Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İslamda qisas
    Allah-Təala yanında bəyənilmiş və təsdiq olunmuş din, Özünün buyurduğu kimi İslam dinidir. İslam dini axırıncı din olmaqla yanaşı həm də ictimai və günün tələblərinə cavab verən bir dindir. 

    Heç şübhəsiz, hamımızın bildiyi kimi İslam dininin rəhbəri Həzrəti Muhəmməd (s) Peyğəmbərdir. Onun özünün də buyurduğu kimi; Muhəmmədin Şərizti Qiyamət gününə kimi sabit davam edəcəkdir. Allah-Təbarək və Təala Qurani-Kərimdə belə buyurmuşdur. "Biz bu Quranı (zikri) nazil etmişik, Biz də əlbətdə onu qoruyacağıq." Belə olan surətdə Qurani-Kərimin hökmləri Qiyamətə qədər davam edəcək və heç bir zaman qüvvədən düşməz. Quranın hökmləri bütün insanlara şamildir. Rəiyyət, padşah, kasıb, varlı, ümumiyyətlə bütün insanlar bu barədə bərabərdir. Əlbəttə İslam dini çox geniş bir məfhumdur. Biz isə bu kiçik məqalədə "İslamda qisas" məsələlərinə toxunacağıq. Beləki, Qurani-Kərimdə bu barədə çoxlu ayələr nazil olmuşdur. Onlardan birinə nəzər salaq:... canın qisası can, gözün qisası göz, burununku burun, qulağınkı qulaq, dişinki diş və yaralarınki yaralardır. Lakin hər kəs (qisası) bağışlasa, bu onun üçün bir kəffarədir. (Allah onun günahlarının üstünü örtüb bağışlar və ya zərərçəkən qisası bağışlasa, bu, cani üçün bir kəffarədir. Haqq sahibi haqqından keçib onu tələb etməsə Allah da cinayətkarı cəzalandırmaz. Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə zalimlərdir! (Əl-Maidə, ayə 45)
    İnsan məxluğatın əşrəfidir. Hansı ki, Qurani-Kərim bu haqda bu şərəfli xilqəti qiymətləndirərək; "Bir insanı ən gözəl biçimdə yaratdıq! (ət-Tin sürəsi, ayə.4) deyə buyurur.
    Həyat qəribəliklərlə doludur. Heç kim həyat hadisələrindən sığortalanmayıb-amanda deyil. Hər zaman hər hansı bir hadisə baş verə bilər. Bunların bəziləri təğdır, bəziləri qəzavu-qədər, bəziləri hadisələr və sairə. Lakin qəsd etmək, qabaqcadan sui-qəsd hazırlamaq, bilə-bilə insan öldürmək böyük günahdır. Heç bir adama haqq verilmir ki, qəsdən nəki insanlara hətta heç bir canlıya belə əziyyət etsin. Amma insanlar haqqında söhbət gedərsə yuxarıdakı ayəyi-şərifədə bütün xırdalıqları ilə bu barədə hökümlər qeyd olunmuşdur. Əlbəttə insanın hər bir əzasının Allah-Təala yanında öz qiyməti vardır. Gözün, burnun, qulağın dişin və hər bir  yaranın xüsusi qiyməti şəriətimizdə müəyyən olunmudur. Hətta birinin üzünə vurulan şillənin, əgər yeri qızarmışsa diyəsi (qiyməti) nə qədərdir, göyərmişsə və ya qaralmışsa nə qədər olacaq, xüsusi qiymətlərlə təyin olunmuşdur. Bütün bunlar əgər dünyada ödənilməyibsə, axirət aləmində Qiyamət məhkəməsində öz əksini tapacaq, müqəssir cəzalandırılacaq, zərərçəkmiş öz haqqına çatacaqdır.
    Yaşadığımız cəmiyyətdə qəribə təzadlar var. Günün günorta  çağı azad adamın evinə girir qadını öldürür körpələrinin boğazın kəsir sonrada evi yandırır. Bundan sonra cinayəti gizlətmək qəsdilə qaçıb gizlənir. Tutulandan sonra da çəkinmədən hadisəni çılpaqlığı ilə ekran qarşısında danışır. Sərxoş olmuşam, içkili vəziyyətdə hadisə baş verib, özümdə olmamışam və sairə cəfəngiyatlarla özünə haqq qazandırmağa çalışır. Nə yaxşı! Kim nə qələt etmək istəyirsə gedib şərab içsin sonrada özümdə olmayıb desinlər. Əvvəla şərab içməyin özü böyük günahdır.
    İkinci sərxoş olub istədiyini etmək daha çox günahdır. Və ya filankəs psixdir, o biri anlaqsızdır və sairə bəhanələr dinc və azad insanların öldürülməsi, ailəsinin məhv edilməsinə gətirib çıxarırsa, bəs hüquq mühafizə orqanları nə üçündür. Belə  görünür ki, ölkədə qanunların aliliyinə riayət olunmur, kim nə bacarırsa edir, beş-altı il cəza alır, onu da orda-burda hətta adı dustaq ola-ola ona verilən cəza müddətini öz evində yatmaqla başa vururlar.
    Nəticədə ölkədə hərc-mərclik baş alıb gedir, vətəndaşlarda da dövlətə qarşı inam azalır. Yaxın keçmişdə birinin tövləsindən atını oğurlayırlar. At sahibi kəndxudaya şikayət edir. Kəndxuda at sahibinə acıqlanıb deyir: "Sən harada yatmışdın ki, tövlədən atı aparıblar". At sahibi təmkinlə deyir: "Mən elə bilirdim ki, sən ayıqsan, əgər bilsəydim sən yatmısan mən ayıq qalardım". Bu gün demək olar ki, hər rayonda Polis şöbəsi, qəsəbələrdə Polis bölməsi, hər kəndin öz sahə rəisi, bələdiyyə başçısı, icra nümayəndəsi və sairə məmurlar ola-ola yenə də gündə onlarla cinəyətlər baş verir. Bəs bunların başvermə mexanizmi haradan qaynaqlanır, get-gedə artıb çoxalan cinayətlərin səbəbi nədir... Deməli cəza və tənbeh həddindən artıq yüngüldür. İnsanlar hər bir cinayəti törədərkən onun həlli-yollarını qabaqcadan düşünür və bilir ki, ən ağır halda on-on iki il dustaqlıqdan sonra hər iş başa çatır. Hələ bəzən fikirləşirlər ki, sabah nə olacağını heç kim bilmir bir vasitə ilə özümü qurtararam və sairə...
    Bu gün Avropa qanunları o qədər sadələşib ki, bəzən dustaq həbsxanada evdəkindən daha yaxşı yaşayır...  Bütün bunları görənlər həbsxanaya düşməkdən nəinki qorxmur hətta cinayət tərətməyə bəhanələr də axtarır. Söz yox ağıllı adamlar bu cür fikirləşmir. Amma yüngül həyat tərzi keçirənlər üçün bu cür işlər bəlkə də bir yaşamaq növüdür.
    Mən bir çox hallarda Millət vəkili Fazil Mustafayevin fikirləri ilə razılaşıram. Onun dedikləri Qurani-Kərimin hökmləri ilə üst-üstə düşür. Əlbəttə cani öz layiqli cəzasını almalıdır, əks təqdirdə ölkədə ədalət prinsipləri pozular, hərc-mərcliklər baş alıb gedər. Əgər bir cani qəssab kimi bir şəxsin başın kəsirsə, bir aciz qadının və ya körpənin hulqumunu bıçaqla kəsib onu vəhşicəsinə öldürürsə, sonra da ekran qarşısında həyasızcasına rahat halda onları söyləyirsə, bir ailədən üç nəfəri qətlə yetirib məhv edirsə, onu necə bağışlamaq olar. Ona necə həbsxanada yer vermək olar. Əlbəttə belə canini insanların gözü qarşısında edam etmək lazımdır.
    Görün necə rahat danışır: "Ananı öldürdükdən sonra gördüm körpə ağlayır bıçaqla onun boğazını balaca kəsdim, gördüm daha səsi gəlmir, buraxdım". Bəli onun da boğazını balaca kəsib buraxmaq lazımdır qoy daha səsi çıxmasın.
    Belə caniləri dustağa salmaqla bəlkə də onları daha peşəkar olmağa şərait yaradırıq. Atalarda belə bir misal var yumurta oğurlayan uşağa tənbeh etməsən sabah toyuq oğurlayacaq, sonra inək oğrusu olacaq dustağa girəndən sonra bank yarmağı öyrənəcək və nəhayət məşhur bir caniyə çevriləcək...
    Öz həyatımda olan hadisə hələ də məni rahat buraxmır. 1996-cı ildə doğulduğum Masallı rayonu Türkoba kəndində günün günorta çağında 12 uşaq anası-bacımı avtomobillə vurub öldürdülər. Lakin heç kim sürücünün kim olduğunu söyləmədi. Bir gecədə canini aradan çıxartdılar. Mənim həcc ziyarətində olmağımdan istifadə edib, hadisəni istədikləri kimi həll etdilər. Aylarla məni aldada-aldada yubatdılar. Hətta mərhumənin paltarını ekspertiziyaya göndərməyi belə təşkil etməmişdilər. Hadisəni törədən sürücünün mənim yaxın qohumumun əlilə respublikadan çıxartdılar. On bir il Rusiya şəhərlərində eşələndi. Onu gətizdirmək üçün Respublika Daxili İşlər nazirliyinin Cinayət axtarış idarəsi mənim hesabıma dəstə göndərdi, yenə də pulun hesabına onu yarı-yoldan qaçırtdılar. Söz yox onu mühakimə edəndən sonra bəlkə də ona beş-altı il iş verərdilər. Amma Allah-Təala ona daha ağır cəza verdi. Dəfələrlə narkotika alveri üstündə Rusiya zindanlarına girdi. On bir ildən sonra kəndə  qayıtdı. Amma bir insan kimi onun varlığı ilə yoxluğu hələ də bilinmir. Mən özüm hələ də onu tanımıram. Adın eşitmişəm, lakin belə bir canlını bu illər ərzində görə bilməmişəm. Bəlkə də dəfələrlə mənimlə üz-üzə gəlib amma tanımamışam. Bəli 17 il hadisədən keçib. Buna baxmayaraq o kampaniyada iştirak edənlər mənim qəlbimdə cinayətkar kimi qalmaqdadır. Yaxşı yadımdadır hətta mənim ruhani həmkarım da mənə məsləhət bildi ki, çox kinli olma unut getsin. Amma unutmaq olurmu?! Sən unudarsanmı?! Hər dəfə səni aldadaraq birinin üstünə göndərəndə xoşuna gələrmi?! 
    İzi azdırmaq üçün səni müəyyən tayifələrlə üz-göz etmək, onlarla vuruşdurmaq, özün də kənarda qalıb tamaşa etmək dözüləndirmi?! Əlbəttə yox...
    Amma nə oldusa hamısı Allah istiyən kimi oldu. Bu illər ərzində nələr baş verdi. Allah-Təala o kampaniyanın bütün iştirakçılarına növ-bənöv cəzalar verdi, güclü də verdi...
    Bütün bunları kənd camaatı yaxşı bilir, özləri də daha yaxşı bilirlər. Amma iki nəfərin aqibətini gözləyirəm. Bunu dünyada görməliyəm. İnşallah...
    İndi üzümü kişilərə tuturam, qeyrətli kişilərə və H. Peyğəmbərin kəlamı ilə sözümü qurtarıram. Əmanəti sahibinə qaytarın, əgər oğlum Hüseynin başını kəsən qılınc da olsa...
    Bəli, haqq incələr, amma üzülmaz...

    Əziz Pünhan  

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 681
    +  -  Çap 

    08.05.14
    Təcnislər
    08.05.14
    Müstəzadlar
    08.05.14
    Saqinamə
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30