Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Hədəfim Azərbaycana peşakar kadr kimi dönməkdir”
    18 yaşı var.  2011-ci ildə Bakı şəhərinin Xətai rayonundakı 58 nömrəli orta məktəbin məzunu olub.  2012-ci ilin sentyabr ayında Doğu Akdeniz Universitetində tələbə adını qazanıb. Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin fəal üzvlərindəndir.  Fotoqrafçılıq sahəsi ilə uşaqlıqdan məşğul olur. Keçən ilin fevralın 1-də Azərbaycan Milli İncəsənət Muzeyində Gənclər Gününə həsr edilmiş “Bir gəncin gözü ilə Kipr”  adlı sərgi də mənim əsərlərim nümayiş olunub. Çəkdiyi fotolar  Kiprin tarixi yerlərini əks etdir.  
    Fotoşəkillər sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. “Bir gəncin gözü ilə Kipr” sərgisi   Belçika, Moskva, Sankt-Peterburq və  Fransada da keçiriləcək. 


    Müsahibimiz dünyanın tanınmış ali təhsil ocaqlarından biri olan Şimali Kiprin Doğu Akdeniz Universietinin İdarəetmə fakultəsində təhsil alan azərbaycanlı tələbə İsmayıl Mahmudovdur.  
     
    Vətəndən uzaqda təhsil almaq necə bir hissdir?

    - Qərib ölkədə təhsil almaq çox çətindir. Burada aldığın yaxşı xəbərlər sanki ömrünü uzadır, pis xəbərlər isə əksinə, ömrünü yeyir. Bu baxımdan hər hadisəyə hazır olmalısan. Bütün bunlara tab gətirmək üçün də psixoloji gücə və dünyagörüşə sahib olmaq lazımdır ki, bu da qərib ölkədə tənha olduğun üçün istər-istəməz zamanla formalaşır.  
    Zaman-zaman  Vətənlə bağlı hər hansı bir məlumat aldıqda əlinin uzadıb Vətənə çatmadığı üçün üzülürsən. Ailənin və dostlarının sevincli günlərində yanlarında olmaq istəsən də bu baş vermir, sadəcə ürəyin onlarla olur. 
    Təbii ki, bunların hamsına səbr edib dözməkdən başqa çarəmiz yoxdur, amma bu göründüyü kimi də asan deyil. 
    Torpağının qoxusunu, havasını udacağın gün üçün, hər şey etməyə hazır olursan. Amma düşünəndə ki təhsil alıb Vətənə peşakar kadr kimi dönəcəksən, o zaman səbrini cilovlamağa çalışırsan.

    Necə oldu ki, Şimali Kiprdə təhsil almaq qərarına gəldin? Niyə məhz Şimali Kiprin Doğu Akdeniz Universiteti?

    - Şimali Kiprdə təhsil alan tələbələrə beynəlxalq səviyyədə diplomun verilməsi bu universitetdə təhsil almama təsir edən əsas amillərdəndir. Bundan başqa, burada təhsil səviyyəsinin yüksək olması, dünyada qəbul ediləcək bir səviyyədə və mədəni mühitdə ingiliscə təhsilin verilməsi DAU-ya marağımı daha da artırıb. 

    Şimali Kiprə uyğunlaşmağınla bağlı əsas çətinliklərin nələr oldu? 

    - Şimali Kipr barəsində əvvəlcədən məlumatlı idim. Şimali Kiprlilərin azərbaycanlılar kimi sıcaq və qonaqpərvər  olduğunu əyani şəkildə bilirdim. Amma buraya gəldikdən sonra öz gözlərimlə bunun şahidi oldum. Bəlkə də bizim dillərimizin anlaşıldığı, mədəniyyətlərimizin və yeməklərimiz çox yaxın olduğu üçün Kiprin mühitinə digərlərinə nisbətən daha asan öyərəşirik. 
    Acıqcası söyləyim ki, elə də ciddi çətinliklərlə qarşılaşmadım. Sadəcə yeganə çətinliyim valideynlərimdən uzaq da olmağa öyrəşənə qədər idi. 

    İdarəetmə fakultəsində təhsil almaq sənin öz seçimin oldu? Yoxsa bu seçiminə valideynlərinin təsiri oldu?  

    - Çox sevindirici haldır ki, valideynlərim bizim fikirimizə hörmətlə yanaşır, öz məsləhətlərini verirlər. Bu ixtisas seçimini də birlikdə etmişik, son qərarım bu fakultə olub. Və bu sahədə təhsil almaq mənim ürəyimcədir.
     
    Xaricdə təhsil alan tələblərimiz Vətənə peşakar kadr kimi dönməkdənsə təhsil aldıqları ali məktəbin yerləşdiyi ölkədə qalmağa üstünlük verirlər. Sənin belə bir fikirin varmı?

    - Haqlısınız. Zənnimcə, təhsildən sonrakı dövrdə də xaricdə yaşamaq  pis deyil. Bu da sevindirici haldır. Düşünün ki, həmin gənc burada ölkəmizin tanıdılması ilə bağlı səylərini davam etdirəcək. O zaman həqiqətən də sevinməyə dəyər. Amma yox əgər bir gənc həmin ölkənin gözünə özünü soxmaq üçün Vətəninin əleyhinə çirkin kapmaniyalar aparacaqsa, o zaman bu həyacan siqnalından xəbər verməlidir. Amma çox şükür ki, çox zaman bunun əksi olur. Mənim isə fikirim təhsil aldıqdan sonra vətənə peşakar kadr kimi dönməkdir.
     
    Azərbaycanlı və xarici tələəblərlə əlaqlərin necədir? 

    - Şimali Kiprdə minə yaxın azərbaycanlı tələbə təhsil alır ki, bunun da yarsı mənim təhsil aldığım universitetin payına düşür. Bu qədər tələbənin hamsını tanıyıram, desəm həqiqətə uyğun olmaz. Zaman-zaman təşkil olunan tədbirlərdə rastlaşırıq. Amma yaxın olduğum 25-ə yaxın Azərbaycanlı gənc var ki, onlarla hər gün görüşür, müəyyən diskusiyalar aparırıq.
    Xarici tələbələrə gəlincə isə birlikdə əcnbilərlə dostluq bağı qurmağa çalışırıq. Xarici tələbələrlə də münasibətlərim yaxşıdır.
     
    Burada aldığın təhsil səni qaneə edirmi? Səncə, Azərbaycan təhsil sistemindən əsas fərqlər nələrdir? 

    - Məncə burada müxtəlif ölkələrdən tələbələrin təhsil almasını başlıca fərqlərdən biri kimi göstərmək olar. Təhsil aldığım Doğu Akdeniz Universiteti bir kampus universitetidir.  Bütün tələbələr bir yerdədir. Onlar birlikdə bir çox fəaliyyət növləri ilə məşğul olurlar. Davamlı olaraq istədikləri hər bir şeyi kampus içərisində tapa  bilərlər. Şəhərcikdə tələbələrin idman fəaliyyətlərini həyata keçirmələri üçün də lazımlı şərait var.
    Universitetidə 50-dən çox tələbə klubu fəaliyyət göstərir. İdman sahəsində uğurlu nəticələr göstərən tələbələrə müxtəlif təqaüdlər də verilir. Universitetin 140.000-dən çox kitaba malik elektron kitabxanası var.
    Universitetdə dərslər əsasən ingilis dilində keçirilir. DAU-nun əsas hədəfi bütün proqramlarının beynəlxalq akkreditasiyalı olmasıdır. Keçən il mühəndislik fakültəsinin bütün proqramları ABŞ-ın ABETE (Accreditation Board for Programs in Engineering and Technology) akkreditasiyası alıb.
    DAU şəhərciyində 11 tələbə yurdu mövcuddur ki, bu da cəmi 5000 tələbəyə sığınma imkanı verir. Tələbələrin təxminən 40 faizi yurdda məskunlaşıb. Tələbəyə təkcə diplom verilmir. Kampusun içində digər millətlərdən olan tələbələr də üstünlük təşkil edir, onlar bir-biriləri ilə ünsiyyət qurur və dünyagörüşləri inkişaf edir. Texnoloji imkanlardan həmişə yararlanmağa çalışılır. Çox zəngin laboratoriya mövcuddur. 

    Şimali Kiprdə ən çox səni özünə nə cəlb edir?

    - Şimali Kiprin binaları, tarixi-mədəniyyət nümunələri məni özünə daha çox cəlb edir. Bundan başqa  Şimali Kiprin özünəməxsus göz yaşı qədər təmiz dənizi var ki, belə müalicəvi dənizdə çimmək də məncə hər adama nəsib olmur. Burada 98 müxtəlif ölkələrdən tələbələrin təhsil alması, insanların bir-birləri ilə mehriban rəftarı, səmimiyyətləri və yol mədəniyyətləri, ölkənin sakitliyi məni heyran edir. Bütün bunlar məni  özünə daha çox çəkir.

    Tələbələrin qidalanması necədir, hansı yeməklər üstünlük təşkil edir? Qiymətlər münasibdirmi?

    - Müxtəlif kafelər fəaliyyət göstərir ki, bu kafelerin də özünəməxsus fərqli qiymətləri var. Tələbələr adətən bu kafelərə üz tuturlar. Amma elə tələbələr də var ki, əl bacarıqlarına güvənib özləri yemək bişirirlər. Qiymətlər isə Bakıdakı kimidir, hətta elə şeylər var ki, Bakıdan daha ucuzdur. 
    Sevindirci haldır ki, burada Azərbaycan kafesi də fəaliyyət göstərir ki, milli yeməklərimizi bişirə bilməyən tələbələr üçün bu kafenin fəaliyyəti çox yüksəkdir.  

    Cəfər Mənsimi
    Şimali Kipr

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 868
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30