Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Müsəlmanların əksəriyyəti ölkələrinin şəriət qanunu ilə idarə olunmasını istəyir
    Birləşmiş Ştatların nüfuzlu “Pew Research center (Pew Tədqiqat Mərkəzi) tərəfindən həyata keçirilən tədqiqat maraqlı məqamları üzə çıxarıb. Bəlli olub ki, dünyada müsəlmanların əksəriyyəti ölkələrinin şəriət qanunu ilə idarə olunmasını istəyir. Hesabatda faktiki olaraq bütün müsəlmanlar hesab edirlər ki, islam insanı cənnətə aparan yeganə həqiqi dindir. Respondentlərin böyük əksəriyyəti insanda inamın olmasını ali mənəvi hiss kimi görürlər. Bir çoxları isə hesab edib ki, dini liderlər siyasi vəziyyətə təsir etməlidirlər. Ən maraqlısı odur ki, müsəlmanların böyük bir qismi şəriət qaydalarını ölkələrində rəsmi qanunvericilik kimi görmək istəyirlər.

    Lakin bu göstərici ölkələr arasında çox fərqlidir. Tədqiqata əsasən Azərbaycanda ənənəvi islam qanununu istəyənlər əhalinin cəmi 8 faizini təşkil edir. Bu rəqəm tədqiq olunan ölkələr arasında ən aşağı göstəricidir. Ən yüksək faizlik göstəricisi isə Əfqanıstana məxsusdur. Burada əhalinin 99 faizi ölkənin şəriət qanunları ilə idarə olunmasını istəyir. 

    Qeyd edək ki, 2008 və 2012-ci illər arasında aparılan, “Dünyanın Müsəlmanları: Din, Siyasət və Cəmiyyət” adlı tədqiqat dünyanın müsəlman icmasından 39 ölkə və ərazini, 38 000 adamı əhatə edib. Tədqiqata əsasən, dünya müsəlmanlarının əksəriyyəti fahişəlik, homoseksuallıq və intihar kimi əməlləri amoral dəyərləndirsələr də, poliqamiya, boşanma və doğum tənzimləmə tədbirləri müsəlmanlar arasında mübahisəli mövzu kimi göstərilib.

    Tədqiqatda deyilir ki, Tacikistanda müsəlmanların 76 faizi demokratiya istəyir. Bu göstərici Türkiyədə 67 faiz, Qazaxıstanda 52 faiz, Qırğızıstanda isə 32 faizdir. Siyasət kateqoriyasında digər suallardan, Azərbaycan müsəlmanlarının 27 faizi hesab edir ki, islam siyasi partiyaları digər partiyalardan betərdirlər. “Pew Research center”a əsasən bu, digər müsəlman ölkələrinin fikirlərinə ziddir. Azərbaycanda müsəlmanların 88 faizi Allaha inanmağın zəruri olduğunu desə də, dinlərarası nikahı qəbul edənlərin sayı, tədqiq edilən ölkələr arasında ən aşağıdır. Bu ölkədə, sorğu olunanların yalnız 8 faizi oğlunun, 3 faizi isə qızının digər dinin nümayəndəsilə evlənməsini qəbul edir. Azərbaycan həmçinin, aborta ən tolerant yanaşan ölkə kimi göstərilib. Azərbaycandakı müsəlmanların yalnız 23 faizi deyib ki, abort etmək amoraldır, 50 faizinin fikrincə isə bu, "vəziyyətdən asılıdır". Şəriət qanununu istəyənlər arasında qanunun necə tətbiq olunması ilə bağlı sual da fərqli cavablandırılıb. Tədqiqata əsasən, bir çox müsəlman şəriət qanunlarının şəxsi sferada, ailə və ya mülkiyyət münaqişələrini həll etmək üçün tətbiq olunmasını istəyir. Lakin oğruların əllərini kəsmək və bunun kimi digər sərt cəzaları dəstəkləyənlərin sayı kifayət qədər azdır. Hər halda tədqiqat bunu göstərib. 

    Ölkələrin əksəriyyətində sorğuda iştirak edənlərin çoxluğu deyib ki, qadın ərinə itaət etməlidir. Eyni zamanda əksəriyyət o cümlədən azərbaycanlı müsəlmanların 81 faizi deyib ki, qadın hicabı geyinmək haqqında qərarı özü verməlidir. İslam naminə zorakılıq da çoxluq tərəfindən rədd edilib. Azərbaycanda müsəlmanların 1 faizi deyir ki, bəzi hallarda intiharçı bombardman haqlı ola bilər. Fələstin ərazilərindəki müsəlmanların 40 faizi, Türkiyədə isə 15 faizi bununla razıdır. Bütün dünya müsəlmanları cihadın yolverilməz olduğunu bildiriblər. Bu fikirdə olanlar bütövlükdə 81 faizdir.

    Qeyd edək ki, Yaxın Şərq, Şimali Afrika, Cənubi və Cənub-Şərqi Asiyada isə böyük əksəriyyət şəriət qaydalarının tətbiqini istəyirlər - Nigeriyada bu göstərici 71, İndoneziyada -72, Misirdə 74, Fələstin muxtariyyətində isə 89 faiz təşkil edir. Eyni zamanda hesabatda göstərilir ki, şəriətin böyük dəstəyə malik olduğu ölkələrdə müsəlmanların böyük əksəriyyəti qeyri-müsəlmanlar üçün vicdan azadlığını vacib sayır. Fələstində rəyi soruşulanların dörddə üçü istərdilər ki, digər dinlərin nümayəndələri maneəsiz ibadətlə məşğul ola bilsinlər. 96 faiz isə hesab edir ki, bu, ölkə üçün yaxşıdır. Bundan əlavə müxtəlif ölkələrdə islam dininə sitayiş edənlər şəriəti özünəməxsus qaydada anlayır, onun praktikada tətbiqini fərqli başa düşürlər. Onlar ən çox şəriət normalarını məişət problemlərinin və münaqişələrin həlli baxımından nəzərdən keçirirlər. Şəriət qaydalarının çoxarvadlılıqla bağlı hissəsi ilə əlaqədar da maraqlı nəticələr ortaya çıxıb. Sorğunun keçirildiyi ölkələrdə qadınlar kişilərin sözünə sözsüz əməl etməyin tərəfdarı olduqlarını bildiriblər. Bu göstərici İraqda 92, Mərakeşdə 92, Tunisdə 93, Əfqanıstanda 94, Malayziyada 96 faizdir. Qadınların üzünü gizlətmələri isə onların seçim hüququ olduğunu deyənlər də ar. Eyni zamanda elmlə din arasında ziddiyyətlərin olduğunu qəbul etməyənlər də çoxdur. 

    O ki qaldı qonşu Rusiyaya, buradakı müsəlmanların 42 faizi şəriət qaydalarının tətbiqini istədiklərini bildiriblər. Bu, bir sıra faktlarla izah edilib. Yəni Rusiyada müsəlmanların böyük əksəriyyəti əsasən Qafqazda yaşayır. Onlar arasında isə islam dininin vəhabilik qanadı geniş yayılıb. Bu dini cərəyanın nümayəndələrinin də radikal islamı təmsil etdikləri bəllidir. Qeyd edilir ki, Rusiya dövləti müsəlmanların dini baxışlarına hörmətlə yanaşsa da, müxtəlif dini cərəyanların fəaliyyətini çox ciddi şəkildə nəzarət edir. Onlara məxsus dini ədəbiyyat müsadirə edilir, rəhbərləri isə ölkədən çıxarılır. Eyni zamanda, Rusiyanın digər bölgələrində yaşayan müsəlmanların tədricən islam adət-ənənələrindən uzaqlaşdıqları xüsusi vurğulanır. 

    Kamran 

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 537
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30