Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Ağ ölümdən sağlam həyata
    Bu gün ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əsaslı tədbirlər həyata keçirilir. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə Prezident İlham Əliyevin qayğısı ilə əhatə olunmuşdur. Ölkə başçısının mütəmadi diqqətində olan bu vacib məsələ ilə bağlı həm də aidiyyəti dövlət orqanlarının qarşısında konkret vəzifələr qoyulmuşdur. Prezidentin 2007-ci il 28 iyun tarixli 2271 nömrəli Sərəncamı təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci illər)”dan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu aidiyyəti nazirlik, komitə və təşkilatlarla birlikdə bir sıra əməli praktik tədbirləri həyata keçirmişdir.


    Təhsildə antinarkomaniya tədbirləri...

    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu ötən il Qaradağ, Sabunçu, Nəsimi, Xətai, Nizami, Suraxanı rayonlarında, eyni zamanda Azərbaycan Müəllimləri İnstitutunda və Azərbaycan Dillər Universitetində və “Narkomanlığın profilaktikasında təhsil müəssisələrinin rolu” və “Narkomanlıq ağ ölümdür” mövzularında toplantılar təşkil edərək qısa metrajlı filmlər göstərmişdir.
    Komissiya sədrinin Sərəncamı ilə yaradılmış ekspert qrupu  â€śAzərbaycan Respublikasında opioidəvəzedici müalicənin genişləndirilməsinin mümkünlüyü üzrə Milli fəaliyyət planı”nın layihəsini hazırlamış, rəy və təkliflər üçün Komissiyanın üzvlərinə təqdim etmişdir.
    BMT-nin Narkotiklər və Cinayətkarlıq idarəsi tərəfindən təşkil edilmiş Narkotik Vasitələr üzrə Komissiyanın sessiyasında aidiyyəti qurumlarınm nümayəndələri iştirak edərək, Azərbaycan Respublikasının bu sahədə gördüyü işləri iclas iştirakçılarının diqqətinə çatdırmış və digər ölkələrin nümayəndələri iştirak edərək, Azərbaycan Respublikasının bu sahədə gördüyü işləri iclas iştirakçılarının diqqətinə çatdırmış və digər ölkələrin nümayəndələri ilə fikir mübadiləsi aparmışlar.
    Təhsil, Gənclər və idman, Səhiyyə nazirlikləri, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ölkə başçısının təsdiq etdiyi proqramın müvafiq bəndlərindən irəli gələn vəzifələrin icrası ilə bağlı bir sıra işlər həyata keçirmişlər.
    Belə ki, Təhsil Nazirliyi narkomanlığın profilaktikası istiqamətində orta və ali təhsil müəssisələrində şagird və tələbələr arasında inşa yazı və rəsm müsabiqələri təşkil etmiş, eyni zamanda müxtəlif beynəlxalq humanitar təşkilatların maddi və təşkilatı dəstəyi ilə uşaq və gənclərimizə sağlam həyat tərzinin aşılanması istiqamətində geniş miqyaslı layihələr həyata keçirmiş, bu təşkilatlarla birgə müxtəlif dərs vəsaitləri, xüsusi kurikulumlar hazırlanmış, bunların əsasında ümumtəhsil məktəblərində və məktəbdənkənar müəssisələrdə xüsusi kurslar tədris olunmuşdur.
    BMT-nin Qlobal Fondunun maliyyə və YUNİSEF-in texniki dəstəyi ilə ümumtəhsil məktəblərinin 1-11-ci sinilərində fakultativ məşğələlər üçün nəzərdə tutulmuş saatlar hesabına həftədə 1 saat “Həyatı bacarıqlara əsaslanan təhsil” adlı fakultativ kurslar təşkil edilmişdir.
    Təhsil Nazirliyinin xətti ilə müəllimlər ixtisasartırma, təkmilləşmə və ixtisasdəyişmə kurslarına cəlb olunaraq, narkomanlıq probleminin müxtəlif aspektləri ilə bağlı respublikanın bu sahədə tanınmış mütəxəssislərini cəlb etməklə mühazirələr oxunmuş, şagirdlərin sərhəd zastavalarına ekskursiyaları təşkil olunmuş, qaçaqmalçılıq yolu ilə daşınan narkotiklər barədə gənc nəslə və təhsil işçilərinə məlumat verilmişdir.

    Narkomanların müalicəsinə dövlət dəstəyi

    Səhiyyə Nazirliyi narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinin tənzimlənməsi və onların sui-istifadəsi ilə əlaqədar mübarizə tədbirlərini gücləndirmək məqsədilə müasir telekommunikasiya və informasiya texnologiyalarının imkanlarından istifadə etməklə, narkoloji tibb müəssisələrinin fəaliyyətinin təkmilləşməsinə nail olmuşdur. Narkoloji müəssisələrin əməkdaşları vaxtaşırı istər respublika, istərsə də beynəlxalq arenada keçirilən seminarlarda, treninqlərdə, elmi praktik konfranslarda iştirakçı olaraq, bu ölkələrdə əldə etdikləri təcrübələri öz praktiki işlərinə tətbiq etmişlər.
    2010-cu ildə Avstriyanın Zalsburq şəhərində “Narkomanlığın müalicəsində yeni üsulların tətbiqi və ziyanın azaldılması proqramları haqqında məlumatlar” , BMT-nin Azərbaycan nümayəndəliyinin xətti ilə təşkil olunmuş “Orta Asiya Respublikaları və Azərbaycanda İİV/QİÇS-in profilaktikası və psixotrop maddələrdən istifadə edənlər arasında psixoterapiyanın təşkili” mövzulaırnda keçirilən seminarlarda tibb mütəxəssisləri iştirak etmiş, onlara sertifikatlar təqdim olunmuşdur. Narkomanlığa düçar olmuş şəxslərin müalicə və reabilitasiyası sahələrində çalışan mütəxəssis həkimlər hər il olduğu kimi Ə.Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində “Narkologiya, davranış pozuntuları və psixoaktiv maddələrdən asılılığın formalaşmasının xüsusiyyətləri” üzrə 2 və 3 aylıq təkmilləşdirmə və ixtisasartırma kurslarına cəlb olunmuşlar.
    Narkoloji Dispanserlərə müraciət edən bütün şəxslərin anonimliyi tam təmin edilməsi məqsədi ilə narkoloji tibb müəssisələrinin nəzdində anonim kabinetlər fəaliyyət göstərir ki, bunların əsas iş prinsipi erkən aşkarlanma əmsalını artırmaqla yanaşı, narkomanlığa qarşı profilaktik tədbirlərin keçirilməsidir. Eyni zamanda müraciət edən xəstələr İİV/QİÇS-ə, Hepatit B və C virus infeksiyalarına və zöhrəvi xəstəliklərə görə, müayinə olunurlar. Xəstələrin müalicə və müayinə prosedurları və onlara göstərilən tibbi xidmətin yaxşılaşdırılması məqsədilə dispanser tam olaraq dərman vəsaitləri ilə yanaşı, müasir tibbi avadanlıqlarla da təmin edilmişdir. Biokimyəvi diaqnostika testləri və narkotiklərdən sui-istifadə edən şəxslərin aşkar edilməsinin tibbi-texniki vasitə və metodlarının təkmilləşdirilməsi üçün xarici ölkələrin təcrübəsindən istifadə etməklə təhqiqat işlərinin aparılması, həmçinin belə avadanlıqların əldə edilməsi perspektivləri öyrənilir.
    Səhiyyə Nazirliyi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin narkoloji tibb müəssisələrində iş fəaliyyətini yüksəltmək üçün yardım göstərir və azadlıqdan məhrum olan şəxslərin məcburi müalicəsinin təşkili istiqamətində birgə işlər həyata keçirirlər. Məcburi müalicə müddəti başa çatdıqdan sonra xəstələr haqqında məlumatlar müvafiq şəhər-rayon məhkəmələrinə verilərək, qeydiyyatda olduları rayon üzrə dispanserizasiyaya cəlb olunurlar.Ötən ildə 6 nəfər belə xəstə stasionara qəbul olunmuşdur.
    Respublika QİÇS-lə Mübarizə Mərkəzi və Respublika Narkoloji Dispanserində qeydiyyatda olan xəstələrin, həm də penitensiar sistemində olan narkotik istifadə çilərin müayinəsi həyata keçirilir. Ötən ilin 6 ayı ərzində 1280 nəfər vendaxili narkodik istifadəçisi İİV infeksiyasına müayinə olunmuş, onların 24 nəfərində həmin infeksiya aşkar edilmişdir. İl ərzində yoxlanan 2572 nəfər Azərbaycan vətəndaşından 1634-də (63,5%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir.
    Ötən ilin 1 noyabr tarixinə metadonla əvəzedici müalicə proqramında iştirak edənlərdən 55 nəfərini İİV infeksiyasına yoluxmuş şəxslər təşkil etmiş, onlardan 18 nəfəri yüksəkeffektli antiretrovirus terapiyasına cəlb edilmişdir. 

    Narkomanların ümumi sayı baş ağrıdır

    Respublika Narkoloji Dispanserində narkotik istifadəçilərin ümumi sayı 25489 nəfər olub. Onlardan 19541-i dispanser, 5327-si profilaktik və 621-i anonimdir. Qadınların ümumi sayı isə 488 nəfər, toksikomanların sayı 129 nəfər, il ərzində qeydiyyata götürülənlərin sayı 2353 nəfər, qeydiyyatdan çıxanların sayı isə 791 nəfər olub.
    Narkotik vasitələrdən istifadə edən yaş qrupları: 18-29 yaş arası-3119, 30-39 yaş arası-5564, 40-59 yaş arası isə 10856 nəfərdir. İstifadə olunan narkotik vasitələrin növlərinə görə, kannabis qrupuna daxil olanlar 5395 nəfər, opiod qrupuna aid olanlar isə 14146 nəfər təşkil etmişdir.
    Ötən ildə Zərərin Azaldılması və İİV/QİÇS-in profilaktikası sahəsində QHT-lərin sayı 15-ə çatdırılıb, onlar Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Goranboy, Qazax, Naxçıvan, Cəlilabad, İmişli, Beyləqan, Fizuli, Saatlı, Biləsuvar, Kürdəmir və Qax rayonlarında fəaliyyət göstərirlər. Qlobal Fondun Layihəsi çərçivəsində İİV/QİÇS-ə və CYYX-ə (cinsi yolla yayılan xəstəliklər) yüksək risk qrupuna aid olan inyeksion narkotik istifadəçiləri, seks işçiləri, qeyri-ənənəvi cinsi münasibət tətbiq edən şəxslər, küçə uşaqları və məhbuslar arasında qabaqlayıcı və maarifləndirici tədbirlər həyata keçirilmişdir.
    Zərərin Azaldılması və İİV/QİÇS üzrə prqoramların fəaliyyəti çərçivəsində əhatə olunmuş və şprislərin dəyişdirilməsi xidmətindən istifadə edən inyeksion narkotik istifadəçilərin sayı 3091 nəfər; paylanmış şprislərin sayı 159818 ədəd; geri qaytarılmış şprislərin sayı 43791 ədəd olmuşdur.  

    Narkoticarətin qarşısı alınır

    Ötən il hüquq-mühafizə orqanları müvafiq qurumlarla birlikdə yabanı halda bitən 137 818 və 37 474 kq narkoxassəli bitkilər aşkar edərək məhv etmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əmliyyat-axtarış tədbirləri nəticəsində 3197 cinayət faktı aşkar edilmiş, onlardan 1115-i satış, 1970-i saxlama, 105-i əkin, 7-si isə digərləri olmuşdur. Qanunsuz dövriyyədən 2 ton 400 kq-dan artıq müxtəlif narkotik vasitələr, o cümlədən 331 tondan artıq narkoxassəli bitkilər götürülmüşdür. Ötən illə müqayisədə 63 cinayət faktı az olmaqla, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin miqdarında da 100 kq-a yaxın azalma müşahidə olunmuşdur.
    Cinayət məsuliyyətinə 2604 nəfər cəlb olunmuşdur ki, onlardan 65-i xarici ölkə vətəndaşlarıdır. Bunlardan 30-u İran İslam Respublikası, 17-si Rusiya Federasiyası, 17-si Gürcüstan, 1-i isə Ukrayna vətəndaşlarıdır. 2009-cu illə müqayisədə cinayət məsuliyyətinə cəlb olunanların sayı 137 az nəfər olmuşdur.
    Daxili İşlər Nazirliyi 3018 cinayət faktı aşkar edərək,  qanunsuz dövriyyədən 659 kq 906 qr müxtəlif növ narkotik vasitələr aşkar etmişdir (marixuana -375 kq 528 qr, həşiş-155 kq 839 qr, tiryək-23 kq 125 qr, heroin – 85 kq 194 qr və digərləri- 20 kq 632 qr). 
    Milli Təhlükəsizlik Nazirliyi narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə bağlı 36 cinayət işi üzrə 1 ton 183 kq 700,845 qr müxtəlif növ narkotik vasitələri müsadirə etmişdir (heroin-15 kq 741,805 qr, tiryək-22 kq 533,7 qr, həşiş- 1 ton 145kq 299,34 qr, kokain-126.0 qr).
    Dövlət Gömrük Komitəsi tərəfindən narkotiklərlə mübarizə tədbirləri nəticəsində 147 fakt aşkar edilmiş, bu faktlar üzrə 319 kq 098 qr narkotik, o cümlədən 224 kq 288 qr həşiş, 42 kq heroin, 34 kq 47 qr tiryək, 28.6 qr marixuana, 574 qr psixotrop maddə, 7,6 qr metadon, 17 kq 272 qr metamfetamin maddəsi tutulmuşdur.
    Dövlət Sərhəd Xidməti narkotik vasitələri dövlət sərhədindən keçirməyə cəhd göstərən 130 nəfərdən (95 nəfər Azərbaycan, 33 nəfər İran İslam, 1 nəfər Özbəkistan və 1 nəfər Gürcüstan vətəndaşları) 235 kq 670,4 qr (heroin-41 kq, 445,9 qr, həşiş-143 kq 337 qr, tiryək - 46 kq 66.7 qr, marixuana - 37,4 qr, nas-1 kq, 600 qr və həb – 3 kq 183,4 qr) və 9 halda sahibsiz 50 kq 383 qr (heroin-5 kq, həşiş-29 kq 380 qr, tiryək - 16 kq 3 qr) narkotik vasitə aşkar edərək götürmüşdür.
    Həmçinin keçirilən əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində sərhədçilər tərəfindən 11 ton 51 kq narkoxassəli yabanı bitkilər aşkar edilərək aidiyyəti qurumların iştirakı ilə məhv edilmişdir.

    Əyalətlərə diqqət artır

    Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birlikdə 2010-cu il mayın 1-də Lənkəran şəhərində “Cənub rayonlarında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyətinə dair” konfrans keçirmişdir. Baş nazirin müavini, Dövlət Komissiyası sədrinin rəhbərliyi ilə keçirilən tədbirdə komissiyanın üzvləri, cənub rayonlarının İcra Hakimiyyətinin başçıları, hüquq-mühafizə orqanlarının şəhər-rayon şöbələrinin rəisləri, Mərkəzi Rayon Xəstəxanaların baş həkimləri, gənclər və idman idarələrinin rəisləri, təhsil şöbələrinin müdirləri, cənub bölgəsindəki ali və orta ixtisas müəssisələrinin rəhbərləri iştirak etmişlər. toplantıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, belə maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması müvafiq qurumların rəhbərləri qarşısında mühüm vəzifə kimi qoyulmuşdur.

    Gənclər vaxtlarını səmərəli təşkil etməlidirlər

    Gənclər və İdman Nazirliyi gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə respublikanın bir çox şəhər-rayonlarında müxtəlif növ idman yarışları keçirmiş, qaliblərə həvəsləndirici mükafatlar təqdim etmişlər. Nazirliyin yerli idarələri yeniyetmə və gənclərlə görüşlər təşkil edərək, problemin nəticələri barədə fikir mübadiləsi aparmışlar.
    Prezident İlham Əliyevin tapşırığına əsasən ölkə ərazisində aparılan abadlıq və quruculuq işləri ilə yanaşı, respublikanın şəhər-rayonlarında olimpiya idman komplekslərinin inşa etdirilməsi gənclərin idmana marağının artmasına səbəb olmuşdur. Son dövrlərdə idmançılarımızın dünya miqyasında yüksək nailiyyətlər əldə etmədi bunun bariz nümunəsidir.


    Amil Mahmudov

    “Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyi

        Âęîíňŕęňĺ Ěîé Ěčđ ß.đó Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 725
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30