Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Demək ki, sonrakı peşmançılıq fayda verməz...
    Qış ayları idi. Kiprdə hava artıq soyumuşdu. Həmin gün tanışımla (azərbaycanlı tələbələrdən biri) birlikdə idik. İkimizdə çox acmışdıq. Amma heç birimizin cibində yemək yeməyə pulumuz yox idi. Sən demə, bizi həmin günü aclıq birləşdirib. Açığı pulumuzun bitdiyi barəsində evdəkiləri məlumatandırmadığımız üçün bu duruma gəlmişdik. Buna da səbəb hər ikimizin də bir neçə günə evdən pulun gələcəyi barədə xəbərdar olmağımız idi. Bu baxımdan evdəkiləri sıxışdırmaq istəmirdik. Səbəblərdən digəri isə tələbəliyin dadını çıxartmaq, çətinliklərə tab gətirib-gətirməməyimizi bilmək fikirində olmağımız idi. Doğrusu pulun göndərilcəyini, “Pulun var? sualına: var, narahat olma” cavabını verdikdə anlamışdıq. Çünkü bu cavabın qarşılığında “Narahat deyiləm, sənin belə demənə baxmayaraq onsuzda 1-2 günə sənə pul köçürməliyəm” deyilmişdi. Haşiəyə çıxıb söyləyim ki, həmişə belə deyiləndə pul 1-2 gün ərzində göndərilib. O üzdən pulumuzun olacağına əmin idik. Amma 1-2 günlük yemək yeməyimiz üçün də pulumuz yox idi. 

    Aclıqdan çıxmaq üçün ya buradakı tanışlarımızdan yardım istəməli (bir neçə günlük borc almalı), ya da ki, başqa bir çıxış yolu tapmağımız lazım idi.
    Çətinliklərə üzləşib, həyat təcrübəsi toplamaq istədiyimizdən asan yola qaçmaq istəmirdik. Halbuki çox insana vaxtilə əlimizi uzatdığımız üçün, əlimizin geri çəkilməyəcəyindən əmin idik.
    Həyat təcrübəsi qazanıb başqalarından fərqlənməmiz üçün başımızın daşdan-daşa dəyməsinə hazır idik. Bu səbəbdən başqasından borc almaq (heç bunu sevmirik) fikirindən daşındıq.
    Öncə aclığa dözmək üçün çayla keçinmək qərarına gəldik. Yuxumuz gəlmədiyi üçün də yatıb aclığın ömrünü qısalda bilmirdik. Aclığa qarşı dözümsüzlüyümüzü görüb, kafelərin birində çalışmaq qərarına gəldik.
    Bu məqsədlə yaxınlıqdakı kafelərin birinə yollandıq. Üz tutduğumuz kafenin sahibini soraqlaşıb tapdıq, ona işləmək istədiyimizi bildirdik və özümüzü inandırmağa çalışdıq. Bu kafedə tələbələrə yönəlik yalnız bir işin olduğunu öncədən bilirdik. Bu işdə ondan ibarətdir ki, çoxmərtəbəli binaların evlərinə braşürlər paylayırsan. Həmçinin onu da bilirdik ki, 1 saatlıq işimizin sonunda (bu müddətdə 1000 ədəd braşür paylayırsan) 50 TL pul və yeməklə təmin olunacağıq.
    Kafenin sahibinə özümüzü inandırdığımız üçün o bizimlə 1 saatlıq işləməyə qərar verdi. Biz bundan çox sevindik. Amma sevincimiz qısa oldu. Çünkü onun bizə tərəzidə çəkib verdiyi 2000 ədəd braşürü (hərəmizə min ədəd braşür düşür. 2000 ədəd braşürün neçə kq olduğunu bildikləri üçün tərəzidə çəkirlər) söylədiyi yerdə paylamaq üçün 30 dəqiqəlik piyada yol qət etməliydik. Bizi qeyri-ciddi qəbul edər deyə, ac olmağımız və cibimizdə pulun olmadığı barəsində kafe sahibini məlumatlandırmadıq.
    Nəhayət ac və susuz, yorğun halda söylənilən yerə yetişdik. Yorğun olsaq da, braşürləri dağıdıb bitirdik və kafe sahibinin yanına - geri döndük. O öncə bizə yemək yeməyi təklif etdi və biz də təbbi ki, razılaşdıq. Yeməyi ləzzətlə yeyib bitirdikdən sonra yenidən onun yanına gəldik. O cibindən 15 TL pul çıxarıb bizə verdi və əlavə etdi ki, aranızda bölüşərsiniz.
    Bundan qəzəblənsək də özümüzü ələ alaraq ona “siz  100 TL verməlisiniz, amma 15 TL vermisiniz. Bəs qalanı?” sualını verdik. O isə bu cümlənin qarşısında daha da qəzəbləndi və üstümüzə bağırdı: “Rədd olub, gedin. bir də sizi burada görməyim”. Biz isə “haqqımızı almadan hara gedək? Sən bilirdin biz ac idik, ehtiyacdan gəlib çalışdıq ki, pul qazanaq və yemək yeyək. Sən isə belə edirsən. Ağ saçlarına yaraşır? Övladının belə hadisəylə üzləşdiyini eşitdikdə nə edərdin. İnsafın yoxdur... ”  cümləmizi kəsib, “sizə dedim cəhənnəm olub gedin, yoxsa başınızı qril kimi bişirirəm”-deyə bizi qovdu...
    Mundar sifətini görməmək üçün həmin yerdən uzaqlaşmağı qərarlaşdırdıq. Qətiyyən bu ondan qorxduğumuzdan qaynaqlanmırdı. Sadəcə düşündük ki, kimsəyə belə edən mütləq ALLAH tərəfindən ağır cəzalanacaqdır. Yemək yediyimizə şükür edib, onunla uğraşmaq istəmədik.
    Başqa tələbələrin bu hadisə ilə üzləşməməsi üçün o şərəfsizi polisə vermək qərarına gəlsək də, adımızın polis dəftərinə düşməsini istəmədiyimizdən fikirimizdən daşındıq və ALLAHın onunla özü bildiyi kimi hərəkət etməsinə dua etdik...
    Ümidimizi nə üzür, nə də ki özümüzü sındırmırdıq. ALLAH öz bəndələrini sevir və onları darda qoymaz deyib, verdiyi pulu belə almadan yola davam etdik.
    Həmin günün sabahsı Kiprə gələn bir millət vəkili bizi düşdüyümüz durumdan çıxartdı. Belə ki, millət vəkilinin təsadüfən verdiyi pul bizə çox kömək etdi... Və beləliklə ALLAH bizi darda qoymadı...
    Artıq bir neçə həftədir bizə bu işgəncəni verən “kafe sahibi” artıq özü işgəncələrlə üzləşib. İşi getmədiyi üçün kafesi bağlanıb, bütün günü fəhlə paltarında orda burda gəzir... Bu olaya görə bir neçə dəfə bizdən üzür istəyib artıqlaması ilə pul təklif etsə də biz pulu qəbul etmədik. Demək ki, sonrakı peşmançılıq fayda verməz.
    ...Hər şeyə şükür edib yola davam etməlisən. Gedəcəyin yolda yorulsan, bu yolu getdiyin halda istədiyin yerdə olduğunu gözünün önünə gətirib yola davam etməlisən. İnadkar və çətinliklərə hazır olmalısan. Hər şeyin yaxşılığa doğru olduğunu düşünüb şükür etməyi  bacarmalısan ki, Uca Tanrı da səni mükafatlandırsın.
     
    Cəfər MƏNSİMİ
    Şimali Kipr

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 622
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30