Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Qarabağ problemi yalnız Azərbaycanın gücü ilə həll edilə bilməz”
    Mübariz Qurbanlı: “Təcavüzkara lazımi səviyyədə sanksiyalar tətbiq olunmalıdır”

    Bu il yanvarın 1-dən ATƏT-ə sədrlik etməyə başlayan Qazaxıstan "dondurulmuş münaqişələr"in həllinə xüsusi diqqət yetirir. Təşkilatın fəaliyyətdə olan yeni sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev bugünlərdə regiona səfəri çərçivəsində ilk olaraq Azərbaycanda olub və bu səfərin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, 2010-cu il Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş ili olacaq. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi bir dövlətin iradəsi ilə həll edilə bilməz.

    - Mübariz müəllim, necə hesab edirsiniz, ATƏT-ə Qazaxıstanın sədrlik etməsi Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət irəliləyişlərə gətirib çıxara bilərmi?

    - Təbii ki, sədrliyin Qazaxıstanda olması bizim üçün olduqca önəmlidir. Qazaxıstan bizə dost, qardaş, həm də müsəlman ölkəsidir. Amma gəlin realist olaq və hər şeyə olduğu kimi qiymət verməyə çalışaq. Şəxsən mən düşünmürəm ki, Qazaxıstanın ATƏT-ə sədrliyi dövründə Qarabağ danışıqlarında hansısa bir sıçrayış olsun. Çünki bu proses ATƏT sədrinin nəzarətində deyil. Bu prosesə ATƏT-in Minsk qrupu nəzarət edir. Düzdür, formal olaraq ATƏT-in sədri bu təşkilat çərçivəsində formalaşdırılan qurumlara, komitələrə rəhbərlik edir. Amma sədr qurumların fəaliyyətinə təsir imkanlarına malik deyil. Bu gün ATƏT-in Minsk qrupunun həmsədrliyində üç ölkə var ki, onlar BMT Təhlükəsizlik Şurasında veto hüququna malikdirlər. Belə olan şəraitdə ATƏT-in rotasiya qaydasında müvəqqəti sədrliyini götürmüş ölkənin nümayəndəsinin regiona səfərləri tanışlıq, münaqişə ilə bağlı hansısa bir mövqe ortaya qoymaqdan uzağa gedə bilməyəcək. Düzdür, istər-istəməz ATƏT-in sədrliyində olan ölkənin nümayəndəsinin səfərləri münaqişə ilə bağlı danışıqlara impuls verə bilər. Amma sədr ölkənin danışıqlar masasında olan mövzuya, bu və ya digər layihələrə təsir etmək imkanları bir o qədər də böyük deyil.



    - Qazaxıstanın xarici işlər naziri səfəri zamanı bildirib ki, ATƏT-ə sədrlikləri müddətində Qarabağ münaqişəsinin həllində müəyyən irəliləyişlərin olması mümkündür. Sizcə, ATƏT-in fəaliyyətdə olan sədri bu fikirləri söyləməklə nəyə ümid edir?

    - ATƏT-ə sədrlik edən ölkələrin nümayəndələrinin hamısı sədrlik dövrlərində münaqişənin həllinə ümid etdiklərini bəyan ediblər. Bu da diplomatik etiketə uyğun səsləndirilən növbəti fikirlərdən biridir. Hazırkı şəraitdə - Qazaxıstanın ATƏT-ə sədrliyi dövründə onun təzyiqi və təsiri ilə bu prosesin hansısa formada dəyişəcəyini düşünmürəm. Bu prosesə ATƏT-in sədri olan ölkənin təsir etmək imkanları məhduddur. Çünki Dağlıq Qarabağ münaqişəsi daha böyük dövlətlərin nəzarətindədir. Əslində, Dağlıq Qarabağ münaqişəsini bir ay ərzində həll etmək mümkündür. Bunun üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan üç ölkənin - ABŞ, Rusiya və Fransanın üçü də eyni zamanda Ermənistana açıq təzyiq göstərməlidirlər. Lakin təəssüf ki, biz hələlik bunu görmürük.


    - Ümumiyyətlə, necə hesab edirsiniz, Qarabağ münaqişəsi ilə bağlı proseslərin sonu hara doğru gedir? Sizcə, bu il münaqişənin həllində hansısa irəliləyişin baş verməsi mümkündürmü?

    - Düşünürəm ki, danışıqların getməsi müsbət haldır və son vaxtlarda bu proses daha intensiv xarakter alıb. Bu gün Qarabağ mövzusu Ermənistan-Türkiyə sərhəd açılımı kontekstində qabarıq şəkildə üzə çıxıb. Təsadüfi deyil ki, ABŞ dövlət katibi Hillari Klinton Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Qətərin paytaxtı Dohada bir saatdan artıq davam edən söhbəti zamanı bir sıra məsələlər, o cümlədən Ermənistan-Türkiyə sərhəd açılımı məsələsini, Qarabağ münaqişəsini müzakirə edib. Bunlar təsadüfi sayıla bilməz. Belə demək mümkünsə, münaqişənin həlli ilə bağlı Moskva, Paris, Vaşinqton, Ankara, hətta Tehran çərçivəsində bir intensivlik var. Bu intensivliyin olması müsbətdir. Çünki biz ədalətli tərəf olduğumuza, mövqeyimizin beynəlxalq hüquq normalarına uyğun gəldiyinə görə məsələnin gündəmdə qalmasında maraqlıyıq. Danışıqların sürətlə getməsi isə təcavüzkara olan münasibətlə bağlıdır. Ermənistan Azərbaycanın 17 min kvadrat kilometr ərazisini işğal edib. İşğal olunmuş ərazilər yalnız Dağlıq Qarabağ və ona bitişik olan torpaqlar deyil. Eyni zamanda, Azərbaycanın Qazax rayonunda, Naxçıvan Muxtar Respublikasında da işğal olunmuş ərazilər var. Təcavüzkar yerində oturdurmalı, ona lazımi səviyyədə sanksiyalar tətbiq olunmalıdır. Bunlar edildikdə, əlbəttə ki, münaqişənin həllində inqilabi sıçrayış baş verə bilər. Amma biz hələlik bu addımları görmürük. Bu baxımdan münaqişənin həlli ilə bağlı hər hansı optimist proqnoz da yanlış ola bilər. Hər halda bu gün yalnız 2010-cu il ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların daha intensiv xarakter alacağını söyləmək olar.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 685
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30