İlham Əliyev yeni heyətin partiyanın inkişafına tövhə verəcəklərinə əmin olduğunu vurğulayıb. Ona göstərilən etimada görə qurultay iştirakçılarına minnətdarlığını bildirib və öz fəaliyyəti ilə bu etimadı doğruldacağını bəyan edib.  YAP-ın 5-cu qurultayı dövlət himninin səslənməsi ilə başa çatıb.

    Hacı Səid Seyidzadə

        Âęîíňŕęňĺ Ěîé Ěčđ ß.đó Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 725
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30