Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Lökbatan qəsəbəsi və Qırmızı gölün ekoloji vəziyyəti
    Bağırsaq çöpü bakteriya qruplarının tərkibinə daxil olan şərti patogen (xəstəlik törədən) mikroorqanizmlər su hövzələri üçün çirkləndirici hesab olunur. Bu bakteriya qruplarının normativi məişət-fekal sularda 1 000 ədəd/litrdir. 

    Patogen mikroorqanizmlərin dəniz suyunda miqdarı çox olarsa, həmin sudan istifadə zamanı insanlar qanlı ishal, vəba, qarın yatalağı və s. xəstəliklərə yoluxa bilər. Bağırsaq çöpü bakteriya qrupu və şərti patogen bakteriya növü olan E.coli-nin miqdarının normadan çox olması və artması antropogen təsir nəticəsində baş verir ki, bu da su mühitində təbii mikrofloranın miqdarının azalmasına səbəb olur.
    Sintetik səthi aktiv maddələrə (SSAM) az miqdarda belə su hövzələrində rast gəlinməsi canlı orqanizmlərdə bioloji və biokimyəvi proseslərin gedişinə mənfi təsir göstərir.
    Asılı maddələrin miqdarının su hövzələrində normadan çox olması su mühitinin havalanmasını azaldır, eyni zamanda filtrator rolu oynayan və qida zəncirində yer alan faydalı su orqanizmlərinin inkişafına mənfi təsir göstərir. Çirkləndiricinin miqdarının artması antropogen təsir nəticəsində baş verir ki, bu da sözügedən su orqanizmlərinin nəinki inkişafına mənfi təsir göstərir, hətta onların məhvinə də səbəb ola bilər.
    Oksigenə biokimyəvi tələbat (OBT5) 5 gün ərzində biokimyəvi proseslərdə üzvi maddələrin oksidləşməsinə sərf edilən oksigenin miqdarını göstərir. OBT5- tullantı sularına aiddir.
    Ammonium ionları (NH4) su hövzələrinə məişət-fekal tullantı sularının davamlı axmasının təzahürüdür. NH4–ün qatılığının çox olması üzvi maddələrin parçalanması prosesinin davam etməsinə, bu da nəticədə suyun ekoloji və sanitar vəziyyətinin pisləşməsinə gətirib çıxarır.
    Nitritlərin (NO2) təbii sularda olması üzvi maddələrin parçalanması və nitrifikasiya prosesləri ilə əlaqədardır. Nitritlər təbii suların davamsız komponentləridir. Onların miqdarının çox olması su obyektinin çirklənməsini göstərir.
    Neft və neft məhsulları təbii suların əsas çirkləndiricilərindən biridir. Su hövzələrində neft məhsullarının miqdarı 0,1-1,0 mq/l olduqda planktonlar, yəni balıqların qidalandığı ibtidai orqanizmlər məhv olur.
    Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən ətraf mühitin mühafizəsi   istiqamətində keçirilmiş növbəti ekoloji monitorinq zamanı aşkarlanan nöqsanların aradan qaldırılması barəsində    
    proqnozlar  və təkliflər də irəli sürülüb. Belə ki, Qaradağ rayonunun ən böyük qəsəbələrindən biri olan Lökbatan qəsəbəsində formalaşan tullantı suların mərkəzləşdirilmiş qaydada nəqli üçün kanalizasiya sistemi, həmçinin təmizlənməsi üçün qurğular vaxtında inşa edilməzsə ətraf ərazilərin çirklənməsi, infrastrukturunun zədələnməsi, istehsalat ərazilərinin subasması, yuyulması, təmiz torpaqların çirklənməsi, deqradasiyası, rekreasiya əhəmiyyətli ərazilərin pozulması və ən başlıcası isə Xəzər dənizinin ekosisteminə mənfi təsirlərin artması baş verə bilər.
    Ə.Əmirov adına NQÇİ-nin sexlərində içməli suyun istifadəsindən yaranan tullantı sularının relyefə axıdılmasının, neftlə çirklənmiş ərazilərin təmizlənməməsinin, lay sularının bir qisminin düzgün idarə edilməməsinin qarşısı alınmazsa torpaqda, havada və suda çirklənmələr artaraq ekoloji tarazlığın pozulmasına gətirib çıxara bilər.
    Qaradağ rayonunun ən böyük qəsəbələrindən biri olan Lökbatan qəsəbəsində formalaşan tullantı sularının mərkəzləşdirilmiş qaydada nəqli üçün kanalizasiya sisteminin və təmizləyici qurğuların inşasına başlanılmalıdır.  
    Rayonda yerləşən Qırmızı gölün ətrafında tikinti işlərinin aparılması səbəbindən gölün torpaqlanaraq doldurulması, relyefin quruluşu, formalaşan tullantı sularının düzgün idarə edilməməsi və bu suların mədən sahələrindən keçməsi ilə əlaqədar olaraq ərazilərin bataqlıqlaşmasının, çirkab gölməçələrin çoxalmasının, Xəzər dənizinin və sahil zolağının çirklənməsinin qarşısının alınması istiqamətində aidiyyəti təşkilatlar tərəfindən tədbirlər görülməlidir;
    Ə.Əmirov adına NQÇİ-nin sexlərində tullantı sularının relyefə axıdılmasının və lay sularının bir hissəsinin düzgün idarə edilməməsi səbəbindən ərazilərin çirklənməsinin qarşısı alınmalı, həmçinin neftlə çirklənmiş torpaqlarda rekultivasiya işləri aparılmalıdır.

    Lökbatan qəsəbəsinin və Qırmızı gölün ekoloji vəziyyəti

    Lökbatan qəsəbəsi Qaradağ rayonunun ən böyük qəsəbələrindən biridir. Qəsəbə bir tərəfdən Puta, digər tərəfdən isə Qırmızı gölün əhatəsində yerləşir. Bu qəsəbədə formalaşan tullantı sularının idarə olunması baxımından ekoloji vəziyyət qeyri-qənaətbəxşdir. Belə ki, idarə olunması planına görə Lökbatan qəsəbəsində formalaşan tullantı suları qəsəbənin qərb hissəsində yerləşən Puta gölünə axıdılmalıdır. Lakin bu gölə yalnız qəsəbənin qərb hissəsində formalaşan tullantı suları öz axarı ilə axıdılır. Axıdılan tullantı suları isə bu göldə suyun səviyyəsini qaldıraraq avtomobil və dəmiryollarının altından yağıntı sularının ötürülməsi üçün qoyulmuş boru vasitəsi ilə Xəzər dənizinə tökülən Qırmızı gölə axır. Qəsəbənin şərq hissəsində yerləşən çoxmərtəbəli yaşayış binalarının tullantı suları isə nasosxanadan Puta gölünə çəkilmiş təzyiqli boru xəttinin və nasosxananın sıradan çıxması səbəbindən tullantı su qəbulu anbarından daşaraq nasosxana ətrafında gölməçə yaradır. Nəticədə həmin antisanitar ərazidən tullantı suları Qırmızı gölün Qu gölü adlanan hissəsinə tökülür. Eyni zamanda Qu gölünün də Xəzər dənizi ilə əlaqəsi var. 
    Qırmızı göl Puta körfəzinin yanında, Yasamal dərəsinin cənub, Hacı-Həsən gölünün isə cənub-qərb hissəsində yerləşir. Qırmızı gölün ərazisi təxminən 7,2 km2, suyunun həcmi isə 8,3 mln. m3-dir. Lökbatan qəsəbəsindən Puta burnuna qədər olan məsafəni əhatə edən göl avtomobil yolu ilə ayrılaraq şərq hissəsi Qu gölü adlandırılır. Həmin yolun altından qoyulmuş xüsusi borular vasitəsi ilə gölün suyu bir tərəfdən digər tərəfə axır. Bakı-Astara avtomagistral yolunun yenidən qurulması zamanı Qu gölünün suyunu Xəzər dənizinə axıdan böyük ölçülü boru dağıdıldığından, onun əvəzinə yeni kiçik ölçülü borular qoyulmuşdur. Hal-hazırda bu borular göl suyunu dənizə axıdıb çatdıra bilmədiyindən, digər tərəfdən göl sahilində aparılan intensiv tikinti işləri ilə əlaqədar torpaqlanaraq doldurulması nəticəsində suyun səviyyəsi həddən artıq qalxaraq Lökbatan yolunu yararsız vəziyyətə salır. Bu vəziyyəti aradan qaldırmaq məqsədi ilə Qırmızı gölün Azərbaycan Qaz Emalı Zavodu yaxınlığındakı hissəsindən dənizə yeni çıxış xətti açılmışdır (şəkil ). Bu çıxış xətti vasitəsi ilə gün ərzində 50 min m3-ə yaxın su axıdılır. Suyun axıdıldığı yerdə magistral yolun kənarında təxminən 6 ha sahədə bataqlıqlar və çoxsaylı gölməçələr də əmələ gəlmişdir. Ümumilikdə bu gölə Lökbatan qəsəbəsində gün ərzində formalaşan 10 min m3-dən artıq tullantı suları ilə yanaşı Hacı-Həsən gölünün artıq suları da axıdılır.
    Qırmızı göldən Xəzər dənizinə çəkilmiş yeni axardan təhlillər üçün götürülmüş su nümunəsində sintetik səthi aktiv maddələrin (SSAM) 2,4; nitritlərin (NO2) 3,4 və neft məhsullarının 16,8 dəfə normadan artıq olması müəyyən edilmişdir.
    Qırmızı gölün Xəzər dənizinə tökülən köhnə çıxışından təhlillər üçün götürülmüş su nümunəsində SSAM-ın 1,8; asılı maddələrin 2,5 və oksigenə biokimyəvi tələbatın (OBT5) 16,6 dəfə normadan artıq olması müəyyən edilmişdir. Mikrobioloji tədqiqatların nəticəsinə görə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının miqdarı-3 800 000 ədəd/litr, şərti patogen-xəstəlik törədən bakteriyaların (E.coli) miqdarı-881 000  ədəd/litrdir (coli indeks). Xəstəlik törədən bakteriyaların miqdarı normadan 881 dəfə çoxdur.
    Qırmızı gölün şərq hissəsi olan, Qu gölü kimi tanınan göl Lökbatan qəsəbəsinin təzə mikrorayon adlanan şərq hissəsindəki yaşayış massivində formalaşan məişət-fekal tullantı sularının və Hacı-Həsən gölündə səviyyəni tənzimləmək məqsədi ilə çəkilmiş xüsusi kanalla axıdılan suların hesabına formalaşmışdır. Göldən müxtəlif mənşəli tullantı suları təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılır.
    Puta gölü həm Lökbatan qəsəbəsində yerləşən yaşayış binalarına yaxın, həm də relyef baxımından aşağı səviyyədə yerləşdiyindən burada formalaşan tullantı suları Puta gölündə cəmləşir və dəmiryolunun altından xüsusi çəkilmiş kanal vasitəsi ilə Ə.Əmirov adına Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) III Neft-Qazçıxarma Sexi (NQÇS) ərazisindən Qırmızı gölə axıdılır. 
    Ə.Əmirov adına NQÇİ Lökbatan-Puta-Quşxana, Şabandağ-Şubanı-Yasamal dairəsi-Atəşgah, Korgöz-Qızıltəpə, Qaradağ, Qalmaz yataqlarında 420 quyuda neft-qaz hasilatını davam etdirərək ay ərzində 5499 ton neftlə yanaşı 3224 min m3 qaz və  51897 m3 lay suyu hasil edilir. Ay ərzində içməli suya olan tələbat 2220 m3 təşkil edir. Bu suların bir qismi, yəni NQÇS-də istifadədən sonra təmizlənmədən və zərərsizləşdirilmədən relyefə, digər bir qismi (inzibati binada) isə “Azərsu” Açıq Səhmdar Cəmiyyətin (ASC) yerli idarəsi ilə bağlanmış müqavilə əsasında Lökbatan qəsəbəsindəki kanalizasiya xətlərinə axıdılır. NQÇİ-də monitorinq keçirərkən məlum oldu ki, neftlə yanaşı hasil edilən lay suları bu sular üçün nəzərdə tutulmuş toplanma məntəqəsinə axıdılır. Oradan isə bir qismi uducu quyulara (II NQÇS-də 1169, III NQÇS-də 57, 81, 212, 1354 və 1802) nəql edilir, digər bir qismi isə texniki məqsədlər üçün istifadə edilir. Texniki məqsədlər üçün istifadə edilən lay suyuna baxış keçirərkən məlum oldu ki, əsaslı təmirdə istifadə edilən bu sular dövrü sistemdə olsa da, qismən quyu ətrafı ərazinin çirklənməsinə səbəb olur. Bundan başqa müəssisənin 2136 ha ümumi sahəsindən 533,5 ha-sı neftlə çirklənmiş torpaq sahələrindən ibarətdir. 
    Puta gölünün Qırmızı gölə çıxışından təhlillər üçün götürülmüş su nümunəsində NO2-nin 1,3; SSAM-ın 3,0 və asılı maddələrin 4,2 dəfə normadan artıq olması müəyyən edilmişdir. Mikrobioloji tədqiqatların nəticəsinə görə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının miqdarı-1 850 000 ədəd/litr, şərti patogen-xəstəlik törədən bakteriyaların (E.coli) miqdarı-261 000 ədəd/litrdir (coli indeks). Xəstəlik törədən bakteriyaların miqdarı normadan 261 dəfə çoxdur.
    Lökbatan qəsəbəsində, həmçinin ətraf sahələrdə formalaşan tullantı sularının idarə olunması və Qırmızı gölə axıdılan tullantı sularının qarşısının alınması məqsədi ilə həmin gölün ərazisində “Azərsu” ASC-nin sifarişi ilə bağlanmış müqaviləyə əsasən “Hidro Lotus” MMC tərəfindən gücü 200 min m3/gün olan təmizləyici qurğunun inşasına 22 oktyabr 2011-ci il tarixindən başlanılıb. Tikintinin başa çatdırılması 30 dekabr 2013-cü il tarixində nəzərdə tutulub.

    “Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 738
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30