Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    EKOLOJİ GƏRGİNLİK QLOBAL PROBLEM KİMİ
    Son illər planetimizi narahat edən problemlərdən biri də dünyada ekoloji gərginliyin artması, ekoloji tarazlığın pozulmasıdır. Qlobal problemə çevrilən mövcud durum dünyanın düşünən beyinlərini olduqca diqqətli və həssas olmağa çağırır. Müharibələrin mənfi təsiri, sənaye, nəqliyyat tullantıları və digər bu kimi zəhərli kimyəvi maddələrin atmosferi çirkləndirməsi nəticəsində pozulmuş ekoloji tarazlıq indi bəşəriyyət qarşısında həlli çətin olan problemə çevrilib. Məhz bu səbəbdən  də ötən  ilin 7-18 dekabrında Danimarkanın paytaxtı  Kopenhagen şəhərində 100-dən artıq ölkənin siyasi liderləri, o cümlədən 60-dan çox prezident və Baş nazirin iştirakı ilə keçirilən sammit mövzunun aktuallığından xəbər verirdi. Sammitin əsas məqsədi BMT tərəfindən 1997-ci ildə qəbul olunmuş Kiot protokolunu əvəz edən beynəlxalq razılaşmanı işləyib hazırlamaqdır. İştirakçı ölkələrin heç birinin atmosferə atılan karbon qazlarının miqdarının azaldılması ilə bağlı öz üzərinə öhdəlik götürməmələri ortaq məxrəcin formalaşmamasına səbəb oldu. Çətin də olsa Kopenhagen sammitində 5 ölkə öz aralarında temperaturun 2 dərəcə azaldılması haqqında razılığa gəldilər.  


    Ekoloji problem dövlətin diqqətindədir

    Azərbaycanda bu məsələ dövlət siyasətində prioritet sahə kimi götürülüb və  Prezident İlham Əliyev 2010-cu ili ölkəmizdə “Ekologiya ili” elan edib. “Ekologiya ili” çərçivəsində Bakıda və Abşeron yarımadasında 3 milyondan çox ağacın əkilməsi, havanın çirkləndirilməsi və meşələrin qorunmasının qarşısının alınması, Bakı buxtası və neftlə çirklənmiş ərazilərin təmizlənməsi, paytaxtın kanalizasiya və içməli su probleminin həlli, məişət tullantılarının utilizasiyası və digər bu kimi tədbirlər görüldü. 
    Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov qeyd edib ki, Prezident İlham Əliyevin çağırışı ilə ölkədə yaşıllaşdırma kampaniyası başlayıb, yüz minlərlə ağac əkilib. Onun sözlərinə görə,  Azərbaycanın ekoloji cəhətdən ən təmiz ölkələrdən birinə çevrilməsi üçün bundan sonra da qəti addımlar atılacaq. 
     “Ekologi ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi Tədbirlər Planını hazırlayıb həyata keçirdi. Nazirliyin məlumatına görə, yaxın bir-iki ildə Abşeronda 3 milyon ağacın əkilməsi nəzərdə tutulub. Cari ilin sonuna kimi 2 milyon ağacın əkiləcəyi gözlənilir. “Ağacların əkilməsi ilə işlər məhdudlaşmır. Vacib məsələlərdən biri də əkilən ağaclara qulluq edilməsi və onların qırılmasının qarşısının alınmasıdır”,-deyə ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev əlavə edib. 

    Araz və Kürün suyu təmizlənir   

    Azərbaycan əhalisinin içməli su mənbələri sayılan Kür və Araz transsərhəd çaylarında ekoloji vəziyyətin gərginliyi də ciddi problemlər yaradan amillərdəndir. Ölkə vətəndaşlarının 70 faizinin içməli su kimi istifadə etdiyi bu çaylar mənbəyini Türkiyə ərazisindən götürür. Araz çayı Ermənistan və İran ərazisindən, Kür isə Gürcüstandan keçərək Azərbaycana daxil olur. Türkiyə ərazisindən çay təmiz şəraitdə sərhədi keçsə də Ermənistan və Gürcüstan ərazisində çirklənmələr hədsiz böyükdür. Araz çayından isə Qacaran, Qafan  Molibden dağ-mədən işlərinin bütün axıntıları, İrəvanın, Tiflisin bütün kanalizasiya suları həmin çaylara axıdılır. 
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq strukturunun apardığı mütəmadi monitorinqlərin nəticəsinə əsasən, Ermənistan və Gürcüstanda çirklənməyə məruz qalan Kür-Araz transsərhəd çaylarındakı vəziyyət ürəkaçan deyil. 
    Çirklənməsinə  baxmayaraq, Azərbaycanda Araz və Kür çaylarından içməli su kimi istifadə edilməsi üçün “Modul” tipli sutəmizəliyici qurğular quraşdırılır. Belə ki, hazırda 140-dan çox  kənddə təmizləyici qurğular quraşdırılaraq təhvil verilib. Görülən işlər nəticəsində 224 min əhali Avropa standartlarına cavab verən təmiz sudan istifadə edir. Hazırda ölkənin 60 kəndində təmizləyici qurğuların quraşdırılması işi gedir və yaxın gələcəkdə 800 min əhali təmizləyici qurğular vasitəsilə alınan sudan istifadə edəcək. 
    Xəzərin suyunun təmizlənməsi və ondan istifadə də gündəmdə duran məsələlərdəndir. Artıq Xəzər dənizi suyunun şirinləşdirilməsi üçün müvafiq qurğular quraşdırılır. ARDNŞ tərəfindən Çilov adasında həmin qurğular quraşdırılıb və ərazidə yaşayan əhali və orada fəaliyyət göstərən müəssisələr həmin sudan istifadə edirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istiqamətdə müvafiq şlər görür və bu qurğular ilk növbədə kəskin içməyə və suvarmaya ehtiyac olan yerlərdə quraşdırılacaq. 

    Mütəxəssislər ekoloji terrorun dayandırılmasını istəyir

    İnsanlar arasında  ekoloji mədəniyyətin,  təfəkkürün, təhsilin formalaşması mövcud vəziyyətin qarşısının alınması istiqamətində atılan addım kimi dəryərləndirilir. Müxtəlif ekspertlərin əksəriyyətinin qənatinə görə, insan təfəkküründə ekoloji maarifçiliyin formalaşdırılması üçün bu prosesə uşaqlıqdan başlamaq lazımdır. Burada ailənin, daha sonra isə müəllimlərin üzərinə böyük məsuliyyət düşür. 
    ADAU-nun professoru, ekologiya mükafatı laureatı Eldar Hüseynov tövsiyyə edir ki, ölkəmizdə ekologiyaya aid yeni dərsliklərin, dərs vəsaitlərinin hazırlanmasına xüsusi ehtiyac var. Onun sözlərinə görə, qiymətli dərsliklərin nəşri üçün müsabiqələr keçirilməli, görkəmli alimlər bu işə cəlb olunmalıdırlar. Eyni zamanda, onlara lazımi şərait yaradılmalı, alimlər həvəsləndirilməlidir. “Unutmamalıyıq ki, hazırkı dövrdə əhali və ictimaiyyət arasında ekoloji təbliğatın aparılmasının çox böyük əhəmiyyəti var. Əgər əhali bilsə ki, meşələrin, ağacların qırılması, yaşıllıqların məhv edilməsi hansı neqativ ekoloji böhranlarla nəticələnir, zənnimizcə, onda heç kim əlinə balta, mişar alıb meşəyə qənim kəsilməz. Meşə habelə atmosferin oksigen "fabrik"idir, onun qırılması havada oksigen aclığı - hipoksiya törədir, nəticədə ozon təbəqəsi zədələnir, torpaq eroziyaya, deflyasiyaya, deqradasiyaya uğrayır, nəmliyini itirir, sürüşmələr, uçqunlar, kəskin iqlim dəyişkənlikləri, güclü küləklər, qasırğalar, tufanlar, quraqlıq, səhralaşma, təbii və ekoloji fəlakətlər baş verir”,-deyən E.Hüseynov əlavə edib ki, bir hektar meşə, kol və yaşıllıq sahəsi ildə 4,6-6,5 ton karbon qazı udur, 3,5-5,0 ton oksigen ixrac edir. Meşə və yaşıllıqlar həm də atmosfer havasında olan tozları və zəhərli qazları udaraq onu təmizləyir və havanı saflaşdırır, müxtəlif fauna növləri, xüsusilə, quşların çoxalmasını, populyasiyasını, inkişafını təmin edir. “Heç şübhəsiz ki, biz ekoloqlar əhaliyə bu barədə vaxtaşırı məlumatlar verə bilsək, meşə "terrorçuları" həmin ekoloji cinayətdən əl çəkər, ibrət dərsi götürər”. 
    AMEA Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, kənd təsərrüfatı elmləri namizədi Ənvər Əliyev isə qeyd edir ki, son beş illə müqayisədə 2010-cu ilin yaz fəslinin ilk aylarında torpaq sürüşməsinin daha çox artması təkcə təbii səbəblərlə bağlı deyil. İnsanın təsərrüfat fəaliyyəti nəticəsində yaranan antropogen amillərin də sürüşmə hallarının artmasında böyük rol oynadığını səbəb gətirən Ə.Əliyev bildirir ki, meyllilik dərəcəsi yüksək olan dağ yamaclarında yolların çəkilməsi, bununla da yamacların dayanıqlıq dərəcəsinin azalması, meşələrin kütləvi şəkildə qırılması, dağ yollarında ağır tutumlu yük maşınlarının hərəkəti, çirkli məişət sularının axması sürüşməyə səbəb olan antropogen amillərdəndir. Ə.Əliyev əlavə edir ki, təkcə may ayında son 50 illə müqayisədə yağıntının aylıq normadan 1,5 dəfə artıq olması meyllilik dərəcəsi yüksək olan ərazilərdə sürüşmə hallarının intensivləşməsinə səbəb olub. “Adətən torpaqlar su keçirməyən gilli suxurlar üzərində formalaşdıqda, düşən yağıntıların çox olması nəticəsində sürüşmə halları intensivləşir. Çünki yağış alt qatlara keçə bilmir və nəticədə torpaq sürüşməsi baş verir”. 

    Sürüşmə intensiv hal alıb

    Yeri gəlmişkən, son zamanlar Azərbaycan ərazisində sürüşmə halları demək olar ki, intensiv hal alıb. Alimlərin qənaətinə görə, sürüşmə, sel, daşqın və digər təbii fəlakətlərin nisbətən qarşısının alınması üçün vaxtında müəyyən tədbirlər görülməlidir. Elə bu səbəbdəndir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya İnstitutu AMEA-nın Coğrafiya İnstitutunun alimləri ilə birgə sel xəritəsi və sel kataloqu hazırlayıb. Sel xəritəsi və kataloqunda sel təhlükəsi gözlənilən ərazilər göstərilir. Xəritə və kataloq çap edilərək qabaqlayıcı tədbirlər görmək üçün bütün müvafiq dövlət qurumlarına göndəriləcək. 

    Yayıma hazırladı: “Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1001
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30