Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Azərbaycanlı tələbələr məni daha çox çətinliyə salır”
    İlk əvvəl mənə belə bir şərait yaratdığınız üçün Sizə təşəkkür edirəm. Özümü tanıdaraq sözə başlamaq istəyirəm. 1980-ci ildə Şimali Kiprin Lefkoşa şəhərində dünyaya gəlmişəm. Ailəmin ikinci övladıyam. İki qardaşıq. İlk  orta və lisey təhsilimi Lefkoşada almışam.  Doğu Akdeniz  Universitetinin (DAU)  Radio-TV və Kino fakültəsində, sonra isə eyni adlı universitetin Jurnalistika faküləsində magistratura və  doktorantura təhsili almışam.  Evliyəm və beş yaşında bir qızım var.

    Mətin Ərsoy: “Kipr mediasında xalqın mənfəəti unudulur”  

    “Azadinform”un müsahibi Şimali Kiprin tanınmış jurnalisti və köşə yazarı Mətin Ərsoydur. 
    Mətin bəy, gənc olmağınıza baxmayaraq Şimali Kiprin tanınmış jurnalistlərindən birisiniz. Bu müvəffəqiyyətinizə görə kimə borclusunuz?

    Sualınıza gəlincə, özümü çox vaxt jurnalist olaraq görmürəm. Mən işin nəzəri qisimi ilə önə çıxan bir elm adamıyam. Bir  gənc  alim olaraq jurnalistika sahəsi ilə hər hansı bir qəzetdə işləmədim, amma fərqli mühitlərdə uzun illərdir jurnalistika ilə əlaqəli ola biləcək işlərdə çalışdım. Hazırda da DAU-nun  Media fakültəsində köməkçi dosent olaraq çalışıram. Bununla yanaşı, “Havadis” qəzetində köşə yazarı olaraq fəaliyyətimi davam etdirirəm. 
    Əlbəttə, müvəffəqiyyətli olduğumu sizlərdən eşitmək məni sevindirir. Açıqcası ortada bir müvəffəqiyyət varsa, bunu illərdir jurnalistika sahəsində olan atam  Əmir Ərsoya borcluyam. Bir də çox işləməyə və insanlarla yaxşı münasibət qurmağa. Ətrafıma hər zaman müsbət baxmağa çalışan bir insanam və bu mənim əlaqələrimə müsbət təsir edir. Ayrıca həyatı dolu-dolu və sürətli yaşamağı sevirəm. İş yükündən və çalışmaqdan heç bir zaman boyun qaçırmadım.  Bu da mənim müvəffəqiyyətli olmamı təmin edən əhəmiyyətli bir özəlliyim oldu. Fürsətdən istifadə edib  məni bu şəkildə yetişdirən anam Ziba Ərsoya və atama təşəkkürümü bildirirəm.

    Maraqlıdır, jurnalist olmaq hansı istəkdən qaynaqlandı? Atanızın da tanınmış jurnalist olması səbəblərdən biri ola bilərmi?

    - Bir söz var: "Jurnalist olunmaz, jurnalist doğulur".  Mən buna inananlardanam. İçinizdəki jurnalistika sizi bir nöqtəyə  aparar  və bir də baxarsınız ki, siz mediadan, media da sizdən ayrıla bilmir. Mənim jurnalistika və  ya media məcaram atam sayəsində olub. Atam Əmir Ərsoy 20 ildən çoxdur Şimali Kipr Türk Cümhuriyyətinin dövlət agentliyi olan “Kipr Türk Agentliyi”ində İdarə Heyətinin sədri və müdiri oldu. İndi yenə eyni təşkilatda təqaüdçü olmasına baxmayaraq, İdarə Heyətinin sədri vəzifəsini yerinə yetirir. Atamın jurnalist olması və mənimdə davamlı olaraq bu cür mühitdə böyüməm, düşünürəm ki, nəzəriyyə ilə təcrübəni birləşdirməmə köməkçi oldu. Bu səbəbdən atamın əhəmiyyətli bir köməyi oldu və olmaqda da davam edir. 

    Necə düşünürsünüz, Şimali Kipr bu sahədə inkişaf və təcrübə toplamaq baxımından uyğun yerdirmi?

    - Şimali Kipr əslində kiçik bir media şkalasına malikdir. Bu səbəbdən də bunun üstünlükləri və mənfi cəhətləri var. Ancaq mən daha çox buradakı medianın üstünlüklərini görürəm. Hər nə qədər də iqtisadi problemləri olsa da, burada jurnalistika sahəsi ilə məğul olduqda,  hər kəs sizi tanıya bilir. Ayrıca bu cür kiçik media mühitlərində informasiya mənbələrinə çatmaq daha asandır. Bu kimi halların mənim bu sahədəki inkişafıma faydası olduğunu söyləyə bilərəm.  Amma ada mətbuatı ilə digər ölkələrdəki mətbuatı görə bilməniz üçün  mütləq bir xarici ölkədə  təcrübə keçməniz  lazımdır.

    Bildiyimə görə, Kiprdə jurnalistlərin siyasətçilərlə əlaqəsi çox yaxşıdır. Dostluq bağı olduğu üçün jurnalistlər siyasətçilərin əleyhinə çox az  yazırlar. Ayrıca Kiprdəki qəzetlər partiyalara aiddir. Bu, Kipr mediasının müstəqilliyinə təsir göstərmir ki?

    - Gözəl bir məsələyə toxundunuz.  Bəli, az əvvəl xüsusi vurğulamağa çalışdığım nöqtədə Şimali Kipr mediasının dezavantajını da sizin sualınızla cavablaya bilərik. Kiçik miqyaslı media olması və bir çox qəzetin partiya qəzeti olması səbəbi ilə, burada jurnalistlər ilə siyasətçilər arsında ciddi bir yaxınlaşma var. Jurnalistlər xəbər üçün yanaşarkən, siyasətçilər də onları istifadə edərək geniş kütlələrə çatma təlaşındadırlar. Bu nöqtədə hər iki tərəf də öz mənfəətinə doğru  hərəkət edir və xalqın mənfəəti unudulur. Bu baxımdan Şimali Kipr mətbuatının ən əsas problemi olaraq bunu göstərə bilərik.

    Bu yaxında Kiprli jurnalist dostlarımın birindən "Şimali Kipr kiçik bir yer olduğu üçün burada yaşanan hadisələr daha tez yayılır. Əhalinin qəzet oxumağa meyli olduğu üçün də qəzetlərdə yazılan xəbərlərə daha çox diqqət edilir. Başqalarına sərf etməyən xəbərlər yazıldığında isə jurnalistlər həbs olunur" cümləsini eşitmişdim. Bu iddilarla razısınızmı?

    - Şimali Kipr mətbuatının və xüsusilə qəzetlərin gündəm yaratdıqları doğrudur. Xalqın da böyük bir qismi oxucu - yazar olduğu üçün qəzetlər əhaliyə görə yaxşı satılır.
    Ancaq mətbuat azadlığı mənasında son 10 ildə jurnalistlərin həbs olunması baş verməyib. Yəni bir jurnalist yazdığı fikirdən və ya xəbərdən ötəri tutulmur.  Bu yaxşı bir şeydir. Ancaq bir məsələdə var: jurnalist həbs edilmir, amma ona təcavüz  edilir, təhdid edilir.  Bunlar da yaxın keçmişdə yaşanmış hadisələrdir.

    Kiprdə müxbir problemi var. Media rəhbərləri öz maddi mənafelərini güdmək məqsədilə jurnalistikadan başı çıxmayan insanları da işə alırlar. Yəni onlar professional jurnalistlərə daha çox pul verməkdənsə, elə bu sahədə az təcrübəli insanlarla əlaqə quraraq, onları daha az maaşla çalışdırırlar. Razısınızmı?

    - Bu nöqtədə də haqlısınız. Media fakültələrinin məzunları jurnalist baxımından seçim edilsələr də, bir müddət sonra işdən ayrılırlar. Çünki mediada iqtisadi şərtlər yaxşı deyil.  Bir də işin sizin dediyiniz tərəfi var ki, o daha əhəmiyyətli bir problemdir. Yoldan keçən və ünsiyyət təhsili almayan insanları da jurnalist olaraq görə bilərsiniz. Bu nöqtədə media məzunlarının təşkilatlanması və həmkarlar ittifaqlarının bu cür vəziyyətlərə “dur” deməsi lazımdır.

    Kiprdə jurnalistlərin qaldırdığı problemlər nə dərəcədə həll edilir? Yəni medianın təsir gücü hiss olunurmu?

    - Əlbəttə, Şimali Kiprdə  media əhəmiyyətli bir gücə malikdir. Bəzən qanunların həll edə bilmədiyi problemlər mediada çıxdığı üçün həll edilir. Çünki burası kiçik cəmiyyət olduğu üçün hər şey sürətlə yayılır. Düşünürəm ki, belə olan təqdirdə, yəni, media xalqın yanında olduğu müddətdə güclü olmağa davam edəcək.

    Bir jurnalist olaraq, Azərbaycan-Şimali Kipr əlaqələrinin mövcud vəziyyətini necə qiymətləndirirsiniz? Sizcə potensialdan kifayət qədər istifadə edilirmi?

    - Bunu rahatca ifadə edə bilərəm ki, bu potensial istifadə  edilmir. "Bir millət, üç dövlət" ifadəsi əfsanələrdə qalmış vəziyyətdədir. Məsələn, Şimali Kiprdən Azərbaycana birbaşa uçuşlar yoxdur, ticarət edə bilmirsiniz. Yəni embarqolar davam edir.  Ayrıca Azərbaycan  Şimali Kipri bir dövlət olaraq rəsmən tanımır. Bu nöqtədə siyasətçilərin daha çox səy göstərməsi və əməkdaşlığı artırmaları  zəruridir. Ayrıca mediaya da vəzifələr düşür. Hər iki ölkənin mediası əməkdaşlıq edərək dövlətlərinin, xalqlarlnın bir-birini tanımasına köməkçi olmaları lazımdır.

    Son zamanlarda Türkiyə mediası Şimali Kiprə olan diqqətsizliyi ilə seçilir. Yəni, Türkiyənin media vasitələri öz səhifələrində Şimali Kiprə çox az yer ayırır, az qala Kiprlə əlaqədar xəbərlərə nadir hallarda rast gəlinir. Türkiyə tərəfindən Azərbaycana da bu diqqətsizliyi görməmək mümkün deyil. Sizcə nə baş verir?  

    - Türkiyə mediası çox böyükdür. Şimali Kipr və Azərbaycan kimi kiçik ölkələrin diqqətdə olmaması normaldır. Ancaq çox əhəmiyyətli bir vəziyyət olsa, siyasətdə və Kipr problemində, o zaman xəbər olur. Digər hallarda Türk mediası kiçik ölkələrdə yaşananlara yer ayırmır.

    "Avrovision" musiqi yarışmasında Azərbaycanın əldə etdiyi müvəffəqiyyətə Türk və Kipr mediasında çox az yer verildi. Barmaqla sayılan qədər xəbərlər yazıldı. Amma Azərbaycan mediası isə qardaş xalqların müvəffəqiyyətlərini başlıqlara qədər çıxardırlar. Türk mətbuatının bir çoxunun ermənilərin maliyyələşdirməsi səbəblərdən biri ola bilərmi?

    - Məncə bunun ermənilərin medianı maliyyələşdirməsi ilə əlaqəsi ola bilməz. Az  əvvəl də dediyim kimi, Türk mediası bəlkə Azərbaycan üçün böyük sayıla biləcək, amma özləri üçün kiçik sayılan hadisələrə yer vermir. Ayrıca “Avrovision” yarışması maqazin xüsusiyyəti daşıdığı üçün qəzetlər tərəfindən çox önəmsənməmiş ola bilər.

    Siz həm də Doğu Akdeniz Universiteti Media fakültəsində dərs deyirsiniz. Tələbələriniz arasında azərbaycanlılar da var. Maraqlıdır, azərbaycanlı tələbələriniz digərlərindən nə ilə fərqlənirlər? Ümumiyyətlə, tələbələr məzun olduqdan sonra nə kimi çətinliklər ilə qarşı-qarşıya qalırlar?

    - Əvvəlcə onu qeyd etmək istərdim ki, azərbaycanlı tələbələrim olduğu üçün çox xoşbəxtəm. Bu tələbələrimizdən Azərbaycan mədəniyyətindəki, dilindəki və təhsilindəki fərqləri öyrənirik. Bizim universitetimiz beynəlxalq olduğundan burada dünyanın dörd bir yanından gələn tələbələr var. Azərbaycanlıların məncə tək fərqi dildəki şivə olur. Onun xaricində mədəniyyət olaraq Şimali Kiprə  çox yaxındırlar və rahat ünsiyyət qura bilirik. İmtahan cavablarını oxuyarkən məni ən çox çətinliyə salan  azərbaycanlı tələbələr olur. Düzünü desəm, Azərbaycan türkçəsini anlamaqda  çətinlik çəkirəm.
    Tələbələr məzun olduqdan sonra Şimali Kiprdə hər hansı bir işdə çalışa bilərlər. Ancaq təbii ki, müəyyən icazələri aldıqdan sonar, burada qalmalarına hər hansı bir maneə yoxdur.

    Məlumatıma görə, adada çox zaman day-day, tapşırıq prinspi ilə məzunlar işə alınır. Bu fikiri bölüşürsünüzmü?

    - Təəssüf ki, bu mövzuda haqlısınız. Dövlət sisteminin ən böyük problemlərindən biri də məhz budur. İşə görə adam deyil, adama görə iş müəyyənləşir.

    Kipr gənclərinin əyləncəyə çox meylli olması onların vətənləri ilə əlaqədar təbliğat aparmalarına mane olur. Yəni, vətənlərinin təbliği ilə əlaqədar işlərdən uzaq düşərlər. Müşahidələrimə görə hazırda da belə bir problem yaşanmaqdadır. Bu mövzuda düşüncələrinizi bilmək maraqlı olardı.

    - Şimali Kiprdə insanlar çox rahatdır. Yəni Kipr xalqını başqa mədəniyyətlərə baxaraq  anlamaq, o qədər də asan deyil. Gəncliyin bir korlanma və əminlik içində olduğu doğrudur. Bizlərin universitetlərdə də verdiyimiz təhsil sonrası istədiyimiz hər fərdin ətrafını tanıması, sorğulaması və tənqid etməsi mümkündür. Bunu edənlər, onsuz da digərlərindən avtomatik olaraq ayrılır.

    Ümumiyyətlə Kiprdə yaşayan ailələr sanki tənbəldirlər. İş həyatına deyil, əyləncəyə daha çox maraq göstərirlər. Bu onların uşaqlarının təhsili ilə əlaqədar problemlər yaratmır ki? Bir Kiprli olaraq bu mövzuda nə düşünürsünüz?

    - "Kiprlilər tənbəldir" ifadəsi doğru deyil. "Kiprlilər rahatdır" desəniz sizinlə razılşaram. Amma tənbəllik tamamilə çöldən baxılaraq edilən ağır bir ittiham, köhnə düşüncə tərzidir.  Kiçik bir cəmiyyət olduğu üçün Şimali Kiprdə  ağır sənaye yoxdur. Buradakı insanların çoxu dolanışığını ya məmurluqdan, ya da əkinçilikdən çıxarırlar. Əhalinin çoxunun məmur olması yalnız Şimali Kipr vətəndaşlarının seçimi deyil. Bu mövzuda Türkiyənin də əhəmiyyətli bir rolu var. Zamanında insanlar  işsiz  qalmasın deyə çoxlu adam məmur edildi. Bəlkə də sizin bəhs etdiyiniz tənbəllik də bu məmur məntiqində yatır. Amma bir neçə məmurun işininin öhdəsindən gəlməməsi bütün Kipr Türk cəmiyyətinin tənbəl olduğunu göstərməz. Əlbəttə, ailə həyatı yaxşı olmayan fərdlərin uşaqları da bunlardan təsirlənir və bu onların təhsillərində əks olunur. Bu mövzuya qatılıram, amma xüsusi vurğulayıram ki, bütün cəmiyyəti eyni duruma qoymaq da doğru deyil. Beş barmağın beşi də eyni ola bilməz.

    Bizim üçün maraqlı söhbət oldu, təşəkkür edirik.

    - Mən də fürsətdən istifadə edib bütün Azərbaycan xalqına salamlarımı çatdırmanızı xahiş edirəm.  

    Cəfər Mənsimi


         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 791
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30