Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Qafqaz Müsəlmanları İdarəsi İsrailin Suriyaya həmlələrini pislədi
    Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İsrailin Suriyaya qarşı tutduğu mövqeni pisləyən bəyanat yayıb. QMİ-dən verilən məlumata görə, bildirilir ki, bəyanatda bölgə müsəlmanlarının dini mərkəzi olaraq son günlər ərzində Suriyanın suverenliyinə qarşı İsrail tərəfindən həyata keçirilmiş hərbi həmlələrdən, həmçinin, bu ölkədə radikal qüvvələr tərəfindən dinimizin mənəvi dəyərlərinə qarşı törədilmiş vandalizm aktlarından dərin narahatlıq bildirilir və bu kimi hallara etiraz edilərək qətiyyətlə pislənilir. Bəyanatda daha sonra deyilir: “Suriyada beynəlxalq hüquqa zidd hadisələrin cərəyan etməsi bizi narahat etməyə bilməz. 

    Belə ki, hər hansı suveren dövlətin ərazisinin bombalanması, məramından asılı olmayaraq, silahlı müdaxilə və təcavüzdür. Biz, din xadimləri, Suriya dövlətinin taleyinin Suriya xalqı tərəfindən həll olunmasını doğru sayaraq, dövlət və din xadimlərinin birgə səyləri, siyasi, ictimai xadimlərin, iqtidar və müxalif qüvvələrin ortaq məxrəcə gəlmələri sayəsində ölkədə sabitliyin bərqərar olacağı qənaətindəyik. Ümidvarıq ki, dünya birliyi bu hadisəni lazımınca qiymətləndirərək öz münasibətini bildirəcək.
    Biz ümumən dövlətlərin daxili işlərinə müdaxilələri, bu və ya digər strateji maraqlar naminə məkanlara nüfuz edilməsini, dini ideyaların siyasi mübarizə və millətlərarası münaqişələr üçün istifadə olunmasını yolverilməz sayırıq. Hərbi əməliyyatlar, suveren dövlətlərə müdaxilələr vətəndaş müharibələrinə rəvac verərək, dünyadakı vəziyyəti daha artıq dərəcədə səbatsız edir, məbədlər dağıdılır, çoxəsrlik irs məhv edilir, müxtəlif din və məzhəb ardıcılları arasında nifaq toxumu səpilir. Biz xaos və ölüm gətirən belə müdaxilələri qətiyyətlə pisləyirik.
    Suriyada müqəddəs məzarlıqlara qarşı vandalizm faktları, İslam yolunda şəhid olmuşların müqəddəs qəbirlərinin açılaraq təhqir olunması müqəddəs dinimizə görə küfr və günahdır. İnsanlığa zidd belə əməlləri törədən münafiqlər Allah dərgahında öz layiqli cəzalarını alacaqlar. Dinlər və məzhəblər arasında qarşıdurma yaradanlar dünyanın bütün imanlı insanları tərəfindən qınaq hədəfinə çevrilməlidirlər. Biz, din xadimləri Quranın yandırılmasını, müqəddəslərin qəbirlərinin təhqirini ekstremizm və terrorizmin təzahürləri hesab edirik.
    Hər zaman müxtəlif motəbər kürsülərdən israrla vurğulayırıq ki, bütün səmavi dinlərin ardıcılları üçün müqəddəslik kəsb edən atributlara qarşılıqlı ehtiram nümayiş etdirilməlidir. Bu vacib məqam Dünya dini liderlərinin Bakı Sammitinin (2010) və MDB Müsəlmanlarının Bakı Konfransının (2013) Yekun sənədlərində də öz əksini bariz şəkildə tapmışdır. Ümumbəşəri faciələrə yol aça biləcək bu kimi hadisələrin təkrarlanmaması üçün Qafqaz Müsəlmanları İdarəsi olaraq daim mövqeyimizi bildirmişik və dinimizin sülh və ədalət, insan ləyaqətinin qorunması kimi yüksək məramlara sadiqliyini tərənnüm etməyə bundan sonra da səy göstərəcəyik”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 552
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30