Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Prezident İlham Əliyev Şamaxı Cümə məscidinin əsaslı bərpa və yenidənqurmadan sonra açılışını edib
    Bu gün Şamaxı Cümə məscidi əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib.
    Mərasimdə iştirak edən Qafqaz xalqlarının müftiləri, müsəlman ölkələrinin Azərbaycandakı səfirləri, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev qonaqlarla görüşüb. Cümə məscidi ilə yaxından tanış olan dövlətimizin başçısına burada görülmüş işlər barədə məlumat verilib.

    Bildirilib ki, Azərbaycanın ən qədim tarixi-mədəniyyət abidələrindən sayılan Şamaxı Cümə məscidi 743-cü ildə inşa edilib. Bu, təkcə Cənubi Qafqazda deyil, həm də Yaxın Şərqdə ən qədim məscidlərdən biri kimi tanınaraq zəmanəmizə qədər gəlib çatıb. Memarlıq üslubu baxımından qədimliyi və orijinallığı ilə seçilən Şamaxı Cümə məscidi bütün dövrlərdə əhali arasında müqəddəs ibadət yeri kimi yüksək ehtiram və diqqətlə qorunub saxlanılıb. Şamaxıda 1859-cu və 1902-ci illərdə baş vermiş dağıdıcı zəlzələlərdən ciddi ziyan çəkən məscid XX əsrin əvvəllərində yenidən bərpa edilib. Lakin 1918-ci ildə Azərbaycanın əksər şəhərləri və bölgələrində, o cümlədən Şamaxıda erməni-daşnak quldur dəstələri tərəfindən törədilən soyqırımı zamanı minlərlə günahsız insan qətlə yetirilmiş, əhalinin sığınacaq tapdığı Cümə məscidi isə yandırılıb. Uzun illər dağıdılmış vəziyyətdə qalan bu tarixi abidə 1980-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tapşırığı ilə təmir olunub. Şamaxı Cümə məscidində əsaslı bərpa və yenidənqurma işləri Azərbaycan Prezidentinin 2009-cu il 24 dekabr tarixli Sərəncamı əsasında başlanılmış və yüksək keyfiyyətlə sona çatdırılıb.
    Dövlətimizin başçısı Cümə məscidinin 1902-ci il zəlzələsindən sonrakı, təmirdən əvvəlki və sonrakı, eləcə də yenidənqurma işlərinin gedişini əks etdirən stendlərə baxıb.
    Məsciddə qonaqlarla, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşən Prezident İlham Əliyev çıxış edib.
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə dini abidələrimizin qorunub saxlanılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi və “Qurani-Kərim” hədiyyə edib.
    Sonra Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Şurasının sədri İsmayıl Berdiyev, Çeçenistan Respublikasının müftisi Soltan Mirzayev və Şamaxı ağsaqqalı Məcid Şikərov çıxış ediblər.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 557
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30