Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Təhsil sistemində İKT infrastrukturunun inkişafı
    Təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompüter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat işinin yaxşılaşdırılması istiqamətində aşağıdakı işlər görülmüşdür:


    Məlumat və Resurs Mərkəzi 

    İstifadəçiləri və Proqramları bir mərkəzdən idarə etmək üçün Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi nəzdində MRM yaradıldı. Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) İnternetə “giriş və çıxış nöqtəsi” olmaqla yanaşı, MRM, həmçinin təhsilə aid informasiya resurslarının toplandığı yerdir. Mərkəzdə xüsusi təhlükəsizlik qəfəsi qurulmuş, bütün avadanlıqların 24 saat və rezervli çalışması üçün hər cür texniki imkan yaradılmışdır.
    Xüsusi mərkəzləşdirilmiş antivirus proqram təminatı mərkəzə qoşulmuş məktəblərdəki kompüterləri avtomatik olaraq yeniləşdirir. Mərkəzə qoşulmuş məktəblərdəki kompüterlər birbaşa mərkəzdən idarə olunur ki, bu da kompüterlərin texniki xidmətinin səviyyəsini əhəmiyyətli dərəcədə artırır. Eyni zamanda xüsusi filtrasiya sistemi məktəblərə verilən İnternetin zərərli informasiyalardan təmizlənməsi kimi mühüm vəzifəni həyata keçirir.

    Avadanlıq təchizatı

    “2008–2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilmişdir.
    Dövlət proqramı çərçivəsində təhsil müəssisələrinə 5565 ədəd stolüstü kompüter,  1640 ədəd noutbuk və 1576 ədəd proyektor paylanmışdır. Hal hazırda ölkə üzrə ümumtəhsil məktəblərində 5-11 siniflərin sayına görə şagird kompüter nisbəti 1:16-ya çatdırılmışdır. Eyni zamanda Məlumat və Resurs Mərkəzi , o cümlədən 1700 təhsil müəssisənin təxminən 17 000 sinif otağı şəbəkə avadanlıqları ilə təchiz olunmuşdur.  Təhsil müəssisələri “Mimio”,  “Promethean” və “Smart” şirkətlərinin istehsalı olan 300-ə yaxın interaktiv lövhələr ilə təchiz edilmişdir.
    “2008–2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində təhsil müəssisələri şəbəkə avadanlıqları ilə təchiz edilmişdir. Eyni zamanda dövlət proqramı çərçivəsində Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində, habelə 60-a yaxın rayonda yerləşən təhsil müəssisələrində kompüterlərə texniki dəstək xidməti göstərilmişdir.
    Təhsil müəssisələrində yerləşən kompüter avadanlıqları 32 000 lisenziyalı proqram (MS Windows, MS Word) və 15 000 ədəd kompüter lisenziyalı antivirus paketi ilə təmin  olunmuşdur.
    Hazırda 1700 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) və İnternetə qoşulmuşdur. Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş məktəblər “Vebsens” proqramı vasitəsilə İnternetdə olan zərərli informasiyalardan qorunur.
    Pedaqoji heyət hazırlayan ali təhsil müəssisələrinin və pedaqoji ixtisasartırma institutlarının informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompüter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat işinin yaxşılaşdırılması, təhsil müəssisələrinin korporativ şəbəkə infrastrukturunun və intranet xidmətlərinin işlənilməsi və İnternet şəbəkəsinə çıxışının təmin olunması məqsədilə Azərbaycan Pedaqoji Universitetində kompüterlər quraşdırılaraq İnternetə çıxışla təmin edilmişdir. Eyni zamanda Təhsil Problemləri İnstitutunda, Azərbaycan Müəllimlər İnstitutunda, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda kompüter şəbəkəsi qurulmuş, İnternetə çıxış ilə təmin olunmuş və şəbəkə avadanlıqları  ilə təchiz olunmuşdur. Gəncə Dövlət Universiteti fiber-optik kanal vasitəsilə Təhsil Sisteminin İnternet və intranet şəbəkəsinə qoşulmuş, Azərbaycan Dillər Universitetində isə videokonfranslar keçirilməsi məqsədi ilə Tandberqlə təmin olunmuşdur.

    “Elektron Məktəb” layihəsi

    2009-cu ildən reallaşdırılmasına başlanmış “Elektron Məktəb” layihəsinə hazırda 50 təhsil müəssisəsi cəlb edilib. Bunlardan 43-ü ümumtəhsil müəssisəsidir. Bu layihənin məqsədi informasiya- kommunikasiya texnologiyalarının tədris sistemində geniş və hərtərəfli istifadəsi, o cümlədən əldə edilmiş müsbət nəticələrin Azərbaycanın digər tədris müəssisələrində tətbiqidir. Layihə çərçivəsində pilot məktəblərin müəllimləri İKT biliklərinin tədrisdə istifadə üzrə təlimlərdən keçmişdir. Həmin məktəblərdə elektron tədris resursları dərslərdə geniş tətbiq olunmaqdadır. Həmçinin “Elektron Məktəb” layihəsinə qoşulan məktəblərdə elektron jurnallardan və valideyn nəzarət sistemindən istifadə olunur. Bu həllər vasitəsilə məktəblərin daxili idarəetməsi həyata keçirilir, şagirdlərin qiymətləndirilməsi üçün elekton jurnallardan istifadə olunur, valideynlər öz uşaqlarının davamiyyətini onlayn rejimdə və ya SMS-lər vasitəsilə izləyə bilir.
    Pilot təhsil müəssisələri Cisco şəbəkə avadanlığı ilə təmin olunmuş və Azərbaycan Təhsil Şəbəkəsinə fiber-optik xətt vasitəsilə qoşulmuşdur. Eyni zamanda layihədə iştirak edən bütün məktəblərin hər bir sinif otağı İnternet, bir noutbuk və bir proyektorla təmin olunur.

    “1 şagird: 1 kompüter” layihəsi

    “2008–2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində “1 şagird : 1 kompüter” layihəsinin pilot tətbiqi başlamışdır. İlkin sınaq üçün layihəyə 15 pilot məktəb (Bakıdan 12 məktəb, Sumqayıtdan 2 məktəb və Xaçmazdan 1 məktəb) cəlb edilmişdir. Bu məktəblərə toplam olaraq 2277 təhsil üçün nəzərdə tutulmuş netbuklar paylanmış və məktəblərdə simsiz İnternet şəbəkəsi qurulmuşdur. Layihə çərçivəsində şagirdlərə verilən netbuklar genişzolaqlı simsiz İnternetə çıxış əldə etmək üçün təmənnasız olaraq 2277 ədəd USB tipli modem ilə təmin olunmuşdur. 
    Distant təhsilin inkişaf etdirilməsi və sağlamlıq imkanları məhdud olan uşaqların təhsil imkanlarını artırmaq məqsədi ilə “Elektron Təlimləndirən Sistemlər” adlı layihənin icrasına başlanmışdır. Layihə çərçivəsində 60 şagird və 10 müəllim heyətinə ən yeni texnologiya və proqram təminatları ilə təchiz olunmuş noutbuklar verilmiş, 60 şagirdin evinə İnternet xətti çəkilmiş, şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədilə 20 nömrəli məktəbdə Distant Təhsil Mərkəzi yaradılmış, Mərkəzin otaqlarında yüksək sürətli fiber-optik İnternet və intranet bağlantıları quraşdırılmışdır. Həmçinin müəllim, şagird və valideynlərin təhsil prosesinə cəlb olunması üçün www.mesafedenmekteb.edu.az portalı yaradılmışdır.
    Yeni layihəyə cəlb olunanlar kompüter, tədris üçün zəruri aksesuarlar, o cümlədən qrafik planşet və eyni zamanda qüsuru olanlar, əli ilə kompüterdən istifadə edə bilməyənlər “Traxus Roller Plus Joystick” avadanlıqları ilə təchiz olunur.

    Bu məqalə QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən layihə şərşivəsində hazırlanıb. “İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyi

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 888
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30