Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Təhsil Nazirliyində Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüş keçirilib
    Bu gün Təhsil Nazirliyində ənənəvi Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-AVRASİYA) iştirakçıları ilə görüş keçirilib. Təhsil naziri Misir Mərdanov dünyanın müxtəlif ölkələrindən Azərbaycana gəlmiş iştirakçıları salamlayaraq bildirib ki, olimpiada Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Çağ” Öyrətim İşlətmələri Şirkəti, İDEA, “İNEPO-AVRASİYA” Ekologiya İctimai Birliyinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin təşkilatçılığı ilə keçirilir. 

    Nazir olimpiadasının keçirilməsinin məqsədinin dünyada və Azərbaycanda mövcud olan ekoloji problemlərin həlli, eləcə də ətraf mühitin mühafizəsi istiqamətində görülmüş işlərlə bağlı gənc nəslin məlumatlandırılması, ekoloji biliklərin inkişaf etdirilməsi və mədəni, tarixi, eləcə də sosial estetik dəyərləri qorumaqdan ibarət olduğunu qeyd edib.
    M.Mərdanov Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının 2007-ci ildən başlayaraq keçirildiyini və iştirakçı ölkələrin sayının ildən-ilə artdığını vurğulayıb. Bu il keçirilən olimpiadanın coğrafiyasının çox geniş və əhatəli olduğunu qeyd edən təhsil naziri Azərbaycanla yanaşı, dünyanın 45 ölkəsindən 500-dək şagirdin yarışmada iştirak etdiyini bildirib. Nazir olimpiadanın yekununda daha güclülərin qalib gələcəyinə və iştirakçıların hər birinin Azərbaycandan xoş təəssüratla ayrılacağına əminliyini ifadə edib. 
    Aprelin 5-də açılış mərasimi olacaq olimpiadaya Azərbaycanın 180 orta məktəbindən daxil olan 214 layihədən 78-nin, digər ölkələrdən təqdim edilən 625 layihədən isə 52-nin seçilməsi barədə məlumat verən M.Mərdanov həmin layihələr arasından qaliblərin müəyyənləşdiriləcəyini nəzərə çatdırıb.
    Olimpiadanın ölkəmizin daha yaxından tanınmasında, müxtəlif ölkələrdən gələn şagirdlərin Azərbaycan haqqında yeni biliklər əldə etməsində mühüm əhəmiyyətini nəzərə çatdıran təhsil naziri bu tədbirin təşkilində əməyi olan şəxslərə təşəkkürünü bildirib.
    Misir Mərdanov olimpiada iştirakçılarına Azərbaycanla, xüsusilə Bakı şəhəri ilə yaxından tanış olmağı, azərbaycanlı müəllim və şagirdlərlə dostluq əlaqələri yaratmağı tövsiyə edib. Çıxışının sonunda nazir olimpiada iştirakçılarına uğurlar arzulayıb və bütün ölkələrin yarışmanın yekun mərhələsinə qatılmış təmsilçilərinin əməyini yüksək dəyərləndirib.
    Sonra Nepal, Anqola, İndoneziya, Əfqanıstan, Tailand və digər ölkələrdən olan iştirakçılar görüşdən məmnun olduqlarını nəzərə çatdırıb, göstərilən səmimi münasibətə görə təşəkkürlərini bildiriblər.
    Görüşdə “Çağ” Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən  və Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsud Kurnaz da iştirak ediblər.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 600
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30