Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Milli Tolerantlıq Mərkəzinin beynəlxalq təqdimat mərasimi keçirilib
    Bu gün Bakı Biznes mərkəzində  II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən Milli Tolerantlıq Mərkəzinin beynəlxalq təqdimat mərasimi keçirilmişdir. Mərasimdə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyəli qonaqları  BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser, İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tveycri, bir sıra digər beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ölkəmizdə akreditə olmuş səfirlər iştirak etmişlər. Əvvəlcə, qonaqlara “Azərbaycan – Tolerantlıq məkanı” adlı qısametrajlı film təqdim edilmişdir.
    Tədbirdə ilk olaraq çıxış edən DQİDK sədri Elşad İskəndərov qonaqları salamlamış Milli Tolerantlıq Mərkəzinin yaradılmasının əsas məqsədləri və perspektiv fəaliyyət istiqamətləri barədə təqdimat etmiş, həmçinin ölkəmizdəki mövcud tolerantlıq barədə məlumat vermişdir. 

    BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Nasir Əbdüləzizəl-Naser çıxışı zamanı qeyd etmişdir ki, bu təşəbbüs Azərbaycanda dinlərarası münasibətlərin daha da möhkəmlənməsində xüsusi rol oynayacaqdır. 
    Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev artıq ikinci dəfədir ki, ölkəmizdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ilk tədbir olan Milli Tolerantlıq Mərkəzinin təqdimatında iştirak edən Forum iştirakçılarını salamlamış və bu təqdimatın təsadüfi olmadığını və Milli Tolerantlıq Mərkəzinin dinlərarası və mədəniyyətlərarası tolerantlığa töhfə verəcəyini qeyd etmişdir.  
    Çıxış edən İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tveycri Azərbaycanda olmaqdan məmnunluğunu ifadə etmiş və bildirmişdir ki, məhz Azərbaycanda Milli Tolerantlıq Mərkəzinin yaradılması vaxında atılmış addımdır. Əbdüləziz Osman əl-Tveycri dəfələrlə ölkəmizdə olduğunu və buradakı mövcud tolrant mühit haqqında məlumatlı olduğunu ifadə etmiş, bildirmişdir ki, bu dünyaya nümunə ola biləcək bir modeldir.
    Tədbirdə YUNESKO-nun baş direktoru İrina Bokovanın təbrik məktubu oxunmuşdur. 
    Daha sonra Milli Tolerantlıq Mərkəzinin ilk layihəsi olan “Azərbaycan – Tolerantlıq məkanı” təqdim olunmuşdur.  Təqdimatı dünya şöhrətli fotoqraf Reza Deqatı etmişdir. Qeyd edək ki, layihə çərçivəsində Azərbaycanda mövcud dini və tarixi-dini mərkəzlər, abidələr Reza Deqati tərəfindən fotolara köçürülmüşdür. 
    Digər çıxış edənlər də yeni yaradılan Milli Tolerantlıq Mərkəzinin gələcəkdə mövcud ənənələrə böyük töfhə verəcəyini diqqətə çatdırmışlar.
    Təqdimat mərasimində Milli Tolerantlıq Mərkəzi “Hörmət naminə birləş” adlı layihə çağırışının təqdimatı olmuşdur. Təqdimatda Azərbaycanda dövlət qeydiyyatından keçmiş müxtəlif dinlərə mənsub dini icmaların Milli Tolerantlıq Mərkəzinə birgə layihə təqdim etməklə maliyyələşdiriləcəyi vurğulanmış, qeyd edilmişdir ki, bu dinlərarası dialoqun daha da möhkəmləndirilməsinə xidmət edəcəkdir. 
    Sonda İSESKO və BMT Azərbaycandakı nümayəndəliyi ilə DQİDK arasında ikitərəfli əməkdaşlığa dair memarandum imzalanmışdır. 


         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 699
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30