Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Sələfi əqidəli dindarlar Sumqayıt Cümə məscidində problem yaradıb
    Son bir neçə gündə Sumqayıt Cümə məscidində yaranmış gərginlik Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin digər aidiyyəti qurumlarla birgə keçirdiyi tədbirlər nəticəsində aradan qaldırılıb. “Azadinform” xəbər verir ki, bu barədə Dövlət Komitəsinin Mətbuat xidməti məlumat yayıb.Xəbər verildiyi kimi, ötən həftənin sonlarından vəhhabi kimi tanınan sələfi əqidəli dindarlar kütləvi şəkildə Sumqayıt Cümə məscidinə gəlib, öz aralarından imam seçərək camaat namazı qılmağa başlayıblar. Onların mövcud dini icmanın razılığı olmadan və məscidə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən imam təyin edilmədən bu cür hərəkətlərə yol vermələri dini icmada və yerli ənənəvi dindarlar arasında narazılıq və gərginlik yaranmasına səbəb olub. Lakin dindarların və məscidin dini icmasının etirazına baxmayaraq, sələfi qrup məscidə gəlməkdə və ayrılıqda camaat namazı qılmaqda davam edib. Nəticədə məsciddə mövcud dini durum getdikcə gərginləşib, eyni zamanda, mürəkkəb vəziyyət yaranıb. 


    Dövlət Komitəsinin məlumatında deyilir ki, Sumqayıt Cümə məscidində yaranmış vəziyyət ilk gündən nəzarətə götürülüb və mümkün qarşıdurma hallarının olmaması üçün, o cümlədən şəhər İcra Hakimiyyəti və hüquq-mühafizə orqanlarının fəal iştirakı ilə, bütün zəruri tədbirlər həyata keçirilib. Eyni zamanda, yaranmış problemin həllində inzibatı güc amilindən istifadə edilməsinə yol verilməyib, məsələnin həllinə yalnız izahat və maarifləndirmə işinin aparılması yolu ilə nail olub. Belə ki, bu gün Dövlət Komitəsinin və Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri həm dini icmanın, həm də məscidə gələn qrupun nümayəndələri ilə görüşüblər. Bu sahədə mövcud qanunvericiliyin tələbləri, yaranmış vəziyyətə hüquq və din baxımdan real münasibət onların diqqətinə çatdırılıb. Mövcud vəziyyətin müzakirəsindən və aparılmış izahat işindən sonra qərara gəlinib ki, bundan sonra hər hansı məscidin və dini icmanın fəaliyyətinə bu şəkildə müdaxilələrə yol verilməsin. Eyni zamanda Sumqayıt – Abşeron bölgəsində bəzi məscidlərdə namazlar (xüsusilə cümə namazları zamanı) yaranan sıxlıq probleminin aradan qaldırılması müzakirə edilib.
    Dövlət Komitəsindən bildiriblər ki, hər bir müsəlman dindarın ölkənin hər hansı məscidində sərbəst ibadət etmək hüququ var. Eyni zamanda “Dini etiqad azadlığı haqqında” qanunvericiliyə əsasən Dövlət Komitəsi tərəfindən qeydə alınan dini icmalar fəaliyyət göstərdikləri məscidlərdə (söhbət konkret olaraq müsəlman dini icmalarından gedir) daxili nizam intizama görə məsuliyyət daşıdıqları üçün ibadətin, ümumilikdə dini ayinlərin keçirməsini təşkil edirlər. Həmçinin məscidlərdə bayram, cümə və vaxt namazları camaat halında QMİ tərəfindən təyin edilmiş imam və axundların rəhbərliyi ilə qılına bilər. Ayrı-ayrı dini qrupların məsciddə bir araya gələrək, dini icmanın tələblərinə məhəl qoymadan və onun daxili nizamnaməsini pozaraq, öz aralarından imam və ya axund seçərək camaat namazı qılmalarına yol verilmir. Çünki bu hal mövcud qanunvericiliyin tələbləri və dindarlar arasında qarşıdurma və ixtilafın yaranmaması, eləcə də məscidlərdə hərc-mərcliyə yol verilməməsi baxımından zəruridir. Bu, müsəlman ölkələrində, bütövlükdə İslam dünyasında qəbul olunmuş tarixi-ənənəvi qaydadır. 

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 695
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30