DQİDK sədri Elşad İskəndərov Şamaxıda vətəndaşlarla görüş keçirmişdir
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov Şamaxıda vətəndaşlarla görüş keçirmişdir. Görüşə Şamaxı ilə yanaşı, Şirvan regionunun digər rayonlarından olan sakinlər də qatılmışlar. DQİDK-nın sədri görüşə gəlmiş vətəndaşları narahat edən məsələləri dinləmiş, təkliflər barəsində birgə fikir mübadiləsi aparılmışdır. Görüşdə dindarlar Dövlət Komitəsinin sədri ilə əsasən ibadətgahların, dini icmaların və məscidlərin qeydiyyatı məsələsi barədə söhbət aparmışlar.
DQİDK-nın sədri Elşad İskəndərov jurnalistlərə açıqlamasında vətəndaşları narahat edən bütün məsələlərin tezliklə həll ediləcəyini bildirmişdir. O, həmçinin Şirvan regionunda yaşayan din xadimlərinin, dini icmaların təşkilatçılığını yüksək qiymətləndirmişdir. Sonda vətəndaşlar tərəfindən edilən müraciətlərin həlli istiqamətində tapşırıq və tövsiyələr verilmişdir.