Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Elşad İskəndərovun Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə rəhbər təyin edilməsindən 1 il ötür

    Elşad İskəndərovun Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə rəhbər təyin edilməsindən 1 il ötür. Bir il ərzində Dövlət Komitəsinin fəaliyyətində bir sıra yeniliklər baş verib. Bu istər kadr siyasətində, istərsə də dini icmalarla işdə özünü göstərdi. Həmçinin Prezident İlham Əliyevin bu təyinatında müəyyən gözləntilər də var idi. bu gözləntilər özünü doğrultdu. Bəs ictimaiyyət təmsilçiləri Elşad İskəndərovun bu vəzifədə fəaliyyətini necə dəyərləndirərdiniz? 
    Modern.az bu mövzuda sorğu keçirib.

    Qənirə Paşayeva (millət vəkili): Bu bir il ərzində Elşad İskəndərovun fəaliyyətini çox müsbət qiymətləndirirəm. Zənnimcə, bu yalnız mənim fikrim deyil, ümumiyyətlə cəmiyyət bunu belə qəbul edir. Onun bölgələrə səfərləri, dini icmalarla, insanlarla görüşləri bu istiqamətdə yürüdülən siyasətin cəmiyyətə daha yaxşı çatdırılmasında mühüm rol oynayır. Maarifləndirmə sahəsində layihələri xüsusi ilə qeyd etmək istərdim. Beynəlxalq arenada görülən işlər, Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqda ən önəmli körpü olması istiqamətində aparılan işlər, ölkəmizin əldə etdiyi nailiyyətlərin, prezidentimizin həyata keçirdiyi siyasətin dünyaya çatdırılmasını da vurğulamaq istərdim. Təbii ki, bu fəaliyyətlərin ölkəmizin həm daxilində, həm xaricində artmasını pozitiv dəyərləndirirəm. Azərbaycanın ölkə hüdudlarından kənarda tanıdılması, ölkəmizlə bağlı doğru məlumatların yayılması, çatdırılması işləri getdikcə sürətlənir, artır. Buna görə də, təbii ki, biz Elşad İskəndərovun 1 illik fəaliyyətini müsbət qiymətləndirik. 
    Mirhəmid Məmmədov (İçərişəhər “Gileyli” məscidinin dini icmasının sədri):“Fəaliyyətini çox gözəl dəyərləndirirəm. Elşad müəllimin işə başlamasından sonra dini icmalarla təmaslar çox fəallaşdı. Bundan öncə bir durğunluq var idi bu sahədə. Eyni zamanda yeni sədrin səyləri nəticəsində bəzi icmaların mövqelərindəki sərtlikdə bir yumşalma hiss olunur. Həmçinin məscidlərin təmiri, bərpası, yenilərinin tikilməsində də, zənnimcə, Komitənin az fəaliyyəti yoxdur. Elə Sumqayıtda son günlər yaranmış problemin qısa zaman kəsiyində peşəkarcasına həlli də Komitənin yeni rəhbərliyinin fəaliyyətinin səmərəliyini göstərir. Elşad müəllimin rayonlara mütəmadi səfərləri və yerli dini icmalarla əlaqələri də dini icmalarla Komitə arasındakı əməkdaşlığın bariz nümunəsidir. Son bir ildə Bakıda bir çox beynəlxalq dini tədbirlərin təşkili də təqdirəlayiq prosesdir ki, burda da Elşad İskəndərovun əməyi danılmazdır”. 
    Robert Mobile: (Alban-Udi dini icmasının sədri): “Əlbəttə ki, qısa bir müsahibədə bu sualı tam əhatə etmək mümkünsüzdür. Əvvəla qeyd edim ki, Elşad İskəndərovun bizim icma ilə görüşə gəlməsi çox sevindirici haldır. Ümumiyyətlə isə onun fəaliyyətini müsbət dəyərləndirirəm. Bu sahədə son 1 ildə mühüm işlər görüb, demək olar ki, bütün dini icmaları fəallaşdırıb. Mən özüm son zamanlar 3 beynəlxalq konfransa qatılmışam. Təbii ki, bu da Komitə, bilavasitə Elşad İskəndərovun səyləri nəticəsində mümkün oldu. Hesab edirəm ki, Komitə sədrinin  zəhməti nəticəsində Azərbaycandakı mövcud tolerantlıq modeli bir qədər də təkmilləşib və onun xarici ölkələrdə geniş təqdimatına ehtiyac var”. 
    Şahin Həsənli (“Məşədi Dadaş” məscidinin axundu): “Hesab edirəm ki, Elşad İskəndərovun o vəzifəyə təyin edilməsi ilə dövlət-din münasibətlərində yeni bir mərhələ başladı. Dini icmalarla Komitə arasında etimad mühiti yaranıb və onlar hazırda sıx əməkdaşlıq edirlər, Komitənin təşkil etdiyi bir çox tədbirlərə icmaların nümayəndələri dəvət olunurlar və iştirak edirlər. Zənnimcə, burda yaranan etimad mühiti olduqca önəmlidir. Ümumiyyətlə Komitə tərəfindən bir çox dəyərli və yaddaqalan tədbirlər keçirildi. Fikrimcə, Xocalı soyqırımının ildönümündə Ağdamda Qarabağ azanının səsləndirilməsini xüsusi vurğulamaq lazımdır. Mən özüm də orda iştirak etdim və bəlkə də həyatımın ən həyəcanlı anlarından birini yaşadım. Olduqca orijinal tədbir idi. Bu, işğal altında olan Qarabağ torpaqlarının azadlığına İlahi bir çağırış, işarə idi. Eyni zamanda Komitə tərəfindən tolerantlıq mövzusunda da bir sıra tədbirlər keçirilib. Ümumilikdə, mən bu 1 ili çox pozitiv qiymətləndirirəm, bu zaman kəsiyində keçmişdən miras qalan bir çox problemlər həllini tapıb. Bir nüansı da qeyd edim ki, dini icmalarda müəyyən problemlər yarandıqda hələ icma Komitəyə müraciət etməmiş Komitədən əlaqə saxlayırlar və çətinliyi aradan qaldırmağa əməli yardım edirlər. Bizim də belə təcrübəmiz olmuşdu, yani biz Komitəyə müraciət etməmiş operativ şəkildə məsələyə münasibət bildirilmişdi. Bir sözlə, bu bir ili çox müsbət dəyərləndirirəm”. 
    Gennadi Zelmanoviç (Avropa Yəhudilərinin Bakı dini icmasının sədri ): “Mən onun fəaliyyətini müsbət dəyərləndirirəm. Elşad İskəndərov gəncdir və yeni vəzifədə çalışarkən bir çox yeniliklər tətbiq etdi rəhbərlik etdiyi sahəyə. Komitədə formalaşdırdığı kollektiv də əsasən gənclərdən ibarətdir. Problemlərimiz, çətinliklərimiz olduqda bizə ciddi dəstək verirlər, yardım göstərirlər. Elşad İskəndərovun gənclərə, gənclərin hərəkatlarına xüsusi diqqət ayırması da təqdirəlayiq haldır. Bir nümunə kimi Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş dini icmalar arasında futbol üzrə Tolerantlıq kubokunu göstərə bilərəm. Burda Azərbaycanın müxtəlif inanclı insanları bir araya gəldilər, bir daha vahid bir ailə olduqlarını nümayiş etdirdilər”.
    Rasim Xəlilov (“Həyat sözü” (xristian dini icmasının sədri): “Elşad İskəndərovun bu postdakı fəaliyyətini çox müsbət qiymətləndirirəm. İnanıram ki, gələcəkdə də Azərbaycan üçün, dinlərarası dialoq üçün yüksək nailiyyətlər əldə edəcək. Biz protestant kilsəyik, təqribən 2500 nəfər üzvümüz var. Biz 18 ildir ki, fəaliyyət göstəririk. Həmişə bu ölkədə özümüzü azad hiss etmişik. Amma məhz son bir il ərzində bizə xüsusi diqqətin olduğunu gördük. Komitə tərəfindən dəstəyi daim hiss edirik. Bir sözlə, Elşad İskəndərovun fəaliyyətindən tam razıyam. 
    Fuad Nurullayev (Qafqaz Müsəlmanları İdarəsini sədrinin müşaviri): “Mən nə deyə bilərəm? Normal qiymətləndirirəm. Mən bu işlərin içində deyiləm. Bu səbəbdən də, təbii ki, Elşad müəllim tam nə etməlidir, mən bilmirəm. İnsan fəaliyyətdədir, mən də onun fəaliyyətini bir vətəndaş kimi normal görürəm”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 571
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30