Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Təhsil Nazirliyində Peşə Seçiminə Dəstək Sistemi portalının təqdimatı olub
    Bu gün Təhsil Nazirliyində Peşə Seçiminə Dəstək Sistemi (PSDS) portalının (www.psds.edu.az) təqdimat mərasimi keçirilib. Təhsil naziri Misir Mərdanov Peşə Seçiminə Dəstək Sistemi portalının əhəmiyyəti barədə fikirlərini bildirib. Nazir PSDS-in əsas məqsədinin orta məktəb şagirdlərini peşələrlə daha yaxından tanış etmək, şagirdləri maraq dairələrinə uyğun olan peşə sahələrinə istiqamətləndirmək və məzunların işəgötürənlərlə əlaqə qurmalarını təmin etməkdən ibarət olduğunu bildirib.

    Türkiyənin "Kavrakoğlu" şirkətinin baş menecerinin köməkçisi İncilay Kesik PSDS portalının texniki imkanları və məzmunu haqqında məlumat verib. Portalda “Özünü tanı”, “Peşə ixtisasları”, “Peşə təhsili müəssisələri”, “Şagird qəbulu”, “CV yüklə” və “CV siyahısı” bölmələrinin yer aldığını söyləyən İ.Kesik istifadəçilərə təklif olunan xidmətlərin üstün cəhətlərindən danışıb.
    İ.Kesik istifadəçilərin "Özünü tanı" bölməsindəki 170 sualdan ibarət testləri həll etməklə bacarıq və maraq dairələri ilə bağlı özlərində aydın təsəvvür formalaşdıra biləcəklərini qeyd edib. "Peşə ixtisasları" bölməsində müvafiq peşələr haqqında dolğun məlumatlar əldə etməyin mümkünlüyünü bildirən qonaq istifadəçilərə "Peşə təhsili müəssisələri" bölməsində seçdikləri peşə ixtisasının hansı peşə təhsili müəssisələrində tədris olunduğu haqqında informasiya almaq və həmin peşə təhsili müəssisələrinə dair ətraflı məlumat əldə etmək imkanı verildiyini vurğulayıb. "Kavrakoğlu" şirkətinin nümayəndəsi "Şagird qəbulu" bölməsinə daxil olan istifadəçilərin peşə təhsili müəssisələrinə ərizə ilə müraciət edə biləcəklərini nəzərə çatdırıb, həmçinin "CV yüklə" və "CV siyahısı"  bölmələri haqqında dolğun məlumat verib.
    "Kavrakoğlu" şirkətinin baş meneceri Dilek Bağdatlıoğlu bildirib ki, PSDS orta məktəb şagirdlərinə peşə seçimlərində dəstək vermək üçün nəzərdə tutulub. Qonaq peşə təhsili almaq istəyənlərin düzgün istiqamətləndirilməsi, peşə və iş əldə etmək istəyən şəxslərin uyğun peşəyə yiyələnmələrinə yardım göstərilməsi, tədris müəssisələrinin və peşələrin ictimaiyyətə daha yaxından tanıdılması məsələlərinin də PSDS-in əsas hədəfində olduğunu qeyd edib.
    Misir Mərdanov PSDS-in mahiyyətinin geniş ictimaiyyətə çatdırılmasının gərəkli olduğunu bildirərək bu sistemin cəmiyyətdə peşə təhsilinə münasibətin dəyişilməsinə müsbət təsir göstərəcəyinə inamını ifadə edib. PSDS-in uğurlu fəaliyyətinin təmin olunması ilə bağlı qarşıda duran vəzifələrə toxunan nazir bir sıra tapşırıq və tövsiyələrini verib.
    Daha sonra yeni portalın fəaliyyətinin peşə təhsilinin inkişafına təsiri ilə bağlı fikir mübadiləsi aparılıb, müvafiq rəy və təkliflər səsləndirilib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 642
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30