Əli Həsənov Prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxudu
Bakıda keçirilən MDB müsəlmanları Məşvərət Şurasının 2-ci iclası və "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır" mövzusunda beynəlxalq elmi-praktik konfransda Azərbaycan və Rusiya dövlət başçılarının təbrik məktubları oxunub. Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub. Həmçinin konfrans iştirakçılarına Rusiya Prezidenti Vladimir Putinin də təbrik məktubu göndərilib. Məktubu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin səsləndirib.