Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Müəllimlər yaxşı dərs keçərsə...
    İnsan həyatında dünya görünüş çox böyük əhəmiyyət daşıyır, hər kəs də onu öz həyat tərzi, və yaxud da dövran, mühit, hadisələr və fikirlərlə formalaşdırır. Hər kəs öz ömrü ərzində dəfələrlə müəyyən hadisələrə münasibətini dəyişir.

     
    Biri başqa ölkələrin mədəniyyətini öyrənərək müəyyən fikirlərini dəyişdiyi vaxt, başqası pis mühitə düşüb siqaret və narkotikə düçar olur. 
    Biri normal yaşayıb təhsil almaq imkanlarından məhrum olduğu halda, başqası bahalı maşınlarla “avtoş”luq edir. 
    Biri yaşayıb gördüyü hadisələr nəticəsində dindən uzaqlaşıb “deist” ya “ateist” olduğu vaxtda, başqa bir insan din fanatı olub digər xalq və din nümayəndələrinə hörmətsizlik edir. 
    Bəziləri cins və oriyentlərinin hamı tərəfindən normal qəbul olmasını tələb etdiyi zaman, başqaları dünyada cinsi azlıqlar üçün yer olmadığını düşünərək onları insana bənzətməyə də çətinlik çəkir. 
    Biri pul xərcləmək üçün yer axtaranda, başqası yaxınını xilas etmək üçün hər “yol”a əl atır. 
    Biri heyvanları qoruduğu an, başqası yeni texnika icad edib meşələri qırır. 
    Bu müqaisələri hələ çox davam etmək olar, amma nə xeyri?!

    Dünya görünüşünün formalaşmasında təhsilin də rolu böyükdür. Amma müxtəlif səbəblər nəticəsində şagirdlər məktəbdən, tələbələr isə universitetlərindən uzaqlaşır. Bu səbəblərə maddi problemlər, soyuq valideyn-övlad munasibətləri, mentalitet, həyat tərzi və digər təhsildə olan çətinliklər aiddir. Bu problemləri daha aydın anlamaq üçün kiçik araşdırmaya üz tutdum, bir neçə şagird, tələbə, valideyn və müəllimdən məlumat toplamağa çalışdım.
    İlk danışdığım şəxs Aygun adlı gənc xanım oldu. Öz dərdini gözlərində yaş ilə bölüşən bu xanım, təhsilə böyük həvəsi olduğunu, lakin atasının ona 9-cu sinifdən sonra oxumağa icazə vermədiyini dedi. 9-cu sinifdən məcbur evdə saxlanılaraq qardaşına baxmağa məcbur olunan bu qız 2 ildən sonra bir cavanla qoşulub qaçır. Amma düşündüyü xoşbəxtliyi orada da tapa bilməyərək tezliklə evinə qayıtmalı olur. İndi valideynləri onu başqa insanla nişanlayıb,  Aygün xanımın da yeganə arzusu odur ki, nişanlısı tezliklə evini tikib onu valideynlərindən xilas etsin.
    Aygün xanıma xoşbəxtlik arzu edərək üz tutdum Şüvəlandakı məcburi koçkünlərin yaşadığı “Şirvan”  düşərgəsinə. Burada da bir neçə şagird və valideynlə tanış oldum. Amma problemlərin sayı bu dəfə artdı. 9-cu sinifdən sonra qızların oxumağına icazə verilməməsinin üstünə maddi imkansızlıq və təhsilə marağın olmamağı gəldi. 
    Belə ki, həyətdə oynayan 6-15 yaşlı oğlan uşaqlarının başı oyunlara o qədər qarışır ki, onların evdə kitab oxumağı qeyri-mümkün hala çevrilir. Valideynlərin sözlərinə görə, onları nə qədər cəzalandırsalar da heç bir xeyiri olmur.
    Ağır yaşayış şəraitini nümayiş edərək çıxışa tərəf yaxınlaşırdım. Çıxışda bir qızın əllərində kitab-dəftər harasa tələsdiyini gördüm. Maraqlanıb öyrəndim ki, ailə vəziyyəti ağır olan bu ailədə, qızın atası özü ürək xəstəsi olduğuna baxmayaraq, qoyun-quzu alveri ilə qızını hazırlığa qoyub. Qızın anası isə onun universitet üçün zəif olduğunu bildirsə də, heç olmasa texnikuma qəbul olub oxumağını istədiklərini dedi.
    Düşərgədən sonra üz tutdum Şimal DRES qəsəbəsinə. Ən kasıb məhəllə taparaq oraya getdim. Yol üstü qərara gəldim ki, marketə baş çəkim. Ora girəndə isə tanış bir simaya rast gəldim. 8-ci sinifdə oxumalı olan Rauf öz sinif yoldaşı ilə birgə bu marketdə işə düzəlib. Dərsə həvəsinin olmadığını deyən Rauf pul qazanmağın daha xeyirli olduğunu bildirdi. İnternetdə boşuna vaxt itirən şagirdləri nəzərə alaraq onun sözləri ilə razılaşmalı oldum. Ən azından Rauf öz valideynlərinə maddi ziyan vurmur, əksinə, ailə büdcəsinə yardımı toxunur...
    Nəhayət məhəlləyə girdim. Uşaq və gənclərin sayı əksəriyyəti qız olmaqla düşərgədəkindən az idi. Səbəbini soruşanda gənclərin dənizdə olduğunu öyrəndim. Valideynlərlə söhbət zamanı Mətanət xala ali təhsilin onun övladları üçün mümkünsüz olduğunu qeyd etdi. O, hazırlığa pullarının olmadığını, məktəbdə də müəllimlərin yaxşı dərs kecirmədiklərini söylədi.
    “Müəllimlər yaxşı dərs keçsə hazırlığa ehtiyyac olmaz” fikri ilə başladım müəllim axtarmağa. Başqa bir məhəllədə çətinliklə bir müəllim tapdım. O, anonimliyinin qorunacağına söz verildikdən sonra öz fikirlərini bizimlə bölüşdü. Məktəbdə Ana dili və Ədəbiyyat fənnini tədris etdiyini deyən muəllim hazırlığa şagird götürdüyünü də gizlətmədi. Buna ehtiyacı olduğuna diqqət çəkən müsahibim hazırlığa daha çox önəm verdiyini, məktəbdə isə dərslərin “adi” qaydada keçdiyini vurğuladı. “Əmək haqqım az olduğuna görə hazırlığa şagird götürməyə məcburam. Gəlirim də əsasən hazırlıqlardan çıxır. Məktəbdən çıxandan sonra mən gecə saat 9-a qədər şagirdlər qəbul edirəm, onları ali məktəbə hazırlayıram. İşim çətin və gərgin olur. Amma hazırlığa şagird götürməyə məcburam, tək başına böyütdüyüm qızımı  dolandırmalıyam axı...” - müəllim qeyd etdi. 
    Onunla səmimi söhbət zamanı əmək haqqının az olduğuna baxmayaraq ondan jurnal, sinif rəhbərinin dəftərçəsi və digər səbəblərlə pul tələb olunduğunu öyrəndim. “Əmək haqqı yüksək olsaydı, inanın ki, biz müəllimlər hazırlığa şagird götürməz, fərdi şəkildə hazırlaşdırmazdıq, diqqəti daha çox məktəbə ayırardıq. Biz bütün gücümüzü məktəbdə keyfiyyətli dərs keçməyə sərf edərdik. Axı biz bunu öz istəyimiz ilə etmirik...” - müəllim dedi.
    Müəllimə səmimiliyinə görə təşəkkür edib araşdırmama son qoydum. Problemin maddi tərəfi məsələnin vacib tərəfi olsa da buna tək bizim gücüm çatmaz.
    Biz sadəcə dünya görünüşünün formalaşmasında təhsilin rolunu vurğulamaq istədik, eyni zamanda təhsildən yayınmanın səbəblərini qismən də olsa öyrənməyə çalışdıq. Amma göründüyü kimi, araşdırma nəticəsində kifayət qədər ciddi problemlər ortaya çıxıdı. Əlbəttə, onlar üzərində düşünməyə dəyər, axı “təhsil - millətimizin gələcəyidir”.

    Bu məqalə QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunan layihə çərçivəsində hazırlanıb. Ravid Zaidov
    “İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyi

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 707
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30