Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Dil siyasətində mühüm sənəd - Dövlət Proqramı
    Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq etməsi təqdirlə qarşılanıb. Mütəxəssislərin fikrincə, 2013-2020-ci illəri əhatə edən bu proqram ölkədə dilçiliyin inkişafına öz töhfəsini verəcək.

    “Qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Bu mənada belə bir sənədin ərsəyə gəlməsi labüd idi”. Bu sözləri “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiqi ilə bağlı fikirlərini bölüşən Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya elmləri doktoru İlham Tahirov dedi. Onun sözlərinə görə, sənəd mətbuat orqanlarında, televiziya və radio kanallarında, internet resurslarında və sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün mexanizmlərin müəyyənləşdirilməsini nəzərdə tutur.
    Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev də bu Dövlət Proqramının əhəmiyyətini vurğuladı: “Dövlət Proqramı ölkədə dil siyasətinin uğurla həyata keçirilməsində mühüm fəaliyyət sənədidir. Hazırda əksər məkanlarda dilimizin danışıq normalarına əməl olunmur, reklam və afişalarda leksik, qrammatik, orfoqrafik səhvlər baş alıb gedir. Düşünürəm ki, Dövlət Proqramı Azərbaycan dilinin dövlət dili kimi bütün fəaliyyət sahələrində yüksək səviyyədə işlənməsini təmin edəcək”.
    Tanınmış telejurnalist Qulu Məhərrəmli isə dedi: “Məncə, bu sərəncam çox aktualdır. Çünki hazırda dilin tətbiq sahələri artır, xüsusən virtual məkanda onun işlənməsi ilə bağlı xeyli problemlər çıxır. Onların həlli baxımından bu, çox vacibdir. Bu sənədin özəlliyi ondadır ki, orada mövcud problemlər əks olunmaqla yanaşı, onların həlli yolları, mexanizmləri də göstərilir. Məsələn, televiziya kanallarında dillə bağlı problemləri çözən, daha doğrusu, dilə nəzarət edən Bədii Şura deyilən mexanizmin yaradılması nəzərdə tutulub. Bütövlükdə isə bu sənəd dil daşıyıcısı olan hər kəsin məsuliyyətini artıracaq”.
    Küçə adları, afişa və reklamlarda Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarına qarşı ciddi tədbirlər görüləcək. Bu, ölkə Prezidenti İlham Əliyevin aprelin 9-da imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulub. Proqrama əsasən, 2013-2015-ci illər ərzində AMEA, Mədəniyyət və Turizm Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən bu istiqamətdə zəruri addımlar atılmalıdır. Yaxın iki ildə Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqini gücləndirmək üçün Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması nəzərdə tutulub. Bazanın yaradılması AMEA, Təhsil və Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri tərəfindən həyata keçiriləcək. 2013-2020-ci illər ərzində bu qurumlar tərəfindən Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətləri hazırlanacaq. AMEA Əlyazmalar İnstitutunda saxlanılan əlyazmalardan istifadəni asanlaşdırmaq məqsədilə “Əlyazmaların elektron kitabxanası” və internet portalı yaradılacaq. Proqrama əsasən, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və AMEA tərəfindən 2013-2015-ci illər ərzində beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sistemi yaradılacaq. Həmçinin yaxın 3 ildə AMEA, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Müəllif Hüquqları Agentliyi tərəfindən Azərbaycan dilində antiplagiat sistemin yaradılması nəzərdə tutulur.

    Dilimizin tədrisi metodikasının yeni standartları hazırlanacaq

    Azərbaycan dilinin tədrisi metodikasının təhsilin bütün pillələri üzrə yeni standartları da hazırlanacaq. Azərbaycan dilinin tədrisinin genişləndirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə “Nitq mədəniyyəti” fənninin tədrisi təmin ediləcək. Bununla yanaşı, 2013-2015-ci illər ərzində dövlət dilinin elm və təhsil müəssisələrində istifadəsi və tətbiqi ilə bağlı mövcud normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması AMEA, Təhsil və Ədliyyə nazirliklərinə həvalə olunub. Qloballaşma dövrünün tələblərinə uyğun olaraq AMEA Dilçilik İnstitutunun strukturunun təkmilləşdirilməsi və maddi-texniki bazasının müasirləşdirilməsinin təmin edilməsini həyata keçirməlidir.

    Bədii şuralar yaradılacaq

    Proqrama əsasən, kütləvi informasiya vasitələrində dövlət dilinin təbliğinin gücləndirilməsi işi Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Milli Televiziya və Radio Şurası və Mətbuat Şurasına tapşırılıb. Televiziya və radio verilişlərində, yazılı və elektron mətbuatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsinin təmin edilməsi həyata keçiriləcək. Dövlət proqramına əsasən, Milli Televiziya və Radio Şurası tərəfindən teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üçün bədii şuralar yaradılacaq.
    Azərbaycan dilinin tədrisinin genişləndirilməsi üçün 2015-ci ilə qədər xaricdəki diplomatik nümayəndəliklərdə əcnəbi vətəndaşlar, diaspor nümayəndələri və digər maraq göstərən şəxslər üçün təsərrüfat hesablı Azərbaycan dili kurslarının yaradılmasına dair təkliflər də hazırlanacaq. Bu işin həyata keçirilməsi Xarici İşlər, Təhsil, Mədəniyyət və Turizm nazirlikləri, AMEA və Diasporla İş üzrə Dövlət Komitəsinə həvalə olunub.

    Dilimizin “Qaynar xətt”i də olacaq

    Sənədə görə, “Qaynar xətt”in yaradılmasında məqsəd Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normalarına əməl olunmamasının, reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakını təmin etmək və operativ tədbirlər görməkdir. “Qaynar xətt”in yaradılması 2013-2014-cü illərdə həyata keçirilməlidir.

    “Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi ” İctimai  Birliyi

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 611
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30