Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Cengiz Sakmanlı: “Mən ingilis dilini elə öyrədirəm ki...”
    Onu çoxdan tanıyıram. 35 ilə yaxındır Türkiyədə ingilis dilini tədris edir. Qardaş ölkənin ən sayılıb-seçilən ingilis dili mütəxəssislərindən biridir Cengiz Sakmanlı. Onun Bakı şəhərində olduğunu öyrənincə, onunla görüşmək və həmsöhbət olmaq qərarına gəldik. Söhbətimizə də özü barədə tanışlıqdan başladıq: Türkiyənin Mərmərə Universitetində ingilis dili müəllimliyi fakültəsində təhsil almışam. Bu günədək Türkiyənin müxtəlif dövlət liseylərində ingilis dilindən dərs demişəm. Bu dillə bağlı 6 kitab yazmışam. Bu yaxınlarda həmin kitablarımı çap etdirmək niyyətindəyəm. Bu sahədə 35-ilin təcrübəsinə malikəm. Bütün bu təcrüblərimdən bəhrələnərək, ingilis dilini öyrənmək üçün yeni bir metod hazırlamışam və həmin metod əsasında ingilis dilini öyrədirəm. Yeni metodum ingilis dilini öyrənmək istəyənlər üçün çox böyük əhəmiyyətə malikdir.


    Bəs yeni metodunuz nədən ibarətdir? Onun üstünlükləri barədə nə deyə bilərsiniz? 

    -Bu dili öyrənmək istəyən bir insan, əvvəlcə qrammatikanı öyrənməlidir. Bu məqsədlə videolar hazırlamışam. Həmin videolarda şəxsi mühazirələrim var. Bu videolardan istifadə edərək tələbələr ingilis dilinin qramatikasını müstəqil şəkildə öyrənə bilərlər. Bütün videolarım www.Thecengizhoca.com adlı şəxsi saytımda yer alıb. İngilis dilini öyrənmək üçün mənə müraciət edənlərə və tələbələrimə öncə bu videoları izləməyin vacibliyini vurğulayıram. Yəni onlar dərsə gəlməmişdən öncə bu videoları mütləq izləməlidirlər. Videoda başa düşmədikləri mövzuları isə sinifdə müzakirə edirik. Daha sonra tələbələrə öyrəndikləri mövzularla bağlı test verirəm. Həmin testin nəticələrinə görə tələbəin dərsi öyrənib-öyrənməməsi məlum olur. Yalnız testdən yaxşı nəticələr əldə edən tələbələr dərslərinə davam edə bilirlər. Onlar dərs zamanı, ingilis dili səviyələrinə görə müxtəlif musiqilər dinləyir, video-filmlərə baxırlar. Bu zaman başa düşmədikləri sözlərin mənasını onlara öyrədirəm. İrəliləyişlər olanda, tələbələr xarici müəlimlərin iştirakı ilə danışıq klublarında iştirak edirlər. Sizə söylədiyim şəxsi saytımda, çat bölməsi də var. Onlar bu bölmədən istifadə edərək də, ingilis dili bacarıqlarını daha da təkmilləşdirə bilərlər. Təbii ki, bütün bunları tətbiq etməyim çoxillik təcrübəyə malik olmağımdan irəli gəlir. Bunu bir neçə ilin müəllimi bu şəkildə edə bilməz. 

    Əgər kimsə saytınızda yerləşdirilmiş videolardan yararlanaraq ingilis dilini müstəqil şəkildə öyrənə biləcəksə, o zaman sizin maddi qazancınız nə olur? 

    -Hazırkı məqsədim pul qazanmaq deyil, ingilis dilini öyrətməkdir. Çalışıram ki, hər kəsə bu dili öyrədim. Hətta, sizə söyləyim ki, bu günə qədər bir neçə imkansız insana pulsuz ingilis dili öyrətmişəm. Gördüyüm işin Azərbaycanda yayılması üçün dərslərimin münasib qiymətlərdə olması vacibdir. İndi bu işdən qazancım az olsa da, gələcəkdə qazancımın daha çox olacağına  inanıram. Videolara gəlincə isə bildiyiniz kimi ingilis dilində 6 səviyyə var. Saytımda hər səviyyə üçün videolar var. Yalnız bir məqam var ki, ilk 2 səviyyənin videolarına baxmaq ödənişsizdir. Digər səviyyələrə baxıb öyrənmək üçün isə saytda göstərilən bank hesabına 20 manat pul ödəmək lazımdır. Bu pulu ödədikdən sonra 4 ay müddətində videolardan asanlıqla yararlanmaq olur. Qeyd edim ki, bu ilin sentyabr ayından etibarən Bakıda açdığım şəxsi ingilis dili kurslarında ingilis dili dərslərinə start verəcəyik. 

    Bu barədə oxucularımıza ətraflı məlumat verə bilərsinizmi? 

    -Dərslər həftədə 2 dəfə, 90 dəqiqə müddətində baş tutacaq. Düşünürəm ki, qiymətlər hər kəs üçün münasibdir. Belə ki, qiymətlər 20 nəfərlik qrupda bir nəfər üçün 25 manatdır. Dərs materiallarına gəlincə isə pulsuzdur. Tələbələr bizi seçməklə dünyanın bir nömrəli universiteti olan Cambrige Universitetinin təsdiqi ilə beynəlxalq sertifikata sahib ola bilər.  

    Bu sertifikata sahib olmaq üçün nə etmək lazımdır? Bunun üçün sizin dərslərdə iştirak etmək yetərlimi?

    -Bu universitetin sertifikatına sahib olmaq üçün imtahandan keçmək lazımdır. Mənim dərslərimə qatılan şəxslər bu imtahandan asanlıqla keçə bilər. Belə ki, bu imtahana daxil olmaq üçün müəyyən edilmiş məbləğ var. Bu imtahanda iştirak etmək istəyən şəxs Britanıyanın Azərbaycandakı səfirliyinə həmin məbləği ödəyir və imtahanda iştirak edir. İmtahandan keçərsə Cambrige Universitetinin sertifikatına sahib olur. Bir daha söyləyim ki, mənim dərslərimə qatılan tələbələrin bu imtahandan keçməsi çox rahatdır. Ümumiyyətlə, mən ingilis dilini elə öyrədirəm ki, insanların İngiltərəyə və Amerikaya getməsinə heç bir ehtiyac qalmır. 

    Deməli, İETLS və TOFEL imtahanlarını verməyə gərək yoxdur. Elədirmi?

    - Bəli, belədir. Cambirge Universitetinin verdiyi sertifikat ömürlükdür. Amma İETLS və TOFEL imtahanlarını verib keçdikdən sonra qazanılan sertifikat isə 2 illik qüvvədədir. Yenidən imtahan verib sertifikat qazanmaq lazımdır. Amma Cambrige Universitetinin sertifikatını qazandığınız zaman isə İETLS və TOFEL-in imtahanlarına daxil olmağa gərək qalmır. Bir sözlə, Cambrige Universitetinin verdiyi sertifikat dünyanın bir nömrəli sertifikatı sayılır. 

    Bu günə qədər tələbələrinizdən bu sertifikatı qazanan neçə nəfər olub?

    - Şəxsi kursumun açılmamasına baxmayaraq,  artıq Azərbaycanda bir çox tələbə yetişdirmişəm. Onlara ingilis dilini yüksək səviyədə öyrətmişəm. Tələbələrimdən 20 nəfər azərbaycanlı bu artıq bu sertifikata sahib olub.

    Skype vasitəsilə də dərslər verirsiniz…
     
    -Tələbələr video dərslərimi izlədikdən sonra anlamadığı mövzuları Skype vasitəsilə məndən öyrənə bilərlər. Skype vasitəsilə dərslərimin müddəti həftədə 2 dəfə olmaqla 30 dəqqiqədir. Qiymətinə gəlincə isə 10 manatdır. 

    İngilis dilini yenicə öyrənməyə başlayanlar bu dili hərtərəfli neçə aya öyrənə bilərlər?

    -Yeni başlayanlar üçün bu dili mükəmməl şəkildə 12 aya öyrədirəm. Sıfırdan başlayan insana 12 aydan tez öyrətmək mümkün deyil. Təbii ki söhbət ingilis dilindən heç bir anlayışı olmayanlardan gedir. 

    Amma bəzi kursların reklamlarında  “ingilis dilini 6 aya öyrədirik”  cümləsinə rast gəlmək olur. Bəs bu necə olur? İnsanları aldadırlarmı, yoxsa necə? 


    -Onlar bunu iddia edirlərsə, öyrətməlidilər. Amma 35 ilin təcrübəsinə malik olan bir müəllim kimi mən ingilis dilindən heç bir anlayışı olmayana bu dili 12 aya öyrədə bilmirəmsə, onlar bunu necə öyrədirlər ki? Görünən odur ki, onlar belə yazmaqla yalnız özlərini reklam edir. 

    Maraqlıdır, şəxsi saytınızın izləyicilərinin sayı nə qədərdir?

    -Saytımın izləyicilərin sayı 10 mindən çoxdur. Gündəlik ziyarətçilərə gəlincə isə onların sayı 1000-2000 arası olaraq dəyişir. Qeyd edim ki, saytla yanaşı, Facebook səhifəmiz də var. Bu səhifənin üzvlərinin sayı 48300 nəfərdir. Bu üzvlər 82 fərqli ölkədəndir. Bu səhifə tələbələrə ingilis dilindən yeni sözlər öyrənmək imkanı yaradır. 

    Cəfər Mənsimi

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1178
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30