Sən bizimlə köhnədən ey dost, həmkar olmusan.
Gəncliyindən həm mənə, həm Şeyxə qəmxar olmusan.
Qarşına hörmət çıxıb, izzət çıxıb, sərvət çıxıb,
Hörmətinlə, izzətinlə harda ki, var olmusan.
Düzləri qaldırmısan ərşə həqiqət naminə,
Doğruluqda haqq üçün daim inadkar olmusan.
Hər işində sən Cavanşir tək cəfalar çəkmisən,
Çün sənin nə bənzərin vardır, nə təkrar olmusan.
Allaha xatir mudam etdin bina məscidləri,
Harda Allahdan nişan var, orda memar olmusan.
Haqq sənə hikmət verib dövlətsə Şöhrət ordeni,
Dövlət üçün çünki sən, haqqa tərəfdar olmusan.
Həm vətənpərvər oğulsan, çox sevir bu xalq səni,
Həm də hər müşkül olub, xəlqə ümidvar olmusan.
Borcum oldu şeir ilə təbrik edim ey dost səni,
Az da olsa bu Əziz Pünhana sən yar olmusan.
|