Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Biz yumruq kimi birlikdə olmağı hələ tam mənası ilə anlamamışıq”
    Təşkilatlanmaqdan öncə bəzi məqamları gözdən keçirməliyik. Bu məqamlar ondan ibarətdir ki, öncə yaşadığımız ölkəyə inteqrasiya olunmalıyıq (assimlasiya olmamaq şərti ilə) və həmin ölkənin qanunlarını mütləq bilməliyik. Əks təqdirdə yaradılan təşkilat istədiyimiz faydanı verməyəcək. Təşkilat yaratmaq nədənsə biz azərbaycanlılarda dəb olub. Amma heç bunun nə olduğuna və necə yaradılmağına fikir verən yoxdur. Avropada təşkilat yaratmış soydaşlarımız çoxdur, amma elə təşkilatlar (əgər təşkilat demək mümkündürsə) var ki, sadəcə adı və qeydiyyat nömrəsi var. Amma fəaliyyəti yoxdur və ya yox dərəcəsindədir. Onun üçün də təşkilat yaratmaq üçün əvvəl baza, sonra onun istiqaməti bəlli olmalıdır, yer ayrılmalıdır. Sonra qeydiyyatdan keçməlidir və yaşadığımız ölkə qanunlarına riayət olunmalıdır. Əslində təşkilati işləri asanca həll etmək olar. Amma bilmirəm, heç bir fəaliyyəti olmayan təşkilatlar bu minvalla özlərini aldadırlar, ya Azərbaycan xalqını? Bəzən internetdə adı olan elə təşkilatlar var ki, nə telefona cavab verirlər, nə elektron məktuba! Yoxlayanda məlum olur ki, fəaliyyət uzun müddətdir yoxdur. Çox acıyıram mən millətimizin belə “diasporçularına”. Vətənpərvərlik hissindən məhrum olan “həmrəyçilər” təəssüf edirəm ki, çoxdur.


    Almaniyada uzun müddətdir diaspor fəaliyyəti ilə məşğul olan Şəfəq Azər “Azadinform”un suallarını cavablandırıb.

    - Şəfəq xanım, nə qədər müddətdir Almaniyada yaşayırsınız? Diaspor fəaliyyətinə necə başladınız?


    - Mən 15 ilə yaxındır ki, ailəmlə birlikdə Almaniyada yaşayıram. Bilirsiniz, ölkədən kənarda azərbaycanlı kimi yaşamaq o qədər də asan deyil və insan hər an müxtəlif maneələrlə qarşılaşır. Bəzən insanlar elə anlayır ki, diaspor təşkilatları bütün yükü daşımalıdır və hər bir addımdan cavabdeh olmalıdır. Kimliyindən asılı olmayaraq, hər bir şəxsin evində formalaşmalıdır diaspora fəaliyyəti. Diaspora fəaliyyəti əsasən etnik, dini baxımdan insanların qrup şəklində bir yerə toplaşmalarından, adət-ənənələrini yaşatmaqlarından, vətəni layiqincə təmsil etməkdən, çətinliyi olan soydaşlara yardım etməkdən ibarətdir. Əlbəttə, əgər buna dövlət dəstəyi olarsa, o zaman daha güclü diaspora fəaliyyəti sərgiləmək olar. Mənim öz diaspora fəaliyyətimə gəldikdə isə, bu mənim qəlbimdədir və bunu mənim qəlbimdən heç kim qopara bilməz! 


    - Təşkilat yaratmamaq nə ilə bağlıdır? Təkbaşına fəaliyyət göstərmək çətin olmurmu?


    - Təşkilat yaratmaq o qədər də asan iş deyil, bunun üçün insana vaxt lazımdır. Amma sadəcə təşkilat yaratmaq deyil, onu işlətmək daha vacibdir. Buna isə ciddi yanaşmaq lazımdır və vaxta ehtiyac var. Təşkilatlanmaqdan öncə bəzi məqamları gözdən keçirməliyik. Bu məqamlar ondan ibarətdir ki, öncə yaşadığımız ölkəyə inteqrasiya olunmalıyıq (assimlasiya olmamaq şərti ilə) və həmin ölkənin qanunlarını mütləq bilməliyik. Əks təqdirdə yaradılan təşkilat istədiyimiz faydanı verməyəcək. Təşkilat yaratmaq nədənsə biz azərbaycanlılarda dəb olub. Amma heç bunun nə olduğuna və necə yaradılmağına fikir verən yoxdur. Avropada təşkilat yaratmış soydaşlarımız çoxdur, amma elə təşkilatlar (əgər təşkilat demək mümkündürsə) var ki, sadəcə adı və qeydiyyat nömrəsi var. Amma fəaliyyəti yoxdur və ya yox dərəcəsindədir. Onun üçün də təşkilat yaratmaq üçün əvvəl baza, sonra onun istiqaməti bəlli olmalıdır, yer ayrılmalıdır. Sonra qeydiyyatdan keçməlidir və yaşadığımız ölkə qanunlarına riayət olunmalıdır. Əslində təşkilati işləri asanca həll etmək olar. Amma bilmirəm, heç bir fəaliyyəti olmayan təşkilatlar bu minvalla özlərini aldadırlar, ya Azərbaycan xalqını? Bəzən internetdə adı olan elə təşkilatlar var ki, nə telefona cavab verirlər, nə elektron məktuba! Yoxlayanda məlum olur ki, fəaliyyət uzun müddətdir yoxdur. Çox acıyıram mən millətimizin belə “diasporçularına”. Vətənpərvərlik hissindən məhrum olan “həmrəyçilər” təəssüf edirəm ki, çoxdur.

    - Yaşadığınız şəhərdə təxminən nə qədər soydaşımız yaşayır, bilirsinizmi?

    - Biz yaşadığımız şəhərdə azərbaycanlılar çox azdır və azərbaycanlı ailəsi olaraq, təxminən 15-dən çox ailə var. Təkbaşına yaşayan azərbaycanlılar da var. Demək olar ki, onların 90%-i qaçqın olaraq yerləşib və acınacaqlı hal isə odur ki, əksəriyyəti saxta sənədlərlə gəliblər Almaniyaya. İçərilərində vaxtı ilə Azərbaycanda təhsil almış və vəzifədə işləmişlər də var. Həmin insanlar belə saxta sənədlərlə gəliblər və hətta bununla fəxr edirlər. Əslində, şəxsən mən utanıram bir azərbaycanlı kimi bunu sizə çatdırmağa. Amma əksəriyyəti aşağı təbəqə insanlarıdırlar və maddiyyatdan başqa onlar üçün digər məsələlər maraqlı deyil. Çox çətindir belə soydaşlarımızla işbirliyi etmək, ünsiyyət qurmaq. Belələri cəmiyyətdən qaçırlar və üzümüzü qara edənlər də belə insanlarımızdır. İndi çalışdığım o insanları bir araya yığmaq,  onlara yardım etmək, Azərbaycanımızı sevdirməkdir.

    - Almaniya və Avropanın digər ölkələrində fəaliyyət göstərən təşkilatlarla münasibətləriniz necədir?

    - Əlbəttə, yaxşı, sıx əlaqələrimiz var. Hər bir təşkilata uğurlar arzulayıram. Azərbaycan naminə bütün işlərə, bütün tədbirlərə çoxlu uğurlar diləyirəm. Avropada fəaliyyət göstərən təşkilatlarla sıx əlaqə olarsa, məncə, daha effektli olar. Bu sadəcə mənim fəaliyyətim üçün keçərli deyil. Düşünürəm ki, burada fəaliyyət göstərən təşkilatlar daim sıx əlaqədə olmalıdır. Əlaqələr nə qədər sıx olarsa, fəaliyyət də bir o qədər effektli olar.

    - Sizə Diasporla İş üzrə Dövlət Komitəsindən və ya ölkəmizi təmsil edən səfirlikdən dəstək varmı?

    - Açığı Səfirliyimizə diaspora fəaliyyəti ilə əlaqədar olaraq müraciət etməmişəm və inanıram ki, müraciət edərsəm, dəstək verərlər. Buna hər halda ümid edirəm.

    - Yaşadığınız şəhərdə soydaşlarımızın həyat səviyyəsi necədir? Daha çox hansı sahələrdə fəaliyyət göstərirlər?

    - Yaşadığım şəhərdə soydaşlarımın təəssüf ki, həyat səviyyələri aşağı səviyyədədir. Çünki, çoxları qaçqın və saxta sənədlərlə gəldiklərindən ya işsizdirlər və yaxud da aşağı təbəqə işlərdə çalışırlar. Əsasən təmizlik işləri, taksi sürücüsü, dönərxanalarda yardımçı, çörək bişirmə sexlərində çörək bişirən, gecə işləri, dövlətdən gizlin qara işlər və s. Yaşadığımız şəhərdə bizim azərbaycanlıların Rusiyadan yaxud da Qazaxıstandan gələn rusdilli almanlarla, ermənilərlə, ruslarla yaxud da yəhudilərlə sıx ünsiyyətindən xəbərdaram. Onlarla ünsiyyətə qarşı deyiləm, onlarla bərabər dini ayinlərə qoşulub, din dəyişdirənlərə qarşıyam. Bu insanlar düşməndən daha betər, qorxuludurlar. Biz müsəlmanıq, öz dinimiz olan sonuncu İslam dinini öyrənməli, doğru yolu tutmalıyıq! Avropanın hər yerində Buna imkan var. Bu imkanlardan isə bizlər istifadə etsək, çox nailiyyətlər əldə edə bilərik.

    - Almaniyada oxuyan, yaşayan gənclərimizlə bağlı nə düşünürsünüz? Onları siyasi, mədəni, intellektual mübarizənin layiqli davamçıları kimi görə bilirsinizmi?

    - Almaniyada oxuyan gənclərimizin parlaq gələcəyi vardır. Mən buna qəlbən inanıram və çoxları özlərini sübut ediblər. O gənclər intellektual səviyyələri ilə Avropada Azərbaycanın elçiləri sayılırlar və mən həmin gənclərimizə səbirli olmağı, təmkinlə ixtisaslarını gözəl öyrənməyi, vətənimizi sevməyi və layiqincə təbliğ etməyi arzu edirəm. Heç kimin və heç nəyin təsiri altına düşməsinlər və Türk olduqlarını da gərək unutmasınlar!

    - Diaspor fəaliyyətinin effekti sizcə, nə yerdədir? Bir çoxları düşünür ki, diaspor fəaliyyəti küçə və meydanlardan intellektual məkanlara daşınmalıdır. Necə düşünürsünüz, bu həqiqətən effektli ola bilərmi?

    - Diaspora fəaliyyətinin uğurundan və effektindən mən razıyam desəm, səmimi olmaz. Düzgündür ki, danılmaz işlər, nailiyyətlər vardır. Amma bunlar çox azdır. Biz yumruq kimi birlikdə olmağı hələ tam mənası ilə anlamamışıq. Bunun zamana ehtiyacı var və hər bir yeni ildə görürük ki, az da olsa nailiyyətlərimiz vardır və artmaqdadır. Biz sadəcə müxtəlif tədbirlərlə, musiqi proqramları ilə deyil, bütün fəaliyyətlərin intellektindən asılı olaraq yaşadığımız ölkənin ictimaiyyətinə, cəmiyyətin ali təbəqəsinə transfer etməliyik (daşımalıyıq)! Məhz belə olan halda bunun effektindən danışmaq və bunu o zaman qiymətləndirmək olar.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 663
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30