Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Oruc tutmağın bir fəlsəfəsi də bərabərçilikdir”
    - Bismillahir-rəhmanir-rəhim. Əvvəla, müsəlman icmasında oruc tutma (əs-saym) hicrətin 2-ci ilində (624-cü ildə) tətbiq edilməyə başlanıb. Mənbələrdən məlum olur ki, o vaxta qədər bu ay bütpərəst ərəblərin pəhriz adətləri ilə əlaqədar olub. Ərəblər hələ islamiyyətdən xeyli əvvəl yay fəslinin çox isti vaxtında müəyyən tədbirlərlə əlaqədar olaraq təsərrüfat həyatını gündüzlər dayandırır, bütün işlər axşama, hava sərinləşən vaxta keçirilirdi.
    Qurani - Kərim Allaha ibadətin bu şəklini inkişaf etdirərək orucu Quranın nazil edilməsi və insanlara çatdırılmasının başlanması ilə əlaqələndirdi və müsəlmanları oruc tutmağa çağırdı. Əlbəttə, İslamdan əvvəl meydana gələn dinlərdə də oruc tutmaq haqqında göstərişlər olub. 


    Hacı Mirəziz Seyidzadə: “Ramazanda bütün ibadətlər birə min hesablanır”
     
    Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri, Elmi-dini və Qazilər Şurasının üzvü Hacı Mirəziz Seyidzadə Ramazan ayı ilə bağlı “Azadinform”un suallarını cavablandırır:  
     
    Hacı, hər il Ramazan ayı gələndə dindarlarla orucluğun tarixinə ekskurs edirik. Orucluğun tarixi nə vaxtdan haradan başlayır? 
     
    - Bismillahir-rəhmanir-rəhim. Əvvəla, müsəlman icmasında oruc tutma (əs-saym) hicrətin 2-ci ilində (624-cü ildə) tətbiq edilməyə başlanıb. Mənbələrdən məlum olur ki, o vaxta qədər bu ay bütpərəst ərəblərin pəhriz adətləri ilə əlaqədar olub. Ərəblər hələ islamiyyətdən xeyli əvvəl yay fəslinin çox isti vaxtında müəyyən tədbirlərlə əlaqədar olaraq təsərrüfat həyatını gündüzlər dayandırır, bütün işlər axşama, hava sərinləşən vaxta keçirilirdi.
    Qurani - Kərim Allaha ibadətin bu şəklini inkişaf etdirərək orucu Quranın nazil edilməsi və insanlara çatdırılmasının başlanması ilə əlaqələndirdi və müsəlmanları oruc tutmağa çağırdı. 
    Əlbəttə, İslamdan əvvəl meydana gələn dinlərdə də oruc tutmaq haqqında göstərişlər olub. Tarixi məlumatlara görə, Həzrət Adəmdən (ə) başlayaraq Allahın rəsullarının hər biri, o cümlədən Xatəmül-Ənbiya Mühəmməd (s) də bu barədə insanlara xəbərdarlıq edib.
    Orucluğun kökləri uzaq keçmişə bağlıdır. Orucluğun meydana gəlməsinin səbəbləri məxəzlərdə və şəriət qanunlarında geniş izah edilir. 
     
    İslamda əvvəl orucu necə tuturdular?
     
    - İslama qədər orucluq - yeməkdən imtina etmək və ya yeməyi məhdudlaşdırmaq bir qayda olaraq yay fəslinə - isti dövrlərdə icra olunurdu. İslam dini bərqərar olduqdan sonra Qurani - Kərimin hökmünə əsasən orucluğun ancaq Ramazan ayında keçirilməsi qərarlaşdı. Bu da qəməri təqvimi ilə əlaqədar olduğu üçün ilin bütün fəsillərinə düşür.  
    İslamda orucluq təlimi özünün daha kamil və dolğun əksini tapdı, böyük məna və məzmun kəsb etdi. 
     
    Deməli, İslam dini oruc tutmağı qaydaya saldı, həm də dinin sütunlarından biri elan etdi.  
     
    - Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar. Quran oruc tutmağı İslamın müsbət meyarı kimi götürüb, başqa vacib əməllərin yerinə yetirilməsində yol verilmiş xətaların orucluq vasitəsilə bağışlanmasının mümkünlüyünü təsbit edir. 
    İslam orucluğa həm də əxlaqi-mənəvi təsisat kimi baxır. Həqiqətən, orucluq əsnasında insana, ola bilsin ki, dünya həyatının ən mühüm əxlaqi dərsi təlqin edilir. Harama aludə olmaqdansa özünü ağır sınaqlara və hər cür çətinliklərə sinə gərməyə hazırlamaq daha yaxşıdır.
     
    İslam həm də orucu sistemləşdirdi, bir qayda halına saldı. Elə deyilmi?  
     
    - Əlbəttə. Ramazan ayında dan yerinin sökülməsindən şər qovuşanadək hər cür yemək, içki, oyun, tamaşa, qadına yaxınlıq, şəhvət doğuran hərəkətlər etmək, ciyərə tüstü almaq, sürmə və müşk çəkmək, tütün iyləmək, rahatlanmaq üçün hamama girmək, öpüşmək və s. imtina edilməlidir. 
    Orucluq müddətində yemək-içməyə gündə iki dəfə - gün çıxmamış "obaşdanlıq" və şər qarışan vaxt "iftar açma" icazə verilir. Hər bir oruc tutan adam iftarını açmazdan əvvəl namaz qılmalı, (əgər onu süfrədə gözləyən yoxsa) dua oxumalı və yalnız sonra əlini yeməyə uzatmalıdır.
    Oruc tutmaq bütün müsəlmanlar üçün vacib sayılmaqla burada istisnalara da yol verilir. Xəstələr, yaşlı adamlar, uşaqlar, səfərə çıxanlar, hamilə və südəmər körpəsi olan qadınlar, taqətsiz qocalar və səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə orucu tutmalıdırlar".
    Həzrət Peyğəmbərdən (s) hədis var: "Oruc Cəhənnəm oduna qarşı qalxandır."  Başqa bir hədisdə isə buyurulur: "Behiştdə bir qapı var, Rəyyan, o qapıdan ancaq oruc tutanlar daxil olarlar".
     
    Oruc tutan şəxsin iftar zamanı ilk işi nə olmalıdır? 
     
    - Ramazan ayının ilk günündən başlayaraq iftar açdıqda - xörək yeməzdən qabaq aşağıdakı dua deyilir: "Allahummə, ləkə sümtü və əla rizğikə, əftərtu və əleykə təvəkkəltu". Sonra ikinci dua belə deyilir: "Ya vasiəl məğfirəti iğfir li". 
    Bundan sonra məsləhət görülür ki, bir qurtum ilıq su ilə iftar edilsin. Yəni şəxs orucunu açsın. Bundan sonra əvvəlcə yumşaq, sonra digər nemətlər yeyilir. Bu zaman həddən çox yemək məsləhət görülmür.
     
    Oruclu günlərdə insanlar savab qazanmaq üçün daha nələri etməlidirlər?
     
    - Orucluqda çox Quran oxumaq, dualar etmək müstəhəbbdir. Həzrət Peyğəmbər (s) Ramazan ayının ehtiramını qeyd edərkən belə buyurmuşdur ki, başqa aylardan fərqli olaraq bu zaman bütün ibadətlər birə min hesablanır. Bu baxımdan valideynlərin qəbirlərini ziyarət etmək, ölənlərin ruhuna ehsan vermək, iftar süfrəsi açmaq böyük savabdır. Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Hətta, bir parça xurma da versən, ehsandır". 
     
    Deyirlər oruc tutmaq həm də “bərabərlik fəlsəfəsi”dir. Bu barədə Siz nə düşünürsüz?  
     
    - Əlbəttə, oruc tutmağın bir fəlsəfəsi də ictimaiyyət arasında bərabərçilikdir. Orucluq zamanı varlı da, yoxsul da müsavi - yəni bərabər olur. İmkanlı adamlar ac qalanların halını başa düşür, onlara kömək etməyi özlərinə borc bilirlər.
    Ramazan ayında oruc tutmaq insanı cismən və ruhən sağlamlaşdırır, saflaşdırır.  
    Əxlaqi-tərbiyəvi baxımdan orucluq dövründə tələb olunan qaydaların gözlənilməsi  insanı şər işlərdən, haramzadalıqdan, xoşagəlməz hərəkətlərdən çəkindirir, onu xeyirxah əməllərə, yaxşılığa sövq edir, günah işlər görməkdən çəkindirir, xalqda ümumi bir işə səfərbər etmək vərdişi yaradır. Xalq arasında Ramazan ayı təmizlik, mehribanlıq, halallıq, səmimiyyət, istiqanlılıq ayı kimi məşhurdur. 
     
    Orucluq həm də sağlamlıqdır, müasir tibb elmi də bunu təsdiq edir... 
     
    - Orucluq ilə bir çox xəstəlikləri müalicə etmək mümkündür. Orucluq bir tərəfdən mədə və həzmedici üzvlərin dincəlməsinə səbəb olaraq zəifləməkdən qoruyub yeni qüvvə verir, digər tərəfdən bədəni təhlükəyə salan yağları və zəhərli maddələri əridib azaldır. Orucluq insana xəstəliklərin səbəbləri ilə mübarizə aparmaqda istənilən nəticəni əldə etməyə imkan verir.
    Oruc tutan şəxs oruc tutmaqla özünü müalicə edir. Bu barədə Peyğəmbər (s) gözəl hədis buyurmuşdur: "Oruc tutun, tainki sağlam olasınız". Başqa bir hədisdə isə deyilir: "Mədə dərdlərlə dolu olan bir evdir, oruc tutmaq isə ən yaxşı dərmandır". 
    Qədim və müasir tibb elmi ac qalmanı müalicənin ən yaxşı vasitələrindən biri hesab edir. Müasir həkimlər xəstəlik törədən əsas amilləri müxtəlif yeməklərin bolluğu ilə əlaqələndirirlər. Belə  ki, izafi maddələr orqanizmdə həll olmayıb, bədənin müxtəlif nöqtələrində piy qatına çevrilərək köklük və qanda əlavə şəkər əmələ gətirir. Bu da müxtəlif xəstəliklərin əmələ gəlməsi ilə nəticələnir.
    İl ərzində insanın həzm mexanizmi həmişə məşğuldur. İldə bir ay oruc tutmaq bu mürəkkəb mexanizmə istirahət verir, onu yeniləşdirir. 
     
    Ramazan ayının Qədr gecələri ilə bağlı nə deyə bilərsiniz?  
     
    - Ramazan ayı Qədr gecəsi ilə şöhrətlidir, ancaq onun məhz hansı gecəyə düşməsi məlum deyildir. Bu da İlahi sirlərin biridir, çünki müsəlman ayın bütün gecələrini şərafətlə qəbul edir, borcunu və ibadətini qüdrətli Allah qarşısında yerinə yetirməyə çalışır. Qurani-Kərimin “əl-Qədr” surəsinin 3-cü ayəsində buyurulur: "Qədr  gecəsi savabına görə, min aydan daha xeyirlidir". 
    Orucluğun ikinci yarısının 19, 21, 23-cü günlərinə "əhya axşamı" və ya sadəcə olaraq "əhya" (ərəbcə dirilmə, yeniləşmə, bərpa etmə mənasını bildirir) deyirlər. Buna görə də "əhya axşamları" xüsusi gün kimi qeyd olunar, dua edib ehsan verər, halva çalıb paylayardılar. 
     
    Və Orucluq bayramı. İnsanlar bu bayramda daha çox nəyə diqqət etməlidirlər?  
     
    - Ramazan ayı "id-əl-fitr" deyilən orucluq bayramı ilə başa çatır. Şəvval ayının biri ümumi bayram kimi xüsusi bir sevinclə qeyd edilir. Fitr bayramı Ramazan ayının - orucluğun qurtarması münasibətilə təşkil olunan əsas bayramlardan biridir. Buna əl-Fitir və ya Sıyam bayramı da deyirlər. "Sıyam" ərəbcə "oruc tutmaq" sözündəndir. Fitr bayramı orucluq qurtaran günü, təzə ayın - hilalın ilk rübünün nazik şəkildə görünməsi ərəfəsindən, yəni şəvval ayının girməsi ilə başlayır. Bu zaman ilk növbədə mömin şəxslər, oruc tutanlar və hətta oruc tutmayanlar da bir-birini təbrik edir, görüşür, öpüşür, "oruc namazın qəbul olunsun", - deyə dua edirlər. Həmin axşam evdə hər kəsin imkanına görə gözəl bayram süfrəsi açılır, ləziz nemətlər, xörəklər süfrəyə düzülür, evin böyüyü, ağbirçəyi, ağsaqqalı fitrə mərasimi keçirir. Bunun üçün evin ağsaqqalı Allaha dua edir. O, ailə üzvlərinə cansağlığı,  xoşbəxtlik, əmin - amanlıq, xalqın rifahının yaxşılığa doğru getməsini, axirətdə səadətə yetişməyi arzu edir.
    Sonra fitrə vermək mərasimi başlayır. Bu məqsədlə ailə başçısı ailə üzvlərinin (yəni onun evində çörək yeyənin, hətta orduda xidmət edənin, başqa şəhərlərdə oxuyan tələbənin, o gecə evində olan qonağın sayına görə) hər nəfərə bazar qiyməti ilə 3 kq buğdanın pulunu ayırır. Həmin pulu orada iştirak edən ailə üzvləri bir-birinə ötürürlər. Yaxşı olar ki, bu fitrə həmin gecə fəqir - füqəraya çatdırılsın. Əgər o axşam mümkün deyilsə, sabahı gün və ya başqa günlərin birində fəqir-füqəraya çatdırılsın.
    Orucluq bayramı günü obaşdan-sübh namazından sonra hamı məscidlərə cəm olmalıdır, birlikdə bayram namazı qılmalıdırlar.  
     
    Elvin XƏZƏR

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 827
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30