Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Orxan Həsənoğlu: “Azərbaycan-Kipr əlaqələrinə kölgə salmaq istəyənlər var”
    Son aylarda Azərbaycan-Kipr əlaqələrinə kölgə salmaq istəyənlər var. Zaman-zaman Kipr və Azərbaycan mediasında bununla bağlı qərəzli xəbərlər yayılır. Bunun şüurunda olanlar və olmayanlar var. İki qardaş xalq arasında əlaqələrin dağıdılmasını istəyənlər bu mövzuda müvəffəqiyyətli ola bilməyəcəklər. Biz buna fürsət verməməliyik. Bu mesajımın kimlərə olduğunu o insanlar çox yaxşı bilirlər. Bəzən də, bəziləri öz daxili siyasətlərində müvəffəqiyyətsizliklərini başqalarına palçıq atmaqla gündəmə gələrək reytinq toplamağa çalışırlar. Kiprdə də Azərbaycanda da bu imkanlardan faydalanmaq istəyənlər var.

    Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu  "Azadinform"a müsahibə verib.


    - Orxan müəllim, rəhbərlik etdiyiniz Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin məqsədi nədir? Cəmiyyət hansı ehtiyacdan yarandı?


    Şimali Kipr Türk Cümhuriyyətində 98 müxtəlif ölkəni təmsil edən 60 minə yaxın tələbənin təhsil almasını nəzərə alaraq deyə bilərik ki, Şimali Kipr hər bir ölkənin özünü təbliği üçün açıq meydandır. Gənc və dinamik bir topluluğu bir araya gətirməklə istər Azərbaycan, istərsə Şimali Kipr üçün müsbət nəticələr əldə etmək mümkündür. İşimizin əsas istiqaməti bu hissəyə yönəlib.
    Bununla birlikdə Şimali Kipr Türk Cümhuriyyətində təhsillərini davam etdirən azərbaycanlı gənclərin milli vətənpərvərlik ideyası ətrafında birləşməsi bizim cəmiyyətin əsas prioritet istiqamətlərini təşkil edir.
    Biz Azərbaycan-Kipr Dostluq Cəmiyyətini yaratmaqla milli ruhun gənc beyinlərdə özünə yer tapması, onun inkişaf etdirilməsi yolunda səylərimizi davam etdirməyə, iki qardaş ölkə arasında əlaqələrin  inkişafına çalışırıq.
    Xalqımızın nicata qovuşması, dövlətçiliyimizin gücləndirilməsi, gücünün daha da artırılmasında vətənpərvər gənc nəslin olması mütləq mənada vacibdir. 
    Azərbaycan - Kipr Dostluq Cəmiyyəti də məhz günün tələbi ilə, sözün tam anlamı ilə ehtiyacdan yarandı. İki ölkə arasında digər dövlətlərlə müqayisədə çoxşaxəli əməkdaşlığın olmamasının səbəbləri hər birimizə məlumdur. Ölkəmiz Şimali Kipr Türk Cümhuriyyətini rəsmi dövlət kimin tanıya bilməməkdədir. Buna baxmayaraq iki ölkə arasında əsasən təhsil və turizm sahəsində qarşılıqlı iş birliyi mövcuddur. AKDC olaraq biz bu münasibətlərin digər sahələrdə də inkişafına çalışırıq.
    Məlum olduğu kimi, ŞKTC xalqı ilə Azərbaycan xalqının ortaq problemləri, çətinlikləri var. Bütün bunların həllində biz də AKDC olaraq, öz gücümüz və enerjimizi sərf edərək, hər iki xalqı maraqlandıran çox önəmli layihələrin gerçəkləşməsində və bununla da hər iki ölkə arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etməsində səylərimizi əsirgəməyəcəyik.
    Əminik ki, tarix hər birimizə Tanrının köməyi ilə Azərbaycanın Respublikasının Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanıdığı xəbərini aldığımız günü nəsib edəcək.

    “Atatürkün şəkilini asanlar, Atatürkün sahib çıxın dediyi xalqa sahib çıxmaq yerinə onlardan istifadə etməyə qalxırlar”

    - Siz demək olar ki işlərinizin çoxluğu ilə əlaqədar daha çox Şimali Kiprdə olursunuz. Şimali Kiprdən Azərbaycanı necə görürsünüz? Azərbaycanın bu günkü durumunu necə qiymətləndirərdiniz?

    Azərbaycan Respublikası qısa zaman ərzində çox böyük yol qət edib. Ölkəmiz gün keçdikcə dünyada öz mövqelərini möhkəmləndirməklə yanaşı, önəmli strateji layihələrə də öz imzasını atmaqdadır. Ölkəmizin həyata keçirdiyi beynəlxalq miqyaslı tədbirləri dünya xalqları yaxından izləyir. Bu bizim sevincimizi daha da artırır. Ölkəmizin gənc və dinamik bir prezidenti var.
    Düşünürəm ki, cənab İlham Əliyevin gənclərə xüsusi qayğısı, xalqımızı daha gözəl və xoş günlərə aparır. Kipr gənc bir dövlət olaraq çox inkişaf etdi.  Biz daha da çox çalışmalıyıq, kifayətlənməməliyik. Problemlərimizin həlli üçün güclü olmaq məcburiyyətindəyik.
    Yeri gəlmişkən, bir məsələyə xüsusilə toxunmaq istəyirəm. Son aylarda Azərbaycan-Kipr əlaqələrinə kölgə salmaq istəyənlər var. Zaman-zaman Kipr və Azərbaycan mediasında bununla bağlı qərəzli xəbərlər yayılır. Bunun şüurunda olanlar və olmayanlar var. İki qardaş xalq arasında əlaqələrin dağıdılmasını istəyənlər bu mövzuda müvəffəqiyyətli ola bilməyəcəklər. Biz buna fürsət verməməliyik. Bu mesajımın kimlərə olduğunu o insanlar çox yaxşı bilirlər. Bəzən də, bəziləri öz daxili siyasətlərində müvəffəqiyyətsizliklərini başqalarına palçıq atmaqla gündəmə gələrək reytinq toplamağa çalışırlar. Kiprdə də Azərbaycanda da bu imkanlardan faydalanmaq istəyənlər var. Bu həssas mövzularda onları xəbərdar etmək istəyirəm. Kimsə unutmamalıdır ki, bu iş birliyinin təməlini qoyanlar böyük və unudulmaz liderlərimizdir. Başının üstündə Atatürkün şəkilini asanlar, Atatürk sahib çıxın dediyi xalqa sahib çıxmaq yerinə onlardan istifadə etməyə qalxırlar. Ad çəkmək  istəmirəm, amma bu problemlər davam etsə bu gün üstü bağlı dediklərimi sabah açıqca ifadə etmək məcburiyyətində qalacağıq. Kiprin çörəyini-suyunu yeyəndə bu ölkəyə xəyanət etməyə qalxırlar. Bizlər siyasətlə məşğul deyilik, onsuz da bir İctimai Birliyin siyasətlə məşğul olması  etik deyil. Amma burada xalqımıza və uca Türk millətinə dil uzadanlara bır daha düşünün mesajı vermək istəyirəm. İndi 20-ci əsrdə deyilik.  Hazırda dünyada güclü Türk dövlətləri və milli düşüncəli və iradəli dövlət adamlarımız var. Bunları göz ardı etməyin. Əlaqələrimizə xələl gətirə bilməyəcəksiniz. 

    “Turizm sahəsinə iş adamlarımız böyük investisiyalar qoya bilərlər” 

    - AKDC sədri olaraq necə düşünürsünüz, Sizcə, hər iki ölkə münasibətlərin daha da inkişafı üçün mövcud potensialdan nə dərəcədə istifadə edir?

    Məncə, qarşılıqlı əməkdaşlıq və inkişaf üçün müxtəlif obyektiv və subyektiv amillər var. Belə ki,  hər iki ölkə bu mövcud potensialdan yetərincə istifadə edə bilmir.  Burada təbii ki, Kiprin status və Dağlıq Qarabağ amili böyük rol oynasa da, hər iki xalq bir-birlərini yetərincə tanımırlar. Kiprdə turizm sahəsinə ölkəmizin də iş adamlarının iqtisadi marağını çəkmək lazımdır. Burada turizm sahəsinə iş adamlarımız böyük investisiyalar qoya bilərlər. İki ölkə arasında iri layihələr icra etmək olar. Bu sahədə AKDC olaraq bizim öhdəliklərimiz və konkret layihələrimiz var. İnşallah qısa müddətdə bunu həyata keçirəcəyik.

    “Türkiyə mediası Kiprə çox yer vermir”

    - Mənim qənaətimə görə, Rauf Denktaşın prezident olduğu illərdə ŞKTC barəsində daha çox danışılırdı. Hazırda isə belə deyil. Sizcə nə baş verir?

    Fikrinizlə razıyam. Amma məhz, sayın Denktaşında mübarizəsi bundan ibarət idi ki, bu gün ŞKTC bir dövlət kimi formalaşsın və inkişaf etsin.  Düşünürəm ki, onun arzuları, ideyalarının bir hissəsi həyata keçib, geri qalan ideyalarını isə bizlər birlikdə həyata keçirəcəyik. Ayrıca onu da qeyd etmək istərdim ki, o danışılan bir çox problem zamanında həll etdi, sıx-sıx Kipr  problemini gündəmə gətirdi. Və gecə-gündüz Kipr üçün çalışırdı. Bu gün Kipr Türkü onun ruhuna çox şey borcludur. Bu gün onun yolunu davam etdiren prezident Derviş Eroğlu da güclü iradə ilə çalışır..
    Gündəmə gəlincə isə, bildiyiniz kimi onun zamanında Türkiyə mediası ilə hazırkı Türkiyə mediası arasında çox böyük bir fərq var. Bu da əsasən medianı idarə edənlərlə bağlıdır.
    Bildirdiyiniz kimi, bəli, reallıq var, Rauf Denktaşın prezident olduğu illərdə ŞKTC barəsində daha çox danışılırdı. Artıq Türkiyə mediası Kiprə çox yer vermir. Bunun da səbəbləri hər kəsə məlumdur.

     “Vətənə xidmət, vicdan borcudur”

    - Azərbaycan diasporunun fəaliyyətində bir sıra problemlərin olduğu bildirilir. Misal üçün, “diasporunun məqsədlərindən biri xaricdə təşkil olunan tədbirlərə dəstək olmasından ibarətdirsə, bu yöndə onlar ciddi işlər görmürlər, maliyyə vəsaiti ayırmırlar” kimi düşüncələr var. Təşkilatınız bu kimi problemlərlə üzləşirmi?

    Bu istiqamətdəki problemlərlə bağlı vaxtaşırı mətbuatda məlumatları oxuyuram. Əslində bizim diasporda formalaşan bir anlayış var ki, xaricdəki təşkilat tədbir keçirməlidir və Diaspora Komitəsi də buna maliyyə ayırmalıdır. Və ya xaricə ölkəmizdən sənətçi göndərməlidir.
    Azərbaycan diasporunun tədbirlərinin çoxu bu və ya oxşar formada olur. Əvvəlcə bir məsələni mənimsəmək lazımdır ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əsas vəzifəsi onun Əsasnaməsində də yazıldığı kimi diasporla iş sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etməlidir və bu siyasətin həyata keçirilməsini təmin etməlidir. Bu komitənin əsas fəaliyyət istiqamətlərindən birincisidir. Vəzifə borcu isə ondan ibarətdir ki, xaricdə yaşayan azərbaycanlılara, onların yaratdıqları qurumlara, KİV-ə, beynəlxalq hüquq normaları çərçivəsində öz tarixi Vətəni ilə əlaqə yaratmaq, ana dilini, milli-mənəvi dəyərləri mənimsəmək, yaşatmaq və inkişaf etdirmək, eləcə də Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələr qurmaq, onların təcrübəsini öyrənmək məqsədi ilə müxtəlif yönlü təşkilati, informasiya, maddi və mənəvi yardım göstərməkdir. Bunlar ölkəmizin başçısı İlham Əliyevin imzaladığı 14 may 2009-cu il tarixli sərəncamla öz əksini tapıb. Məncə bunun icrasında problemlər var. Bu Komitə zamanında öz sözünü deyib, öz fəaliyyətini ortaya qoyub. Bu gündə bu sahədə iş aparılır. Ancaq ataların bir sözü var: uman yerdən küsərlər. Xaricdəki təşkilatların zaman-zaman bu problemləri dilə gətirməsi vacib məsələdir. Kiməsə nəyəsə görə doğma münasibət, kiməsə də nəyəsə görə ögey münasibət göstərmək qətiyyən yolverilməz bir haldır. Ancaq bir reallıqda var ki, müxtəlif diaspora qurluşlarında bu qayğıdan sui-istifadəyə yol verirlər. Belə olduğu halda cəmiyyətdə  narazılığın baş verməsi təbii haldır.
    AKDC-yə gəlincə isə biz bu günə qədər komitədən nə isə tələbimiz olmayıb. Onun elektron bazasından istifadə edirik, lazım olduğu halda bu informasiyalardan yararlanırıq.  
    Cəmiyyətimizin çox aktiv üzvləri var ki, onların dəstəyi ilə tədbirlər keçiririk. ŞKTC-də özəlliklə bizə universitetlər dəstək olurlar. Bu günə kimi ölkəmizdən bir çox tanınmış şəxsi buraya dəvət etmişik. Həmçinin Bakıda da tədbirlərimiz olub. Hər zaman içində Vətən sevgisi olan insanlar bizə dəstək veriblər. Bunu elə məhz komitənin mənəvi dəstəyi kimi də qəbul etmək olar. İnşallah önümüzdəki aylarda böyük layihələrimiz olacaq. Bu layihələrin  icrası üçün Diaspora Komitəmizlə məsləhətləşmələr və nə kimi dəstək olacaqları barəsində olan məsələləri onlardan öyrənəcəyik.  

     “Kiprdə olan həmvətənlərimizi Milli məsələlərdə və gənc azərbaycanlılara yön verən şəkildə görməyi çox arzulasaq da, biz bunu görmürük”

    - Yeri gəlmişkən, məndə olan bilgiyə görə Kiprdə təhsil alan azərbaycanlı tələbələrin bir çoxunun valideynləri iş adamı və ya yüksək vəzifəli şəxslərdir. Tədbirlərinizin təşkil edilməsində onların valideynlərinin hər hansı bir dəstəyi varmı?

    Maliyyə dəstəyi çox önəmli olsa da, mənəvi bir güc mənbəyi  olmasa heç bir iş uğurlu alına bilməz. Bu valideynlərin öz övladlarını bizimlə birlikdə olmalarına şərait yaratdıqlarını mənəvi dəstək kimi qəbul edirik. Bu mənəvi dəstək çox önəmlidir.
    Maliyyə məsələsinə gəlincə isə, bizdə hər hansı bir üzvlük haqqı yoxdur. Heç kimdən bu günə kimi maliyyə yardımı almamışıq. Yalnız ən son Bakı səhərində keçirdiyimiz “Bir gəncin Gözü ilə Kipr” adlı foto rəsm sərgisində cəmiyyətimizin iki aparıcı üzvü maliyyə yardımı etdi. Bu da o qədər də böyüdəcək bir maliyyə tələb edən layihə deyildi. Əsasən mən öz imkanlarımla bunu edirəm. Gələcəkdə layihələrimizdə maliyyə sıxıntısı yaranarsa  vətənpərvər insanlardan dəstək istəyə bilərik.  

    “Şimali Kiprdə Azərbaycanın rəsmi təmsilçiliyinin olmaması ilə bağlı olaraq azərbaycanlı gənclərin çox azında aktivlik hiss olunur”

    - Araşdırmalar göstərir ki, xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayına görə ikinci belə bir ölkə yoxdur. Azərbaycanlı tələbələr Şimali Kiprdə nə qədər tədbir təşkil etsələr də, burada 98 müxtəlif ölkə vətəndaşının olmasından yetəri qədər istifadə edə bilmirlər. Gənclərin təşkilatçılıq baxımından təcrübələrinin zəif olması və tədbirlərin keyfiyyətli reallaşdırılmasına dəstək verəcək donor probleminin olmasını səbəblərdən biri kimi qeyd etmək olarmı?

    Kipr həm də bir təhsil adasıdır. Burada fəaliyyət göstərən ali təhsil ocaqlarında minə yaxın soydaşımız təhsil alır. Bunlarla yanaşı azərbaycanlı professor-müəllim heyətinin də sayı az deyil. 
    Burada müxtəlif amillər var. Bu amilin başlıcası ondan ibarətdir ki, universitetlərarası rəqabət var. Bu da keyfiyyətin yüksəldilməsinə şərait yaradır. Hər bir universitet istəyir ki, öz tələbələri  daha aktiv olsun və onların hazırladığı tədbirlər daha çox ictimaiyyət arasında səs gətirsin.  
    Burada təhsil alan digər xalqların nümayəndələri ilə müqayisədə bizim gənclərimiz çox aktivdirlər. Bu hətta bir çox hallarda xalqımızı sevməyənləri qısqandırır. Onların fəaliyyətinə yuxarıdan aşağı baxmaq istəyənlər olur. Amma nə yazıq ki, bu aktivlik azərbaycanlı gənclərin faiz etibarı ilə çox azında hiss olunur. Təbii bu da yaxşı təbliğatın aparılmaması, burada bizim ölkəmizin səfərliyi, nümayəndəliyi və ya bir rəsmi təmsilçiliyinin olmaması  ilə bağlıdır. 

    “Bir daha səslənirəm, başımızın üzərində durun, səhvlər edərsək düzəldin”  

    - Müsahibələrinizin birində, “bu ölkədə Azərbaycanın milli maraqlarına biganə qalanların da sayı az deyil” cümləsini işlədmisiniz. Bu məsələyə aydınlıq gətirməyinizi istərdik. Kimdir bunlar?

    Son on ildə Azərbaycanın inkişaf istiqamətinə baxdıqda doğurdanda çox böyük irəliləyişlər olduğunu açıqca görmək mümkündür. Kiprdə çalışan  akademsiyenlərimizin üzərinə çox böyük iş düşür. Onlar xalqımızın vuran ürəyidirlər. Amma bir çoxu bunun fərqində deyil. Vətənə xidmət Vətən borcu ilə yanaşı, həm də vicdan borcudur. Biz Türklər bir az unutqan xalqıq. Bunu zaman-zaman tarixdə müşahidə edirik. Amma bu xoş niyyətli bir millət olmamızdan asılıdır. Bəzən düşmənlərimizi unudur, onların quyusuna bilərəkdən və ya bilməyərəkdən su tökənlərimiz olur. Kiprdə olan həmvətənlərimizi milli məsələlərdə aktiv olaraq görməyi, gənc azərbaycanlılara yön verən şəkildə görməyi çox arzulayırıq. Amma səmimiyyətimə inanın ki, biz bunu görə bilmirik. Onlar bir çox hallarda öz maraqlarının arxasınca gedirlər. Buna baxmayaraq barmaqla sayılacaq qədər müəllimlərimiz var ki, onlar hər zaman milli-mənəvi maraqlar baxımından keçirilən tədbirlərdə iştirak edirlər. Əlbəttə, insanlara zorla Vətəni sevdirmək olmaz. Bu insanın içindən gələn bir məsələdir. Sizin vasitənizlə, mən buradakı həmvətənlərimizə bir daha səslənirəm, başımızın üzərində durun, səhvlər edərsək düzəldin.

     “Bizim təşəbbüs göstərməyimizin anlamı yoxdur. Çünki…”

    - Şimali Kiprdə çoxsaylı azərbaycanlı tələbələr yaşaması ilə yanaşı, hər il Azərbaycandan çoxsaylı insan Şimali Kiprə dincəlməyə gəlir. Amma Şimali Kipr birbaşa uçuşlar yoxdur. Birbaşa uçuşun olmaması ilə bağlı Şimali Kiprə gəlmək istəyənlərin iki qat yol xərci çıxır. Bu xüsusilə tələbələri narahat edən məsələlərdəndir. Bu məsələnin aradan qaldırılması üçün təşəbbüsləriniz olubmu?

    Bu Kiprin ən böyük problemlərindən biridir. Bu sahədə beynəlxalq səviyyədə danışıqlar aparılır. Bu iki qardaş ölkə arasındakı bir problem deyil. Bu məsələnin həlli kənardan göründüyü kimi asan məsələ deyil. Xüsusilə Azərbaycandan buraya birbaşa səfərlərin salınması məsələsi dəfələrlə gündəmə gətirilib. AKDC olaraq bizim bu məsələ ilə bağlı təşəbbüs göstərməyimizin anlamı yoxdur. Çünki nəticənin olması hələlik mümkünsüzdür.
     
    “...Kipr universitetlərinin adının olmaması bizi narahat edir”

    - Azərbaycanlı tələbələrin qarşılaşdığı problemlərdən biri də onların Azərbaycan dövlətindən maddi dəstək ala bilməməsidir. Çünki, bu proqrama Şimali Kiprdə təhsil alan azərbaycanlılar daxil deyil. Bu problemi aradan qaldırmaq üçün danışıqlar aparırsınızmı?

    Ölkəmizin başçısının belə bir Sərəncam imzalaması hər bir azərbaycanlı kimi bizi də çox sevindirib. Sevindirici haldır ki, 2007-ci ildə imzalanan bu Sərəncamla artıq çox gəncimiz yararlanıb. Kiprdə çox inkişaf etmiş, müxtəlif beynəlxalq universitetlər var. Amma bu siyahıda Kipr universitetlərinin adının olmaması bizi narahat edir. Bu narahatçılığımızı bir neçə dəfə dilə gətirmişik. Özəlliklə bir neçə millət vəkilimizə bu məsələnin həlli ilə bağlı xahiş etmişik.  İnanırıq ki, bu məsələ öz həllini mütləq tapacaqdır.  

    “Media nümayəndələrinə hesablanmış layihəmiz var”

    - Şimali Kipr və Azərbaycan KİV-ləri ilə əməkdaşlıq edirsinizmi?

    AKDC-nin ən inkişaf etmiş bölmələrindən biri İctimaiyyətlə əlaqələr və mətbuat xidmətidir. Bu şöbəmiz çox operativ işləyir. Şübhəsiz ki, burada siz media mənsublarının əməyi çox böyükdür. 
    Yeri gəlmişkən söyləyim ki, yaxın tarixdə AKDC layihələrindən biri məhz media nümayəndələrinə hesablanıb.  Belə ki, Azərbaycan və Kipr təmsilçiləri ilə 2 həftəlik kampımız olacaq.  

    - Şimali Kiprdə bir sıra tədbirlər həyata keçirmisiniz. Şimali Kiprlə bağlı başqa nə kimi planlarınız var?

    ”Miras” İctimai Birliyi ilə cəmiyyətimiz aprel ayında Şimali Kiprdə Mədəniyyət və Turizm Forumunun keçirilməsini planlaşdırıb. Bundan başqa AKDC tərəfindən Şimali Kiprdə Türk Dünyası Gənclərinin Liderlər Forumunun keçirilməsi, Kiprdə Azərbaycan-Kipr Dostluq Parkının salınması və Şimali Kipr dərsliklərində Azərbaycan tarixi ilə bağlı məlumatların yerləşdirilməsi  təklifi irəli sürülüb. 

    Cəfər Mənsimi

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 697
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30