Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Elşad İskəndərov: Azərbaycanda hicaba heç bir qadağa yoxdur
    Orta məktəblərdə hicab məsələsi ilə bağlı istər uyğun formulun tapılması, istərsə də bu sahədə aparılan maarifləndirmə işləri qız övladlarımızın müasir təhsildən kənarda qalmamasına yönəlib. Trend-in məlumatına görə, bunu 1 illik fəaliyyətinin yekunları ilə əlaqədar bır sıra kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib. E.İskəndərov qeyd edib ki, bəzi Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda hicaba heç bir qadağa yoxdur. Orta məktəblərdə vahid məktəbli formasının tətbiq edilməsi isə dini etiqad azadlığı ilə bağlı məsələ deyil, dövlətin dünyəvi təhsilinin prinsipidir: "Dövlət məktəbi uşaqlar üçün dövlətin təmsilçisidir. Cəmiyyətdə sosial ədalətsizliyə yol verməmək üçün Azərbaycan məktəblərində vahid məktəbli formasına keçilib. Bu proses əslində yetkinlik yaşına çatmayan uşaqların dini etiqad azadlığını da qoruyur. Hər uşağın gələcəkdə istədiyi dini və ona uyğun yaşam tərzini şüurlu şəkildə seçmək hüququ var. Eyni zamanda, az da olsa, məktəb təhsilindən kənarda qalmış balalarımız var. Onların və valideynlərinin narahatlığı anlaşılandır".

    Komitə sədri həmçinin qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təhsildə hicab məsələsi ilə bağlı dini icmalarla dialoq aparır və artıq problemin həlli istiqamətində bir sıra təkliflər səslənib. Bu təkliflər təhsilin dünyəvi xarakterinə və sosial ədalət prinsipinə əsaslanan vahid məktəbli forması tələbinə zidd gəlmədiyi təqdirdə tətbiq oluna bilər. Həmin təkliflərin müzakirəsi məqsədilə həm dini icmalarla, həm də valideynlərlə mütəmadi dialoq qurulur:
    "Məsələ təhsil qanunvericiliyinə aid olsa da və təhsil sistemi çərçivəsində həll olunmalı olsa da, burada dindarların fikirlərini əks etdirməklə Dövlət Komitəsi öz məsləhətlərini verə bilər. Bu istiqamətdə müvafiq işlər aparırıq".
    İskəndərovun sözlərinə görə, məsələni "hicaba qadağa problemi" kimi qabardan şəxslər və qruplar sözügedən ailələrin, valideyn və uşaqların yaşadıqları problemin həll edilməsi məqsədini güdmürlər və məsələnin sivil yolla həllinə də yardım etmirlər:
    "Onların məqsədi dini siyasiləşdirmək, dövlətlə dindarlar arasında uçurum yaratmaq və özlərinin siyasi məqsədlərinə nail olmaqdır. Bizə daxil olan məlumatlar da bunu təsdiqləyir".
    Komitə sədri "məktəblərdə hicaba icazə verilməməsi dindən çıxmaqdır" kimi fikirləri bolşeviksayağı yanaşma adlandırıb:
    "Bir qrup adam "hicaba icazə verilməməsi" bəhanəsi ilə qız övladlarımızın məktəbə getməməsinə çağırır, bununla da övladlarımızı təhsildən yayındırır. Bu cür çağırışların böyük əksəriyyəti dini icmalarda təmsil olunan valideynlərə yönəldiyi üçün mən həmin valideynlərə müraciət edirəm ki, övladlarının kimlərsə tərəfindən istifadə olunmasına yol verməsinlər. İslam həm də elmə əsaslanan dindir və bu dinin əsas prinsiplərindən biri təhsil almaq, oxumaq hüququdur və hətta zərurətidir. Qız övladlarını təhsildən yayındıran valideynlər bununla dinimizin də prinsipini pozurlar".

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 626
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30