Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İlham Əliyev: “Biz öz dini və milli ənənələrimizə sadiqik”
    "Şamaxı “Cümə” məscidin Azərbaycan tarixində xüsusi yeri var". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı “Cümə” məscidinin açılışında deyib.
    Dövlət başçısı vurğulayıb ki, bu Azərbaycanın ən qədim məscididir: “Bu məscid 743-cü ildə tikilmişdir. Azərbaycanda, bütün Qafqazda islam dininin yayılmasında Şamaxı Cümə məscidinin çox böyük rolu olmuşdur. Əfsuslar olsun ki, təbii fəlakətlər nəticəsində məscid iki dəfə dağıntılara məruz qalmışdır. 

    1859-cu və 1902-ci illərdə Şamaxıda baş vermiş güclü zəlzələlər nəticəsində məscidin böyük hissəsi dağılmışdır. Ondan sonra 1918-ci ilin mart ayında soyqırımı zamanı bu məscid vəhşi erməni quldur dəstələri tərəfindən yandırılmışdır.
     Bu məsciddə sığınacaq tapmaq istəyən mindən yuxarı günahsız insan, – onların arasında uşaqlar və qadınlar da olmuşdur, - ermənilər tərəfindən yandırılmışdır. Vəhşi erməni quldur dəstələri sonra da Xocalı soyqırımını törətmişlər. Bu soyqırımı nəticəsində 613 dinc, günahsız insan həlak olmuşdur, onlardan 63-ü uşaq, 100-dən çoxu qadın idi”.
    Prezident bildirib ki, bu gün Şamaxı Cümə məscidi yenidən yaşayır, öz qapılarını dindarların üzünə açmışdır. Azərbaycan dövləti bu məscidin bərpası üçün bütün lazımi tədbirləri görmüşdür. Sovet dövründə təbii ki, məscid fəaliyyət göstərmirdi.
    “2009-cu ildə mənim tərəfimdən Şamaxı Cümə məscidinin əsaslı təmiri ilə bağlı müvafiq Sərəncam verilmişdir və 2010-cu ildən gərgin işlərə başlanmışdır. Mən şəxsən hər il burada gedən tikinti-quruculuq işləri ilə tanış olurdum, göstərişlərimi verirdim və əsas məqsəd ondan ibarət idi ki, məscidin tarixi hissəsi qorunsun, saxlanılsın.
    Bax, bu sütunlar, divarlar tarixi divarlardır. Beləliklə, bu gün məscidin həm daxili tərtibatı, həm xarici görünüşü zövq oxşayır. Bir daha demək istəyirəm, ən önəmli məsələ odur ki, qədim divarlar, daşlar qorunub, eyni zamanda, yeni tikililər də əlavə olunubdur”.
    Dövlət başçısı qeyd edib ki, bu, əslində Azərbaycanda bütövlükdə gedən işlərin təzahürüdür.
    “Biz bütün işləri möhkəm təməl üzərində, dəyərlər üzərində qururuq. Milli mənəvi dəyərlər bizim üçün hər şeydən üstündür. Biz öz dini və milli ənənələrimizə sadiqik. Bu möhkəm təməl üzərində müasir dövlət, müasir Azərbaycan qururuq.
    Müstəqil, azad Azərbaycan dövləti bu böyük işin öhdəsindən layiqincə gələ bilmişdir. Bu gündən başlayaraq məsciddə bütün lazımi mərasimlər keçiriləcəkdir”.
    İlham Əliyev bəyan edib ki, Azərbaycan dövləti öz keçmişinə sadiqdir.
    Azərbaycanda bütün dini abidələr bərpa edilir, təmir olunur. Sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 1800-ə yaxındır. Bu, onu göstərir ki, hətta sovet dövründə insanların qəlbində olan imanı öldürə bilməmişlər. Azərbaycan xalqı öz müqəddəs dininə olan hörmətini, məhəbbətini ürəyində saxlamış və yaşatmışdır.
    “Dostlarımız - Şimali Qafqaz müftiləri, səfirlər, digər qonaqlar bizim, demək olar ki, bütün tədbirlərimizdə - Təzəpir məscidinin əsaslı təmirindən sonra açılış mərasimində, Bibiheybət məscidində, Əjdərbəy məscidinin yenidən açılışlarında iştirak etmişlər. Bu, özlüyündə göstərir ki, Azərbaycanda həm dini ocaqlar bərpa edilir, eyni zamanda, bütün bölgələrdə məscidlər tikilir.
    Bu yanaşma yenə də demək istəyirəm ki, dövlət siyasətidir. Bundan sonra da biz bu yolla gedəcəyik. Bütün dini abidələrimizi bərpa edəcəyik və edirik. Qeyd etmək istəyirəm ki, son 10 il ərzində Azərbaycanda 200-dən çox məscid tikilmişdir, 80-dən çox məscid təmir edilmişdir”.
    Prezident bildirib ki, hazırda xalqımız üçün böyük əhəmiyyət daşıyan İmamzadə dini-tarixi memarlıq abidəsi bərpa edilir.
    “Bakının Binəqədi rayonunda Azərbaycanın ən böyük məscidi inşa olunur.
    Azərbaycan müstəqil dövlət kimi islam həmrəylinə də öz töhfəsini verir. Bütün müsəlman ölkələri ilə biz çox mehriban münasibətlər qurmaq əzmindəyik. Əslində bunu etmişik. İslam həmrəyliyinin gücləndirilməsi üçün əməli addımlar atırıq.
    Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Azərbaycan bu təşkilatın fəaliyyəti üçün lazımi töhfələr verir. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda dini sahədə aparılan işləri çox yüksək qiymətləndirir”.
    Dövlət başçısı vurğulayıb ki, biz çalışmalıyıq ki, bundan sonra da islam həmrəyliyini gücləndirək, müsəlman ölkələri arasındakı əlaqələri genişləndirək.
    “Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının xətti ilə Bakıda nazirlər səviyyəsində mötəbər tədbir keçirilmişdir. Belə tədbirlərin sayı getdikcə artmaqdadır. Eyni zamanda, Azərbaycanda müxtəlif humanitar forumlar keçirilir. Dünya dinlərinin liderlərinin zirvə görüşü keçirilmişdir.
    Bu ayın sonunda Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi nəzərdə tutulur. Yəni, Azərbaycan dövləti artıq dünya xəritəsində tolerantlıq mərkəzinə çevrilmişdir. Azərbaycanda fəaliyyət göstərən bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və yaşayacaqdır.
    Azərbaycanda nə dini, nə milli zəmində heç vaxt heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır və əminəm ki, olmayacaqdır.
    Eyni zamanda, dünyada gedən bəzi proseslər bizi haqlı olaraq narahat edir. İslam dininə qarşı ədalətsiz münasibət sərgilənir. Bəzi ölkələrdə islamofobiya meyilləri güclənir.
    İslam mərhəmət dinidir. Çalışmalıyıq ki, əməli addımlarla dünyada islam dini haqqında dolğun və ədalətli məlumatları çatdıraq. Deyə bilərəm ki, Azərbaycan bu istiqamətdə kompleks tədbirlər görür. Keçən ilin sentyabr ayında dünyanın ən böyük muzeyi olan Parisdəki Luvr muzeyində islam mədəniyyəti bölməsinin açılışı olmuşdur.
    Azərbaycan bu bölmənin yaradılması üçün öz dəstəyini vermişdir. Bu, əslində bizim bütün islam mədəniyyətinə olan töhfəmizdir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Vatikanda ilk dəfə olaraq müsəlman ölkəsinin sərgisi keçirilmişdir. Bu da Azərbaycan sərgisi idi.
    Yəni, biz çalışırıq və birgə səylərlə çalışmalıyıq ki, islam mədəniyyəti, dəyərləri haqqında dünyaya dolğun məlumat çatdıraq.
    Bəzi hallarda qəsdən müsəlmanlar haqqında çox yanlış təsəvvür yaradılır. Bəzi hallarda kütləvi informasiya vasitələri bu məsələnin dərinləşməsində öz rolunu oynayır”.
    Prezident qeyd edib ki, əfsuslar olsun ki, müxtəlif bölgələrdə vətəndaş müharibəsi gedir, qardaş qanı axıdılır. Biz buna imkan verə bilmərik.
    “Qeyd etdiyim kimi, Şamaxı Cümə məscidi təbii fəlakətlərə, erməni vəhşiliyinə məruz qalmışdır. Şamaxının demək olar ki, bütün binaları o vaxt - 1918-ci il soyqırımı zamanı dağıdılmışdır. Amma məscidi dağıda bilməmişlər.
    Bu məscid 1270 ildən sonra artıq yenidən fəaliyyətə başlayır. Bu, doğrudan da böyük tarixi hadisədir, çox böyük rəmzi məna daşıyır. Bu, onu göstərir ki, Azərbaycan xalqı əyilməzdir.
    Hazırda işğal altında olan Şuşa məscidi, Ağdam məscidi, işğal altında olan digər məscidlər yarıdağılmış vəziyyətdədir. Ancaq gün gələcək biz o məscidləri də bərpa edəcəyik. Şuşa məscidini də, Ağdam məscidini də, işğal altında olan digər məscidləri də bərpa edəcəyik. İşğalçıları Azərbaycan torpaqlarından qovacağıq. Azərbaycan bayrağı Şuşada, Xankəndidə, işğal olunmuş bütün torpaqlarda dalğalanacaqdır. Mən əminəm ki, o gün gələcəkdir.
    O günü yaxınlaşdırmaq üçün bütün Azərbaycan cəmiyyəti, Azərbaycan vətəndaşları bir nöqtəyə vurmalıdır. Ölkəmizi gücləndirməliyik, ölkəmizi hərtərəfli inkişaf etdirməliyik. Biz belə gözəl abidələr yaradırıq. Biz tarixi ədaləti bərpa edirik. Əminəm ki, Şamaxı məscidi bundan sonra əbədi yaşayacaqdır.
    Bu gün Azərbaycan azaddır, müstəqildir. Müstəqil Azərbaycan öz tarixi keçmişini qorumağa da və gələcəyə inamla baxmağa da qadirdir”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 575
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30