Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Baxşeyiş Hətəmli: “Jurnalist də, alim də, şair də Vətənin müsəlləh əsgəridir”
    Baxşeyiş Hətəmli oxuculara özünün kitabları ilə tanışdır. “Kolanı-şəhidlər yurdu”, “Seydlidə bitən qeyrət”, “Ömrün şöhrət tacı”, “Qisas bu dünyadadı…”, “Ağdam ağrıları”, “Ölərkən dünyaya gələn oğullar”, “Qəhrəmanlıq zirvəsinin fatehi”, “Ölüm son deyil…”, “Muğam çeşməsi”, “Vətənə sipər oğullar” kitabları və “Ağdam-80” jurnalı onu oxucuların yaddaşında eyni zamanda vətənpərvər bir yazıçı kimi saxlayır.  Bütün ömrünü Azərbaycana gündəminə həsr edib, tarix yazmaqla məşğul olan B.Hətəmlinin təltif və mükafatları da az deyil. “Azərbaycan Bayrağı” ordeni, 708 saylı Hərbi Hissənin döş nişanı, “Qızıl qələm” mükafatı, “Vətən” Media Mükafatı, “Əməkdar jurnalist” “Peşəkar jurnalist” kimi təltif və mükafatları onun əməllərinə verilən yüksək qiymətin göstəriciləridir.

    - Qarabağ müharibəsinin iştirakçısısınız. Uzun müddət ordu sıralarında xidmət etmiş, döyüş əməliyyatlarının iştirakçısı olmusunuz. Məlumdur ki, bu müharibədə ən çox ağırlıq Ağdam və ağdamlıların üzərinə düşdü. Düşmənin  qarşısında döyüşən Ağdamın işğal olunmasına heç kim inanmırdı. Çünki bu şəhər Qarabağın alınmaz qalası sayılırdı. Bəs, necə oldu ki, Ağdam düşmən tərəfindən işğal olundu?

    Ağdam tarixi boyu Azərbaycanın çox iri, iqtisadi imkanlara malik, insanlarının fədakarlığı, zəhmətkeşliyi ilə fərqlənən və strateji xarakter daşıyan bir rayonu olub. Qarabağ müharibəsinin ilk günlərində də bu müharibənin önündə Ağdam rayonu olub. İlk günlər Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndləri işğal edildikcə orada yaşayan soydaşlarımız da Ağdama üz tutur, pənah gətirirdilər. Ağdam bütün bu çətinliklərə dözür, eyni zamanda rayon yerli özünümüdafiə dəstələri ilə düşmən təcavüzündən də qorunurdu. Ağdamda tərkibi demək olar ki, ağdamlılardan ibarət olan 4 alay formalaşmışdı. Bu alaylar təkcə Ağdamın deyil, eyni zamanda Dağlıq Qarabağın azərbaycanlılar yaşayan məntəqələrinin də müdafiəsində dayanırdılar. Lakin müharibə uzandıqca verilən itkilər bu hərbi hissələrə istər-istəməz təsir göstərir, alayların qüvvəsini zəiflədirdi. Həm də o  dövrdə respublikamızda, xüsusilə Bakı şəhərində yaranmış hakimiyyətsizlik və anarxiya Ağdamdakı vəziyyətə də təsirini göstərirdi. Maraqlı insanlar Ağdamda hakimiyyət dəyişiklikləri törədir, hərbi qüvvələri parçalayır, vahid komandanlıq sisteminin yaradılmasına maneçilik törədirdilər. Bütün bunlar söz yox ki, düşmənin dəyirmanına su tökmək demək idi. Get-gedə baş alıb gedən xaos nəhayət Ağdamın düşmən əlinə keçməsinə şərait yaratdı və 5 il düşmənlə qabaq-qənşər döyüşən bir şəhər 5 min nəfərə qədər şəhid versə də 1993-cü ilin iyul ayının 23-də süqut etdirildi və artıq 20 ildir ki, Ağdam düşmən tapdığındadır.

    - Siz ixtisasca jurnalistsiniz. Sizi qələminizi süngüyə dəyişməyə nə vadar etdi?

    Jurnalist də, alim də, şair də Vətənin müsəlləh əsgəridir. Əgər Vətən dardadırsa hər bir kəs əlinə silah götürməlidir. Eləcə də mən. Həmin vaxt mən iki sual qarşısında qalmışdım. Vətənimə qələmimin, yoxsa silahımın gücü ilə çox xidmət göstərə bilərəm?!. Mən silahı götürməyi seçdim. Ağdamdakı 836 saylı ərazi özünümüdafiə alayında xidmətə başladım. Sıravilikdən kəşfiyyat rəisi vəzifəsinə qədər yüksəldim. Kiçik leytenant, leytenant və baş leytenant rütbələri aldım. 
    1994-cü ildə hərbi əməliyyat zamanı minaya düşərək sağlamlığımı itirdim. Bir il hərbi qospitalda yatdım. Sonra ordu sıralarından II qrup Qarabağ müharibəsi əlili kimi tərxis olundum və öz doğma peşəmə - jurnalistikaya qayıtdım. “Ağdam” qəzetinin redaktoru kimi fəaliyyətimi davam etdirdim.

    - Müharibə həyatınızda xatırladığınız ən ağır anlar hansılardır?

    Müharibənin hər günü dəhşətli olur. Qarabağ müharibəsinin tarixinə nəzər salsaq görərik ki, təqvimimizin hər bir günündə faciə var. Qaradağlı, Meşəli, Quşçular, Kərkicahan və ən dəhşətlisi olan Xocalı faciəsini unutmaqmı olar?! Bu faciələrin hamısı dözülməz idi. Lakin ən dözülməzi Xocalı faciəsi idi. Xocalıların xilas olunmasında ağdamlı döyüşçülər misilsiz qəhrəmanlıqlar göstərmişlər. Bu faciənin ağrı-acısı hər ağdamlının ürəyində bir yaradır. Çünki xocalıları həmin səhər ilk qarşılayan ağdamlılar olublar. Onların hansı müsibətlər çəkdiyini, anaların, uşaqların fəryadlarını, qocaların nalələrini ağdamlılar eşidiblər. Öldürülmüş xocalıların böyük əksəriyyəti Ağdam məscidində yuyulmuş, çoxu elə Ağdam torpağında da dəfn olunmuşdur. 

    - Qarabağ savaşında məğlubiyyətin səbəblərini nədə görürsünüz? 

    O zaman ordumuzda müəyyən pərakəndəlik olsa da döyüşçülərimizin vətənpərvərlik istəyi, döyüş əzmi çox yüksək idi. Lakin təəssüf doğuran o idi ki, elə cəsur, fədakar döyüşçülərin başında duranlar səriştəsiz, milli ləyaqəti, qeyrəti olmayan AXCP və Müsavat Partiyalarının rəhbərləri idi. Sanki şirlərin başında qoyunlar durmuşdu. Elə məğlubiyyətimizin də səbəbinin kökü onda idi. Gözəl bir məsəl var: “Başında şir duran qoyunlar ordusu, başında qoyun duran şirlər ordusuna qalib gələr!”

    - Bu gün döyüş bölgəsinə yaxın kəndlərdə insanların əhval-ruhiyyəsi necədir?

    Qeyd etmək istəyirəm ki, bu gün Ağdam rayonunun sahəsi 1094 kvadrat kilometrdir. Bu ərazinin 77 faizi işğal altındadır. 121 yaşayış məntəqəsindən 78-i, 1 şəhər və 1 qəsəbə ermənilərin əlindədir. 43  yaşayış məntəqəsi isə bizdədir. Rayonumuzun əhalisi 180 min nəfərdir. Həmin əhalinin 90 min nəfərə yaxını bu gün Ağdamın işğaldan qorunmuş kəndlərində və yeni salınmış 17 qəsəbədə məskunlaşıb. Əhali torpağa bağlanaraq çalışır, işləyir, güzəranını yaxşılaşdır. İnsanları doğma kəndlərinə, torpağa bağlayan isə dövlətimizə onun rəhbərinə və ordumuza olan inamıdır.

    - Məlumdur ki, Ağdam düşmənlə təmas xəttindədir. Söz yox ki, burada hərbi kontingent də yerləşib. Əhali ilə hərbçilərimizin arasında münasibət necədir?

    Azərbaycan milli ordusunun ilk qaranquşu Ağdamda yaradılıb. Ağdamlılar hərbə bağlı və hərbçiləri seəvn insanlardır. Hər bayram günlərində rayonumuzun ziyalıları, veteranları, musiqi kollektivləri hərbi hissələrdə olur, əsgərlərlə görüşlər keçirir, bayram sovqatları da aparırlar. 

    Gülsüm Adilqızı

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 735
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30