Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Azərbaycandakı yüksək tolerantlıq ənənələri digər ölkələri üçün örnək ola bilər”
    Avropa  Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Fransanın müxtəlif  dini icmalarının və ictimai təşkilatlarının təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olub. AAC-dan APA-ya verilən məlumata görə, Fransanın “Fəxri Legion” ordeni mükafatçısı, Bordo Müsəlman Məscidinin rəhbəri və Fransanın cənub-qərb bölgəsinin müftisi Tareq Ubrunun rəhbərlik etdiyi nümayəndə heyətinin  tərkibinə Fransa İslam Yardımı Təşkilatının Baş katibi və Bordo ofisinin rəhbəri xanım Xədicə Ubru, Jirond Müsəlman Federasiyasının Baş katibi Müslim Şərafəddin, Fransa Yəhudi icmasının Akvatin Şurasının və Fransadakı yəhudilərin mərkəzi məhkəməsinin Bordo regional nümayəndəsi Didye Quec, “Hexagone Partners” təşkilatının direktoru Qay Antuan Kasteks və Fransa Terror Qurbanları Assosiasiyasının vitse-prezidenti Pyer Koneza daxildir.


     
    Səfərin təşkilində məqsəd “Azərbaycan dini tolerantlığın modeli kimi” mövzusunda yerli dini qurumlar, dövlət və ictimai təşkilatlarla görüşlər keçirmək və bu görüşlərdə Fransa-Azərbaycan qarşılıqlı əlaqələrinin inkişafı və möhkəmləndirilməsi istiqamətində əməkdaşlıq imkanlarının müzakirə olunmasıdır. Bu tədbirin davamı olaraq 2013-cü il iyunun 15-də Fransanın Bordo şəhərində və Fransa Senatında eyni adlı mövzu üzrə konfransların keçirilməsi də planlaşdırılıb. 
     
    Səfər zamanı fransalı qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
     
    Nümayəndə heyəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, xarici işlər naziri Elmar Məmmədyarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, İRŞAD" İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev, Avropa və gürcü yəhudiləri dini icmalarının rəhbərləri ilə görüşlər keçiriblər.
     
    Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyenin iqamətgahında Bordo təmsilçilərinin şərəfinə təşkil olunan naharda  Azərbaycandakı dini konfessiyaların nümayəndələri,  o cümlədən Azərbaycandakı Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının başçısı arxiyepiskop Aleksandr İşin, Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Müqəddəs Məryam Katolik kilsəsinin yepiskopu Vladimir Fekete ilə görüşüblər.
     
    Daha sonra  qonaqlar “Bibiheybət” məscidini,  Qubadakı kütləvi soyqırımı məzarlığını və Qubada dağ yəhudilərinin kompakt şəkildə yaşadıqları “Qırmızı Qəsəbə” də fəaliyyət göstərən iki sinaqoqu ziyarət ediblər. Müsəlman icmasının nümayəndələri Qubadakı “Göy Məscid”də namaz qılıblar.
     
    Nümayəndə heyəti həmçinin, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçirilən “MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdırlar” adlı beynəlxalq konfransın işində də iştirak edib.
     
    Nümayəndə heyətinin rəhbəri Tareq Ubru səfərin yekunlarına dair qısa  açıqlama verərək bildirib ki, görüşlər olduqca maraqlı, məhsuldar və qarşılıqlı etimad şəraitində keçib: “Mən və həmkarlarım bir daha əmin olduq ki, Azərbaycan islam dünyasının tarixi-mədəni mərkəzlərindən biri olmaqla, dünyəvi və çoxkonfessiyalı dövlətdir. Ölkənizdə dini konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan mehriban dostluq və əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycanda yüksək tolerantlıq ənənələri formalaşıb və bu model digər ölkələr üçün örnək ola bilər. Fikrimcə, bu sahədə ölkənizin zəngin təcrübəsinin öyrənilməsi olduqca vacibdir və  Azərbaycanın səsinin Avropaya çatdırılmasında, Fransa ilə münasibətlərin daha da dərinləşməsi üçün əlimizdən gələni etməyə hazırıq”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 639
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30