Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Atmosfer havasının çirklənmə vəziyyəti
    Sistematik müşahidə nəticələrinin təhlili əsasında gündəlik olaraq atmosfer havasının vəziyyəti təhlil olunur, atmosfer havasının faktiki vəziyyəti qiymətləndirilir və növbəti gün üçün gözlənilən çirklənmə vəziyyətinin proqnozu müvafiq metodikaya uyğun olaraq tərtib edilir və xüsusi bülletenlər hazırlanaraq respublikanın qərar qəbul edən şəxslərinə, dövlət və icra orqanlarına, KİV-ə təqdim olunur və İnternetdə yerləşdirilir.

    Monitorinqin nəticələri göstərir ki, respublikanın iri sənaye şəhərlərində atmosfer havası bu şəhərlərdə fəaliyyət göstərən sənaye sahələrindən asılı olaraq, müxtəlif dərəcədə çirklənməyə məruz qalır. Bakı şəhəri üçün havanın spesfik çirkləndiricilərindən toz, dəm qazı, azot 4-oksid, his və furfurolun miqdarı ayrı - ayrı günlərdə yol verilən qatılıq həddini ötür. Sumqayıt şəhəri üzrə xlor, azot 4-oksid, hidrogen flüorid və digər spesifik çirkləndiricilər müşahidə edilmişdir. Gəncə şəhərində zərərli maddələrdən yalnız hidrogen flüoridin miqdarı normanı ötür. Şirvan şəhərində atmosferin azot 4-oksidlə çirklənməsi daha xarakterikdir. Naxçıvan, Şəki, Mingəçevir və Lənkəran şəhərlərinin atmosfer havasının çirklənməyə məruz qalmadığı müşahidə edilib.
    2000-ci ildə stasionar mənbələrdən atmosfer havasına atılan tullantıların ümumi miqdarı 515 min ton olduğu halda, 2009-cu ildə bu rəqəm 300 min ton təşkil etmişdir. Lakin son illər respublikada, əsasən də Bakı şəhərində avtonəqliyyat vasitələrinin sayının intensiv şəkildə artması səyyar mənbələr tərəfindən atmosferə atılan zərərli qazların miqdarını artırmışdır. 2009-cu ildə avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr ümumi tullantıların 70%-ni təşkil etmişdir. Aşağıda verilən diaqramlarda 2000-ci ildən başlayaraq ölkə üzrə atmosfer havasına atılan ümumi tullantıların miqdarı və 2009-cu ildə mənbələr üzrə atmosferə atılan tullantılar haqqında məlumatlar verilmişdir.

    Respublika üzrə atmosfer havasına atılan 
    tullantıların miqdarı min tonla (2000-2010-cu illər)

    Respublikamızın ərazisində atmosfer yağıntılarının kimyəvi tərkibi üzrə müşahidələr hər ay 21 məntəqədə aparılır.
    Atmosfer yağıntılarının tərkibində 11 kimyəvi göstərici-sulfatlar (SO42-), nitratlar (NO3-), ammonium ionu (NH4+), xlorid ionu (Cl-), fosfatlar (PO43-), hidrokarbonatlar (HCO3-), kalsium ionu (Ca2+), maqnezium ionu (Mg2+), codluq, elektrik keçiriciliyi və hidrogen göstəricisi (pH) təyin edilir.
    Kimyəvi tərkib mövsümi dəyişmələrə məruz qaldığı üçün qarışıqların qatılıqlarının miqdarı cari ilə görə orta qiymətlə hesablanır.
    Atmosfer yağıntılarının tərkibində olan qarışıqların qatılığının ümumi orta illik miqdarı üzrə müşahidə məntəqələri 3 qrupa ayrılır:
    I  qrupa qarışıqların qatılığı nisbətən az olan məntəqələr-Şəki, Lənkəran, Damarçın, Daşkəsən, Kəlvəz, Sabirabad, Mingəçevir, Zərdab aiddir. Bu qrup məntəqələrdə ionların qatılıqlarının ümumi miqdarı 41,3-91,3 mq/l-dir.
    II qrupa qarışıqların qatılığı nisbətən çox olan məntəqələr- Sumqayıt, Pirallahı, Neftçala, Ağstafa, Qobustan, Gəncə, Biləsuvar, Qəbələ və Xaçmaz məntəqələri aid edilmişdir. Ən az miqdar Ağstafa, ən çox miqdar isə Neftçalaya aiddir. Bu qrup məntəqələrdə ionların qatılıqlarının ümumi miqdarı 100,6-198,6 mq/l-dir.
    III qrupa Qırız və Pirallahı məntəqələri aid edilmişdır. Bu məntəqələrdə ümumi qarışıqların qatılığının aylıq miqdarı yüksək olub və 212,3-215,3 mq/l təşkil edib. Ən az miqdar Qırızda (212,3 mq/l), ən çox isə Pirallahıda (215,3 mq/l) müşahidə olunub. Müşahidələrin nəticələrinə görə respublika üzrə il ərzində orta hesabla atmosfer yağıntılarının kimyəvi tərkibinin 21,8%-ni sulfat, 4,4%-ni nitrat, 2,2%-ni ammonium, 13,3%-ni xlorid, 40,4%-ni hidrokarbonat, 0,3%-ni fosfat, 13,5%-ni kalsium və 4,1% -ni maqnezium ionları təşkil edib.

    “Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi


         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 680
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30