“Azərbaycanda dini icmaların fəaliyyəti dövlət tərəfindən ən yüksək formada dəstəklənir”
“Azərbaycanda dini icmaların fəaliyyəti dövlət tərəfindən ən yüksək formada dəstəklənir”. APA-nın məlumatına görə, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin xalqın milli mənəvi dəyərlərinə, dinir irsinə ehtiramı sayəsində ölkədəki bütün dini icmaların fəaliyyəti yüksək formada dəstəklənir: “Dövlət ilə din arasında həmrəylik olarsa, bir çox təhlükələrin, o cümlədən terrorizmin və ekstremizmin də qarşısının alınmasında göstərilən səylər uğurla nəticələnər, təhlükələrin qarşısı alınar.
Ölkədə din ilə dövlət arasında münasibətlərin yüksək səviyyədə olması cəmiyyətdə mənəvi sabitlik deməkdir”.