Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    AMEA-da struktur islahatlarına start verildi
    Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirildi. toplantını açan AMEA-nın prezidenti akademik Akif Əlizadə gündəlikdəki birinci məsələ ilə əlaqədar olaraq, Azərbaycanda elmi tədqiqatların və nəticələrin hazırkı keyfiyyətinin qiymətləndirilməsi zərurətindən qısaca danışdı. Möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"ya istinadən bildirdi ki, Respublikada aparılan bütün elmi-tədqiqat işlərinin müntəzəm ekspertizası keçirilməli, nəticələri və səmərəliliyi qiymətləndirilməlidir. 

    Adıçəkilən sənəddə bu məqsədlə nəzərdə tutulan tədbirlərdən biri kimi, bu gün alimlər ölkədə elmi tədqiqatların səviyyəsini qiymətləndirməyə, bu istiqamətdə müasir mexanizmləri işləyib hazırlamağa çalışırlar. Bütün bu işlər "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı" ilə tənzimlənir. Mövzuya dair çıxış üçün söz Milli Məclisin deputatı, Kibernetika İnstitutun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü professor Asəf Hacıyevə verildi. O, “Elmi araşdırmaların keyfiyyətini qiymətləndirən ekspert-statistik yanaşma” adlı məruzə ilə çıxış etdi. Natiq məlum strategiyaya əsaslanaraq xatırlatdı ki, ölkədə mövcud elmi tədqiqat müəssisələrinin elmi nəticələri, onlara ayrılan vəsaitlərin xərclənməsi və s. haqda məlumatlar mütəmadi toplanılmalı, təhlil edilməli və həmin təşkilatların fəaliyyətinin səmərəsini qiymətləndirməklə onların faydalı iş əmsalı müəyyənləşdirilməlidir. Millət vəkili qaldırılan məsələ istiqamətində son illər Kibernetika İnstitutunda aparılmış tədqiqatların  nəticələrini toplantı iştirakçılarına çatdırdı. Aparılan elmi tədqiqatların keyfiyyətini qiymətləndirmək üçün institutda yeni mexanizmin işlənildiyini bildirdi.
    Növbəti çıxış ölkədə ən aktual məsələlərdən biri və iclasın əsas məramı olan Rəyasət Heyətinin mərkəzi aparatında struktur islahatları barədə idi. İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü professor Rasim Əliquliyev bu mövzuda geniş məruzəsində bildirdi ki, sözügedən strategiya və dövlət proqramının qarşıya qoyduğu əsas vəzifələrdən biri elmin idarəetmə sisteminin modernləşdirilməsidir. Bu məsələ aprelin 24-də AMEA-nın yeni seçilmiş prezidenti akademik A.Əlizadənin çıxışında qabardılmış və AMEA-nın strukturunun elmi-innovativ əsaslarla təkmilləşdirilməsi vəzifəsi qarşıya qoyulmuşdur. Bu vəzifədən irəli gələrək ÀÌÅÀ Rəyasət Heyəti mərkəzi aparatının mövcud strukturu və ştat cədvəli daxilində müəyyən dəyişikliklər təklif olunmuş və müzakirə edilmişdir. Nəticədə yeni Elmi-Təşkilat və Analitika İdarəsi, Beynəlxalq Əlaqələr İdarəsi, Təhsil və kadrlar, Hüquqi təminat, İnnovasiya, İctimaiyyətlə əlaqələr şöbələri və Ümumi şöbənin təşkili qənaətinə gəlinmişdir. AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İşlər idarəsi, Maliyyə-iqtisad şöbəsi, Uçot və mühasibat hesabatı şöbəsi, I xü¬susi şöbə, II xüsusi şö¬bə, Xarici dillər kafedrası və Azərbaycanda Elmi İrsin toplanması və Sistem¬ləşdirilməsi Mərkəzinin struk¬tur¬la¬rı isə ştat cədvəlinə uyğun olaraq saxlanılır. Professorun çıxışından sonra qərar qəbul edilərək Rəyasət Heyətinin mərkəzi aparatının yeni strukturu təsdiq olundu.
    A.Əlizadə əlavə etdi ki, Rəyasət Heyətinin mərkəzi aparatının strukturundakı yeniliklər ümumən AMEA-da struktur dəyişikliklərinin başlanğıcıdır və bu istiqamətdə gələcək tədbirlərlə birgə Azərbaycan elminin inkişafına xidmət edir.
    Tədbirdə həmçinin AMEA-nın 6 bölməsi – Fizika-Riyaziyyat və Texnika, Kimya, Yer, Biologiya və Tibb, Humanitar və İctimai, Aqrar elmlər bölmələrində akademik-katibin müavini, elmi katib və büro üzvü vəzifələrinə yeni təyinatlar təsdiq olundu.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1076
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30