Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Dini icmalar ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirir
    Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi  ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dini icmalar tərəfindən keçirilən silsilə tədbirlər davam edir. Bu barədə jurnalistlərə açıqlamasında Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov məlumat verib. Dövlət Komitəsinin sədri bildirib ki, tədbirlərə ötən həftə start verilib: “Ötən həftə Şamaxıda ümummili lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş  “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda dini icmalar üçün iki günlük regional konfrans keçirildi. Şirvan bölgəsinə daxil olan 9 rayonun dini icmaları bu tədbirdə iştirak etdilər. Bunun davamı olaraq hazırda digər bölgələrdə də analoji tədbirlər davam edir.”

    E.İskəndərov  bildirib ki, Respublikanın Şirvan, Ağcabədi, Gəncə, Quba, Lənkəran, Zaqatala şəhərlərində “Heydər Əliyev və milli-mənəvi dəyərlər”  adlı silsilə tədbirlər keçirilir.
    Dövlət Komitəsinin sədri yaxın günlərdə start veriləcək tədbirlər barədə də danışıb: ”Sumqayıtda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Tolerantlıq Mərkəzi”nin təşəbbüs layihəsi çərçivəsində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə müxtəlif konfessiyalara (müsəlman, yəhudi, xristian) mənsub dini icmaların iştirakı ilə 9 min ağacın əkilməsi  kampaniyası keçiriləcək. Həmçinin, dini icmalar arasında mini futbol turnirinə də start veriləcək. Turnirin əsas məqsədi müxtəlif dini etiqadlı insanlar arasında qarşılıqlı anlaşmanın, bir-birinə dözüm və hörmətli münasibətin möhkəmləndirilməsinə kömək, Azərbaycanda dini tolerantlığın daha da inkişafına töhfə, dini icma nümayəndələri arasında əlaqələrin genişləndirilməsi və onların Ümummilli Lider Heydər Əliyev ideyaları ətrafında birləşdirilməsidir.”
    Dövlət Komitəsinin sədri bu ayın sonuna kimi Ümummilli Lider Heydər Əliyevin 90 illiyi ilə bağlı jurnalistlər və dini icmalar arasında keçirilən məqalə müsabiqənin nəticələrinin elan ediləcəyini də bildirib: “Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə  “Dini dözümlülük və tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi” mövzusunda məqalə müsabiqəsi elan edilib. Bu ayın sonuna kimi müsabiqənin nəticələri elan ediləcək və qaliblər mükafatlandırılacaq.”

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 590
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30